Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3467/2022 25.10.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X2, İddiaçı, Cavabdeh nümayəndəsi Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Kristal Qrup MMC-nin, Pərvin İnşaat MTK-nın və AZRabitə Servis MMC-nin rəhbəri və təsisçisi Cavabdeh ondan borc qismində aldığı 40 min manat pulun və 2015-ci ildən hal-hazırki vaxtadək onunla şifahi razılığı əsasında verdiyi 40 min manata 2015-ci ildən hal-hazırki vaxtadək hər ay üçün hesablanmış məbləğin faizinin ümumi məbləğinin alınaraq ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh Gülməmmməd oğlunu 1990-cı illərdən Rabitə Nazirliyində işlədiyi vaxtdan tanıyır.2012-ci ildə Cavabdeh iddiaçı ilə telefonla əlaqə saxlayıb ünvan 1 ünvanında yerləşən binanın ofisində görüşmüş söhbət əsnasında şərikli bina tikdiyi X5 və qeyriləri , həmçinin bir neçə başqa işlərində də ayrı-ayrı şəxslərin onu məhkəməyə verdiyi və maddi durumu ilə əlaqədar vəkil tutmağ iqtidarında olmadığı və bu səbəblə İddiaçı Binnət oğlunun hüquqşünas olması səbəbilə onu təmsil etməsini xahiş etmişdir.6 mart 2012-ci ildə İddiaçı Cavabdeh etibarnamə alaraq onu məhkəmə və digər hüquq-mühafizə orqanlarında təmənnasız təmsil etmişdir. Bir müddət sonra cavabdeh bir neçə şəxsə borcu olmasını əsas gətirərək, İddiaçı ayı 10 faiz olaraq qaytarmaq şərtilə pul verməyini xahiş etmişdir.İddiaçı öz növbəsində onaməxsus torpaq sahəsini satmış və əldə etdiyi qazancdan ilkin olaraq 10 min, daha sonra 5 min,daha sonra əlavə 10 min və bundan sonrada 15 min manat pul verməyə başlamışdır.İlk verdiyi borcu qaytardıqdan sonra hissə-hissə 40 min manat məbləğlərdə pul iddiaçı tərəfindən Cavabdeh verilmişdir.Cavabdeh müxtəlif bəhanələrlə pulu verməkdən imtina etmiş sonra hətta iddiaçını tanımadığını bildirərək, borcu qaytarmaqdan imtina etmişdir.İddiaçı borc münasibətlərini sübut edə biləcək faktlara sahib olduğunu zərurət yarandığı halda bunları məhkəmə təqdim edə biləcəyini bildirib.Əlavə olaraq iddiaçı tərəfindən Cavabdeh yaşadığı mənzilə pretenziya məktubu göndərmiş lakin heç bir cavab ala bilməmişdir.Göstərilənlərin nəzərə alınmasını və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı iddia tələbinin dəlillərinə uyğun şəkildə izahat verərək, iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında iştirak edən Cavabdeh nümayəndəsi Vəkil iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh tərəf yazılı etiraz təqdim edərək, göstərir ki, iddiaçı iddia ərizəsində cavabdehə hissə-hissə:10 min,5 min, 15 min manat və sonuncu dəfə 2015-ci ilin may ayında isə 10 min manat olmaqla, cəmi 40 min manat pulu aylıq 10%-lə borc verdiyini göstərərək, həmin borcun və bu məbləğə 2015-ci ildən hazırkı vaxtadək hər ay üçün hesablanmış faizlərin ona qaytarılmasını tələb edir. iddiaçının cavabdehlərə verdiyini iddia etdiyi borcun məbləği 3 min manatdan çoxdur və ona görə də tərəflər arasında borc münasibətləri yazılı formada borc müaviləsinin bağlanması ilə rəsmiləşdirilməli idi və işin qeyd olunan bu halı, yəni borcun verilməsi yalnız bir sübutetmə vasitəsilə-yazılı borc müqaviləsi ilə təsdiq oluna bilər(AR MPM-in 81-ci maddəsi) Lakin tərəflər arasında belə bir müqavilə bağlanmayıb və ümumiyyətlə, cavabdeh iddiaçıdan borc almayıb.Digər tərəfdən iddia edir ki, guya cavabdehə hissə-hissə verdiyi 40 min manat borcun sonuncu 10 min manatını onun ofisində qohumunun yanında 2015-ci ilin may ayında verib. Hətta iddia əsaslı olsaydı belə, bu kateqoriya tələblər üçün qanunla müəyyən edilmiş 3 illik iddia müddəti ötürüldüyü üçün rədd edilməlidir.Belə ki, iddiaçı 2015-ci ildə verdiyini iddia etdiyi borcun qaytarılması üçün hazırki iddianı iddia müddəti 2018-ci ilin mayında bitdikdən 4 il sonra qaldırıb ki, bu da AR Mülki Məcəlləsinin 375-ci maddəsinə görə iddianın rədd edilməsi üçün əsasdır.İddia əsassız olduğuna görə təmin olunmamasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verib hesab edir ki, iddia rədd olunmalıdır. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İddiaçı tərəfindən təqdim edilən, AN-İ № ******* saylı Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətinə əsasən iddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndində istifadədə olan 0.0024 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 1 otaqlı, 20.16 kv.m yaşayış sahədən ibarət 586b nömrəli bağ evini X4 490660 (dörd yüz doxsan min altı yüz altmış) manata satmış cavabdehə iddia olunan borc məbləğini bu vəsaitdən verdiyini bildirmişdir; İddiaçı tərəfindən təmin edilmiş şahid X1 bildirmişdir ki, hər iki tərəfi tanıyır, Hafizin ofisində Şəmmədə borc pul verdiyini görmüşdür, lakin həmin məbləğin nə qədər olmasını bilməmişdir. Borc pulun hansı məqsədlə verilməsini bilmir. Şəmmədlə bir neçə dəfə danışıqları olmuş, Hafizin pulunu 3-4 aya hissə-hissə verəcəyini demişdir. Başqa pulun alınıb-verilməsindən xəbərsizdir. Hazırkı iddia tələbi ilə bağlı olaraq həmçinin nəzərə alınmalıdır ki, qanunverici iş üzrə sübutetmə yükünü tərəflər arasında bölüşdürmüşdür. Baxılan mübahisə üzrə iddiaçı üzərinə düşən sübutetmə yükü cavabdehə 40 min manat pulun verilməsinin sübut etməsidir. Bu zaman həm də nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 106.3-cü maddəsinə görə, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Sübutetmə yükünün bölüşdürülməsi qaydasına dair göstərilən yanaşma baxımından məhkəmə hesab edir ki, pulun verilməsinin cavabdeh tərəfindən qəbul edilməməsi əks tərəfə bu halı sübut etmə vəzifəsi ilə yükləyir. İddiaçı tərəf istinad etdiyi halları sübut etmək üçün alqı-satqı müqaviləsini təqdim etməsi, həmin alqı-satqıdan əldə etdiyi pulun məhz cavabdehə verməsi iş materialları ilə öz təsdiqini tapmır. İddiaçı tərəfin elektron məşkəmə sistemi vasitəilə təqdim etdiyi müxtəlif sənədlərin hazırkı iş üzrə birbaşa və ya dolayı yolla əlaqəsi olmamaqla sübut kimi qiymətləndirilə və iddianın təmin olunması üçün əsas ola bilməz. Məhkəmə həmin sübutlara hər hansı qiymət vermir, belə yanaşma prosessual qənaət prinsipinin tələbidir. Mülki Prosessual Məcəllənin 80-ci maddəsinə görə, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə şahid ifadəsinə münasibətdə qeyd edir ki, həmin şəxsin ifadəsi iddianın təmin olunması üçün əsas ola bilməz. Şahin ifadəsinin konkret olmaması, verilmiş pul məbləğindən məlumatının yoxluğu sübut növü olaraq həmin ifadənin mötəbərliyini istisna edir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində qeyd edilir ki, sübutların mümkünlüyü əsasən milli qanuvericiliklə tənzimlənən məsələ olduğundan məhz milli məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Məhkəmə eyni zamanda qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77-ci maddəsinin tələblərinə istinadən iddiaçı iddia tələbinin sübut edə bilməmiş, tələbini əsaslandırmamışdır. Belə olan halda, məhkəmə hesab edir ki, iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bununla belə, məhkəmə istinad edilən maddi hüquq normalarının tələblərini rəhbər tutub, iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verib, belə qənaətə gəlir ki, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia rədd edilməlidır. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 124-cü və 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova
Məhkəmə qərarları › İş №2(005)-3467/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3467/2022
25.10.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver