Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3458/2023 21.11.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi Məmmədova Təhminə Nizami qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “ödənilmiş pul məbləğinin geri qaytarılması” tələbinə dair iddia ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh poçt vasitəsilə göndərdiyim 1900 manat vəsaiti təyinatı üzrə qızına çatdırmadığına görə, 47.60 manat poçt rüsumu, 39 manat dövlət rüsumu və cəmi 1986.60 manat vəsaitin geri qaytarılması üçün qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Nizami rayon Məhkəməsinin 01 aprel 2021-ci il tarixli 2(007)-705/2021 saylı qətnaməsi ilə 15700 manat pulun İddiaçı tutulub keçmiş həyat yoldaşı X2 ödənilməsi təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 22 sentyabr 2021-ci il tarixli 2(103)-6921/ 2021 saylı qətnaməsi ilə Nizami Rayon Məhkəməsinin qətnaməsində qismən dəyişiklik edilərək 8100 manat məbləğində pulun İddiaçı tutularaq iddiaçı X3 ödənilməsi barədə qətnamə çıxarılmışdır. 2022-ci ilin sentyabr ayından İddiaçı həmin borcun ödənilməsinə başlayaraq iddiaçının atası Cavabdeh adına poçt vasitəsilə ödəniş etməyə başladı. İlk ödədiyi 200 manatı almaqdan imtina etsələr də sonradan 1900 manatı almış ( 5 oktyabr 2022-ci il 400 manat, 17 noyabr 2022-ci il 300 manat, 16 yanvar 2022-ci il 300 manat, 20 fevral 2023-cü il 300 manat, 16 mart 2023-cü il 300 manat, 15 aprel 2023-cü il 300 manat), axırıncı 2 dəfə göndərdiyi 500 ( 200 və 300) manatı almaqdan yenə imtina etmişdir. Bu vəsaitin göndərilməsi üçün 47.60 manat poçt rüsumu ödəmişdir. Ödəniş qəbzlərinin surəti əlavə olunur. 03 və 04 may 2023-cü ildə İddiaçı Nərimanov rayon İcra şöbəsinə dəvət olunaraq borcun birdəfəlik ödənilməsi tələb olundu. İddiaçı imkanı daxilində az-az atasının adına ödədiyini bildirsə də icra məmuru həmin ödənişin düzgün aparılmadığı üçün nəzərə alınmayacağını bildirdi. Abdullayev X6 Vaqifin mobil telefonunu icraçıya verdi və o həqiqətən də həmin 1900 manatı alaraq qızına verdiyini bildirdi. 2023-cü ilin may ayında Nərimanov rayon İcra şöbəsi borcun pensiyadan tutulmasına yönəltmişdir. 2022-cü ilin may və iyun aylarında mən Nərimanov rayon icra şöbəsinə şifahi və yazılı müraciət edərək hal-hazırki tarixə nə qədər borcumun qalması barədə maraqlanan zaman tələbkarın atasının adına göndərdiyi və qəbul etdiyi 1900 manatın düzgün ödənilmədiyi üçün nəzərə alınmayacağı bildirildir. İddiaçı 03 may 2023-cü ildə qızına çatdırılması üçün adına rabitə şöbəsi vasitəsilə ödədiyi və qəbul etdiyi 1900 manat vəsaitin qızına ödənilib ödənilməməsi barədə məlumat verilməsi barədə Cavabdeh rəsmi məktubla müraciət etdi və heç bir cavab verilmədi. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında İddiaçı 2023-cü ilin aprel ayında etdiyi 300 manat ödənişin cavabdehə çatmadığını bildirərək cavabdehə verdiyi 1600 manat pulun cavabdehdən tutulmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddiaçıdan bir dəfə 400 manat, 4 dəfə 300 manat olmaqla cəmi 1600 manat pul alaraq icra sənədi üzrə tələbkar olan qızına verdiyini bildirdi. Əsaslandırıcı hissə: a)Mülki işin materialları Bakı Apellyasiya Məhkəməsinin 22 sentyabr 2021-ci il tarixli 2(103)-6921/2021 saylı qətnaməsindən müəyyən olunur ki:
1. İddiaçı X5 cavabdeh İddiaçı qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən cəmi 15700 manat pulun tutulub ona verilməsini xahiş etmişdir.
2. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 01 aprel 2021-ci il tarixli 2(007)-705/2021 saylı qətnaməsi ilə iddianın təmin edilməsi, 15700 manat pulun İddiaçı tutulub keçmiş həyat yoldaşı X2 ödənilməsi qət edilmişdir.
3. Apellyasiya instansiyası məhkəməsinin qanuni qüvvəyə minmiş qətnaməsi ilə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin qətnaməsində qismən dəyişiklik edilərək 8100 manat məbləğində pulun İddiaçı tutularaq iddiaçı X3 ödənilməsi qət edilmişdir. xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, İddiaçı Cavabdeh 400 manat pulun çatdırılması üçün poçta 408,60 manat ödəniş etmişdir. xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, İddiaçı Cavabdeh 300 manat pulun çatdırılması üçün poçta 307,80 manat ödəniş etmişdir. xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, İddiaçı Cavabdeh 300 manat pulun çatdırılması üçün poçta 307,80 manat ödəniş etmişdir. xx.xx.2023-cü il tarixli iki fərqli qəbzdən görünür ki, İddiaçı Cavabdeh iki dəfə 300 manat pulun çatdırılması üçün poçta iki dəfə 307,80 manat ödəniş etmişdir. xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, İddiaçı Cavabdeh 300 manat pulun çatdırılması üçün poçta 307,80 manat ödəniş etmişdir. Bakı Şəhəri Nərimanov Rayon İcra Şöbəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli cavab məktubunda qeyd olunur ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6921/2021 saylı, xx.xx.2021ci il tarixli icra sənədi üzrə tələbkar Yaqut Abdullayevaya çatası pul vəsaitinin onun atası Cavabdeh tərəfindən qəbul edilməsi qanuni əsaslar olmadan aparılmış, yəni pul vəsaitinin onun tərəfindən qəbul edilməsinə dair müvafiq səlahiyyət verici sənəd təqdim edilmədən aparılmışdır.
b)Məhkəmə tərəfindən müəyyən edilən hallar:
Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən İddiaçı X1 xeyrinə 8100 manat pul tutulmalıdır. İddiaçı tərəfindən X1 atası Cavabdeh cəmi 1600 manat məbləğində pul poçtla göndərilmişdir və Cavabdeh bu pulu qəbul etmişdir. İddiaçı bu pulu X3 çatdırılması üçün ödədiyini və Cavabdeh bu pulun ona qızı X3 çatdırılması üçün ödəndiyini və pulu qəbul edərək ona təhvil verdiyini bildirir.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəlləinin 14.2-ci maddəsinə əsasən əsassız varlanma mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları sırasına daxildir. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 439.4-cü maddəsinə əsasən öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 135.1-ci maddəsinə əsasən pullar və sənədli qiymətli kağızlar da əşyadır. Həmin Məcəllənin 135.2-ci maddəsinə əsasən əmlak istənilən əşyaların və qeyri-maddi əmlak nemətlərinin toplusudur. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.3-cü maddəsinə əsasən məhkəmə tərəflərə, məhkəmə baxışını barışıq sazişi ilə tamamlamağı təklif etməyə borcludur və tərəflər qanunda nəzərdə tutulan hallar istisna edilməklə, iddianı etiraf edə və yaxud ondan imtina edə bilərlər. 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə hesab edir ki, mülki işin hallarından mübahisənin hüquqi təbiətinin əsassız varlanma olduğu müəyyən olunur. Belə ki, Cavabdeh iddiaçıdan 1600 manat pulu iddiaçıdan qəbul etdiyini etiraf etmişdir. Məhkəmə iclasında bu pulu X3 verdiyini bildirsə də, iş materiallarında pulun X5 tərəfindən alındığı sübuta yetirilmir. Belə olan halda Cavabdeh İddiaçı hesabına 1600 manat məbləğində əsassız varlanmışdır. İddia tələbində iddiaçı 1900 manat pulun cavabdehdən tutulmasını tələb etsə də, məhkəmə iclasında cavabdehə 1600 manat pulun verildiyini, qalan 300 manat pulun isə geri qayıtdığını bildirmişdir. Həmçinin iddiaçı tərəfindən 1600 manat məbləğində pulun cavabdehə çatdırılması üçün cəmi 39.80 manat poçt xərci ödənildiyindən məhkəmə bu məbləğin cavabdehdən tutulmasını ədalətli hesab edir. Məhkəmə hesab edir ki, Cavabdeh İddiaçı hesabına öhdəlikdən kənar pul məbləği əldə etməklə əsassız varlandığı iş materialları ilə sübuta yetirilir. Bu səbəbdən də Cavabdeh əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalı olduğundan, İddiaçı tərəfindən tələb olunan 1600 manat pul məbləğini ona qaytarmalıdır. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 1600 manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən və iddiaçı ödənilmiş dövlət rüsumunu tələb etdiyindən Cavabdeh iddianın təmin ediolmiş hissəsinə uyğun olaraq 32,75 manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ:
İddia qismən təmin edilsin. Cavabdeh X4 1639,80 manat məbləğində pul, həmçinin 32,75 manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Aytən Novruzova