Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-3454/2023 18.08.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızı, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Bakı Şəhəri Nərimanov Rayon Polis İdarəsi, Azərbaycan Respublikası Bakı Şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti, Cavabdeh1, Cavabdeh5 və Cavabdeh4 qarşı zərərçəkmiş şəxs qismində tanınma və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Bakı Şəhəri Nərimanov Rayon Polis İdarəsi, Azərbaycan Respublikası Bakı Şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti, Cavabdeh1, Cavabdeh5 və Cavabdeh4 qarşı zərərçəkmiş şəxs qismində tanınma və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə İddiaçı iddia ərizəsinin mümkünlüyü məsələsinə baxıb iş materiallarını araşdırıb hesab edir ki, İddiaçı tərəfindən iddia ərizəsinin forma və məzmunu ilə bağlı qanunvericiliklə müəyyən olunmuş tələblərə riayət edilmədiyindən iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, iddiaçı iddia tələbini aydın ifadə etməmişdir. İddiaçı tələblərindən hər birinin hansı cavabdehə yönəltməsini, tələb olunan mənəvi zərərin kimlərdən tutulmasını aydın ifadə etməmişdir. Məhkəmə onu da qeyd edir ki, hər hansı şəxsin cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınması cinayət prosessual qanunvericiliyə əsasən öz həllini tapır və bu məsələ mülki məhkəmə icraatı qaydasında həll edilən məsələlərə daxil deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 149.2.3-cü maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 152.3-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Beləliklə, məhkəmə iddia ərizəsinə qanunla müəyyən edilmiş forma və məzmunla bağlı tələblərə riayət edilmədiyini nəzərə alıb hesab edir ki, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Bakı Şəhəri Nərimanov Rayon Polis İdarəsi, Azərbaycan Respublikası Bakı Şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti, Cavabdeh1, Cavabdeh5 və Cavabdeh4 qarşı zərərçəkmiş şəxs qismində tanınma və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi əlavə olunan sənədlərlə birlikdə geri qaytarılmalı, iddiaçıya qərardadda göstərilən nöqsan aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququnun olması izah olunmalıdır. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-cu, 152-ci və 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Bakı Şəhəri Nərimanov Rayon Polis İdarəsi, Azərbaycan Respublikası Bakı Şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti, Cavabdeh1, Cavabdeh5 və Cavabdeh4 qarşı zərərçəkmiş şəxs qismində tanınma və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi əlavə olunan sənədlərlə birlikdə geri qaytarılsın. İddiaçı qərardadda göstərilən nöqsan aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququnun olması izah olunur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Aytən Novruzova İş № 2(005)-3454/2023 MƏHKƏMƏ İCLASİNDAN KƏNAR PROTOKOL Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi 18 avqust 2023-cü il Bakı şəhəri Hakim Novruzova Aytən Nazim qızı, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Bakı Şəhəri Nərimanov Rayon Polis İdarəsi, Azərbaycan Respublikası Bakı Şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti, Cavabdeh1, Cavabdeh5 və Cavabdeh4 qarşı zərərçəkmiş şəxs qismində tanınma və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq prosessual hərəkət etdi. Prosessual hərəkət saat 15:50-də başladı. Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması barədə qərardadı qəbul etdi. Prosessual hərəkət saat 15:55-də qurtardı. Hakim Aytən Novruzova
Məhkəmə qərarları › İş №2(005)-3454/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-3454/2023
18.08.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver