Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3404/2023 22.09.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızı, İddiaçı İB-nin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı İB Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 223,91 manat pulun və 30 manat ödənilmiş dövlət rüsumu əvəzinin, ümumilikdə 253,91 manat pulun cavabdehdən məcburi qaydada tutularaq İddiaçı İB-nın Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixində Cavabdeh Bakı şəhərinin Xəzər rayonu, Binə qəsəbəsi, X1, şəhid Xəqani Aslanov küçəsində (koordinatlar: 40.416068; 50.127451) idarə etdiyi “MERCEDES” markalı **-MN-*** dövlət qeydiyyat nişanlı yük avtomaşını ilə yol hərəkəti qaydalarını pozaraq yol nəqliyyat hadisəsi (qəza) törətmiş, daha sonra hadisə yerindən yayınmışdır. Qəza hadisəsi nəticəsində cavabdeh tərəf SOCAR İddiaçı İB-nın Bakı Regional Qaz İstismarı Departamentinin (bundan sonra “BRQİD" adlandırılacaq) balans və istismarında olan 57 mm diametrlik, aşağı təzyiqli, yerüstü qaz xətti borusuna zərər vurmuş və zərər nəticəsində qaz xəttinin L=2 p/metr hissəsi deformasiyaya uğrayaraq zədələnmişdir. Qəza hadisəsi zamanı eyni zamanda 03 (üç) Ədəd (**********0; **********997 və 1702AZ**********99) nömrəli qaz sayğaclarının normal istismar vəziyyəti yararsız hala düşmüşdür. Qəza hadisəsi zamanı təbii qaz itkisi qeydə alınmamışdır. Qəza hadisəsi ilə bağlı SOCAR İddiaçı İB-nın BRQİD Xəzər Texniki- İstismar Xidmətinin əməkdaşları tərəfindən İddiaçı İB-nın Qəza-Bərpa Xidmətinə və həmçinin Azərbaycan Respublikası DİN-in 102 xidmətinə məlumat verilmiş, faktla bağlı İddiaçı İB əməkdaşları tərəfindən xx.xx.2022-ci il tarixində akt tərtib edilmişdir. Cavabdeh tərəfindən baş vermiş yol nəqliyyat hadisəsi ilə bağlı Xəzər RPİ DYP Şöbəsi tərəfindən araşdırma aparılmış, xx.xx.2022- ci il tarixdə Cavabdeh İXM-nin 327.6-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş, xx.xx.2022-ci il tarixində inzibati tənbeh vermə haqqında TP ******* nömrəli qərar qəbul edilmiş, Cavabdeh İXM-nin 327.6-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 100 manat məbləğində cərimə tədbiq edilmiş və onun barəsində qəbul edilmiş müvafiq qərarın surəti məlumat üçün İddiaçı İB-nın Bakı Regional Qaz İstismarı Departamentinə göndərilmişdir. Cavabdeh tərəfindən baş vermiş avtoqəza hadisəsinin nəticələrinin aradan qaldırılması yönündə İddiaçı İB-yə ümumilikdə 223,91 manat məbləğində (təmir-bərpaya çəkilən xərc) maddi zərər vurulmuşdur. Məhkəmə ərizəyə dair mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və mülki prosessual qanunvericiliyin tələblərinə əsasən cavabdehə bu barədə rəsmi qaydada bildiriş göndərmişdir. Müvafiq bildiriş cavabdehə göndərilsə də, o, iddiaya qarşı əsaslandırılmış etirazını məhkəməyə təqdim etməmişdir. Belə ki, Mülki Prosessual Məcəllənin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinin tələblərinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə iş materiallarını araşdırıb, iddia ərizəsinə və ona əlavə edilmiş sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia aşağıdakılara əsasən təmin edilməlidir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, xx.xx.2022-ci il tarixində Cavabdeh idarə etdiyi “MERCEDES” markalı **-MN-*** dövlət qeydiyyat nişanlı yük avtomaşını ilə yol hərəkəti qaydalarını pozaraq yol nəqliyyat hadisəsi (qəza) törətmiş, daha sonra hadisə yerindən yayınmışdır. Qəza hadisəsi nəticəsində cavabdeh tərəf SOCAR İddiaçı İB-nın Bakı Regional Qaz İstismarı Departamentinin balans və istismarında olan yerüstü qaz xətti borusuna zərər vurmuş və zərər nəticəsində qaz xəttinin L=2 p/metr hissəsi deformasiyaya uğrayaraq zədələnmişdir. Qəza hadisəsi zamanı eyni zamanda 03 Ədəd nömrəli qaz sayğaclarının normal istismar vəziyyəti yararsız hala düşmüşdür. Cavabdeh tərəfindən baş vermiş avtoqəza hadisəsinin nəticələrinin aradan qaldırılması yönündə İddiaçı İB-yə ümumilikdə 223,91 manat məbləğində (təmir-bərpaya çəkilən xərc) maddi zərər vurulmuşdur. İş materialların əlavə edilmiş izibati xəta haqqında protokol və inzibati tənbeh vermə haaqında qərardan görünür ki, Cavabdeh tərəfindən baş vermiş yol nəqliyyat hadisəsi ilə bağlı Xəzər RPİ DYP Şöbəsi tərəfindən araşdırma aparılmış, xx.xx.2022- ci il tarixdə Cavabdeh İXM-nin 327.6-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş, xx.xx.2022-ci il tarixində inzibati tənbeh vermə haqqında TP ******* nömrəli qərar qəbul edilmiş, Cavabdeh İXM-nin 327.6-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 100 manat məbləğində cərimə tədbiq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsulliyyəti daşıyır; 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir; Məhkəmə qanunvericiliyin yuxarıda qeyd edilən normalarını nəzərə alaraq hesab edir ki, Cavabdeh təqsiri səbəbindən onun idarə etdiyi nəqliyyat vasitəsi ilə SOCAR İddiaçı İBnın Bakı Regional Qaz İstismarı Departamentinin balans və istismarında olan yerüstü qaz xətti borusuna zərər vurduğu və hadisə nəticəsdə inzibati məsuliyyətə cəlb olunduğu sübuta yetirildiyindən İddiaçı İB-in iddia tələbi qanuni və əsaslıdır, buna görə də təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 223,91 manat pul və 30 manat ödənilmiş dövlət rüsumu əvəzi, ümumilikdə 253,91 manat pul tutularaq İddiaçı İB-nın Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilsin. Qətnamədən, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aytən Novruzova
Məhkəmə qərarları › İş №2(005)-3404/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3404/2023
22.09.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver