Məhkəmə qərarları › İş №2(005)-335/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-335/2025

16.07.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-335/2025 16.07.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı (açar sözlər: avtomobilə dəymiş ziyanın ödənilməsi) Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “avtomobilə dəymiş zərərin ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, Əhməd bəy Ağaoğlu 34A), açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: I. İşin mahiyyəti: İddiaçı Cavabdeh qarşı “avtomobilə dəymiş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İlham oğlunun törətdiyi yol-nəqliiyat hadisəsi nəticəsində İddiaçı məxsus “Chevrolet Trax” minik markalı, 2019-cu il buraxılışlı Ban: KL7CJLSB4LB007081, 77ET178 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş 800 (səkkiz yüz) manat zərərin və dövlət rüsumu olaraq ödənilmiş 30 (otuz) manatın Cavabdeh İlham oğlundan alınaraq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir İddia tələbi onunla əsaslandırılmışdır ki, “Chevrolet Trax” minik markalı, 2019-cu il buraxılışlı Ban: KL7CJLSB4LB007081, 77ET178 dövlət qeydiyyat nişanlı avtomobili var. Cavabdeh özünə məxsus olan “Mersedes Benz E220 CDİ” minik markalı, 90UK324 dövlət qeydiyyat nişanlı avtomobillə yol-nəqliyyat hadisəsi törətmiş və ona məxsus avtomobilə ziyan vurmuşdur. xx.xx.2024-cü il tarixli X5 Haqqında TP ******* nömrəli Qərara əsasən, Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.6-cı, 327.1 -ci maddələrində nəzərdə tutılmuş inzibati xəta törətmişdir. “Tural-Ş” kiçik müəssisəsi tərəfindən tərtib edilmiş 13 may 2024-cü il tarixli Qüsur Aktına əsasən, “Chevrolet Trax” minik markalı, 2019-cu il buraxılışlı, 77HT178 dövlət qeydiyyat nişanlı avtomobilimə 800 manat məbləğində ziyan dəymişdir. Yuxarıda göstərilənlərdən görünür ki, yol-nəqliyyat hadisəsi Cavabdeh təqsirli hərəkəti üzündən baş vermişdir. Cavabdeh İlham oğlunun törətdiyi yol-nəqliyyat hadisəsi nəticəsində vurduğu zərərlə bağlı Cavabdeh İlham oğluna 22 may 2024-cü il tarixdə poçt vasitəsilə Pretenziya (xəbərdarlıq) göndərilmiş və ona dəymiş zərərin 5 gün ərzində ödəməsi təklif olunmuşdur. Pretenziya (xəbərdarlıq) may 2024-cü il tarixdə Cavabdeh İlham oğluna təqdim edilmişdir. Lakin, Cavabdeh İlham oğlu tərəfindən vurduğu zərərin ödənilməsi üçün bu günə qədər hər hansı bir hərəkət edilməmişdir. Bildirir ki, cavabdeh tərəfindən mülki hüquq pozuntusu (delikt) törədilmişdir. II. Tərəflərin mövqeləri: Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasında iştirak etməmiş, iştirak etməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək bildirmişdir ki, cavabdeh xahiş etdiyi üçün sığortanı çağırmamışdır. Avtomobilinə vurulmuş zərər qarşılanmamışdır. Hətta cavabdeh, onun xalasıoğlu valideyni ilə kobud danışmışdır. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdeh bildirmişdir ki, iddia tələbini qəbul etmir, iddiaçı icbari sığortanı çağırmalı idi, lakin çağırmamışdır. Bildirmişdir ki, sığortanı çağırsa avtomobilini 3-4 aya təmir edəcəklər. Əgər çağırsa idi, zərər 300-400 manat olacaqdı. Zərər dəymiş avtomobilə özü baxmış, onun ancaq arxa şüşəsinin stop işığı zədələnmişdir. III. İşin faktiki halları: İş materiallarına əlavə edilmiş: - xx.xx.2024-cü il tarixli ******* saylı “İnzibati Xəta” haqqında protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 15:00-da Cavabdeh “Mercedes Benz E220 CDİ” minik markalı, 90UK324 dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən AR İXM-nin 327.1-ci və 327.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. - xx.xx.2024-cü il tarixli TP ******* saylı X5 haqqında qərardan görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixdə “Mercedes Benz E220 CDİ” minik markalı, 90UK324 dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən AR İXM-nin 327.1-ci və 327.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Qərara əsasən, Cavabdeh 100 manat cərimə olunmuşdur. - BB284414 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surəti ilə müəyyən olunur ki, “CHEVROLET TRAX” minik markalı, 2019-cu il buraxılışlı Ban: KL7CJLSB4LB007081, 77ET178 dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi X2r. - X6 Şöbəsi tərəfindən verilmiş 028123 saylı nəqliyyat vasitələrinin zədələnməsi barədə arayışın surəti ilə müəyyən olunur ki, Cavabdeh xx.xx.2024-cü il tarixdə saat 15:00-da ünvan 1 ünvanında baş vermiş hadisədə Mercedes E220 90UK324 qeydiyyat nişanlı avtomobil qabaq sağ hissəsi, İddiaçı məxsus “CHEVROLET TRAX” minik markalı, 77ET178 dövlət qeydiyyat nişanlı avtomobilin arxa sol stop, arxa sol hissəsinə zərər dəymişdir. - "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli qüsur aktında 2019-cu il buraxılışlı “Chevrolet Trex” markalı, **-ET-*** dövlət qdydiyyat nişanlı avtomobilin zədələndiyi və təmir-bərpa xərcinin 790,00 manat məbləğində olduğu müəyyən edilmişdir. O cümlədən: Dəyişilməli hissələrin qiyməti - 610,00 manat; Təmir-bərpa işlərinin qiyməti - 180,00 manat. -Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 01 may 2025-ci il tarixli 9/523 saylı ekspert rəyindən görünür ki, Nəzəri hesablama yolu ilə, iş materiallarında olan "xxxx" MMC tərtib edilmiş xx.xx.2024-cü il tarixli qüsur aktındakı məlumatlara əsasən Bakı şəhəri, Babək prospektində yerləşən Chevrolet rəsmi dileri bazarlarında olan avtohissələrin satış qiymətləri nəzərə alınmaqla 2019-cu il buraxılışlı “Chevrolet Trex” markalı, **-ET-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 640 manat müəyyən edilir. O cümlədən: Dəyişilməli hissələrin qiyməti - 460,00 manat; Təmir-bərpa işlərinin qiyməti - 180,00 manat. IV. Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Cavabdeh xx.xx.2024-cü il tarixdə “Mercedes Benz E220 CDİ” minik markalı, 90UK324 dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən yol hərəkəti qaydalarını pozmuş, nəticədə iddiaçının mülkiyyətində olan “Chevrolet Trax” minik markalı, 77ET178 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə maddi zərər vurulmuşdur. Cavabdeh Məmmədov X3 Xətalar Məcəlləsinin 327.1-ci və 327.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək cərimə olunmuşdur. Hazırda iddiaçı avtomobilə dəymiş zərərin əvəzinin Cavabdeh tərəfindən ödənilməsi barədə tələblə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -21.2-ci maddəsinin tələbinə görə, zərər dedikdə, hüquqi pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış dayda) başa düşülür. - 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. -1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). -1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyət daşıyır. -1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. -1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. -1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Qanunvericiliyin tələblərinə əsasən, zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olmasıdır. Yalnız bu əsaslar müəyyən olunduqda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər. Hazırki iş üzrə zərərin baş verməsi, bunun Cavabdeh qanunsuz hərəkəti və ya hərəkətsizliyinin nəticəsi olması, qanunsuz əməllə zərər arasında səbəbli əlaqə, habelə Cavabdeh təqsiri müəyyən edilmişdir. Belə ki, Cavabdeh avtomobili idarə edərkən yol hərəkəti qaydalarını pozmuş, nəticədə avtomobilə maddi ziyan dəymiş və cavabdeh AR İXM-nin 327.1-ci və 327.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 100 manat cərimə olunmuşdur. Bu səbəbdən məhkəmə hesab edir ki, Cavabdeh iddiaçıya dəymiş maddi ziyanın əvəzini ödəməlidir. Məhkəmə araşdırması zaman avtomobilə dəymiş maddi ziyanın müəyyən edilməsi məqsədilə mülki iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 01 may 2025-ci il tarixli 9/523 saylı ekspert rəyindən görünür ki, 2019-cu il buraxılışlı “Chevrolet Trex” markalı, **-ET-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 640 manat müəyyən edilir. O cümlədən: Dəyişilməli hissələrin qiyməti - 460,00 manat; Təmir-bərpa işlərinin qiyməti - 180,00 manat. Məhkəmə qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. İş üzrə keçirilmiş ekspertiza tədqiqatını aparan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertinin vəzifəsini, təhsili və ekspertiza sahəsində iş təcrübələrini, məhkəmə qərardadları ilə bilə-bilə yalan rəy verməyə görə Azərbaycan Respublikası CM-nin 297-ci maddəsi ilə nəzərdə tutulmuş məsuliyyət barədə xəbərdar edilməsini, eyni zamanda iş üzrə keçirilmiş məhkəmə əmtəəşünaslıq ekspertizası üzrə rəyin mülki prosessual qanunvericiliyin və “Dövlət məhkəmə ekspertiza fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun tərtib olunmasını, rəyin tədqiqat hissəsi ilə nəticə hissəsinin uyğun olmasını nəzərə alan məhkəmə hesab edir ki, iş üzrə verilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 01 may 2025-ci il tarixli 9/523 saylı rəyi mötəbər sübut kimi qiymətləndirilməlidir. Beləliklə məhkəmə, dəymiş maddi ziyanın həddini müəyyən edərkən ekspert rəyini iş üzrə tədqiq edilmiş digər sübutlarla yanaşı qiymət verərək hesab edir ki, həmin rəy sübut kimi qəbul edilməli, avtomobilə vurulmuş maddi ziyanın məbləği ekspertin həmin məbləğ üzrə gəldiyi nəticəyə uyğun olaraq 640 (altı yüz qırx) manat həddində müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -115.0.1-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. -124.3-cü maddəsinə əsasən, iddia qismən təmin edilmişsə, cavabdeh isə məhkəmə xərclərini ödəməkdən azad olunmuşsa, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər məhkəmə xərclərini ödəməkdən azad edilmiş iddiaçıdan tutularaq, iddia tələblərinin təmini rədd edilmiş hissəyə münasib olaraq dövlət mədaxilinə alınır. Məhkəmə, məhkəmə xərclərinin kimdən tutulması məsələsinə münasibətdə qeyd edir ki, iddia tələbi qismən təmin edildiyindən, məhkəmə xərcləri tərəflərə aid edilməli, iddia tələbinin təmin olunmuş hissəsi nəzərə alınmaqla, ödənilmiş dövlət rüsumu kimi 24 (iyirmi dörd) manat Cavabdeh tutularaq iddiaçının xeyrinə ödənilməli, dövlət rüsumu qalan hissədə iddiaçının özünə aid edilməlidir. Həmçinin mülki iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası keçirilmişdir. Rəyə əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatların dəyəri 50 (əlli) manat təşkil edir. Məhkəmə hesab edir ki, işə baxılması ilə əlaqədar keçirilmiş ekspertiza tədqiqatının dəyəri tərəflərə aid edilməli, iddia qismən təmin edildiyindən, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq Cavabdeh 40 (qırx) manat, İddiaçı 10 (on) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh vurulmuş maddi ziyanın əvəzi kimi 640 (altı yüz qırx) manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 24 (iyirmi dörd) manat tutularaq İddiaçı xeyrinə ödənilməli, iddia qalan hissədə təmin edilməməli, ödənilmiş dövlət rüsumu qalan hissədə iddiaçının özünə aid edilməli, Cavabdeh 40 (qırx) manat, İddiaçı 10 (on) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X1 KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ********************4 SWİFT BİK CTREAZ 22) ödənilməlidir. V. Nəticə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 358-360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh avtomobilə vurulmuş maddi ziyanın əvəzi kimi 640 (altı yüz qırx) manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 24 (iyirmi dörd) manat tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu qalan hissədə iddiaçının özünə aid edilsin. Cavabdeh 40 (qırx) manat, İddiaçı 10 (on) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X1 KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ********************4 SWİFT BİK CTREAZ 22) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov 540) apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar