Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-3431/2021 21.06.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məhkəmə iclas katibi İbrahimova Ramilə Namiq qızının katibliyi ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı “müqaviləyə xitam verilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı “müqaviləyə xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəyə müraciət edərək, bank tərəfindən verilən müqavilə şərtlərinin qarşı tərəfdən birtərəfli qaydada və qanunsuz pozulmasını nəzərə alaraq müqaviləyə xitam verilməsi və fors major halın nəzərə alınmaqla müqaviləyə xitam verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edilməlidir. Belə ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 15 fevral 2021-ci il tarixli 2(005)- 1202/2021 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh ASC-yə qarşı müqaviləyə xitam verilməsi tələbinə dair iddia ərizəsinin təmin edilməməsi qərara alınmışdır. Qanuni qüvvəsini almış Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 15 fevral 2021-ci il tarixli 2(005)-1202/2021 nömrəli qətnaməsindən görünür ki, hazırki iş üzrə tərəflər arasında olan mübahisə üzrə iddia ərizəsi rədd edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2 və 153.2.2-ci maddələrinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edilir. Belə olan halda məhkəmənin qənaətinə görə qanuni qüvvəsini almış Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 15 fevral 2021-ci il tarixli 2(005)-1202/2021 nömrəli qətnaməsi ilə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə baxıldıgından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2 və 153.2.2-ci maddələrinə əsasən İddiaçı Cavabdeh ASC-yə qarşı “müqaviləyə xitam verilməsi” tələbinə dair iddia ərizəsi iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.2, 263, 264-cü maddələrin əsasən məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı “müqaviləyə xitam verilməsi” tələbinə dair iddia ərizəsinin iddianın yolverilməzliyinə görə qəbulundan imtina edilsin və sənədlər geri qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №2(005)-3431/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-3431/2021
21.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver