Məhkəmə qərarları › İş №2(005)-3434/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3434/2020

24.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3434/2020 24.11.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X1, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh1 iştirakı ilə, İddiaçı BOKT MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “əsas borc, faiz borcu, dəbbə pulu və məhkəmə xərclərinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı BOKT MMC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxx 2019-cu il tarixli, 01208 saylı Kredit Müqaviləsi üzrə Cavabdeh1 2317.74 (iki min üç yüz on yeddi manat 74 qəpik) manat məbləği əsas borc, 193.75(bir yüz doxsan üç manat 75 qəpik) manat məbləği vaxtı keçmiş əsas borc, 301.88 (üç yüz bir manat 88 qəpik) manat hesablanmış adi faizlər üzrə borc, 47.43 (qırx yeddi manat 43 qəpik) manat isə vaxtı keçmiş borc üzrə hesablanmış cərimə faizləri olmaqla cəmi 2860.80 (iki min səkkiz yüz altmış manat 80 qəpik) manat məbləğində pul vəsaitinin, həmçinin iddiaçının cavabdehlərin təqsiri üzündən pozulmuş hüquqlarının müdafiəsi üçün dövlət rüsumu olaraq ödənilmiş 30 (otuz) manat məbləğində pul vəsaitinin, ümumilikdə 2890.80 (iki min səkkiz yüz doxsan manat 80 qəpik) manat məbləğində pul vəsaitinin cavabdehlərdən müştərək qaydada tutularaq İddiaçı BOKT MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini dəqiqləşdirərək ümumi borcdan 50 manat ödəniş edildiyini, buna görə də xx xxxx 2019-cu il tarixli, 01208 saylı Kredit Müqaviləsi üzrə Cavabdeh1 2511,49 manat məbləği əsas borc, 357,37 manat hesablanmış adi faizlər üzrə borc, 72,20 manat isə vaxtı keçmiş borc üzrə hesablanmış cərimə faizləri olmaqla cəmi 2941,06 manat məbləğində pul vəsaitinin, həmçinin iddiaçının cavabdehlərin təqsiri üzündən pozulmuş hüquqlarının müdafiəsi üçün dövlət rüsumu olaraq ödənilmiş 30 (otuz) manat məbləğində pul vəsaitinin cavabdehlərdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehlərlə İddiaçı BOKT MMC arasında bağlanmış xx xxxx 2019-cu il tarixli, 01208 saylı Kredit Müqaviləsinə (bundan sonra ‘ kredit müqaviləsi”) əsasən Cavabdeh1 İddiaçı BOKT MMC-dən 36 (otuz altı) ay müddətinə qaytarılmaq şərtilə illik faiz dərəcəsi 27 (iyirmi yeddi) % olmaqla 3300 (üç min üç yüz ) manat məbləğində kredit almışdır. Kredit müqaviləsinin təminatı olaraq Cavabdeh2 Güləl oğlu ilə İddiaçı BOKT MMC arasında xx xxxx 2019-cu il tarixli, 01208 saylı Zaminlik Müqaviləsi (bundan sonra "zaminlik müqaviləsi”) bağlanmışdır. "İddiaçı” BOKT MMC kredit müqaviləsi üzrə öhdəliklərini layiqincə yerinə yetirərək göstərilən kredit məbləğini müqavilə ilə nəzərdə tutulmuş müddətdə cavabdehə verməsinə baxmayaraq, cavabdeh kredit müqaviləsinin 1.1 və 3.4.2-ci bəndlərinin tələblərini kobud şəkildə pozaraq öhdəliyini icra etməmiş və kreditin müəyyənləşdirilən qaydada qaytarılmasına əməl etməmişdir. Belə ki. cavabdeh kredit müqaviləsinin ayrılmaz hissəsi olan ödəniş qrafıkinə əsasən ödəməli olduğu kredit üzrə ödənişləri xx.xx.2020-ci il tarixədək həyata keçirmiş və həmin tarixdən bugünədək müqavilədən irəli gələn öhdəliklərini yerinə yetirmir. Kredit müqaviləsinin təminatı olaraq iddiaçı ilə zamin Cavabdeh2 Güləl oğlu arasında bağlanmış zaminlik müqailəsinin 2.2.1 -ci bəndinə əsasən Borc alanın Borc verən qarşısında Kredit müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməsinə görə tam həcmdə kredit məbləğinin və ya onun hər hansı bir hissəsinin qaytarılması, kredit üzrə faizlərin və maliyyə (mülki—hüquqi) sanksiyalarının, eləcə də borcun tutulması üzrə məhkəmə xərclərinin və Borc alanın Borc verən qarşısında öz öhdəliklərini icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində Borc verənə dəymiş digər zərərin əvəzinin ödənilməsi daxil olmaqla - Borc alanla birgə məsuliyyət daşıyır. Keçən müddət ərzində kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsi üçün cavabdehlərə dəfələrlə şifahi və yazılı xəbərdarlıq (xx.xx.2020-ci il tarixli 774 saylı xəbərdarlıq və xx.xx.2020-ci il tarixli 798 saylı Son xəbərdarlıq) olunmasına baxmayaraq kredit borcu və ona hesablanmış faizlər ödənilməmişdir. Kredit müqaviləsinin 5.2-ci bəndinə əsasən. Borc alan tərəfindən əsas borcun tam məbləğinin və ya müvafiq hissəsinin qaytarılması müddətləri pozulduqda. Borc alan Borc verənə ödəniş vaxtı keçmiş əsas borc məbləğinə gecikdirmənin hər günü üçün 0.2 % (sıfır tanı onda iki faiz) dərəcəsi ilə hesablanan penya ödəyir. Cavabdeh1 xx.xx.2020-ci il tarixə Kredit müqaviləsi üzrə İddiaçı BOK.T MMC-yə 2317.74 (iki min üç yüz on yeddi manat 74 qəpik) manat məbləği əsas borc, 193.75(bir yüz doxsan uç manat 75 qəpik) manat məbləği vaxtı keçmiş əsas borc, 301.88 (üç yüz bir manat 88 qəpik) manat hesablanmış adi faizlər üzrə borc, 47.43 (qırx yeddi manat 43 qəpik) manat isə vaxtı keçmiş borc üzrə hesablanmış cərimə faizləri olmaqla cəmi 2860.80 (iki min səkkiz yüz altmış manat 80 qəpik) manat məbləğində borcu vardır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qəbul etmiş, borcu ödəmək üçün maddi imkanının olmadğını bildirmişdir. Cavabdeh2 Güləl oğlu məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Bu səbəbdən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iddiaçı tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin qismən edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cavabdeh1 ilə İddiaçı BOKT MMC arasında bağlanmış xx xxxx 2019-cu il tarixli, 01208 saylı Kredit Müqaviləsinə əsasən Cavabdeh1 İddiaçı BOKT MMC-dən 36 (otuz altı) ay müddətinə qaytarılmaq şərtilə illik faiz dərəcəsi 27 (iyirmi yeddi) % olmaqla 3300 (üç min üç yüz ) manat məbləğində kredit almışdır. Kredit müqaviləsinin təminatı olaraq Cavabdeh2 Güləl oğlu ilə İddiaçı BOKT MMC arasında xx xxxx 2019-cu il tarixli, 01208 saylı Zaminlik Müqaviləsi bağlanmışdır. İddiaçı BOKT MMC xx.xx.2020-ci il tarixli maliyyə arayışına əsasən İddiaçı BOKT MMC (bundan sonra “BOKT” adlandırılacaq) ilə Cavabdeh1 arasında bağlanmış xx xxxx 2019-cu il tarixli “01208” saylı Kredit müqaviləsinə əsasən, Borc alana 36 (otuz altı) ay müddətinə, illik 27 % (iyirmi yeddi) faiz hesablanmaqla, 3300 (üç min üç yüz) manat məbləğində kredit verilmişdir. Borc alanın xx xxxx 2019-cu il tarixli ‘‘01208” saylı Kredit müqaviləsi üzrə BOK T qarşısında öhdəliklərini yerinə yetirmədiyinə görə xx.xx.2020-ci il tarixinə ümumi borcu 2860.8 (iki min səkkiz yüz altmış manat 80 qəpik) manat təşkil edir. Bunun 2317.74 (iki min üç yüz on yeddi manat 74 qəpik) manat məbləği əsas borc, 193.75 (bir yüz doxsan üç manat 75 qəpik) manat məbləği vaxtı keçmiş əsas borc, 301.88 (üç yüz bir manat 88 qəpik) manat hesablanmış adi faizlər üzrə borc, 47.43 (qırx yeddi manat 43 qəpik) manat isə vaxtı keçmiş borc üzrə hesablanmış cərimə faizləridir. Cavabdeh1 ünvanlanan xx.xx.2020-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, İddiaçı” BOKT MMC kredit müqaviləsi üzrə öhdəliklərini layiqincə yerinə yetirərək göstərilən kredit məbləğini müqavilə ilə nəzərdə tutulmuş müddətdə sizə verməsinə baxmayaraq, siz kredit müqaviləsinin 3.4.2-ci bəndinin tələblərini kobud şəkildə pozaraq öhdəliyini icra etməmiş və kreditin müəyyənləşdirilən qaydada qaytarılmasına əməl etməmiş, kredit üzrə ödənişləri yalnızxx.xx.2020ci il tarixədək həyata keçirmiş və həmin tarixdən bugünədək müqavilədən irəli gələn öhdəliklərinizi yerinə yetirmirsiniz. Keçən müddət ərzində kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsi üçün sizə dəfələrlə şifahi və yazılı xəbərdarlıq (xx.xx.2020-ci il tarixli 774 saylı xəbərdarlıq) olunmasına baxmayaraq kredit borcu və ona hesablanmış faizlər ödənilməmişdir. Bununla əlaqədar sizə 7 (yeddi) gün müddətində İddiaçı BOKT MMC ilə aranızda bağlanmış xx xxxx 2019cu il tarixli, 01208 saylı kredit müqaviləsini ləğv etməyi və həmin kredit müqaviləsi üzrə İddiaçı BOKT MMC-yə ( əsas borc qalığı 2398.50 (iki min üç yüz doxsan səkkiz manat 50 qəpik) , 239.84 (iki yüz otuz doqquz manat 84 qəpik) manat məbləğində vaxtı keçmiş əsas borc, 349.41 (üç yüz qırx doqquz manat 41 qəpik) manat məbləğində faiz, vaxtı keçmiş borc üzrə hesablanmış cərimə faizləri 41.28 (qırx bir manat 28 qəpik) manat borcu olmaqla, cəmi 3029.03 (üç min iyirmi doqquz manat 03 qəpik) manat məbləğində) borcunuzu ödəməyinizi tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Cavabdeh1 ilə İddiaçı BOKT MMC arasında bağlanmış xx xxxx 2019-cu il tarixli kredit müqaviləsinə əsasən 36 (otuz altı) ay müddətinə qaytarılmaq şərtilə illik faiz dərəcəsi 27 (iyirmi yeddi) % olmaqla 3300 (üç min üç yüz ) manat məbləğində kredit verilmişdir. Cavabdeh kredit müqaviləsi üzrə müəyyən edilmiş məbləği İddiaçı” BOKT MMC-yə ödəməyi öhdəsinə götürmüş, lakin üzərinə götürdüyü öhdəlikləri vaxtında yerinə yetirə bilmədiyindən Kredit Müqaviləsi üzrə Cavabdeh1 2511,49 manat məbləği əsas borc, 357,37 manat hesablanmış adi faizlər üzrə borc, 72,20 manat isə vaxtı keçmiş borc üzrə hesablanmış cərimə faizləri olmaqla cəmi 2941,06 manat məbləğində borcunun yarandığını iddia edir və həmin məbləği cavabdehlərdən tələb edir və bu barədə maliyyə arayışı təqdim edir. İddiaçı tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında bağlanmış kredit müqaviləsinə əsasən iddiaçı həmin pul məbləğini götürmüş və təyin olunan müddətlərdə və məbləğlərdə ödənişlər etməyərək, müqavilənin şərtlərini pozmuşdur. Nəticədə iddiaçıya borcu yaranmışdır. Məhkəmə hesab edir ki, iddia tələbi əsas borcun tutulması hissəsində əsaslıdır və tam təmin edilməli, 2511,49 manat məbləği əsas borc onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, 357,37 manat faiz borcu iddiaçıya ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə işin hallarını, o cümlədən aparılmış ödənişlərin və yaranmış borcun məbləğini nəzərə alır və iddia tələbinin cərimənin tutulması hissəsi ilə bağlı belə qənaətə gəlir ki, cərimə borcu müəyyən edilərkən tənasüblük qorunmamışdır. Bu səbəbdən iddiaçı tərəfindən hesablanmış və tələb edilən cərimə məbləği 10 manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar; 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır; 472.3-cü maddəsinə əsasən birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Eyni zamanda, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, Kredit müqaviləsinin təminatı olaraq Cavabdeh2 Güləl oğlu ilə İddiaçı BOKT MMC arasında xx xxxx 2019-cu il tarixli, 01208 saylı Zaminlik Müqaviləsi nə əsasən zamin borcalan Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyi təqdirdə onunla birlikdə iddiaçı qarşısında birgə məsuliyyət daşımağı barədə öhdəlik götürmüşdülər. Məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə təmin edilməli, Cavabdeh2 Güləl oğlu zamin kimi borcalan Cavabdeh1 iddiaçı qarşısında öhdəliyini icra etməsi üçün məsuliyyəti öz üzərinə götürdüklərindən, zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti, habelə zaminlik müqaviləsində başqa hal nəzərdə tutulmadığından, iddiaçı qarşısında birgə və eyni həcmdə məsuliyyət daşımalı, məhkəmə tərəfindən müəyyən edilmiş əsas, faiz və cərimə borcu müştərək qaydada cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. İddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu müştərək qaydada cavabdehlərə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1 məddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4. maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, xx xxxx 2019-cu il tarixli, 01208 saylı Kredit Müqaviləsi üzrə 2511,49 manat məbləği əsas borc, 357,37 manat hesablanmış adi faizlər üzrə borc, 10 manat isə vaxtı keçmiş borc üzrə hesablanmış cərimə faizləri olmaqla, dövlət rüsumu olaraq ödənilmiş 30 (otuz) manat məbləğində pul vəsaiti iddiaçının xeyrinə tutulmalıdır. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. xx xxxx 2019-cu il tarixli, 01208 saylı Kredit Müqaviləsi üzrə 2511,49 manat məbləği əsas borc, 357,37 manat hesablanmış adi faizlər üzrə borc, 10 manat isə vaxtı keçmiş borc üzrə hesablanmış cərimə faizi, cəmi 2878, 86 manat (iki min səkkiz yüz yetmiş səkkiz manat, səksən altı qəpik) və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı BOKT MMC-nin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə rədd olunsun. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar