Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3438/2021 17.08.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məhkəmə iclas katibi X6, Cavabdeh1 vəkili X8 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və X7 qarşı “mənzildən çıxarılma, mənzilin boşaldılması və istifadə istifadə hüquqlarına xitam verilmə” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və X7 qarşı “mənzildən çıxarılma, mənzilin boşaldılması və istifadə istifadə hüquqlarına xitam verilmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər X5 və Cavabdeh1 Bakı şəhəri, Nərimanov rayonu, M.Əhmədzadə küçəsi, 5/7 saylı evin 20 saylı mənzildən çıxarılması, mənzilin tamamilə boşaldılaraq mülkiyyətçi İddiaçı ASC-yə təhvil verilməsi və X5 mənzilə olan istifadə hüququnun itirilmiş hesab edilərək xitam verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı ASC 15 yanvar 2020-ci il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilə əsasında Bakı şəhəri Nərimanov rayonu, M.Əhmədzadə küçəsi, 5/7 saylı evin 20 saylı mənzilini alaraq, tam mülkiyyətinə əldə elmişdir. Hal-hazırda cavabehin İddiaçı Açıq Səhmdar Cəmiyyətinə məxsus mənzildə yaşaması və qeydiyyatda qalması bankın mülkiyyət hüquqlarının pozulması ilə nəticələnir və bankın mülkiyyətində olan mənzil üzərində sərbəst sərəncam vermək hüquqlarını pozur. Bu səbəbdən hesab edir ki, cavabdehin bankın mülkiyyətində olan mənzilə hüquqları itirilmiş hesab edilməklə qeydiyyatından çıxarılmalı və mənzil tamamilə boşaldılmalıdır. İddiaçı Açıq Səhmdar Cəmiyyəti 16 avqust 2021-ci il tarixli ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, İddiaçı ASC-nin cavabdchlər Cavabdeh1 l ağı oğluna və X9 qarşı “mənzildən çıxarılma, istifadə hüququnun itirilməsi və boşaldılma” tələbinə dair mülki iş üzrə məhkəmə iclası 17.08.2021 -ci il tarixə saat 11:45-ə təyin edilmişdir. Mülki işin məhkəmə iclasında nümayəndəmizin iştirakının təmin edilməsi mümkün olmayacaqdır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq mülki işə iştirakımız olmadan baxılmasını və iddiamızın tam təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə işə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün etmişdir. Cavabdeh1 vəkili X13 məhkəmə iclasında iddia tələbinin əsassız olduğunu bildirərək iddianın rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh X11 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdər olunmuşlar, lakin məhkəməyə gəlməmişlər və gəlməmələrinin səbəbi barədə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehlərə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin olunmalıdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Mirzəbala Əhmədzadə küçəsi, ev 5/7, mənzil 30 mülkiyyət hüququ üzrə İddiaçı ASC-nin adına daşınmaz əmlakın dövlət reyestrində ********** nömrə ilə 16.04.2021-ci il tarixdə qeydiyyat alınmışdır. "xxxx" MMC-nin Hərracın nəticələri haqqında 15.01.2020-ci il tarixli 02/06-1 nömrəli yekun protokolun surətindən görünür ki, X4 məxsus Bakı şəhəri, Nərimanov rayonu, Mirzəbala Əhmədzadə küçəsi, ev 5/7, mənzil 30 115000 manat məbləğində ilkin hərrac qiyməti, 97750 manat 15% aşağı məbləğdə təkrar hərrac qiyməti müəyyən edilmiş, lakin müvafiq əmlak satılmadığından 73312,5 manat dəyərində tələbkar, yəni İddiaçı ASC-yə tərəfindən əldə edilmişdir; "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti-hərrac təşkilatçısı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X10-alıcı arasında bağlanmış 15.01.2020-ci il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilənin surətindən görünür ki, X4 məxsus Bakı şəhəri, Nərimanov rayonu, Mirzəbala Əhmədzadə küçəsi, ev 5/7, 30 saylı mənzil 73312,5 (yetmiş üç min üç yüz on iki manat əlli qəpik) manat dəyərində alıcı tərəfindən əldə edilmişdir; Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 25 may 2016-cı il tarixli, 2(005)-223/2016 saylı qətnaməsindən görünür ki, iddia təmin edilərək, cavabdehlər X1 və X2 müştərək qaydada 28 noyabr 2013-cü il tarixli 24 saylı kredit müqaviləsinə əsasən 363.000 ABŞ dolları məbləğində əsas, 83.684 ABŞ dolları məbləğində faiz, cəmi 446.684 (dörd yüz qırx altı min altı yüz səksən dörd) ABŞ dolları (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankın müəyyən etdiyi qüvvədə olan məzənnə ilə manatla) məbləğində borc, həmçinin dövlət rüsumuna görə ödənilmiş 20 (iyirmi) manat “KapitalBank" ASC-nin xeyrinə tutulması, cavabdehlərdən tutulmalı olan məbləğ borc öhdəliyinin təminatı kimi “KapitalBank" ASC qarşısında ipoteka ilə yüklü edilmiş X4 məxsus Bakı şəhəri, Nərimanov rayonu, Mirzəbala Əhmədzadə küçəsi 5/7 saylı evin 3 otaqlı 20 saylı mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərrac yolu ilə realizə edilməsi, mənzilin ilkin satış qiyməti 115.000 (bir yüz on beş min) manat müəyyən olunması, mənzilin satışından əldə edilmiş vəsait hesabına borc ödənildikdən sonra artıq pul vəsaiti qalarsa, həmin vəsait X3 prosessual hüquq varisi Cavabdeh1 verilməsi, qalan hissədə iddia təmin edilməsi qət edilmişdir. 10 iyun 2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən 10 (otuz) manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə ilk növbədə iddia tələbinə mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməsini zəruri hesab edir. Mülki işin araşdırılmış hallarından görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 25 may 2016-cı il tarixli, 2(005)-223/2016 saylı qətnaməsindən görünür ki, iddia təmin edilərək, cavabdehlər X1 və X2 müştərək qaydada 28 noyabr 2013-cü il tarixli 24 saylı kredit müqaviləsinə əsasən 363.000 ABŞ dolları məbləğində əsas, 83.684 ABŞ dolları məbləğində faiz, cəmi 446.684 (dörd yüz qırx altı min altı yüz səksən dörd) ABŞ dolları (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankın müəyyən etdiyi qüvvədə olan məzənnə ilə manatla) məbləğində borc, həmçinin dövlət rüsumuna görə ödənilmiş 20 (iyirmi) manat “KapitalBank" ASC-nin xeyrinə tutulması, cavabdehlərdən tutulmalı olan məbləğ borc öhdəliyinin təminatı kimi “KapitalBank" ASC qarşısında ipoteka ilə yüklü edilmiş X4 məxsus Bakı şəhəri, Nərimanov rayonu, Mirzəbala Əhmədzadə küçəsi 5/7 saylı evin 3 otaqlı 20 saylı mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərrac yolu ilə realizə edilməsi, mənzilin ilkin satış qiyməti 115.000 (bir yüz on beş min) manat müəyyən olunması, mənzilin satışından əldə edilmiş vəsait hesabına borc ödənildikdən sonra artıq pul vəsaiti qalarsa, həmin vəsait X3 prosessual hüquq varisi Cavabdeh1 verilməsi, qalan hissədə iddianın təmin edilməsi qət edilmişdir. Əmlaka dair İddiaçı Açıq Səhmdar Cəmiyyətinin mülkiyyət hüquqları ********** nömrə ilə 16.04.2021-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydə alınmış və bankın adına çıxarış alınmışdır. Cavabdehlər Cavabdeh1 və X11 qeyd edilən mənzildə yaşayırlar. Əmlakın İddiaçı Açıq Səhmdar Cəmiyyətinin mülkiyyətinə keçməsinə baxmayaraq, cavabdeh şəxslər mənzildən çıxmaqdan imtina edirlər. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyasının 29-cu maddəsinin İ və İİ bəndlərinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 nömrəli protkolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüquq subyektin mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərənsam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən -mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Qeyd olunan müddəaların mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi cəhətdən təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Məhkəmə baxışında müəyyən edilmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, Mirzəbala Əhmədzadə küçəsi, ev 5/7, 30 saylı mənzil 16 aprel 2021-ci il tarixdə iddiaçının adına qeydiyyatdan keçirilmiş və hal-hazırda mülkiyyətindədir. Cavabdehlər Cavabdeh1 və X11 iddiaçıya məxsus mənzildə yaşayırlar. Cavabdehlər Cavabdeh1 və X5 həmin mənzildə qalması, mülkiyyətçinin mənzilə dair hüquqlarını həyata keçirilməsinə mane olur, iddiaçının mülkiyyət hüquqlarını kobud şəkildə pozur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1 və X11 Bakı şəhəri, Nərimanov rayonu, Mirzəbala Əhmədzadə küçəsi, ev 5/7, 30 saylı mənzilindən çıxarılmalı, mənzil boşaldılmalı və iddiaçıya təhvil verilməli, cavabdeh X5 Bakı şəhəri, Nərimanov rayonu, Mirzəbala Əhmədzadə küçəsi, ev 5/7, 30 saylı mənzilinə olan istifadə hüquqlarına xitam verilməlidir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və X11 Bakı şəhəri, Nərimanov rayonu, Mirzəbala Əhmədzadə küçəsi, ev 5/7, 30 saylı mənzilindən çıxarılsın, mənzil boşaldılsın və İddiaçıASC-yə təhvil verilsin. Cavabdeh X5 Bakı şəhəri, Nərimanov rayonu, Mirzəbala Əhmədzadə küçəsi, ev 5/7, 30 saylı mənzilinə olan istifadə hüquqlarına xitam verilsin. Qətnamə, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №2(005)-3438/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3438/2021
17.08.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver