Məhkəmə qərarları › İş №2(005)-3433/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3433/2021

19.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3433/2021 19.10.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əliyeva Nurlana Sahib qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili X4 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 61345 manat borcun və ödənilmiş dövlət rüsumunun tutularaq ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, X1r. Onun “Qanun üzrə X8 Şəhadətnamə" əsasında vərəsəsi olduğu mərhum atası X6 06.06.2016-ci il tarixdə vəfat etmişdir. Mərhum atası X6 01.05.2009-cu ildə tarixdə Cavabdeh ilə Bakı şəhəri 42 saylı Notariat Kontorunda kredit müqaviləsi bağlayaraq Cavabdeh bir il müddətinə qaytarmaq şərti ilə 36.000( otuz altı min ) ABŞ dolları məbləğində, həmin dövr üçün dolların manata olan məzənəsi ilə 28.890 manat məbləğində borc pul vermişdir. Bundan əlavə Cavabdeh həmin tarixdə mərhum atasından 30000 ABŞ dolları ( həmin dövr üçün kursa əsasən 24075 manat) məbləğində əlavə borc almış, borcun alınması barədə mərhum atama öz imzası və özünə məxsus ********** saylı VÖENİ-nin möhürü ilə təsdiqlədiyi yazılı iltizam vermişdir. Əlavə olaraq Cavabdeh 201 1-ci ilin 07 oktyabr tarixində mərhum atasından 10000 manat borc pul almış və pulun alınması barədə atasına yazılı iltizam vermiş həmin iltizamda qeyd etmişdir ki, mərhum atası nə vaxt istəsə borcu qaytaracaqdır. Beləliklə cavabdeh mərhum atasından ümumilikdə 62965 manat borc pul almışdır.Cavabdeh borcu aldığdan sonra mərhum atası sağlığında borcundan müxtəlif vaxtlarda 600 manat qaytarmışdır. Atasının vəfatından sonra borcludan atasının vərəsəsi kimi borcu tələb etmişdir. Cavabdeh həmin borcundan 28.11.2019-cu ildə ona 100 ABŞ dolları,28.11.2018- ci ildə 100 ABŞ dolları, 04.09.2018-ci ildə 200 ABŞ dolları, 05.05.2018-ci ildə 200 ABŞ dolları olmaqla , ümumilikdə 600 ABŞ dolları məbləğində qaytarmışdır. ( Hazırki,dollarrın manata olan kursu ilə 1020 manat. Hazırda cavabdehin öhdəlikləri üzrə 61345 manat borcu vardır. 2019-cu ilin sonundan sonra cavabdeh könüllü olaraq borcunu ödəmək istəmir. Dəfələrlə borcu ondan tələb etsəmdə könüllü olaraq borcunu qaytarmır, müxtəlif bəhanələrlə borcunu qaytarmaqdan imtina edir. Bu səbəbdəndə məcbur olub hazırda məhkəməyə müraciət edir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, cavabdehin ona olan borcunun hal-hazırda 3400 manat təşkil etdiyini bildirərək, cavabdehdən iddiaçının xeyrinə 3400 manat məbləğində pulun ödənilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili X7 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verib və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan 07.09.2016-vı il tarixli “Qanun üzrə X9 Şəhadətnamə"dən görünür ki, İddiaçı 06.06.2016-ci il tarixdə vəfat etmiş atası X3 vərəsəsidir. İş materiallarında olan 01 may 2009-cu il tarixli müqavilədən görünür ki, X6 Cavabdeh ilə Bakı şəhəri 42 saylı Notariat Kontorunda kredit müqaviləsi bağlayaraq Cavabdeh oğluna bir il müddətinə qaytarmaq şərti ilə 36.000( otuz altı min ) ABŞ dolları məbləğində, həmin dövr üçün dolların manata olan məzənəsi ilə 28.890 manat məbləğində borc pul vermişdir. İş materiallarında olan kassa məxaric orderlərindən görünür ki, İddiaçı İddiaçı-ə cəmi 600 dollar geri ödənilmişdir. İş materiallarında olan əlyazmadan görünür ki, Cavabdeh oğlu X5 30000 dollar borcunu 2011-ci ilin may ayına qədər hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 740.1-ci maddəsinə Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2-ci maddəsinə Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. 882.1-ci maddəsinə əsasən, borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. 882.2-ci maddəsinə əsasən, bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. 882.3-cü maddəsinə əsasən, bu zaman bu Məcəllənin 881.5-ci maddəsi tətbiq olunur. 882.4-cü maddəsinə əsasən, bu Məcəllənin 882.1-882.3-cü maddələri öhdəliyin icrasının qəbul edilməsini, həm də bu barədə vədin öhdəliyə əsas verən şəkildə qəbul edilməsini nəzərdə tutan hər bir müqaviləyə (öhdəliyi öz üzərinə götürmək haqqında müqaviləyə) müvafiq surətdə tətbiq edilir. 882.5-ci maddəsinə əsasən, əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir. Beləliklə, məhkəmə tərəfindən müəyyən olunur ki, 01 may 2009-cu il tarixli müqaviləyə əsasən X6 Cavabdeh ilə Bakı şəhəri 42 saylı Notariat Kontorunda kredit müqaviləsi bağlayaraq Cavabdeh bir il müddətinə qaytarmaq şərti ilə 36.000 ( otuz altı min ) ABŞ dolları məbləğində, həmin dövr üçün dolların manata olan məzənnəsi ilə 28.890 manat məbləğində borc pul vermişdir. Cavabdeh 2011-ci ilin may ayına qədər borcunu hissəhissə ödəməyi öz öhdəsini götürmüşdür. Daha sonra iddiaçı iddia tələbinin həcminin azaldılmasına dair məhkəməyə ərizə təqdim edərək cavabdehin ona olan borcunun halhazırda 3400 manat təşkil etdiyini bildirərək, cavabdehdən iddiaçının xeyrinə 3400 manat məbləğində pulun ödənilməsini xahiş etmişdir. Qeyd olunur ki, İddiaçı mərhum atası X2i vərəsəsidir. Məhkəmədə sübut olunur ki, cavabdeh müqavilə ilə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Məhkəmə hesab edir ki, cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirmədiyi bütün hallar üçün cavabdehdir və iddiaçı ilə aralarında olan öhdəliklərin yerinə yetirilməməsinə görə məsuliyyət daşıyır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 3400 manat məbləğində borc tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin İİİ hissəsinə əsasən, Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Hazırki iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət rüsumu ilə bağlı tələb olmadığından onun özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 3400 manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar