Məhkəmə qərarları › İş №2(005)-340/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-340/2023

17.07.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-340/2023 17.07.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi Məhkəmə iclas katibi Qurbanova Səkinə Nadir qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh vurmuş olduğu maddi zərərə görə 2000 manatın və məhkəmədə iddia qaldırarkən ödədiyi 40 manat dövlət rüsumunun alınaraq İddiaçı verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Nərimanov rayonu, G.Qədirbəyova 63 A ünvanında yerləşən binanın 8-ci girişində, 2-ci mərtəbədə olan 123 nömrəli mənzil İddiaçı, Nərimanov rayonu, G. Qədirbəyova 63 A ünvanında yerləşən binanın 8-ci girişində, 3-cü mərtəbədə olan 126 nömrəli mənzil isə cavabdeh Ağayeva (Zeynalova) Aysen Etibar qızına məxsusdur. İddiaçı bildirir ki, cavabdeh Ağayeva (Zeynalova) Aysen Etibar qızı hazırkı hadisəyə qədər də dəfələrlə öz mənzilinin su xətlərindən onun mənzilinə su axıtmaqla xeyli maddi və mənəvi ziyan vurmuşdur. İddiaçı qonşuluq və insanlıq qaydasına riayət edərək həmin zərərləri hər dəfə özü ödəmiş və mənzilimi təmir etmişdir. Lakin hər dəfə cavabdehə bu barədə məlumat vermiş və su xətlərinin düzəldilməsini tələb etsə də, cavabdeh nə insanlıq, nə qonşuluq qaydalarına riayət etmiş, nə mənzilinin su xətlərinin düzəldilməsini təmin etmiş, nə də hər dəfə iddiaçının çəkdiyi xərcləri ödəmişdir. İddiaçı qeyd edir ki, hal-hazırda onun artıq maddi durumu mənzilinə və mebellərinə, məişət əşyalarına vurulmuş zərəri ödəyə bilmir, nəmişlikdə müxtəlif xəstəliklər tapmış və hər an qısaqapanma ilə mənzilinin yanması və kafellərin üzərinə aşması təhlükəsi ilə qorxu içində yaşayır. Cavabdehin vurduğu zərər nəticəsində iddiaçıya xeyli maddi və mənəvi zərər dəymişdir. Belə ki. onun əməlləri nəticəsində iddiaçının mənzilinin mətbəxinin, qonaq otağının, dəhlizinin, vanna otağının təmiri, elektrik xətləri və mənzilində olan əşyalar mətbəx mebeli, kreslolar, servant və digər əşyalar tamamilə yararsız vəziyyətə düşmüşdür. İddiaçı həmin zərəri aradan qaldırmaq üçün 36 saylı MKİS-nə müraciət etdikdə onlar akt tərtib etsə də, zərərin əvəzinin ödənməsinin cavabdehə aid olduğunu, könüllü ödəmədiyi təqdirdə məhkəməyə müraciət etməli olduğunu bildirmişlər. İddiaşı bildirir ki, mənzilinin təmiri üçün usta çağırsa da, ustanın zəhmət haqqına, alınmalı tikinti materiallarına 3000- 3500 manat lazım olduğundan onun buna maddi durumu imkan vermədi. Cavabdehin əməlləri nəticəsində iddiaçı rütubətdən mənzilində rahat yaşaya bilmədiyini və səhhətində onun nəticələrini ağır şəkildə yaşadığını qeyd edir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin təmin edilməsini xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh iddia tələbini qismən qəbul etdiyini və iddia tələbində qeyd olunandan daha az miqdarda məbləği ödəyə biləcəyini qeyd etmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - AR ƏMDK yanında DƏDRX tərəfindən verilən çıxarışın surətindən məlum olur ki, ünvan 3 ünvanında yerləşən mənzil (yeni qaydalarla: AZ 1008, Bakı şəhəri, Nərimanov rayonu, Gülarə Qədirbəyova küçəsi, 17, M2, m3) İddiaçı tam payda xüsusi mülkiyyətindədir. Bu barədə xx.xx.2015-ci il tarixdə ********** nömrəli qeyd aparılmışdır. - 36 saylı MKİS əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli aktdan məlum olur ki, G.Qədirbəyova küçəsi, ev 63a ünvanında yerləşən binanın 8 girişi Ağayeva (Zeynalova) Aysen Etibar qızına məxsus 126-cı mənzildən su borusu partlaması nəticəsində aşağıda yerləşən İddiaçı məxsus 123-cü mənzilin divarlarına, tavanına, döşəməsinə, mətbəx mebelinə və hamam kafellərinə ziyan dəymişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/7483 nömrəli ekspert rəyindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, G.Qədirbəyova 63A ünvanında yerləşən 123 saylı mənzilin divarlarında və döşəmələrində olan qüsurları, həmin qüsurların su sızmaya xarakterik olduğunu və həmçinin 36 saylı MKİS-in əməkdaşları tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib edilmiş aktın məlumatlarını nəzərə alaraq, 123 saylı mənzilə 126 saylı mənzildən su sızması baş verdiyi müəyyən olunur. Su sızma hallarının baş vermə səbəbinə dair yuxarıda göstərilən amilləri nəzərə alaraq, 123 saylı mənzilə su sızması 126 saylı mənzilin su, kanalizasiya boru xətlərində qəza yaranması səbəbindən baş verə bilər. Tədqiq olunan 123 saylı mənzildə su sızma nəticəsində yaranmış qüsurların aradan qaldırılması üçün görülməli bərpa işlərinin təqribi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq 1818 manat məbləğində müəyyən olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1108.2-ci maddəsin əsasən, yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. 1115-ci maddəsinə görə isə, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbinin hüquqi əsası, yəni mülki qanunvericiliyin mülki hüquq pozuntusu nəticəsində dəymiş ziyanın ödənilməsinə dair müddəalarının dispozisiya şərtlərinin mövcudluğu sübuta yetirildiyindən iş materialları əsas götürülməklə iddia qismən təmin edilməlidir. İş materiallarından müəyyən olunur ki, iddiaçıya dəymiş ziyanı qarşılamaq Cavabdeh üzərinə düşür. Belə ki, Cavabdeh məxsus mənzildən cavabdehin səhlənkarlığına görə İddiaçı məxsus ünvan 3 ünvanında yerləşən mənzili (yeni qaydalarla: AZ 1008, Bakı şəhəri, Nərimanov rayonu, Gülarə Qədirbəyova küçəsi, 17, M2, m3) su basmış, nəticədə sonuncunun əmlakına maddi ziyan dəymişdir. İddiaçı əmlakına dəymiş ziyanın əvəzini cavabdehdən tələb etsə də, cavabdeh dəymiş ziyanın əvəzini ödəməkdən yayınmışdır. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi xx.xx.2023-cü il tarixli, 10/7483 nömrəli ekspert rəyində zərərin həcmi 1818 manat müəyyən edildiyi qeyd edilmişdir. Məhkəmə ekspert rəyini qanunvericiliyə zidd verildiyini göstərən heç bir hal müəyyən etmədiyindən hesab edir ki, vurulmuş zərərin əvəzi olaraq ekspert rəyində göstərilmiş məbləğ ödənilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh tərəfindən iddiaçıya məxsus ünvan 3 ünvanında yerləşən mənzilə (yeni qaydalarla: AZ 1008, Bakı şəhəri, Nərimanov rayonu, Gülarə Qədirbəyova küçəsi, 17, M2, m3) dəymiş maddi zərərin əvəzi olaraq 1818 manat məbləğində pul və 40 manat dövlət rüsumu Cavabdeh alınaraq iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinın 115-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri Cavabdeh tutularaq, 50 manat məbləğində pul Az.MEM, VÖEN **********, AZ41NABZ********************, X1, KOD 210005, VÖEN **********, müxbir hesab AZ34CTRE********************, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı məxsus ünvan 3 ünvanında yerləşən mənzilə (yeni qaydalarla: AZ 1008, Bakı şəhəri, Nərimanov rayonu, Gülarə Qədirbəyova küçəsi, 17, M2, m3) dəymiş maddi zərərin əvəzi olaraq 1818 manat məbləğində pul və 40 manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri Cavabdeh tutularaq, 50 manat məbləğində pul Az.MEM, VÖEN **********, AZ41NABZ********************, X1, KOD 210005, VÖEN **********, müxbir hesab AZ34CTRE********************, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mehriban Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar