Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3427/2021 30.07.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Vüqar Şahbaz oğlunun sədrliyi, Cəfərova Rufanə Xıdır qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona borclu olduğu 21000 manat pulun qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 03.07.2020-ci il tarixdə tanışı Cavabdeh 22.000 manat pul vermişdir. Cavabdeh bildirmişdir ki, Fransa dövlətində beynəlxalq İnsan hüquqları bürosunun Müdafiə Komitəsi Azərbaycan nümayəndəliyinin baş İnspektoru vəzifəsində işləyir və inandırmışdır ki, onu ehdiyatda olan zabit olduğu üçün işlədiyi Fransa dövlətində Beynəlxalq İnsan hüquqları bürosunun Müdafiə Komitəsi Azərbaycan nümayəndəliyinə baş inspeklor vəzifəsinə işə düzəldəcəyinə söz vermiş və dediyinə görə Fransa Respublikasında baş ofisdə işləyən nümayəndəliyin rəhbəri kimi fəaliyyət göstərən general-mayor Firdovsi Ələkbərova 6000 manat pul çatmalıdır. Ehdiyyatda olan polkovnikleytenant dostu Şahin Bağırovla 2019-cu il mart ayının 6-da Bakı şəhəri, Xətai rayonu, Ukrayna dairəsində yerləşən Ulu öndər Heydər Əliyev adına parkda görüşmüş, qeyd etdiyi dostunun şahidliyi ilə 6000 manat pulu Cavabdeh sayaraq vermişdir. Cavabdeh pulu aldıqdan sonra 2-3 aya işə çıxmaq üçün ƏMR veriləcəyini demişdir. Cavabdeh qoyduğu 3ayı gözləmiş, lakin heç bir işə çağırış olmamış, ondan səbəbin soruşduqda isə Fransada oturan nümayəndə heyətinin sədri Firdovsi Ələkbərov bu işdən xəbərdardır və onun dediyinə görə aldığı 6000 manat pul Firdovsi Ələkbərova çatmışıdır. 2019-cu ilin may ayının 6-da qardaşı oğlu ali təhsilli olduğuna görə onu hüquq Müdafiəsi Komitəsinə işə düzəldə biləcəyini və bunun müqavilində Bakı şəhər, İnşaatçılar metrosunun yanında görüşərək, ondan 8000 manat pulu sayaraq Cavabdeh təhvil götürmüş və qardaşı oğluna demiş ki, “yaxınlarda əmrin çıxacaq səni işə çağıracam”. 2019-cu ilin oktyabr ayında digər qohumu (kürəkəni) İlkin Süleymanovu işə düzəldə biləcəyini deyərək şahidçiliyilə İqtisadiyyat nazirliyində işlədiyini deyən Hacı adlı şəxsə telefon zəngi edərək, onunla danışdıqdan sonra bildirmiş ki, 8000 manat pul isdəyir və o kürəkəni İlkinlə birlikdə Həzi Aslanov metrosunun yanında Cavabdeh 8000 manat pulu sayaraq vermişdir. 2019- cu ilin dekabr ayının sonlarında eşitmiş ki, Cavabdeh dəlduzluqla həbs edilmişdir. 31 dekabr 2019-cu il tarixdə saat 11-12 radələrində həbsxanadan zəng edərək demişdir ki, 10-15 günə çıxacaqdır və hər şeyi həll edəcəyinə söz vermişdir. Cavabdeh 2020-ci ilin Fevral ayının sonlarında həbsxanadan çıxmış və onlar görüşmüşlər. Görüşdükdə ona ümumilikdə verdiyi 22000 manat pulu tələb etsə də, cavabdeh bütün məslələri həll edəcəyinə söz vermişdir. 2020-ci ilin mart ayında yenidən görüşmüşlər və ondan tələb etmiş ki, heç nə eləməyin lazım deyil, 3 dəfəyə verdiyi 22000 manat pulu qaytarsın, lakin yenə söz vermişdir ki, yaxın zamanlarda pulu qaytaracaqdır. Onunla hər gün zəng edərək danışməş və hər dəfə pulunu tez bir zamanda qaytaracağına söz vermişdir. İşin uzandığını görüb Cavabdehla görüş təyin etmiş və 03.07.2020-ci ildə Bakı şəhər 28 metro stansiyasının yaxınlığında yerləşən Səməd Vurğun bağında görüşərək, Cavabdeh 1000 manat pul qaytarmış, eyni zamanda 03.07.2020-ci il tarixli qəbz yazmış ki, ondan şahidlərin iştirakı ilə aldığı 22000 manat pulun 21 000 manatın borcludur və bir ay ərzində 21000 manat olan borcunu qayracağını yazaraq imza etmişdir. Cavabdeh onu süründüməçiliyə salır, pulunu qaytarmaqdan yayınır. Sonuncu dəfə 04.06.2021-ci il tarixdə mobil telefon vastəsilə onunla əlaqə saxlamış və ondan pulunu tələb etdikdə, bildirmişdir ki, borclu olduğu pulu qaytara bilmir, nə isdəyisən elə deyə cavab vermişdir. 04.06.2021-ci il tarixdə cavabdehə qarşı pul tələbi barədə iddia qaldırmışdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etdi. Məhkəmə iclasında iştrak etmiş şahid X3 bildirmişdir ki, iddiaçı onun qaynatasıdır. Cavabdehi 1-2 dəfə iddiaçının yanında görmüşdür. 2019-cu ilin sentyabr ayının əvvəllərində 8000 manat pul iddiaçıya vermiş, o da Cavabdeh vermişdir. Məhkəmə iclasında iştrak etmiş şahid X4 bildirmişdir ki, iddiaçıya ilə birlikdə xidmət etmişdir. Cavabdeh iddiaçının vasitəsilə tanımışdır. 21000 manat götürüb Cavabdeh vermişlər. 2020-ci ilin iyul ayında Cavabdeh onun iştirakı ilə 21000 manat borclu olmasına dair qəbz imzalamışdır. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə iddiaçının və şahidlərin izahatlarını dinləyib, işdə olan sənədləri tədqiq etməklə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan 03.07.2020-ci il tarixli qəbzdən görünür ki, İddiaçı Cavabdeh 21000 manat borclu olduğunu etiraf etmiş və bir ay müddətinə qaytaracağı öhdliyini götürmüşdür. X2 və X1 şahidliyi ilə tərtib olunmuşdur. İş materiallarında olan ödəniş qəbzindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 30 (otuz) manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, tərəflər arasında yazılı borc müqaviləsi bağlanmasa da, borc verilməsi ilə əlaqədar münasibətlər yaranmışdır. İş materiallarına əlavə edilmiş Cavabdeh tərəfindən yazılmış qəbzdə cavabdeh İddiaçı 21000 manat borcu olmasını qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Bundan başqa Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə hesab edir ki, iddia ərizəsi qismən təmin edildiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən iddia qaldılması üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdeh şəxsə aid edilərək, iddiaçı şəxsin xeyrinə cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh 21000 manat əsas borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 21000 (iyirmi bir min) manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 (otuz) manat məbləğində pul İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Vüqar Quliyev
Məhkəmə qərarları › İş №2(005)-3427/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3427/2021
30.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver