Məhkəmə qərarları › İş №2(005)-3418/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3418/2020

16.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3418/2020 16.10.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, İbrahimova Ramilə Namiq qızının katibliyi ilə, İddiaçı “X3 Təşkilatı İDK” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə hesablanmış əsas, fazi, cərimə və gecikdirilmiş borc məbləğinin, ödənilmiş dövlət rüsumunun tutulması” tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “X3 Təşkilatı İDK” Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə hesablanmış əsas, fazi, cərimə və gecikdirilmiş borc məbləğinin, ödənilmiş dövlət rüsumunun tutulması” tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 758,26 (yeddi yüz əlli səkkiz manat iyirmi altı qəpik) manat məbləğində əsas, 103,65(bir yüz üç manat altmış beş qəpik)manat məbləğində faiz, 75,80 (yetmiş beş manat səksən qəpik) manat məbləğində cərimə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin müvafiq qərarına əsasən müqavilə müddəti bitdikdən sonra illik 5 faiz olmaqla 22,03 (iyirmi iki manat üç qəpik) manat məbləğində faiz olmaqla, cəmi 959,74(doqquz yüz əlli doqquz manat yetmiş dörd qəpik) manat məbləğində borcun və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun iddiaçı “X3 Təşkilatı İDK” Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyirinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı “X3 Təşkilatı İDK” Məhdud Məsuliyyətli Cəmiyyəti kiçik iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh1 xx xxxxxx 2019-cu il tarixli 05077 nömrəli kredit müqaviləsinə əsasən 12 (on iki) ay müddətinə 1.300 (bir min üç yüz) manat məbləğində aylıq 3 faiz olmaqla kredit verilmişdir. Kredit müqaviləsi ilə yanaşı, Cavabdeh2 arasında xx xxxxxx 2019-cu il tarixli zaminlik müqaviləsi bağlanılmışdır. Müqavilə ilə nəzərdə tutulmuş ödəniş müddətinin keçməsinə və ödəniş barədə dəfələrlə şifahi, o cümlədən xx xxxx 2020-ci il tarixli yazılı xəbərdarlıq edilməsinə baxmayaraq, ödəniş cədvəlinə uyğun olaraq kredit borcu ödənilməmişdir. Hazırda cavabdehlər Cavabdeh1 və Cavabdeh2 758,26 (yeddi yüz əlli səkkiz manat iyirmi altı qəpik) manat məbləğində əsas, 103,65(bir yüz üç manat altmış beş qəpik)manat məbləğində faiz, 75,80 (yetmiş beş manat səksən qəpik) manat məbləğində cərimə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin müvafiq qərarına əsasən müqavilə müddəti bitdikdən sonra illik 5 faiz olmaqla 22,03 (iyirmi iki manat üç qəpik) manat məbləğində faiz olmaqla, cəmi 959,74(doqquz yüz əlli doqquz manat yetmiş dörd qəpik) manat məbləğində borcu vardır. Kredit müqaviləsinin 4cü maddəsinə əsasən, bu müqavilə üzrə “kredit verən” tərəfindən aşağıdakı hallarda borcun dərhal qaytarılması tələb edilə bilər: kreditin və faizlərin ödənilməsi “kredit alan” tərəfindən 15 (on beş) gündən artıq müddətə gecikdirildikdə (4.4.1-ci bənd). Zaminlik müqaviləsinin 2.4.3-cü maddəsində qeyd olunur ki, “borclu”nun öhdəliyini icra etməməsi nəticəsində “kreditor”a dəyən ziyanın əvəzinin ödənilməsi də daxil olmaqla, “kreditor” qarşısında “borclu” ilə eyni məsuliyyəti daşıyır. Azərbaycan Respubikası Mülki Prosessual Məcəlləsinin: 284-cü maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. İş materiallarında olan və tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: “X3 Təşkilatı İDK” Məhdud Məsuliyyətli Cəmiyyəti-kredit verən ilə Cavabdeh1-kredit alan arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli 05077 nömrəli kredit müqaviləsinin məzmunundan görünür ki, kredit verən 12 (on iki) ay müddətinə 1.300 (bir min üç yüz) manat məbləğində aylıq 3 faiz olmaqla kredit alana kredit vermişdir; “X3 Təşkilatı İDK” Məhdud Məsuliyyətli Cəmiyyəti-kredit verən ilə Cavabdeh1-kredit alan arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli 05077 nömrəli kredit müqaviləsinə əlavə olan kredit ödəniş cədvəlinin məzmunundan görünür ki, kredit alan 12 (on iki) ay ərzində hər ay 130,60 (bir yüz otuz manat altmış qəpik) manat (sonuncu ay-131 (bir yüz otuz bir) manat) məbləğində kredit verənin hesabına ödəniş etməyi öz üzərinə götürmüşdür; “X3 Təşkilatı İDK” Məhdud Məsuliyyətli Cəmiyyəti-kreditor ilə Cavabdeh2-zamin arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli zaminlik müqaviləsinin məzmunundan görünür ki, “X3 Təşkilatı İDK” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2019cu il tarixli 05077 nömrəli kredit müqaviləsi üzrə öhdəliklərin təminatı olaraq cavabdeh-zamin Cavabdeh2 kredit alan qismində Cavabdeh1 ilə birgə iddiaçı “X3 Təşkilatı İDK” Məhdud Məsuliyyətli Cəmiyyəti qarşısında borc öhdəliklərinin yerinə yetirilməsinə görə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür; “X3 Təşkilatı İDK” Məhdud Məsuliyyətli Cəmiyyətinin xx xxxxxxxx 2020-ci il tarixli maliyyə arayışının məzmunundan görünür ki, “X3 Təşkilatı İDK” Məhdud Məsuliyyətli Cəmiyyəti-kredit verən ilə Cavabdeh1-kredit alan arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli 05077 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh1 iddiaçı “X3 Təşkilatı İDK” Məhdud Məsuliyyətli Cəmiyyətinə 758,26 (yeddi yüz əlli səkkiz manat iyirmi altı qəpik) manat məbləğində əsas, 103,65(bir yüz üç manat altmış beş qəpik)manat məbləğində faiz, 75,80 (yetmiş beş manat səksən qəpik) manat məbləğində cərimə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin müvafiq qərarına əsasən müqavilə müddəti bitdikdən sonra illik 5 faiz olmaqla 22,03 (iyirmi iki manat üç qəpik) manat məbləğində faiz olmaqla, cəmi 959,74(doqquz yüz əlli doqquz manat yetmiş dörd qəpik) manat məbləğində borcu vardır; “X3 Təşkilatı İDK” Məhdud Məsuliyyətli Cəmiyyətinin ödənişlər üzrə çıxarışın məzmunundan görünür ki, xx xxxx 2019-cu il tarixdən xx xxxxxx 2019-cu il tarixədək olan müddət ərzində 1.087 (bir min səkzən yeddi) manat məbləğində ödəniş etmişdir ki, həmin məbləğin 541,74 (beş yüz qırx bir manat yetmiş dörd qəpik) manat hissəsi əsas, 299,40 (iki yüz doxsan doqquz manat qırx qəpik) manat məbləğində faiz və 245,86 (iki yüz qırx beş manat səksən altı qəpik) manat cərimə məbləğində hesablanmışdır; “X3 Təşkilatı İDK” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh1 və Cavabdeh2 ünvanladığı xx xxxx 2020-ci il tarixli kredit borcunun ödənilməsi barədə xəbərdarlıq məktubunun məzmunundan görünür ki, borclu Cavabdeh1 xx xxxxxx 2019-cu il tarixli 05077 nömrəli kredit müqaviləsinə əsasən, 12 (on iki) ay müddətinə 1.300 (bir min üç yüz) manat məbləğində aylıq 3 faiz olmaqla kredit verilmişdir. Kredit müqaviləsi ilə yanaşı Cavabdeh2 arasında xx xxxxxx 2019cu il tarixli zaminlik müqaviləsi bağlanılmışdır. Müqavilə ilə nəzərdə tutulmuş ödəniş müddətlərinin keçməsinə və ödəniş barədə dəfələrlə şifahi xəbərdarlıq edilməsinə baxmayaraq, ödəniş cədvəlinə uyğun olaraq kredit borcu ödənilməmişdir. Zaminlik müqaviləsinin 2.4.3-cü maddəsində qeyd olunur ki, “borclu”nun öhdəliyini icra etməməsi nəticəsində “kreditor”a dəyən ziyanın əvəzinin ödənilməsi də daxil olmaqla, “kreditor” qarşısıda “borclu” ilə eyni məsuliyyəti daşıyır.Yuxarıda qeyd olunanları nəzərə alaraq, müqavilə ilə nəzərdə tutulan öhdəliyi 3 (üç) gün ərzində yerinə yetirilməsi xahiş olunmuş, əks halda qanunvericilin tələbinə uyğun olaraq məhkəməyə müraciət ediləcəyi, həmçinin məhkəmənin yekun aktina əsasən, onların əmlakına, əmək haqqlarına, pensiyalarına və digər gəlirlərinə həbs qoyulacağı, ölkə xaricinə getmələrinin məhdudlaşdırılması, inzibati və cinayət məsuliyyətinə cəlb olunaraq 15 (on beş) gündən 3 (üç) il müddətinə qədər azadlıqdan məhrum oluna bilmələri barədə xəbərdar edilmişlər; Azərbaycan Respublikası Vergilər Nazirliyi Kommersiya Hüquqi Şəxsinin Dövlət Qeydiyyatı haqqında ********** nömrəli VÖEN ilə qeydiyyatdan keçirilmiş şəhadətnamənin müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, “X3 Təşkilatı İDK” Məhdud Məsuliyyətli Cəmiyyətinin hüquqi ünvanı ünvan 1 ünvanı olmaqla, ********** nömrəli VÖEN ilə xx xxxxx 2011-ci il tarixdə qeydiyyatdan keçmişdir; Azərbaycan Respublikası Vergilər Nazirliyi Kommersiya hüquqi şəxslərinin dövlət reyestrindən xx xxxxxx 2012-ci il tarixli **********991800 nömrəli çıxarışın müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, “X3 Təşkilatı İDK” Məhdud Məsuliyyətli Cəmiyyətinin hüquqi ünvanı ünvan 1 ünvanı olmaqla, ********** nömrəli VÖEN ilə xx xxxxx 2011-ci il tarixdə qeydiyyatdan keçmişdir. Nizamnamə kapitalının miqdarı 700.000 (yeddi yüz min) manat (əvvəlki miqdarı- 300.000 (üç yüz min) manat) müəyyən edilmişdir. Təsisçilər və nizamnamə kapitalında mayaların miqdarı X1-100% olmaqla müəyyən edilmişdir; xx xxxxxxxx 2020-ci il tarixli ödəniş tapşırığının surətindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün iddiaçı “X3 Təşkilatı İDK” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi tərəfindən 30 (otuz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, “X3 Təşkilatı İDK” Məhdud Məsuliyyətli Cəmiyyəti-kredit verən ilə Cavabdeh1-kredit alan arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli 05077 nömrəli kredit müqaviləsinə əsasən kredit verən 12 (on iki) ay müddətinə 1.300 (bir min üç yüz) manat məbləğində aylıq 3 faiz olmaqla kredit alana kredit vermişdir. “X3 Təşkilatı İDK” Məhdud Məsuliyyətli Cəmiyyəti-kredit verən ilə Cavabdeh1-kredit alan arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli 05077 nömrəli kredit müqaviləsinə əlavə olan kredit ödəniş cədvəlinə əsasən kredit alan 12 (on iki) ay ərzində hər ay 130,60 (bir yüz otuz manat altmış qəpik) manat (sonuncu ay-131 (bir yüz otuz bir) manat) məbləğində kredit verənin hesabına ödəniş etməyi öz üzərinə götürmüşdür. “X3 Təşkilatı İDK” Məhdud Məsuliyyətli Cəmiyyəti-kreditor ilə Cavabdeh2-zamin arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli zaminlik müqaviləsinə əsasən “X3 Təşkilatı İDK” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli 05077 nömrəli kredit müqaviləsi üzrə öhdəliklərin təminatı olaraq cavabdeh-zamin Cavabdeh2 kredit alan qismində Cavabdeh1 ilə birgə iddiaçı “X3 Təşkilatı İDK” Məhdud Məsuliyyətli Cəmiyyəti qarşısında borc öhdəliklərinin yerinə yetirilməsinə görə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. “X3 Təşkilatı İDK” Məhdud Məsuliyyətli Cəmiyyətinin xx xxxxxxxx 2020-ci il tarixli maliyyə arayışına əsasən “X3 Təşkilatı İDK” Məhdud Məsuliyyətli Cəmiyyəti-kredit verən ilə Cavabdeh1-kredit alan arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli 05077 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh1 iddiaçı “X3 Təşkilatı İDK” Məhdud Məsuliyyətli Cəmiyyətinə 758,26 (yeddi yüz əlli səkkiz manat iyirmi altı qəpik) manat məbləğində əsas, 103,65(bir yüz üç manat altmış beş qəpik)manat məbləğində faiz, 75,80 (yetmiş beş manat səksən qəpik) manat məbləğində cərimə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin müvafiq qərarına əsasən müqavilə müddəti bitdikdən sonra illik 5 faiz olmaqla 22,03 (iyirmi iki manat üç qəpik) manat məbləğində faiz olmaqla, cəmi 959,74(doqquz yüz əlli doqquz manat yetmiş dörd qəpik) manat məbləğində borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə əsasən: “Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir”. Bu halda isə borclunun risk dairəsinə aid olan məsələlər onun tərəfindən kreditin ödənilməsi üçün kifayət qədər gəlirliyinin təmin olunmasıdır; 448.2-ci maddəsinə əsasən: “Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz”; 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir; 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür; 472.1-472.2-ci maddələrinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair xx xxxxxx 2014-cü il tarixli qərarında belə nəticəyə gəlinmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 449.1-ci maddəsinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər; 449.4-cü maddəsinə görə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, məhkəmə hesab edir ki, kiçik iddia təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. xx xxxxxx 2019-cu il tarixli 05077 nömrəli kredit müqaviləsinə əsasən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 758,26 (yeddi yüz əlli səkkiz manat iyirmi altı qəpik) manat məbləğində əsas, 103,65(bir yüz üç manat altmış beş qəpik)manat məbləğində faiz, 75,80 (yetmiş beş manat səksən qəpik) manat məbləğində cərimə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin müvafiq qərarına əsasən müqavilə müddəti bitdikdən sonra illik 5 faiz olmaqla 22,03 (iyirmi iki manat üç qəpik) manat məbləğində faiz olmaqla, cəmi 959,74(doqquz yüz əlli doqquz manat yetmiş dörd qəpik) manat məbləğində borc vəsaiti və 30 (otuz) manat məbləğində dövlət rüsumu alınaraq iddiaçı “X3 Təşkilatı İDK” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar