Məhkəmə qərarları › İş №2(005)-3435/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3435/2020

21.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3435/2020 21.10.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Vüqar Şahbaz oğlunun sədrliyi Cəfərova Rufanə Xıdır qızının katibliyi ilə, İddiaçı BOKT MMC-nin nümayəndəsi X1, Cavabdeh1 iştirakları ilə, İddiaçı BOKT MMC-nin Cavabdeh1 və Cavabdeh2 qarşı “əsas borc, faiz borcu, dəbbə pulu və məhkəmə xərclərinin ödənilməsi tələbinə”nə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı BOKT MMC-nin Cavabdeh1 və Cavabdeh2 qarşı “əsas borc, faiz borcu, dəbbə pulu və məhkəmə xərclərinin ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada əsas məbləğ üzrə 1138,68 (min yüz otuz səkkiz manat 68 qəpik) manat, 2318,91 (iki min üç yüz on səkkiz manat 91 qəpik) manat məbləği vaxtı keçmiş əsas borc, faiz borcu üzrə 891,08 (səkkiz yüz doxsan bir manat manat 08 qəpik) manat, hesablanmış adi faizlər üzrə borc, 909.69 (doqquz yüz doqquz manat 69 qəpik) manat isə vaxtı keçmiş borc üzrə hesablanmış cərimə faizləri olmaqla cəmi 5258,36 (beş min iki yüz əlli səkkiz manat 36 qəpik) manat məbləğində pul vəsaitinin, həmçinin iddiaçının cavabdehlərin təqsiri üzündən pozulmuş hüquqlarının müdafiəsi üçün dövlət rüsumu olaraq ödənilmiş 30 (otuz) manat məbləğində pul vəsaitinin, ümumilikdə 5288.36 (beş min iki yüz səksən səkkiz manat 36 qəpik) məbləğində pul vəsaitinin İddiaçı BOKT MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı Cavabdehlərlə İddiaçı BOKT MMC arasında bağlanmış xx xxxxxx 2018-ci il tarixli, 00910 saylı Kredit Müqaviləsinə (bundan sonra “kredit müqaviləsi”) əsasən Cavabdeh1 İddiaçı BOKT MMC-dən 36 (otuz altı) ay müddətinə qaytarılmaq şərtilə illik faiz dərəcəsi 21 (iyirmi bir) % olmaqla 5350 (beş min üç yüz əlli) manat məbləğində kredit almışdır.Kredit müqaviləsinin təminatı olaraq Cavabdeh2 ilə İddiaçı BOKT MMC arasında xx xxxxxx 2018-ci il tarixli, 00910 saylı xxxx (bundan sonra “xxxx”) bağlanmışdır. “İddiaçı“ BOKT MMC kredit müqaviləsi üzrə öhdəliklərini layiqincə yerinə yetirərək göstərilən kredit məbləğini müqavilə ilə nəzərdə tutulmuş müddətdə cavabdehə verməsinə baxmayaraq, cavabdeh kredit müqaviləsinin 1.1 və 3.4.2-ci bəndlərinin tələblərini kobud şəkildə pozaraq öhdəliyini icra etməmiş və kreditin müəyyənləşdirilən qaydada qaytarılmasına əməl etməmişdir. Belə ki, cavabdeh kredit müqaviləsinin ayrılmaz hissəsi olan ödəniş qrafıkinə əsasən ödəməli olduğu kredit üzrə ödənişləri xx.xx.2019-cu il tarixədək həyata keçirmiş və həmin tarixdən bugünədək müqavilədən irəli gələn öhdəliklərini yerinə yetirmir. Kredit müqaviləsinin təminatı olaraq iddiaçı ilə zamin Cavabdeh2 arasında bağlanmış zaminlik müqailəsinin 2.2.1 -ci bəndinə əsasən Borc alanın Borc verən qarşısında kredit müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməsinə görə tam həcmdə — kredit məbləğinin və ya onun hər hansı bir hissəsinin qaytarılması, kredit üzrə faizlərin və maliyyə (mülki—hüquqi) sanksiyalarının, eləcə də borcun tutulması üzrə məhkəmə xərclərinin və borc alanın borc verən qarşısında öz öhdəliklərini icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində borc verənə dəymiş digər zərərin əvəzinin ödənilməsi daxil olmaqla - borc alanla birgə məsuliyyət daşıyır. Keçən müddət ərzində kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsi üçün cavabdehlərə dəfələrlə şifahi və yazılı xəbərdarlıq (xx.xx.2020-ci il tarixli 782 saylı xəbərdarlıq və xx.xx.2020-ci it tarixli 803 saylı son xəbərdarlıq) olunmasına baxmayaraq kredit borcu və ona hesablanmış faizlər ödənilməmişdir. Kredit müqaviləsinin 5.2-ci bəndinə əsasən borc alan tərəfindən əsas borcun tam məbləğinin və ya müvafiq hissəsinin qaytarılması müddətləri pozulduqda borc alan borc verənə ödəniş vaxtı keçmiş əsas borc məbləğinə gecikdirmənin hər günü üçün 0.2 % (sıfr tam onda iki faiz) dərəcəsi ilə hesablanan penya ödəyir. Cavabdeh1 xx.xx.2020-ci il tarixə kredit müqaviləsi üzrə “İddiaçı“BOKT MMC-yə 1138.68 (bir min yüz otuz səkkiz manat 68 qəpik) manat məbləği əsas borc, 2318.91 (iki min üç yüz on səkkiz manat 91 qəpik) manat məbləği vaxtı keçmiş əsas borc, 891.08 (səkkiz yüz doxsan bir manat 08 qəpik) manat hesablanmış adi faizlər üzrə borc, 909.69 (doqquz yüz doqquz manat 69 qəpik) manat isə vaxtı keçmiş borc üzrə hesablanmış cərimə faizləri olmaqla cəmi 5258.36 (beş min iki yüz əili səkkiz manat 36 qəpik) manat məbləğində borcu vardır. İddiaçının nümayəndəsi iddia tələbini müdafiə etdiyini, mülki iş üzrə iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh1 iddia tələbini qəbul etdyini və məhkəməyə ərizə təqdim edərək hal hazırda maddi imkanının olmaması səbəbindən nəzərə alınmasını xahiş etmişdir. İş üzrə digər Cavabdeh2 məhkəmə prosesinin yeri və vaxtı barədə qanuna müvafiq qaydada məlumat verilməsinə baxmayaraq gəlməməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən digər Cavabdeh2 iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə təqdim olunmuş sübutları yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan DİN BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, Cavabdeh1 xx.xx.1963-cü ildə Quba şəhərində anadan olmuş və ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan DİN BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, Cavabdeh2 xx.xx.1962-ci ildə Göyçay şəhərində anadan olmuş və ünvan 2 m.43 ünvanında qeydiyyatdadır. Belə ki, iş materiallarında olan İddiaçı BOKT MMC ilə Cavabdeh1 oğlu arasında bağlanmış xx.xx.2018-ci il tarixli 00910 nömrəli Kredit Müqaviləsinin əslindən görünür ki, “Borc” verən “Borcalana” 36 ay müddətinə, 5350 manat məbləğində kredit verir. Borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi, müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə kreditora qaytarmağı öhdəsinə götürür. Müqavilə üzrə kredit illik 22.17 faiz olmaq şərtilə ayrırır. İş materiallarında olan İddiaçı BOKT MMC ilə Cavabdeh2 oğlu arasında bağlanmış xx.xx.2018-ci il tarixli 00910/ZM nömrəli xxxxnin əslindən görünür ki, "Borc” verən “Borcalan"la birlikdə məsuliyyət daşıyır və müqavilənin 1.1-ci bəndinə əsasən Zamin, 1.2ci bənddə göstərilən kredit müqaviləsi üzrə borc alanın borc verən qarşısında götürdüyü öhdəliklərini tamamilə icra etməsi və ya lazımınca icra etməsi üçün borc alanla birgə qaydada məsuliyyət daşımaq öhdəliyini öz üzərinə götürür. İş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, borcluya xx.xx.2020-ci il tairxinə olan 3794.07 (üç min yeddi yüz doxsan dörd manat 07 qəpik) manat borcunxx.xx.2020-ci il tairxnədək ödənilmədiyi təqdirdə qanun çərçivəsində daha ciddi tədbirlərin görüləcəyi qeyd edilmişdir. Həmçinin borc məbləğinin ödənilməsi barədə eyni məzmunlu məktub zaminə də ünvanlanmışdır. İş materiallarında olan xx xxxxxx 2018-ci il tarixli 908 nömrəli ödəniş tapşırığının təsdiqlənmiş surətindən görünür ki, Cavabdeh1 5350.00 manat məbləğində kredit ayrılmış və cavabdeh pul məbləğini imzalmaqla qəbul etmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, 824 nömrəli maliyyə arayışının əslindən görünür ki, Cavabdeh1 xx xxxxxx 2018-ci il tarixli “00910” saylı kredit müqaviləsinə əsasən 36 (otuz altı) ay müddətinə, illik 21% (iyirmi bir) faiz hesablanmaqla 5350 ( beş min üç yüz əlli) manat məbləğində kredit verilmişdir. Cavabdeh borc öhdəliklərini yerinə yetirmədiyinə görə xx.xx.2020-ci il tarixinə ümumi borcu 5258.36 (beş min iki yüz əlli səkkiz manat 36 qəpik) manat təşkil etməklə, bunun 1138.68 ( bir min yüz otuz səkkiz manat 68 qəpik) manat məbləği əsas borc, 2318.91 (iki min üç yüz on səkkiz manat 91 qəpik) manat məbləği vaxtı keçmiş əsas borc, 891.08 (səkkiz yüz doxsan bir manat 08 qəpik) manat hesablanmış adi faizlər üzrə borc, 909.69 (doqquz yüz doqquz manat 69 qəpik) manat isə vaxtı keçmiş borc üzrə hesablanmıış cərimə faizləri olduğu qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Mərkəzi Bankının xx xxx 2014-cü il tarixli 06-01725-2014 nömrəli “İddiaçı Bank Olmayan Kredit Təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyətinə kreditlərin verilməsi üçün verilmiş xüsusi razılıq (lisenziya) əsasında təminatlı və təminatsız kreditlərin verilməsi, habelə “Bank olmayan kredit təşkilatları haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş digər fəaliyyət növləri ilə qanunverciliyə müvafiq qaydada məşğul olmaq hüququ verilmişdir. İş materiallarında olan Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən xx.xx.2014-cü il tarixdə VÖEN ********** nömrəsi ilə qeydə alınmışdır. Beləliklə, məhkəmə iclasında sübutların tədqiq edilməsi nəticəsində müəyyən edilmişdir ki, iddiaçı müqavilə ilə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etmiş, lakin qarşı tərəf müqavilə üzrə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddələrinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd edilən Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 448.2-ci maddəsinə görə borclu öz öhdəliklərinin hər bir pozuntusu üçün məsuliyyət daşıyır. Məhkəmə hesab edir ki, iddia tələbi əsas və faiz borcunun tutulması hissəsində əsaslıdır, qismən təmin olunmalı və cavabdehdən iddiaçının xeyrinə əsas borc üzrə 3457,59 (üç min dörd yüz əlli yeddi manat 59 qəpik) manat, faiz borcu üzrə 891,08 (səkkiz yüz doxsan bir manat 08 qəpik) manat məbləğində pul tutulmalıdır. Cərimə borcu isə əsas borc məbləği ilə qeyri mütənasib olduğu üçün 909.69 manat cərimə borcu məbləği azaldılmalı və 30 manata endirilməlidir. Eyni zamanda 20 manat dövlət rüsumu və ümumilikdə 4378,67 (dörd min üç yüz yetmiş səkkiz manat 67 qəpik) borc məbləği iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 458.1-ci maddəsinə əsasən əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikdə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-in 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə nəticəyə gəlir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 3457,59 (üç min dörd yüz əlli yeddi manat 59 qəpik) manat əsas borc, 891,08 (səkkiz yüz doxsan bir manat 08 qəpik) manat faiz borcu, hesablanmış cərimə üzrə 30 (otuz) manat olmaqla, ümumilikdə cəmi 4378,67 (dörd min üç yüz yetmiş səkkiz manat 67 qəpik) manat məbləğində pul və 20 (iyirmi) manat məbləğində ödənilmiş dövlət rüsumu İddiaçı BOKT Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216- 220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə“ QƏT ETDİ: İddia qismən təmin edilsin. Borclu Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada əsas borc üzrə 3457,59 (üç min dörd yüz əlli yeddi manat 59 qəpik) manat, faiz borcu üzrə 891,08 (səkkiz yüz doxsan bir manat 08 qəpik) manat, hesablanmış cərimə üzrə 30 (otuz) manat olmaqla ümumilikdə 4378,67 (dörd min üç yüz yetmiş səkkiz manat 67 qəpik) manat məbləğində borc və 20 (iyirmi) manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı BOKT MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Vüqar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar