Məhkəmə qərarları › İş №2(005)-3384/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3384/2020

13.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3384/2020 13.10.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məhkəmə iclas katibi X1, İddiaçı Bank “BTB” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Bank “BTB” Açıq Səhmdar CəmiyyətininCavabdeh qarşı “kredit müqaviləsinin ləğv edilməsi, həmin müqavilə üzrə hesablanmış əsas və faiz borcunun, ödənilmiş dövlət rüsumunun tutulması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Bank “BTB” Açıq Səhmdar CəmiyyətiCavabdeh qarşı “kredit müqaviləsinin ləğv edilməsi, həmin müqavilə üzrə hesablanmış əsas və faiz borcunun, ödənilmiş dövlət rüsumunun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı Bank “BTB” Açıq Səhmdar Cəmiyyətinin “Gənclik” filialı ilə Cavabdeh arasında bağlanmış xx xxxx 2019-cu il tarixli RPF-00002-20/19A nömrəli kredit müqaviləsinin ləğv edilməsi, həmin kredit müqaviləsindən irəli gələn xx xxxxxxxx 2020-ci il tarixinə ödənilməmiş 6.592,79 (altı min beş yüz doxsan iki manat yetmiş doqquz qəpik) manat məbləğində əsas borc və 65,91 (altmış beş manat doxsan bir qəpik) manat məbləğində faiz borcu olmaqla, ümumilikdə 6.658,70 (altı min altı yüz əlli səkkiz manat yetmiş qəpik) manat məbləğində borcun, iddia qaldırılması üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu və 0,40 (qırx) manat məbləğində bank xidməti haqqının Cavabdeh iddiaçının xeyrinə tutularaq ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı Bank “BTB” Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı Bank “BTB” Açıq Səhmdar Cəmiyyətinin “Gənclik” filialı ilə Cavabdeh arasında xx xxxx 2019-cu il tarixli RPF-00002-20/19A nömrəli kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinə əsasən Bank “BTB” Açıq Səhmdar Cəmiyyəti 6.592,79 (altı min beş yüz doxsan iki manat yetmiş doqquz qəpik) manat məbləğində krediti illik 1 (bir) faizlə 12 (on iki) ay güzəşt müddəti tətbiq edilməklə 60 (altmış) ay müddətinə cavabbeh Cavabdeh mülkiyyətinə vermiş, Cavabdeh isə həmin kreditdən iddiaçı ilə bağlanmış İK-186/15 nömrəli xx xxxxxxx 2015-ci il tarixli kredit müqaviləsi üzrə kredit borcunun qalıq məbləğinin ödənilməsi məqsədi ilə istifadə etməyi və krediti xx xxxx 2024-cü il tarixinədək faiz ilə birlikdə Bank “BTB“ Açıq Səhmdar Cəmiyyətinə qaytarmağı öhdəsinə götürmüşdür. Bank “BTB” Açıq Səhmdar Cəmiyyətinin “Gənclik” filialı ilə Cavabdeh arasında “Problemli kreditlərin restrukturizasiya edilməsi ilə əlaqədar güzəştli kreditlərin verilməsi üzrə vahid kredit şərtləri” barəsində RPF-00002-20/19A nömrəli xx xxxx 2019-cu il tarixli kredit müqaviləsinə 2 nömrəli əlavə bağlanmışdır. Cavabdeh kredit müqaviləsinin müddəti ərzində öz öhdəliklərini pozaraq ödəniş müddətini dəfələrlə ötürmüşdür və kredit müqaviləsi üzrə borc öhdəliklərini yerinə yetirməmişdir. Borcluya dəfələrlə şifahi, telefon bağlantısı və rəsmi bildirişlər ilə edilən xəbərdarlıqlara baxmayaraq kredit müqaviləsi üzrə öhdəliklərin icrasında gecikmə əmələ gəlmişdir. Nəticədə iddiaçı cavabdehlərlə arasında olan müqaviləsinə əsasən məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Cavabdehin kredit müqaviləsi üzrə xx xxxxxxxx 2020-ci il tarixinə hesablanmış və ödənilməmiş 6.592,79 (altı min beş yüz doxsan iki manat yetmiş doqquz qəpik) manat məbləğində əsas borc və 65,91 (altmış beş manat doxsan bir qəpik) manat məbləğində faiz borcu olmaqla, ümumilikdə cavabdehin xx xxxxxxxx 2020-ci il tarixinə ümumi borcu 6.658,70 (altı min altı yüz əlli səkkiz manat yetmiş qəpik) manat məbləğində borcu yaranmışdır. Məhkəmə iclasında iddiaçı Bank “BTB” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək, onun təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, cavabdeh şəxs heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehlərə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: Bank “BTB” Açıq Səhmdar Cəmiyyətinin “Gənclik” filialı ilə Cavabdeh arasında bağlanmış xx xxxx 2019-cu il tarixli RPF-00002-20/19A nömrəli kredit müqaviləsinin məzmunundan görünür ki, müvafiq kredit müqaviləsinə əsasən Bank “BTB” Açıq Səhmdar Cəmiyyəti 6.592,79 (altı min beş yüz doxsan iki manat yetmiş doqquz qəpik) manat məbləğində krediti illik 1 (bir) faizlə 12 (on iki) ay güzəşt müddəti tətbiq edilməklə 60 (altmış) ay müddətinə cavabbeh Cavabdeh mülkiyyətinə vermiş, Cavabdeh isə həmin kreditdən iddiaçı ilə bağlanmış İK-186/15 nömrəli xx xxxxxxx 2015-ci il tarixli kredit müqaviləsi üzrə kredit borcunun qalıq məbləğinin ödənilməsi məqsədi ilə istifadə etməyi və krediti xx xxxx 2024-cü il tarixinədək faiz ilə birlikdə Bank “BTB“ Açıq Səhmdar Cəmiyyətinə qaytarmağı öhdəsinə götürmüşdür. Bank “BTB” Açıq Səhmdar Cəmiyyətinin “Gənclik” filialı ilə Cavabdeh arasında “Problemli kreditlərin restrukturizasiya edilməsi ilə əlaqədar güzəştli kreditlərin verilməsi üzrə vahid kredit şərtləri” barəsində RPF-00002- 20/19A nömrəli xx xxxx 2019-cu il tarixli kredit müqaviləsinə 2 nömrəli əlavə bağlanmışdır; Bank “BTB” Açıq Səhmdar Cəmiyyətinin müvafiq arayışının məzmunundan görünür ki, Cavabdeh müvafiq kredit müqaviləsi üzrə xx xxxxxxxx 2020-ci il tarixinə hesablanmış və ödənilməmiş 6.592,79 (altı min beş yüz doxsan iki manat yetmiş doqquz qəpik) manat məbləğində əsas borc və 65,91 (altmış beş manat doxsan bir qəpik) manat məbləğində faiz borcu olmaqla, ümumilikdə cavabdehin xx xxxxxxxx 2020-ci il tarixinə ümumi borcu 6.658,70 (altı min altı yüz əlli səkkiz manat yetmiş qəpik) manat məbləğində borcu yaranmışdır; Bank “BTB” Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh ünvanladığı xx xxxxxx 2020-ci il tarixli bildirişin məzmunundan görünür ki, cavabdeh şəxsdən kredit müqaviləsinə əsasən ödənilməmiş əsas və faiz borcunun 2 (iki) gün müddətində ödənilməsi tələb olunmuş, əks təqdirdə kredit müqaviləsinin ləğv edilməsi və borcun tam şəkildə qaytarılması tələbi ilə materialların hazırlanıb məhkəməyə göndəriləcəyi barədə cavabdeh şəxs xəbərdar edilmişdir; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BPQMİ-nin MAPS şöbəsinin xx xxxx 2020ci il tarixli arayışından görünür ki, xx xxxxx 1989-cu il tarixdə Bakı şəhərində anadan olmuş Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır; ASAN 3 tərəfindən xx xxxxxx 2016-cı il tarixdə verilmiş AZE seriyalı ******** nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx xxxxx 1989-cu il tarixdə Bakı şəhərində anadan olmuş Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır; xx xxxxxxxx 2020-ci il tarixli ********* nömrəli mədaxil qəbzindən görünür ki, Bank “BTB” Açıq Səhmdar Cəmiyyəti tərəfindən müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün 30,40 (otuz manat qırx qəpik) manat məbləğində dövlət rüsumu ödəmişdir. Qeydolunanxüsusatlara əsasən məhkəmə hesab edir ki, Cavabdehiddiaçı Bank “BTB” Açıq Səhmdar Cəmiyyətindən aldığı krediti müvafiq müqavilə ilə müəyyən edilmişmüddət ərzində qaytarmamaqla müqavilə öhdəliklərini yerinə yetirməmişdir. Məhkəmə ilk növbədə iddia tələbinə mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürülə bilər; 424.2-ci maddəsinə əsasən müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir; 425.1-ci maddəsinə əsasən: “Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir”. Bu iş üzrə isə cavabdehin öhdəliklərinin vaxtında və lazımi şəkildə icra edilmədiyi görünür; 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Cavabdeh qeyd edilən kredit müqaviləsi üzrə götürdüyü öhdəlikləri icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də, Cavabdeh onun risk dairəsinə daxil olan öhdəlikləri icra etmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliklərinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu iddiaçıya ödəməlidir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, Bank “BTB” Açıq Səhmdar Cəmiyyətinin hazırkı iddiası əsaslıdır, iddiaçı iddiasını əsaslı edən müvafiq sübutlarını məhkəməyə təqdim etmiş, həmin sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz təsdiqini tapmışdır. Cavabdeh isə göstərilənlərə dair hər hansı sübutlarını məhkəməyə təqdim etməmişdir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Bank “BTB” Açıq Səhmdar Cəmiyyətinin “Gənclik” filialı ilə Cavabdeh arasında bağlanmış xx xxxx 2019-cu il tarixli RPF-00002-20/19A nömrəli kredit müqaviləsi üzrə xx xxxxxxxx 2020-ci il tarixinə hesablanmış və ödənilməmiş 6.592,79 (altı min beş yüz doxsan iki manat yetmiş doqquz qəpik) manat məbləğində əsas borc və 65,91 (altmış beş manat doxsan bir qəpik) manat məbləğində faiz borcu olmaqla, ümumilikdə cavabdehin xx xxxxxxxx 2020-ci il tarixinə ümumi borcu 6.658,70 (altı min altı yüz əlli səkkiz manat yetmiş qəpik) manat məbləğində borc vəsaiti Cavabdeh iddiaçı Bank “BTB” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh iddiaçı Bank “BTB” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia təmin edilsin. İddiaçı Bank “BTB” Açıq Səhmdar Cəmiyyətinin “Gənclik” filialı ilə Cavabdeh arasında bağlanmış xx xxxx 2019-cu il tarixli RPF-00002-20/19A nömrəli kredit müqaviləsi ləğv edilsin. İddiaçı Bank “BTB” Açıq Səhmdar Cəmiyyətinin “Gənclik” filialı ilə Cavabdeh arasında bağlanmış xx xxxx 2019-cu il tarixli RPF-00002-20/19A nömrəli kredit müqaviləsi üzrə 6.592,79 (altı min beş yüz doxsan iki manat yetmiş doqquz qəpik) manat məbləğində əsas borc və 65,91 (altmış beş manat doxsan bir qəpik) manat məbləğində faiz borcu olmaqla, ümumilikdə 6.658,70 (altı min altı yüz əlli səkkiz manat yetmiş qəpik) manat məbləğində borc vəsaiti Cavabdeh iddiaçı Bank “BTB” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar