Məhkəmə qərarları › İş №2(005)-345/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-345/2021

26.01.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-345/2021 26.01.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X1, İddiaçı, onun vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdeh oğluna qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 26210 manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh oğlu, direktoru olduğu «X7 MMC»-nin, xx xxxxxxx 2014-cü il tarixdə Bakı şəhəri Binəqədi rayonu 9-cu mikrorayon ərazisində «Zərifə Əliyeva» adına parkda yaxın 2-3 ay ərzində pulunu ödəyəcəyini vəd edib iddiaçıyla «X7 MMC-»nin möhürü ilə təsdiq edilmiş, onun və Cavabdeh tərəfindən imzalanmış, sonuncunun iddiaçıdan 50.000 manat məbləğində borc alması, həmin məbləğdən 10.000 manatını qaytararaq cəmi 40.000 manat borclu qalması barədə xx.xx.2014-cü il tarixli, borc müqaviləsi bağlanmışdır. Cavabdeh almış olduğu pulu qaytarmağa söz vermiş, lakin hazırda müxtəlif bəhanələrlə bundan imtina edir. Göstərilən səbəbdən iddiaçı ağır maddi vəziyyətə düşdüyünü bildirmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Cavabdeh oğlu məhkəmənin dəftərxanası vasitəsilə xx.xx.2020-ci il tarixli yazılı etiraz ərizəsi təqdim edərək, bildirmişdir ki, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 1(001)-316/2019 saylı qanuni qüvvəyə minmiş hökmü vardır ki, həmin hökmə əsasən onun iddiaçıya vurduğu maddi tam olaraq ödənildiyi və ondan heç bir şikayətinin olmadığı barədə ərizə təqdim edilmişdir. Göstərilən halın nəzərə alınmasını və iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İddiaçı “X8” MMC-nin direktoru İddiaçı ilə Cavabdeh oğlu arasında bağlanmış xx.xx.2014cü il tarixli borc müqaviləsinin məzmununa əsasən “Mən, İlqar-7T MMC-nin direktoru X5, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin elan etdiyi LOT1-N saylı hərbi hissələrdə bədii tərtibat işlərinin görülməsi üçün X8 MMC-nin direktoru İddiaçı 50000 (əlli min)manat məbləğində mal material almışam və İddiaçı 50000(Əlli min)manat pul borcluyam. xx xxxxxxx 2014-cü il tarixdə İddiaçı 50000 (əlli min) manat pul borcundan 10000 (on min) manat pul qaytarmışam və xx xxxxxxx 2014-cü il tarixə İddiaçı 40000 (qırx min) manat pul borcum qalır. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin mənə olan ilk ödənişindən 40000 (qırx min) manat pul borcumun şəxsən mənim tərəfimdən İddiaçı ödənilməsinə söz verirəm”; Cavabdeh oğlunun Nərimanov rayonu X4 Şöbəsinə ünvanlanmış “iş üzrə İddiaçı dəymiş zərərdən ödənilməsi üçün 300 manat ödədim” məzmunlu ərizənin ksero surəti xx.xx.2019-cu il tarixdə yazılmışdır; xx.xx.2019-cu il tarixli qəbzin ksero surətindən görünür ki, "Mən, Cavabdeh oğlu borclu olduğum İddiaçı 5000 (beş min) manat ödədim, qaldı 273000 manat. Mən İddiaçı Cavabdeh mənə olan borcundan 5000 (beş min) manat aldım, qaldı 27300 (iyirmi yeddi min üç yüz) manat” məzmunludur; Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 1(001)-316/2019 saylı hökmün surətinə əsasən zərərçəkmiş qismində dindirilmiş İddiaçı ifadəsində göstərmişdir ki, «X8» MMC-nin direktoru vəzifəsində işləyir. Tenderlərdə iştirak etməklə təmir və materialların alqı-satqısı ilə məşğul olur. 2014-cü ilin oktyabr ayında Dövlət Sərhəd Xidmətinin elan etdiyi Hərbi Hissələrdə bədii tərtibat işlərinə aid tenderdə iştirak edərkən orada Cavabdeh oğlu ilə tanış olmuşdur. Söhbət əsnasında o, tenderə hazırlaşdığını, artıq armatur, dəmir borular, dəmir lövhələr, rənglər, yapışqanlar, künclükler aldığını danışmışdır. Həmin gün axşam saatlarında Rahim ona zəng edərək onunla görüşmək istədiyini demişdir. Həmin günü axşam saatlarında Rahimlə Bakı şəhəri Binəqədi rayonu 9-cu mikrorayon Zərifə Əliyeva parkında ikisi görüşəndə Rahim, DSX-nin hərbi hissələrində bədii tərtibat işlərini gördüyünü, həmin işlərə istifadə edilən materiallları nisyə götürdüyünü, bu səbəbdən borcu yarandığını danışıb, onda olan materialı istəyib, borcunun əvəzinə paylayacağını, yaxın 2-3 ay ərzində Dövlət Sərhəd Xidmətindən onun hesabına ayrılan maliyyə vəsaitindən ona verəcəyini demişdir. O, 50000 manatlıq material olduğunu deyib, ilk əvvəl tərəddüd etsə də, Rahib borc müqaviləsi tərtib etməyi təklif edərək, pulun bir qismini 10.000 manat nağd, qalan qismini 40.000 manatı isə bir daha 2-3 ay ərzində Dövlət Sərhəd Xidmətindən onun hesabına ayrılan maliyyə vəsaitindən ona ödəyəcəyini söz vermişdir. Belə olanda o, inanıb razılaşmış və xx xxxxxxx 2014-cü il tarixdə dövlət nömrə nişanını bilmədiyi “Kamaz” markalı yük avtomobilinə yüklətdirdiyi ümumilikdə 50.000 manat dəyərində - özünə məxsus armatur, dəmir borular, dəmir lövhələr, rəngləri (boya), yapışqanlan, künclükləri Bakı şəhəri Binəqədi rayonu 9-cu mikrorayon Zərifə Əliyeva parkında Rahimə vermişdir. Rahim də malları sayıb, qiymətdə razılaşaraq götürmüş və oradaca malın pulundan ona ikilikdə 10000 manat pul ödəmiş, 40.000 manat pulu da ödəyəcəyinə dair qəbzi imzalayıb, materialı aparmışdır. Onun tərəfindən tərtib edilən müqavilənin məzmununda ona 50.000 manat borcundan manat pul qaytardığı, xx xxxxxxx 2014-cü il tarixə 40.000 manat borclu qaldığı, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin ona olan ilk ödənişindən 40.000 manat borcun şəxsən ödəyəcəyinə söz verdiyi göstərilmişdir. O, bir müddət sonra Rahim ilə əlaqə saxlayıb pulları istədikdə isə Rahim, hər dəfə müxtəlif bəhanələr gətirib, malları guya istifadə etdiyini, pulunu yaxın vaxtlarda verəcəyini demişdir. 2015-ci ilin təxminən əvvəllərində o, Bakı şəhəri Binəqədi rayonu «Bolluq» bazarında təmir-tikinti materialları satışı mağazasında Rahimin ondan aldadıb götürdüyü yapışqanları görüb tanımışdır. Belə ki, həmin yapışqanlar həmin dövrdə Azərbaycanda demək olar ki, yox imiş və ya çox az olmuşdur. Buna görə də o, mağazada yapışqanları görüb tanımışdır. Mağazada işləyən əvvəl tanımadığı sonradan adı ona məlum olan Seymurdan yapışqanları haradan aldığını maraqlananda o, bir nəfər kişidən 2014-cü ilin sonlarında aldığını danışmışdır. O, Rahimin onun telefonunda olar, şəklini Seymura göstərəndə Seymur yapışqanları məhz həmin şəxsin ona satdığını deyərək, eyni zamanda yapışqanlara görə Rahimə pul ödədiyindən və çox hissəsini satdığından ona qaytara bilməyəcəyini bildirmişdir. Onun təkidlərindən sonra 2016-cı ilin noyabr ayında Bakı şəhər Nərimanov rayonu ərazisində metronun Nərimanov stansiyasının yanında malın pulundan ona 1000 manat, 2017-ci ilin yanvar ayında 500 manat pul qaytarmışdır. Məhkəmə baxışı zamanı Rahim onunla barışıq əldə etmiş, dəymiş ziyanı tam şəkildə ödəmişdir. Ondan heç bir şikayət və tələbi yoxdur”; Qeyd olunan hökmlə müəyyən edilir ki, «Cinayət işinin materiallarında olan zərər çəkmiş şəxs İddiaçı ərizəsindən görünür ki, onun təqsirləndirilən şəxs Cavabdeh oğlundan heç bir şikayət və tələbi yoxdur. Cinayət nəticəsində dəymiş ziyan Cavabdeh oğlu tərəfindən tamamilə ödənilmişdir;» xx.xx.2020-ci il tarixli qəbzə əsasən İddiaçı məhkəmədə iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 14.2-ci və 14.2.6-cı maddələrinə əsasən başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi müəyyən edilmişdir; 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin; 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir; 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır; 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, tərəflər arasında borc münasibətləri olmuş, həmin halla bağlı cinayət işi üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 1(001)-316/2019 saylı hökmü mövcuddur. Cinayət işi üzrə iddiaçı tərəfindən Cavabdeh oğluna qarşı şikayət və tələbinin olmadığı, cinayət nəticəsində dəymiş ziyan Cavabdeh oğlu tərəfindən tamamilə ödənilməsi barədə ərizə verilmişdir. Buna baxmayaraq, İddiaçı Cavabdeh oğlunun ona 26210 manat borcunun qaldığını iddia edir. Həmin məbləğin qaytarılmasını, məhkəmədə iddia qaldırılması üçün 30 manat məbləğində dövlət rüsumunu cavabdehdən tələb edir. Məhkəmə iddia tələbini əsassız hesab edir, belə ki, iddiaçının 26210 manat məbləğində pulun alınıb ona verilməsi tələbi üzrə artıq qanuni qüvvəyə minmiş məhkəmə hökmü mövcuddur və İddiaçı ona dəymiş zərərin ödənilməsini əks etdirən ərizə vermişdir. Bu hallar Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 1(001)-316/2019 saylı hökmü ilə müəyyən olunmuşdur. Belə olan halda, cavabdehdən pulun tutulması barədə iddianın təmin olunması preyudisiya institutunun prinsiplərinə ziddir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2004-cü il tarixli qərarının izahına görə, qanunverici məhkəmənin icraatında olan mülki iş üzrə yalnız qanuni qüvvəyə minmiş məhkəmə hökmünün, qərarının, qətnaməsinin, qərardadının preyudisial əhəmiyyəti olduğunu göstərmişdir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Q.Məmmədova və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" xx.xx.2015-ci il tarixli Qərarına istinadən qeyd edir ki, preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Qeyd olunmalıdır ki, mülki-prosessual qanunvericiliyin göstərilən müddəası ilə müəyyənləşdirilmiş preyudisiya mexanizminə əsasən, cinayət işi üzrə məhkəmənin qüvvəyə minmiş qərarı hərəkətlərin olub-olmaması və bu hərəkətlərin kim tərəfindən edilməsi məsələlərində preyudisiya keyfiyyəti əldə edir, yəni maraqlı şəxslər tərəfindən yenidən təsdiq və inkar edilə bilməz. Bu mexanizm hüquq münasibətləri iştirakçılarını intizamlandırmaqla yanaşı, həm də hüquqi müəyyənliyi təmin edir, hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Avropa Məhkəməsi “X2rşı” iş üzrə xx xxxx 2003-cü il tarixli qərarında qeyd etmişdir ki, “hüquqi müəyyənlik resjudicata prinsipinə, yəni bir dəfə həll edilmiş işə təkrar baxılmanın yolverilməzliyi prinsipinə hörmət edilməsini nəzərdə tutur. Prinsip onu əks etdirir ki, tərəflərdən heç biri yalnız işə təkrar baxılması və yeni qərara nail olmaq məqsədilə yekun, qanuni qüvvəyə minmiş qərara yenidən baxılmanı tələb edə bilməz”. Avropa Məhkəməsi “Yohannesson və digərləri İslandiyaya qarşı xx xxx 2017-ci il tarixli qərarında qeyd olunur ki, « “Eyni əməl” anlayışı – 7 saylı Protokolun 4-cü maddəsindəki ne bis in idem prinsipinin idem elementi – ikinci “əmələ görə məhkəmə təqibi və ya məhkum etmənin qadağan olunması kimi başa düşülməlidir, çünki o identik faktlar və ya mahiyyətcə eyni faktlardan irəli gəlir. Ərizəçilərin məhkum olunması və maliyyə sanksiyasının tətbiqi gəlirin düzgün bəyan edilməməsinə əsaslanmışdır. Bundan başqa, vergi icraatı və cinayət məhkəmə icraatı eyni dövr və mahiyyət etibarilə eyni miqdarda vergidən yayınmaya əsaslanmışdır. Beləliklə, «ne bis in idem prinsipinin» (eyni hüquq pozuntusuna görə iki dəfə cəza verilməsinin yolverilməzliyi) idem elementi mövcuddur.» Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh oğluna qarşı “pul” tələbinə dair iddiası rədd edilməli, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh oğluna qarşı “pul” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar