Məhkəmə qərarları › İş №2(005)-3417/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3417/2022

02.12.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3417/2022 02.12.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi Məhkəmə iclas katibi Qurbanova Səkinə Nadir qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzildən istifadə hüququnun tanınması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı mənzildən istifadə hüququnun tanınması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun və övladları xx.xx.2008-ci il təvəllüdlü X5, xx.xx.2011-ci il təvəllüdlü X6, xx.xx.2018-ci il təvəllüdlü X4 Cavabdeh məxsus ünvan 1 ünvanında yerləşən mənzilinə olan yaşamaq hüququnun tanınmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 21 iyun 2006-cı il tarixdə X13 ilə Nərimanov rayon Qeydiyyat Şöbəsində nikaha daxil olub rəsmi ailə qurmuşlar və nikahları 382 saylı akt ilə qeydiyyata alınmışdır. Birgə nikahlarından 3 övladları 02 yanvar 2008-ci il təvəllüdlü X14, 27 avqust 2011-ci il təvəllüdlü X15, xx.xx.2018-ci il təvəllüdlü X11 anadan olmuşlar. Hazırda nikahları qalır, ancaq faktiki ailə münasibətləri yoxdur. Yuxarıdakılardan göründüyü kimi o, 2006-cı il tarixdən cavabdehə məxsus evə gəlin gəlmiş, burada üç övlad dünyaya gətirmişdir və bu gündə faktiki olaraq bu ünvanda yaşayır və o evdən istifadə edir. O, bu evə cavabdehin razılığı ilə gəlin gəlmiş və o vaxtdan da ümumi təsərrüfat aparmaqla birlikdə yaşamışlar. Cavabdehlə ona məxsus mənzilə hüquq münasibətləri aralarında 2006-cı ildən yarandığından 2009-cu il tarixə qədər mövcud olmuş Mənzil Məcəlləsinə uyğun olaraq o və övladları həmin evə yaşamaq hüququ əldə etmişlər. Tərəflər arasında mübahisəli münasibət xx.xx.2009-cu il tarixdən öncə yarandığından və bu münasibətləri mülki qanunvericiliklə birbaşa tənzimlənmədiyindən, hazırkı mübahisəyə həmin vaxt qüvvədə olan mənzil qanunvericiliyinin normaları tətbiq olunmalıdır. Mənzilə yaşamaq hüququnun tanınması və oraya qeydiyyata alınmağı ilə bağlı iddianı onunla əsaslandırır ki, son vaxtlar cavabdeh ona mütamadi eşitdirir ki, uşaqlarıda götür evimdən get, evi satacağam. Onların başqa qalası yerləri olmadığından, məcbur buraya olan yaşayış hüququnu rəsmiləşdirmək məcburiyyətindədir. Belə ki, cavabdeh ona və övladlarına qarşı qanunsuz addım ata bilməsin. xx.xx.2009-cu il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı izahatında bilrdirmişdir ki, qaynanası ilə sözügedən məzilə gəlin köçdüyü gündən etibarən birlikdə yaşayır. Aralarında heç bir ədavət yoxdur. Həyat yoldaşı bir neçə il əvvəl evi tərk edib, başqa qadınla birgə yaşamağa başlayıb. Hal-hazırda iddiaçıya hədə-qorxu gələrək onu da, uşaqlarını da mənzildən çıxardacağını bildirir. Cavabdehə təzyiq göstərərək mənzildən istifadə hüquqularının tanınmasına mane olur. 16 ildir o mənzildə yaşayır, gələcəkdə evdən çıxarılsa başqa gedəcək yeri yoxdur, uşaqlarının gələcəyi ilə bağlı çox narahatdır. Məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar olunmuş, lakin məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyərək, iş materiallarını araşdıraraq, toplanmış sübutlara hüquqi qiymət verərək, hesab edir ki, iddia tələbi əsaslıdır və təmin olunmalıdır. Belə ki, iş materiallarında olan; Bakı şəhəri Nərimanov rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2011-ci il tarixdə verilmiş AZ-İİ 759136 nömrəli doğum haqqında şəhadətnamənin notariat qaydada təsdiq olunmuş surətindən görünür ki, X15 27 avqust 2011-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. X2, anası İddiaçıdır. Bakı şəhəri Nərimanov rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2008-ci il tarixdə verilmiş AZ-İİ 063418 nömrəli doğum haqqında şəhadətnamənin notariat qaydada təsdiq olunmuş surətindən görünür ki, X16 02 yanvar 2008-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. X2, anası İddiaçıdır. Bakı şəhəri Yasamal rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş AZ-İV 104471 nömrəli doğum haqqında şəhadətnamənin notariat qaydada təsdiq olunmuş surətindən görünür ki, X11 18 may 2018-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. X2, anası İddiaçıdır. Bakı şəhəri Nərimanov rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş AZ-T 000035 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X13 ilə X3 arasında 21 iyun 2006-cı il tarixdə nikah bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 382 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada Abbasova soyadı verilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MA seriyalı, 555002 nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospekti, ev 58, 81 nömrəli mənzil tam payda Cavabdeh mülkiyyətindədir. Bu barədə xx.xx.2019-cu il tarixdə ********** nömrəli qeyd aparılmışdır. Azərbaycan respublikasının Daxili İşlər Nazirliyi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli ******* nömrəli arayışdan müəyyən olunur ki, xx.xx.1954-cü il təvəllüdlü Cavabdeh, xx.xx.2010-cu il təvəllüdlü X7, xx.xx.2003-cü il təvəllüdlü X9 və xx.xx.1981-ci il təvəllüdlü X13 ünvan 2 ünvanında qeydiyyatdadır. Azərbaycan SSR Bakı şəhər X10 İcraiyyə komitəsinin 241981 nömrəli, xx.xx.1989-cu il tarixli orderindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospekti, ev 58, 81 nömrəli mənzil 3 nəfər ailə üzvü ilə birlikdə Cavabdeh verilmişdir. Nərimanov rayonu Mənzil Kommunal Təsərrüfat Birliyinin 35 saylı Mənzil Kommunal İstismar Sahəsinin xx.xx.2022-ci il tarixli, 029876 nömrəli arayışdan müəyyən olunur ki, İddiaçı ünvan 4 ünvanında qeydiyyatsız yaşayır. Məhkəmə əvvəla qeyd edilməsini zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir.Belə ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən edilmiş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir.Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhk əmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Bundan başqa məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən edilmiş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəməninqətnaməsi,ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Məhkəmə hazırki iş üzrə mübahisənin həll olunması üçün aşağıdakı maddi hüquq normalarının qeyd olunmasını zəruri hesab edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İddiaçı 2006-cı il tarixində ünvan 5 ünvanına köçdüyünə görə, məhkəmə hesab edir ki, hazırki mülki işdə 2009-cu ilə qədər qüvvədə olan 1982-ci il Mənzil Məcəlləsi tətbiq edilməlidir. Həmin Məcəllənin 53-cü maddəsinə əsasən,icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin Məcəllənin 27.1 və 27.3-cü maddəsinə əsasən şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. Əgər şəxs hər hansı səbəbdən öz yaşayış yerini müəyyən müddətə tərk edirsə, o, yaşayış yerini itirmir. A Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.2-ci maddəsinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Azərbaycan Respublikasının Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsində qeyd olunmuşdur ki,heç kəs yaşadığı mənzildən qanunsuz olaraq məhrum edilə bilməz. Mülki iş üzrə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı ailə həyatı quraraq 2006-cı il tarixdə ünvan 5 ünvanında yerləşən mənzilə köçmüş, mənzil 1981-ci ildə verilmiş order əsasında iddiaçının qaynatası Abbasov İslahatın və onun ailə üzvlərinin istifadəsində olmuşdur. Məhkəmə hesab edir ki, istinad edilən normaya əsasən iddiaçı da həmin mənzildə yaşayıb icarədarla birlikdə təsərrüfat idarə etdiyinə görə, icarədarın ailə üzvü hesab edilə bilər və bu əsasla da, həmin mənzildən onun da istifadə hüququ yaranır. İddiaçının üç azyaşlı uşaqları da həmin evdə, icarədar Abbasov İslahatın oğlu ilə X13 ilə birgə nikahdan doğulmuşlar. Məhkəmə iddiaçı ilə X8 nikahının davam etməsini, iddiaçının artıq 16 il sözügedən ünvanda yaşayaraq cavabdehlə birgə təsərrüfat idarə etməsini, hal-hazırda da uşaqları ilə birgə həmin mənzildə yaşadığını nəzərə alaraq hesab edir ki, mənzilin 2019-cu ildə cavabdeh İddiaçı İbrahim qızının adına xüsusi mülkiyyətə keçməsi, bununla evin hüquqi vəziyyətinin dəyişməsi iddiaçının və onun azyaşlı uşaqlarının mənzildə istifadə hüququnu məhdudlaşdıra bilməz. Məhkəmə həmçininonu da nəzərə alır ki, əvvəlki mülkiyyətçi vəfat edənə qədər iddiaçı ilə evin istifadəsi ilə bağlı hansı mübahisələrinin olmasına dair iş üzrə sübut mövcud deyil.Yəni faktiki olaraq iddiaçının mübahislə evdə uzun müddət yaşamasına həm evin əvvəlki mülkiyyətçisi (iddiaçının qanatası) həm hazırkı cavabdeh etiraz etməmişlər. Yəni iddiaçı ilə əri X13 rəsmi nikahda olduqları dövrdə cavabdehin sözügedən yaşayış sahəsinə istifadə hüquqları yaranmışdır. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddiaçının göstərilən yaşayış sahəsindən istifadə hüquqları tanınmalıdır. İddiaçının azyaşlı uşaqları ilə bağlı hissədə məhkəmə qeyd edir ki, iddiaçı ilə X8 nikahına rəsmi olaraq xitam verilməmişdir. Eyni zamanda uşaqların atası sözügedən mənzilə qeydiyyatdadır, uşaqlar anaları ilə birgə həmin mənzildə yaşayırlar. Məhkəməhesab edir ki, Mülki Məcəllənin 228 .5-ci maddəsinə əsasən, azyaşlıların həmin mənzildən istifadə hüququ yaranır. Buna görə də iddia tələbi bu hissədə də təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin Vİİ hissəsi) təsbit olunmuşdur. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malik olması təsbit edilmişdir. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 217.1 və 217.3-cü maddələri). İddia tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddiaçı X1 Cavabdeh qarşı mənzildən istifadə hüququnun tanınması tələbinə dair iddiası təmin edilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddiaçı tələb etmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “mənzildən istifadə hüququnun tanınması” tələbinə dair iddia ərizəsi təmin edilsin. İddiaçı xx.xx.2008-ci il təvəllüdlü X17, xx.xx.2011-ci il təvəllüdlü X6 və xx.xx.2018-ci il təvəllüdlü X11 adlı uşaqları ilə birgə ünvan 6 ünvanında yerləşən mənzildən istifadə hüququ tanınsın. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mehriban Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar