Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3397/2020 23.11.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Əmirxanova Kəmalə Fərman qızının sədrliyi Məmmədova Nigar Ülfət qızının katibliyi İddiaçı və Cavabdeh1 ASC-nin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 ASC və Cavabdeh2 qarşı maddi zərərin və əldən çıxmış faydanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 ASC və Cavabdeh2 qarşı maddi zərərin və əldən çıxmış faydanın ödənilməsi tələbinə dair iddia iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsini onunla əsaslandırmışdır ki, ona məxsus olan “İnfiniti EX-35” markalı ** EV *** dövlət qeydiyyat nişanlı avtomobili oğlu X7 vasitəsilə xx.xx.2020-ci il tarixdə Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsində yerləşən "Cavabdeh1” MMC-nin təmir sexində çalışan Fəqan və Ayaz adlı ustalara təhvil vermişdir. Avtomobilin təmir olunması üçün ehtiyat hissələrinə 2200 manat, ustaya isə 1300 manat vermişdir. xx.xx.2020-ci il tarixdə Cavabdeh1 ASC rəhbərliyindən və işçilərindən ona qarşı oğurluq hadisəsi baş verdiyini, bunun nəticəsində ona məxsus cəmi dəyərləri 1500-2500 manat olan mühərrikin kollektoru, 2 ədəd katalizatorlar və digər ehtiyat hissələrinin servisdən oğurlandığını bildirmişlər. Qeyd edir ki, ona məxsus “İnfiniti EX-35” markalı ** EV *** dövlət qeydiyyat nişanlı avtomobilin mühərrikində yaranmış ciddi problemlərlə əlaqədar xx.xx.2020-ci il tarixdə həmin avtomobili oğlu Toğrul Paşayev Cavabdeh1 ASC-yə təmirə aparmışdır. Avtomobilin mühərrikinə, mühərriklə əlaqəsi olan ehtiyyat hissələrinin dəyişdirilməsinə və əsaslı təmirə ehtiyacı olduğundan xx.xx.2020-ci il tarixdə usta X9 avtomobilin mühərrikini təmir etməsi üçün çıxarıb yerə qoyduğunu və təzə alınacaq ehtiyat hissələrinin siyahısını, həmçinin görüləcək işlərə görə ödəniləcək məbləği razılaşdıqdan sonra karantin tədbirlərinə görə Cavabdeh1 bağlandığından xx.xx.2020-ci il tarixdə təzə aldığı ehtiyat hissələrini və razılaşdığı 1600 manat usta pulundan 1300 manatı usta Cavabdeh2 ödəmişdir. xx.xx.2020-ci il tarixdə usta Cavabdeh2 zəng edib avtomobilin hazır olubolmaması ilə maraqlanarkən mühərrikə aid olan və təmir vaxtı sökülüb sexdə saxlanılan 2 ədəd kollektor, 2 ədəd katalizator və 4 ədəd katalizatorun üzərində olan datçiklərin oğurlanmasını bildirmişdir. Bununla bağlı usta Ayaz Şevdayev və Cavabdeh1 ASC rəhbərliyi ilə dəfələrlə danışıqlar aparmaqlarına baxmayaraq heç bir nəticə verməmişdir. Cavabdeh1 ASC rəhbərliyindən bildirilmişdir ki, hara istəsələr şikayət edə bilərlər. Bir müddət avtomobilin təmir olunmayaraq Cavabdeh1 həyətində saxlanılmışdır. Mübahisənin məhkəmədənkənar barışıq yolu ilə həlli mümkün olmamışdır. Qeyd edir ki, baş vermiş hadisə ilə bağlı oğlu X8 onun xahişi üzrə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri X5 17-ci Polis Şöbəsinə müraciət etmişdir. Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinin təhqiqatçısı polis polkovnik-leytenantı Asif Qubadovun xx.xx.2020-ci il qərarı ilə vətəndaş X2 müraciəti əsasında araşdırma aparılarkən toplanılmış materialda oğurluq cinayətinin tərkib əlamətləri müəyyən edildiyindən cinayətinin işinin başlanılması məsələsinə baxılması üçün toplanmış materialların Nərimanov RPİ-nin İstintaq şöbəsinə göndərilməsi qərara alınmışdır. Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin baş müstəntiqi Elnur Məmmədovun xx.xx.2020-ci il tarixli qərarı ilə toplanmış ilkin yoxlama materialı üzrə cinayət işinin başlanılması rədd edilmişdir. Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin baş müstəntiqi Elnur Məmmədov ilkin yoxlama materialı üzrə cinayət işinin başlanılması rədd edilməsi barədə qərarını onunla əsaslandırmışdır ki, Cavabdeh1 ASC-nin avtomobillərin təmir sexində həqiqətən də oğurluq faktının qeydə alınıb-alınmamasımn araşdırılması, oğurluq faktının qeydə alındığı təqdirdə hadisəni törədən şəxsin və ya şəxslərin müəyyən edilərək İstintaq Şöbəsinə təqdim edilməsi məqsədilə tapşırıq verilsə də, müsbət nəticə olunmamışdır. Göründüyü kimi Cavabdeh1 sexlərində cinayət hadisəsinin baş verməsi faktı ilə bağlı polisə müraciət etməmiş, tam əksinə baş vermiş cinayət hadisəsini ört basdır etməyə cəhd göstərmişdir. Polis orqanlarına onların müraciət etməli olduğu halda bunu onlar etmişlər. Cavabdeh1in bu cür səhlənkar yanaşması nəticəsində həm ona maddi zərər dəymiş, həm də cinayət törədən şəxslər müəyyən edilə bilməmiş, istintaqa təhvil verilməsi mümkün olmamışdır. Təhqiqata və istintaqa verdiyi izahatında Cavabdeh2 göstərmişdir ki, 2011-ci ildən Nərimanov rayonu, Əhməd Rəcəbli 18 ünvanında yerləşən Cavabdeh1 ASC-nin avtomobillərin təmir sexində modelindən aslı olmayaraq avtomobillərin mühərrik və digər hissələrinin təmiri ilə məşğuldur. xx.xx.2020-ci il tarixdə əvvəllər tanımadığı Toğrul Paşayevin “İnfiniti EX-35” markalı 90 EV 87 dövlət qeydiyyat nişanlı avtomobilini müayinədən keçirilməsi üçün müraciət etdiyini, avtomobili Toğrul Paşayevin anasının istifadəsində olarkən mühərrikdə yaranmış problemlərə əhəmiyyət vermədiyindən sistemdə olan su mühərrikə daxil olub yağla qarışaraq mühərrikin hissələrini yararsız hala saldığından mühərrikə, mühərriklə əlaqəsi olan ehtiyat hissələrinin siyahısını və görüləcək işlərə görə ödəniləcək məbləğ barədə Toğrul Paşayevlə razılaşdıqlarını, karantin tədbirlərinə görə avtoservis bağlandığından mühərriki təmir edərkən 2 ədəd kollektoru, 2 ədəd katalizatoru və 4 ədəd katalizatorun datçiklərini iş yerindəki saxlanc yerinə qıfılla bağlayaraq evinə getdiyini, xx.xx.2020-ci il tarixdə iş yerinə gəlib Toğrul Paşayevin aldığı təzə ehtiyat hissələrini mühərrikin üzərinə bağladığını, xx.xx.2020-ci il tarixdə avtomobilin kollektorunu və katalizatorunu mühərrikin üzərinə bağlamaq istəyərkən oğurlandığını aşkar edib obyektin sahə rəisi Güləli adlı şəxsə məlumat verdiyini, xx.xx.2020-ci il tarixdə sahə rəisi və digər işçilərlə birlikdə obyektin müşahidə kamerasının yaddaşında qalan xx.xx.2020-ci il tarixdən sonrakı görüntülərə baxarkən oğurluğun aşkar olunmadığını, konkret olaraq xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək işləmədiyi müddətlərdə ehtiyat hissələrinin oğurlandığını, həmin ehtiyat hissələrinin köhnələrinin 3000 manat, təzələrinin isə 5000 manat dəyərində qiytmətləndirildiyini göstərmişdir. Bildirir ki, o, maşınını, ehtiyat hissələrini və “ustanın işə görə xidmət haqqını” oğlu Toğrul Paşayev vasitəsilə Cavabdeh1 ASC-yə və onun işçisi kimi tanıdığı Cavabdeh2 təhvil vermişdir. Aşkar oluna bilməyən oğurluq hadisəsi də Cavabdeh1 ASCyə məxsus iş sahəsində baş vermişdir. Qeyd etdiyi hallar materialın istintaq aidiyyəti üzrə göndərilməsi haqqında xx.xx.2020-ci il tarixli və cinayət işinin başlanılmasının rədd edilməsi barədə xx.xx.2020-ci il tarixli qərarda tanı olaraq öz əksini tapmışdır. Ərizəsinə əlavə etdiyi materialın istintaq aidiyyəti üzrə göndərilməsi haqqında xx.xx.2020-ci il tarixli və cinayət işinin başlanılmasının rədd edilməsi barədə xx.xx.2020-ci il tarixli qərarlarla tam olaraq sübut olunur ki, usta Cavabdeh2 Cavabdeh1 ASC-nin işçisidir. Onun müvafiq hüquqi şəxs, yəni Cavabdeh1 ASC-nin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərməsini də təhqiqat və istintaqa verdiyi ifadəsində oğurluq hadisəsi ilə bağlı Cavabdeh1-in sahə rəisi Güləli adlı şəxsə məlumat verməsi faktı ilə sübut olunur. Qeyd edir ki, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək avtomaşınını idarə edə bilməmiş və taksi ilə gedib gəlmişdir. Bu da 1 ay 18 gün edir. Yəni 48 gün. Hər gün taksiyə ortalama gediş-gəliş üçün (gediş - 3 manat, gəliş-3 manat) 6 manat pul verməli olur. Beləliklə iş materiallarından görünür ki, həm Cavabdeh1 ASC, həm də Cavabdeh2 ona vurulmuş maddi ziyan və əldən çıxmış faydaya görə məsuliyyət daşıyır. Bundan başqa bildirmək istəyir ki, Tibb Ərazi Bölmələrinin İdarəetmə Birliyinin “Bakı Şəhər Təcili və X6 Stansiyasının təcili və X3 üzrə həkim vəzifəsində çalışır. Aylardır ki, “Koronavirus” infeksiyası ilə mübarizə aparır. Bundan başqa “Start XXİ Əsr” Tibb Mərkəzinin də baş həkimi vəzifəsində də çalışır. Avtonəqliyyat vasitəsi ona hava su kimi lazımdır. Lakin cavabdehlərin səhlənkarlığı ucbatından başına bu hadisələr gəlmiş, ona xeyli miqdarda maddi ziyan dəymişdir. Qeyd edilənləri nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099.1 və 1099.2. maddələrini rəhbər tutmaqla Cavabdeh1 və onun işçisi Cavabdeh2 təqsiri ucbatından oğurlanmış (itirilmiş və ya gizlədilmiş ) ehtiyyat hissələrinin (2 ədəd mühərrikin kollektoru, 2 ədəd katalizator və 4 ədəd katalizatorun datçikləri) dəyəri olan 3000 ( üç min) AZN pul cavabdehlər Cavabdeh1 ASC və Cavabdeh2 tutularaq ona dəymiş maddi zərərin əvəzi olaraq ödənilməsi, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək “İnfiniti EX-35” markalı ** EV *** dövlət qeydiyyat nişanlı avtomobilimi idarə edə bilmədiyi üçün məcburən 1 ay 18 gün müddətində işə gediş-gəliş üçün taksiyə verdiyi və əldən çıxmış fayda olan 288 ( iki yüz səksən səkkiz) AZN pul (48 gün x 6 manat) cavabdehlər Cavabdeh1 ASC və Cavabdeh2 tutularaq həmin əldən çıxmış faydanın əvəzi olaraq ona ödənilməsi, iddia ərizəsinin verilməsinə görə tərəfindən ödənilmiş 30 (otuz) AZİN dövlət rüsumunun əvəzi cavabdehlər Cavabdeh1 ASC və Cavabdeh2 tutularaq ona ödənilməsi və ümumilikdə, 3318 ( üç min üç yüz on səkkiz) manat pulun cavabdehlər Cavabdeh1 ASC və Cavabdeh2 tutularaq ona dəymiş maddi zərərin əvəzi olaraq ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh1 ASC-nin nümayəndəsi X10 məhkəmə iclasında iddia tələbini qəbul etmədi və rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Eyni zamanda cavabdeh məhkəməyə etiraz təqdim edərəd, etirazını onunla əsaslandırmışdır ki, Cavabdeh1 ASC D-2364 qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınmışdır, ünvan 1 məhəllə ünvanda fəaliyyət göstərir, 260921 ədəd adi, adlı səhmi, hazırda 42 səhmdarı vardır. İddiaçı məhkəməyə təqdim etdiyi iddia ərizəsində bildirir ki, Cavabdeh2 Cavabdeh1 ASC-nin işçisidir. Halbuki bunu sübut edən hər hansı mötəbər sübut yoxdur. Cavabdeh2 Cavabdeh1 ASC-nin işçisi deyil. Cavabdeh2 ilə Cavabdeh1 ASC arasında xx.xx.2018-ci il tarixdə AMS- 115/18 saylı icarə müqaviləsi bağlanmışdır. Həmin Müqavilə ilə icarəyə götürənin icarəyə verilən sahədə baş verə biləcək hər hansı hadisəyə görə birbaşa özünün məsuliyyət daşıyacağı nəzərdə tutulur. Bir sözlə, Cavabdeh1 ASC Cavabdeh2 üçüncü şəxslər qarşısında yaranan hər hansı öhdəliklərinə cavabdeh deyil. Nəzərə alınmalıdır ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından görünür ki, Cavabdeh1 ASC tərəfindən iddiaçının hüquqlarının pozulması və bunun nəticəsində ona maddi ziyan dəyməsinə dair hər hansı mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Cavabdeh2 baxılacaq işin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq heç bir üzrlü səbəb təqdim etmədən mülki iş üzrə təyin edilən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia qismən əsaslıdır və qismən təmin edilməlidir. İş materiallarında olan Nərimanov rayon Polis İdarəsinin 17-ci Polis şöbəsinin xx.xx.2020-ci il tarixli materialın istintaq aidiyyəti üzrə göndərilmədi haqqında qərarından görünür ki, vətəndaş X2 müraciəti əsasında araşdırma aparılarkən toplanmış materialda oğurluq cinayətinin tərkib əlamətləri müəyyən olunduğundan citnayət işi başlanması məsələsinə baxılması üçün toplanmış material Nərimanov RPİ-nin İstintaq şöbəsinə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan Nərimanov rayon Polis İdarəsinin İŞ-nın xx.xx.2020-ci il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən X2 ərizəsi əsasında toplanmış ilkin yoxlama materialı üzrə cinayət işinin başlanılması rədd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Nəqliyyat X1 görünür ki, **-EV-*** dövlət qeydiyyat nişanlı, "İnfiniti Ex-35 MİNİK" markalı minik avtomobil İddiaçı adına qeydiyyatdan keçmişdir. İş materiallarında olan Tibbi ərazi Bölmələrinin İdarəetmə Birliyi “Bakı Şəhər Təcili və X3 Stansiyası” X11 xx.xx.2020-ci il tarixli 796 №-li arayışından görünür ki, İddiaçı Bakı şəhər Təcili və X3 Stansiyasına xx.xx.1983-cü il (xx.xx.1983-cü il əmr 148/k) tarixdən səyyar həkim vəzifəsinə işə qəbul olunub. xx.xx.2011-ci il tarixli 45a nömrəli əmrə əsasən təcili və X3 üzrə həkim vəzifəsinə keçirilib və hal-hazırda bu vəzifədə çalışır. İş materiallarında olan “Start XXİ X16” MMC-nin xx.xx.2020-ci il tarixli 089№-li arayışdan görünür ki, 1960 cı il təvəllüdlü olan ondan ötrü ki, O, həqiqətən “Start XXİ Əsr” Tibb Mərkəzində xx.xx.2007 ci il tarixindən, bu günə qədər Baş həkim vəzifəsində çalışır. İş materiallarına əlavə edilmiş xx.xx.2018-ci il tarixli AMS-115/18 saylı icarə müqaviləsindən görünür ki, Bu «Müqavilə»nin predmeti «İcarəyə verən”ə məxsus Bakı şəhəri, Ə.Rəcəbli küçəsi, 1963-cü məhəllə ünvanında yerləşən Cavabdeh1 ASC-nin ərazisində yerləşən 45 m2 ( qırx beş ) təmir sexini icarəyə vermək (bundan sonra «İcarəyə verilən sahə»). «İcarəyə götürən» isə «İcarəyə verilən sahə»ni «Müqavilə» də göstərilən icarə haqqını ödəməklə, sahəni avtomobillərin mühərriklərinin təmiri məqsədi ilə istifadə etməyi öhdəsinə götürür. Müqavilə 1 il müddətinə qüvvədədir. Müqavilənin 4.4-cü bəndinə əsasən icarəyə verilən sahədə baş verə biləcək hər hansı bədbəxt hadisəyə görə icarəyə götürən özü məsuliyyət daşıyır. Mülki işin araşdırılmış hallarından göründüyü kimi, İddiaçı özünə məxsus avtomobili təmir edilməsi üçün Cavabdeh1 ASC-nin təmir sexində cavabdeh Cavabdeh2 təhvil vermişdir. Lakin avtomobilin bəzi ehtiyat hissələri naməlum şəraitdə itirilmişdir. Hazırda iddiaçı qeyd edilən hadisə ilə bağlı ona dəymiş zərərin əvəzinin ödənilməsini xahiş edir. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli Qərarında maddi zərərlə bağlı göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Məcəllənin 21.2-ci maddəsində müəyyən edilir ki, zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi, habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər başa düşülür. Mülki işin araşdırılmış hallarından görünür ki, Cavabdeh2 Cavabdeh1 ASC-nin işçisi deyil, o yalnız Cavabdeh1 ASC-nin icarədarıdır. Belə ki tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli AMS-115/18 saylı müqaviləyə əsasən Cavabdeh2 Bakı şəhəri, Ə.Rəcəbli küçəsi, 1963-cü məhəllə ünvanında yerləşən Cavabdeh1 ASC-nin ərazisində yerləşən 45 m2 ( qırx beş ) təmir sexini icarəyə götürmüşdür. Qeyd edilən müqavilənin 4.4cü bəndinə əsasən icarəyə verilən sahədə baş verə biləcək hər hansı bədbəxt hadisəyə görə icarəyə götürən özü məsuliyyət daşıyır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçıya məxsus avtomobilə dəymiş zərərə görə Cavabdeh1 ASC-nin deyil Cavabdeh2 məsuliyyəti yaranır. Bu səbəbdən məhkəmə iddia tələbini 3000 manat məbləğində dəymiş maddi ziyanın Cavabdeh2 tutulması hissəsində əsaslı hesab edir. Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Mülki Məcəllənin 449.3-cü maddəsinə əsasən əgər kreditorun pul vəsaitindən qanunsuz istifadə nəticəsində ona dəyən zərər bu Məcəllənin 449.1-ci maddəsinə əsasən ona çatası faizlərin məbləğindən çoxdursa, kreditor borcludan həmin məbləğdən çox olan hissədə zərərin əvəzini ödəməyi tələb edə bilər. Mülki Məcəllənin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Avtomobili idarə edə bilmədiyinə görə taksi xidmətlərinə verdiyi 288 manat məbləğində əldən çıxmış faydanın tutulması hissəsində tələbi ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi bu hissədə sübuta yetirilə bilinmədiyindən təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən məhkəmə hesab edir ki, ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdeh Cavabdeh2 aid ediməlidir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh2 3000 (üç min) manat məbləğində pul və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu İddiaçı xeyrinə tutulsun. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova
Məhkəmə qərarları › İş №2(005)-3397/2020
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3397/2020
23.11.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver