Məhkəmə qərarları › İş №2(005)-3465/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-3465/2021

25.06.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-3465/2021 25.06.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məhkəmə iclas katibi İbrahimova Ramilə Namiq qızının katibliyi ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, sökülmüş əmlakın bərpası, qoparılan tut ağacına görə zərər ödənilməsi və xüsusi qərar çıxarılmasına dair qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.4-cü maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair başqa məhkəmənin icraatında iş olarsa Hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir Göründüyü kimi, eyni tərəfər arasında eyni mübahisə üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin hakimi V.Quliyevin icraatında 2(005)-189/2021 saylı mülki iş vardır. Bundan başqa iddiaçı tərəfindən dövlət rüsumu ödənilməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 150.0.2-ci maddəsinə əsasən iddia ərizəsinə dövlət rüsumunun ödənilməsi haqqında sənəd əlavə edilir; 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır; Belə olan halda məhkəmənin qənaətinə görə İddiaçı Cavabdeh MMC-yə qarşı zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsini iddianın yolverilməzliyinə görə qəbul etməkdən imtina edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.4, 263, 264-cü maddələrin əsasən məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsinin iddianın yolverilməzliyinə görə qəbulundan imtina edilsin və sənədlər geri qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar