Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3425/2021 05.11.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi Əliyeva Nurlana Sahib qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh1n, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1 nümayəndəsi və vəkili X2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul və maddi ziyan” tələbinə dair mülki iş üzrə iddia ərizəsinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul və maddi ziyan” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının vermiş olduğu 18 000 manat və 1500 manat dəymiş zərərin cavabdeh X4, 10 000 manat əsas vəsaitin və 884 manat dəymiş zərərin isə Cavabdeh2 tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, bildirir ki, iddiaçı “A-Medikal” klinikasında direktor vəzifəsində çalışır. Əvvəlcədən tanıdığı Cavabdeh2 onu cavabdeh - İran İslam Respublikasının vətəndaşı olan həkim fizioterapevt X6 ilə tanış etmişdir. 2020-ci ilin yanvar ayında cavabdeh iddiaçıya ‘‘A-Medikal” klinikasını işlətmək istədiyini demişdir. Həmin vaxt klinika işləmədiyindən iddiaçı onun klinikanı işlətməsinə razılıq vermişdir. Bununla bağlı aralarında olan şifahi razılaşmaya görə, cavabdeh həkim kollektivini təşkil edilməsi, tibbi ləvazimatların alınması və klinikanın KİV-də reklamı üçün 18 000 (on səkkiz min) manat pul istəmiş, iddiaçı da həmin pulu 2020-ci ilin yanvar ayında adı çəkilən klinikada ona vermişdir. Bundan başqa, iddiaçı 2019-cu ilin dekabr ayında Cavabdeh2 də mövcud vəziyyətdən istifadə edərək iddiaçıdan 10 000 (on min) ABŞ dolları borc istədi. O, 5-6 ay qaytarmaq şərti ilə razılaşdı və 10 000 (on min) ABŞ dollarını borc olaraq verdi. Lakin ondan da pulunu geri ala bilməmişdir. Lakin iddiaçı sonradan aldadıldığını görərək, cavabdehdən ona verdiyi pulu geri istəsə də, cavabdeh pulun qaytarılması istiqamətində heç bir tədbir görməmişdir. Göründüyü kimi, borclu X6 və Cavabdeh2 iddiaçının dəfələrlə tələb etməsinə baxmayaraq, vəsaiti qaytarmadığından həmin pul vəsaitinin istifadəsi ilə əlaqədar iddiaçını əldə edə biləcəyi gəlirlərdən məhrum etmişlər. Bu səbəbdən hesab edir ki, iddiaçının verdiyi pulu geri almaq hüququnun bərpa olunması üçün məhkəmə qətnaməsinin qəbul edilməsinə zərurət vardır. Daha sonra iddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbinin həcminin azaldılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1dən 18000 manat, cavabdeh Cavabdeh2 10000 ABŞ dolları məbləğində pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, iddia ərizəsi ilə eyni məzmunlu izahat verib iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh1 iddia tələbinə etiraz edərək, iddianın tam əsassız olduğunu, mübahisəli pulu iddiaçıdan almadığını, həmin vəsaitin iş üzrə üçüncü şəxsdən alındığını, habelə verilmiş vəsaitin tərtib olunmuş “Biznes Plan”a uyğun sərf edildiyini, bu səbəbdən də iddia tələbinin rədd edilməsini xahiş etdi. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1 nümayəndəsi və vəkili X5 iddia tələbinin həll edilməsi məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirərək, qeyd etdi ki, 2(005)-3425/2021 saylı mülki iş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 üçüncü şəxs tərəfindən müxtəlif vaxtlarda verilən 18000 manat və 10000 ABŞ dolları İddiaçı məxsus olmuşdur, odur ki, bununla bağlı eyniməzmunlu ərizəsini məhkəməyə təqdim etdi. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddia tələbinə etiraz edərək, iddiaçıdan hər hansı pul almadığını, həmin vəsaitin onun avtomobili olmadığından iş üzrə üçüncü şəxs Azər Əmiraslanov tərəfindən ona kömək olaraq verildiyini bildirdi. Cavabdeh2 məhkəmə baxışı iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, iştirak etməmiş, bu barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab edir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyərək, onların izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Bakı şəhəri Nərimanov RPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru Ceyhun Hüseynovun 27 iyul 2020-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarından görünür ki, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Qərarın təsviri hissəsindən görünür ki, Cavabdeh2 istintaq zamanı izahatında bildirmişdir ki,...Azər müəllim ona avtomaşın almaq üçün 10000 ABŞ dolları pul vermişdir....İddiaçı pul almamış və həmin 10000 ABŞ dolları pulu Azər müəllim Bakı şəhəri, S.Vurğun küçəsində yerləşən “A-Club” deyilən ofisində verib bildirmişdir ki, bu pulu götür özünə avtomaşın al piyada gəzmə. Bu söhbət ikimizin arasında qalacaq və bu jesti mən sənə edirəm. O isə həmin pulu ilkin ödəniş ödəyib özü üçün kreditlə Hyundai Accent markalı avtomaşın almışdır. İstintaq zamanı Cavabdeh1 izahatında bildirmişdir ki, ...söhbət zamanı Azər müəllim Xətai rayonu ərazisində yerləşən “Azər-Türk” Klinkasını və Bakı şəhəri, S.Vurğun küçəsində yerləşən “Azər-Türk” Klinikasının lahiyəsinin işlənib hazırlanmasını, tibbi avadanlıqlarla təchiz olunmasını və İranlı həkimlərin həmin Klinikalara cəlb olunmasım təklif etmiş onlar isə onun təklifini qəbul edib ümumi razılığa gəlmişlər. Bundan sonra o biznes plan hazırlayıb ilkin olaraq işlərə başlamışdır. Bunun üçün hissə-hissə Azər müəllim ona 18.000 manat pul vermişdir. Bu pulun verilməsində məqsəd Klinikanın fəaliyyətə başlamasına qədər birgə işlərin görülməsi və reklam işləri, İranlı həkimlərin Bakı şəhərinə gətirilməsi və digər işlərin görülməsi olmuşdur. O, işə başlayıb İranlı həkimləri Bakı şəhərinə dəvət etmiş, onların Bakı şəhərində qalmaları üçün otel xərclərini və digər xərclərini çəkmiş və diplomlarının sutərlərini çıxanb Azər müəllimin işlərini aparan şəxs kimi tanıdığı Vüqar adlı şəxsə vermişdir. İrandan dəvət olunmuş həkimlərin miqrasiya sənədlərinin qaydaya salınması üçün bir ayadək vaxt çəkməsini bəhanə edərək Vüqar aralarında olan razılaşmanı pozaraq Azər mülllimin verdiyi 18.000 manat pulun qaytarılmasını tələb etməyə başlamışdır. O isə təklif etmişdir ki, Klinikanın açılması üçün xərclənən pulları hesablayıb ümumi məbləğdən çıxaq və yerdə qalan pulun əvəzinə isə bahalı tibbi avadanlığı veriləcək pulun təminatı kimi həmin Klinikaya yerləşdirək satılandan sonra həmin pul onlara qaytarılar. Məhkəmə iddia tələbinin Cavabdeh2 aid hissəsinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Buna görə də məhkəmə hesab edir ki, Cavabdeh2 ilə İddiaçı arasındakı borc münasibətləri 2019-cu ilə aid olduğundan Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən mübahisəli hüquq münasibətlərinin yarandığı zaman Azərbaycan Respublikası Mülki Məcəlləsinə 31 may 2016-cı il tarixli 269-VQD nömrəli qanunla edilmiş dəyişikliyə əsasən, qüvvədə olan müddəaları tətbiq olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 740.1-ci maddəsinə əsasən, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2-ci maddəsinə əsasən, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. 324.1-ci maddəsinə görə, əqd mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.5-ci maddəsinə görə, iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. 337.1-ci maddəsinə görə bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2-ci maddəsinə görə, əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.5.-ci maddəsinə görə, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh2 2019-cu ilin dekabr aylarında 10000 ABŞ dolları məbləğində borc pul vermişdir. Cavabdeh2 həmin pulun üçüncü şəxs X3 tərəfindən ona verildiyini, iddiaçıdan hər hansı pul almadığını bildirir. Üçüncü şəxs X3 Cavabdeh2 verdiyi 10000 ABŞ dolları məbləğində pul vəsaitinin İddiaçı məxsus olduğunu qeyd edir. İşin mübahisələndirilən halı ondan ibarətdir ki, iddiaçı bildirir ki, Cavabdeh2 verilmiş pul vəsaiti ona məxsus olmuşdur və cavabdehə borc olaraq verilmişdir. Cavabdeh2 isə həmin pul vəsatinin ona üçüncü şəxs X3 tərəfindən “jest” olaraq, yəni borc kimi verilmədiyini bildirir. Məhkəmə qeyd edir ki, işin hallarından göründüyü kimi üçüncü şəxs X3 Cavabdeh2 verdiyi 10000 ABŞ dolları məbləğində pul vəsaitinin İddiaçı məxsus olduğunu qeyd etmiş, buna dair yazılı ərizəsini məhkəməyə təqdim etmişdir. Lakin cavabdeh tərəfindən həmin halı təkzib edəcək mötəbər sübutlar məhkəməyə təqdim edilməmiş, əksinə iddia tələbinə dair verdiyi izahatlar formal mülahizələrdən ibarət olmuşdur. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddiaçı Cavabdeh2 10000 ABŞ dolları məbləğində pulu geri tələb etməkdə haqlı olmuşdur. Göstərilənlərə əsasən məhkəmə, iddia tələbinin borc pulun tələb edilməsi hissəsinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “B.Qasımovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 16 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 09.12.2019-cu il tarixli qərarında qeyd olunur ki, ... Nəzərə alınmalıdır ki, hər hansı əqdin, o cümlədən alğı-satqı müqaviləsinin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Beləliklə, Mülki Məcəllənin 740-cı maddələsinə uyğun olaraq, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa yazılı formada bağlanmalıdır. Hazırki mülki mübahisədən görünür ki, tərəflər arasında 10000 ABŞ dolları məbləğində pulun borc olaraq verilməsi məhkəmə araşdırması zamanı öz təsdiqini tapmışdır, lakin həmin razılaşma şifahi olaraq bağlanmışdır. Qanunvericiliyin tələbinə əsasən, borcun məbləği üç min manatdan çoxdursa bu zaman müqavilənin yazılı formasından istifadə olunmalıdır. Belə olan halda tərəflər aralarında bağlanmış müqavilənin forma və məzmununa riayət etmədiklərindən, həmin əqd etibarsız hesab olunmalı, əqd etibarsız olduğundan tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmalıdır. Nəticə etibarilə məhkəmə hesab edir ki, tərəflər arasındakı münasibətlər əvvəlki vəziyyətə qaytarılmalı, Cavabdeh2 10000 ABŞ dolları məbləğində pul alınaraq İddiaçı verilməlidir. Məhkəmə iddia tələbinin digər cavabdehə münasibətdə bildirir ki, ilk növbədə mübahisə 18000 manat pul tələbi ilə bağlıdır. 2. İddiaçı bildirir ki, 2020-ci ilin yanvar ayında cavabdeh iddiaçıya ‘‘A-Medikal” klinikasını işlətmək istədiyini demiş, bununla bağlı aralarında olan şifahi razılaşmaya görə, cavabdeh həkim kollektivini təşkil edilməsi, tibbi ləvazimatların alınması və klinikanın KİV-də reklamı üçün 18 000 (on səkkiz min) manat pul istəmiş və iddiaçı həmin pulu ona vermiş, lakin qarşılığında heç bir iş görülmədiyindən həmin vəsaitin qaytarılmasını tələb edir. 3. Cavabdeh isə bunu təkzib edərək, iddiaçıdan hər hansı pul almadığını, həmin vəsaitin ona üçüncü şəxs X3 tərəfindən verildiyini, onun tərəfindən razılaşdırılmış işlərin “biznes plan”a uyğun həyata keçirildiyini, həkimlərin İran İslam Respublikasından gətirilməsinin təşkil edildiyini, hətta klinikanın loqosunun da hazırlandığını, sosial şəbəkədə klinikanın reklamı ilə bağlı səhifənin açıldığını, bu səbəbdən də verilən pulun bütünlüklə razılaşdırılmış işlərin görülməsinə sərf edildiyini, lakin daha sonra onun bu işlərin icrasından iddiaçının özü tərəfindən uzaqlaşdırıldığını bildirir. Məhkəmə hesab edir ki, cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirmədiyi bütün hallar üçün cavabdehdir və iddiaçı ilə aralarında olan öhdəliklərin yerinə yetirilməməsinə görə məsuliyyət daşıyır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi Cavabdeh1ə münasibətdə əsaslıdır. Hazırda iddiaçı, bildirir ki, cavabdehlə arasındakı münasibətlər xidmət göstərilməsində köməklik edilməsi ilə bağlı olmuş və o, bu xidmətlərə görə ödənişi cavabdehə ödəmiş, lakin qarşılığında heç bir iş görülmədiyindən hazırda pulunun qaytarılmasını tələb edir. Cavabdeh isə bunu təkzib edərək, iddia tələbinin dəlillərinə öz etirazını yuxarıda sadalananlarla əsaslandırır. Məhkəmə, mübahisənin hüquqi həlli ilə bağlı bildirir ki, mülki qanunvericiliyin ayrı-ayrı müddəalarında zərərin ödənilməsi tələbini özündə ehtiva edən öhdəliyin yaranması əsasları konkret şəkildə müəyyən edilmiş və buraya müqavilədən, zərər vurmadan, əsassız varlanmadan və Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslardan irəli gələn öhdəliklərin daxil olduğu göstərilmişdir. Hazırkı mübahisə üzrə iddiaçının tələbi (tələbin hüquqi əsası) mülki hüquq pozuntusuna (deliktə) söykənir. Mülki hüquq pozuntusunun anlayışını, ünsürlərini və ümumi qaydalarını müəyyən edən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci və 1097.1-ci maddələrinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Göründüyü kimi, iddia tələbinin hüquqi əsası kimi qeyd edilən maddələrin tətbiqi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: əməl (hərəkət və ya hərəkətsizlik), həmin əməlin hüquqazidd (qeyri-hüquqi) olması, şəxsiyyətə və ya əmlaka dəymiş zərər, əməl ilə zərər arasında uyğun səbəbli əlaqə və təqsir. Mülki hüquq pozuntusundan irəli gələn tələbin təmin edilməsi üçün sadalanan şərtlərin hər biri məhkəmə tərəfindən müəyyən edilməlidir. Məhkəmə hesab edir ki, hazırda sübutetmə yükü baxımından qeyd olunan halları sübuta yetirmək vəzifəsi cavabdehin üzərinə düşür. Çünki, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Lakin baxılan işdə Cavabdeh1 ona verilmiş 18000 manat pulun razılaşdırılmış işlərə sərf etdiyini təsdiqləyən mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Belə ki, cavabdeh etirazının hallarını sübut etmək üçün təqdim etdiyi video yazı olan disk və fləş kartdakı məlumatlardan görünür ki, tərəflər görüləcək işləri müzakirə edirlər. Həmin işlərə görə çəkiləcək xərclərin, əldə olunacaq mənfəətin həcmi barədə hesablamalar aparırlar. Məhkəmə bildirir ki, həmin audio-video yazılarındakı danışıqlar mülki işin mübahisəsiz hallarıdır. Məhkəmədə iddiaçı həmin danışıqların olduğunu inkar etmir. Hazırda mübahisələndirilən hal ondan ibarətdir ki, Cavabdeh1 danışıqlardakı “Biznes Planda” nəzərdə tutulan tədbirləri icra etməmişdir. İddiaçı işlərin görülməsi üçün verdiyi pulun həmin işlər üçün sərf edilmədiyini bildirir. Məhkəmə hesab edir ki,cavabdehin təqdim etdiyi səs yazıları həmin pul vəsaitindən razılaşdırılmış qaydada istifadə etməsini, tapşırılmış işləri icra etməsini sübuta yetirmir. Danışıqların olması hələ o demək deyildir ki, Cavabdeh1 öz öhdəliklərini lazımi qaydada yerinə yetirmişdir. Fləş kartdakı səslərə münasibətdə məhkəmə qeyd edir ki, cavabdeh iddiaçı tərəfin müqavilə bağlamaqdan yayınması və s.-ni sübut etməyə çalışmışdır. Qeyd olunmalıdır ki, iddiaçının müqavilə bağlamaqdan yayınması hazırki mübahisənin predmeti deyildir. Əksinə məhkəmə hesab edir ki, əgər iddiaçı müqavilə bağlamaq öhdəliyini götürmüşdürsə və bundan yayınmışdırsa, cavabdeh müqavilənin bağlanmaması ilə əlaqədar ona vurulmuş maddi ziyanı tələb edə bilərdi. Lakin iş materiallarından göründüyü kimi cavabdehin belə bir tələbi yaxud hər hansı formada müraciəti olmamışdır. Nəzərə alınmalıdır ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Belə ki, iddiaçı iddia ərizəsinin dəlillərinə istinad edərək qeyd olunan borc pul vəsaitlərini Cavabdeh1 verdiyini bəyan edir, qarşı tərəf həmin məbləğin ona verilməsini təkzib etmir, lakin verilmiş pul vəsaitinin üçüncü şəxsdən aldığını bildirir, habelə aldığı vəsaitin müqabilində tapşırılmış işləri icra etdiyini qeyd edirsə, istinad etdiyi bu hala dair məhkəməyə mötəbər sübutlar təqdim etməli və bu halı sübuta yetirməlidir. Məhz bu halla bağlı mötəbər sübutlar mövcuddur deyildir, təqdim edilmiş video yazılar isə mötəbər sübutları əvəz etməməklə, işin mübahisəli hallarını təsdiqləmir. Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin İİİ hissəsinə əsasən, Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.7-ci maddəsinə əsasən əgər ödəniş müddəti çatanadək pul vahidinin dəyəri (məzənnə) artmış və ya azalmışsa və ya valyuta dəyişmişsə, borclu ödənişi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin əmələ gəldiyi vaxta uyğun məzənnə üzrə yerinə yetirməlidir. Valyuta dəyişdikdə mübadilə münasibətlərinin əsasını valyutanın dəyişdiyi gün həmin pul vahidləri arasında mövcud olmuş məzənnə təşkil etməlidir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarının 10-cu bəndinə əsasən qətnamədə alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı 14 may 2015-ci il tarixli qərarı ilə məhkəmə qərara alınmışdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1-ci maddəsinin «pul öhdəliyi manatla ifadə edilməlidir» müddəası kredit (borc) müqavilələri üzrə pul öhdəliklərinin predmetini xarici valyuta da təşkil edə bildiyindən, həmin öhdəliklərdən irəli gələn münasibətlərə şamil olunmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.2-ci maddəsinə uyğun olaraq, kredit (borc) müqaviləsi üzrə əsas borc və faizlər kredit müqaviləsində şərtləşdirildiyi hallarda müqavilədə nəzərdə tutulan valyutada ödənilir. Müqavilədə belə şərt olmadıqda, borclu kredit üzrə əsas borcu və faizləri ödəniş yerində tətbiq olunan məzənnə əsasında manatla ödəmək hüququna malikdir. Məhkəmə yuxarıda sadalanan qanunvericilik normalarına və işin faktiki hallarına məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh1dən iddiaçı İddiaçı xeyrinə 18000 (on səkkiz min) manat pul, Cavabdeh2 İddiaçı xeyrinə 10000 (on min) ABŞ dolları məbləğində (qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə) pul tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia təmin edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh1dən iddiaçı İddiaçı xeyrinə 18000 (on səkkiz min) manat pul tutulsun. Cavabdeh2 İddiaçı xeyrinə 10000 (on min) ABŞ dolları məbləğində (qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə) pul tutulsun. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova
Məhkəmə qərarları › İş №2(005)-3425/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3425/2021
05.11.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver