Məhkəmə qərarları › İş №2(005)-347/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-347/2024

29.01.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-347/2024 29.01.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Məhkəmə iclas katibi Mayılzadə Gülzadə Çingiz qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı maddi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı maddi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh ona vurulmuş 4200 manat dəyərində maddi zərərin bir hissəsinin 2000 manatın satıcı tərəfindən ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələblərini onunla əsaslandırmışdır ki, o xx.xx.2023-cü il tarixdə Ziya Bünyadov prospektində yerləşən “Eurohome” ticarət mərkəzində “MK İnşaat” adlı mağazadan 1930 manat dəyərində Azərbaycan istehsalı olan 120 kv.m metlax və digər əlavə materiallar sifariş etmişdir. 120 kv.m metlaxın 100 kv.m olan hissəsi açıq rəngdə (kod 1308), 20 kv.m isə tünd rəngdə (kod 1300) olmuşdur. O ödənişi pos-terminal vasitəsilə aparmaq istəyimi bildirsə də, bunun yalnız idxal mallarına münasibətdə mümkün olduğu, yerli malların satışına görə yalnız nağd qaydada qəbul edildiyi bildirildi. Bundan əlavə nağd ödədiyi vəsait üçün ona Vergi Məcəlləsinin tələblərinə uyğun olaraq nəzarət-kassa aparatının çeki təqdim edilmədi. Sifariş etdiyi mallar həmin gün axşam saatlarında Abşeron rayonu Digah qəsəbəsindəki ünvanına çatdırıldı. Metlax 83 qutu (hər qutuda 4 ədəd) idi. Açıq və tünd rəngli metlaxları maşından boşaldaraq ayrılıqda yığdılar. Açıq və tünd rəngli metlaxların həm qutuları tam fərqli idi, həm də qutunun üz tərəfində kiçik yarıq olduğundan içəridə metlax görünürdü. Səhəri gün o işə çıxdı, ustalar da evin arxa tərəfindən metlaxları vurmağa başladılar. Bundan bir həftə sonra evin arxası və yan tərəfi döşənmişdi, ön hissəni döşəyirdilər, səhv etmirsə martın 17-si idi, işdə ona zəng edib dedilər ki, metlaxların rəng tonları fərqlənir. O da onlara özləri seçdiyi metlaxları vurmağı digərlərini vurmamağı tapşırdı. O evə gəldikdən sonra gördü ki, onun mağazada seçdiyi metlaxdan çox az miqdarda (təxmini 15 kv.m, əslində isə 100 kv.m olmalı idi) verilib, vurulan metlaxın böyük əksəriyyəti o seçdiyi rəng tonu deyil, ona bənzər digər rəng tonu imiş (həmin vaxtadək vurulan metlaxların rəng tonu daha solğun, cansı və mat idi). Onlar işi dayandırdı. 19 mart tarixində mağazaya gedib problemi bildirdi. Metlaxlardan da nümunə apardı. Satıcı Kamran bəy haqlı olduğunu, metlaxların həqiqətən fərqli olduğunu, digər metlaxın heç mağazada satışda olmadığını, narahat olmamağını, yəqin ki, malı yükləyərkən qarışıqlıq olduğunu, həyətə gəlib vəziyyətlə yerində tanış olacağını bildirdi. Kamran bəy 21 mart tarixində gəldi. Əvvəlcə bu işdə öz günahları ilə yanaşı, ustanın günahkar olduğunu və onun məsuliyyət daşıdığını dedi. Onların etirazından sonra daha az olduğu üçün onun seçdiyi metlaxları (15 kv.m-ri) əvəzləyə biləcəklərini, bunun daha az xərc tələb etdiyini bildirdi. Amma onun razı olmayacağı təqdirdə digər metlaxları da əvəzləmək məsələsinə baxa biləcəklərini inkar etmədi. Qarşılıqlı şəkildə sabaha qədər götür-qoy etmək və sabah qərar vermək barədə razılığa gəldilər. 22 mart tarixində Kamrana danışmaq üçün mağaza gəlmək istədiyini bildirdi. O isə, məsələ ilə bağlı istehsalçı zavodla danışmalı olduğunu, bayram olduğundan zavodun çalışmadığını, növbəti gün danışıb ona cavab verəcəyini bildirdi. 22 mart tarixində Kamran istehsalçı zavoddan ona zəng ediləcəyini bildirdi. Lakin günün sonuna qədər gözləsə də heç bir zəng edilmədi. O da daha artıq gözləyə bilməyəcəyini, növbəti gündən etibarən qalan metlaxı da vurduracağını və vurulan zərəri onlardan tələb edəcəyini bildirdi. Kamran isə yenə də zavoddan onunla əlaqə saxlayacaqlarını dedi. Lakin heç kim ona zəng vurmayıb. Mart ayının 26-sı Kamranla bir daha əlaqə saxlayıb nə qərara gəldiklərini soruşdu. Ona zavodla danışdıqdan sonra cavab deyəcəyini bildirdi. Həmin gün aşkar etdi ki, əslində ona bir açıq rəng metlax əvəzinə, iki yox, hətta üç fərqli tonda açıq metlax verilib. Şübhələnərək tünd rəngli metlaxları da yoxladı. Məlum oldu ki, o da bir kod əvəzinə üç fərqli kodda verilib (biri parlaqdır, biri matdır, digəri isə orta parlaqlıqda). Deməli, ona 2 kod əvəzinə 6 kodda mal verilib. Bu isə onda şübhə yaradır ki, bu hal təsadüfən deyil, qəsdən baş verib. Anbarda satılmayan qalıq (outlet, otxod) mallar ona göndərilib. Nəhayət mart ayının 29-da Kamran ona zavodun nümayəndəsinin cavabını göndərdi. Cavabda bu işdə ustanın günahkar olduğu, metlaxların artıq yerə vurulduğu bildirilərək edəcəkləri bir şey olmadığı bildirilirdi. Mən də cavabında metlaxlar arasında fərqin xeyli sonra, evin qabağı vurulanda ortaya çıxdığını, ora qədər yalnız bir növ metlax vurulduğunu və bu səbəbdən burada ustanın günahı olmadığını bildirdi. Bundan əlavə hər kəsin öz vəzifəsi və öhdəliyi vardır. Satılan məhsulu sifarişə uyğun şəkildə təhvil vermək satıcının vəzifəsi, həmin məhsulu tapşırığa uyğun formada yerə vurmaq isə ustanın vəzifəsidir. Usta satıcının yol verdiyi səhvləri sığortalamağa məcbur deyildir. Mart ayının 30-da Kamran ona istehsalçı zavodun nümayəndəsinin Anar bəyin telefon nömrəsini verdi. O zəng edib Anar bəylə danışdı. O ilkin olaraq məsuliyyətdən yayınmağa cəhd etsə də, sonradan gəlib həyətə baxacağını və lazım gələrsə köməklik göstərəcəyini bildirdi. O yalnız həftəsonları evdə olduğunu dedi. Növbəti həftənin 6-cı günü, 8 apreldə görüşü planlaşdırdılar. 8 aprel tarixində Anara zəng edib saat neçədə gələcəyini soruşdu. Ona işçilərdən birinin yaxın qohumunun vəfat etdiyini, bu səbəbdən ofisdən ayrıla bilmədiyini, növbəti şənbə günü milyon faiz gələcəyini dedi. 15 aprel tarixində bütün gün gözləsə də Anar bəy gəlmədi. Səbəbini soruşanda həmin gün işlərinin çox olduğunu, növbəti şənbə günü gələcəyini dedi. 22 aprel tarixində Anardan saat neçədə gələcəyini soruşanda Ramazan bayramı münasibətilə rayona getdiyini, şəhərdə olmadığını, növbəti şənbə günü milyon faiz gələcəyini bildirdi. Halbuki, o onunla görüşəcəyinə görə bayramda rayona getməmişdi (valideynləri Masallı rayonunda yaşayır). 29 aprel tarixində bütün gün gözləsəm də Anar bəy yenə gəlmədi. Səbəbini soruşanda işlə əlaqədar rayonlarda ezamiyyədə olduğunu, növbəti şənbə günü mütləq gələcəyini bildirdi. 6 may tarixində Anardan gəlibgəlməyəcəyini soruşdu. O isə cavab yazmadı. 10 may tarixində Anardan bu məsələnin axırının necə olacağını soruşdu, özü gələ bilmirsə əvəzinə başqa şəxsi göndərməsini istəmişdir. Ona yenə heç bir cavab yazmadı. 12 may tarixində yenə də Anara yazdı. Ona işlərinin çox olduğunu, gəlməyə imkan tapmadığını, bu səbəbdən nə vaxt vaxtı olsa o zaman gələcəyini bildirdi. Həmin tarixdən indiyə qədər Anar bəy onunla heç bir əlaqə saxlamamış və onlara gəlməmişdir. Proseslərdən bu cür gedişatından satıcının mənə vurduğu zərəri qarşılamaq niyyətinin olmadığı, prosesi müxtəlif bəhanələrlə uzatdığı aydın görünür. Satıcının səhlənkarlığı və öz işinə məsuliyyətsiz yanaşması üzündən ona ümumilikdə 4200 manat həcmində (metlaxın dəyəri 1900 manat, ustaya verilən zəhmət haqqı 1500 manat və digər materialların (qum. sement, kafel-metlax yapışdırıcısı və s.) dəyəri 800 manat)) zərər dəymişdir. O bu qədər vəsait xərcləyib həyətini təmir etdirsə də, metlaxların müxtəlif rəng tonu və parlaqlıqda olması səbəbindən hazırda həyətin görünüşü pis vəziyyətdədir. Bu isə ona pis təsir edir, qıcıqlandırır, əsəbləşdirir və sağlamlığına ziyan vurur (hər gələn qonaq . Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsini nəzərə alaraq, işə digər cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.Məhkəmə iddiaçının izahatını dinləyib, mülki işin materiallarını araşdırıb, toplanmış sübutlar məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia əsassızdır və təmin edilməməlidir. Belə ki, iş materiallarında olan; -xx.xx.2023-cü il tarixli ******* nömrəli qaimə fakturadan görünür ki, metlak (1308) üçün 1472 manat, metlak (1300) üçün isə 268 manat pul ödənilmişdir. - Metlaxlara dair fotoşəkillərdən görünür ki, RT 21, RT 22, RT 25 və RT 26 kodu olmaqla 4 fərqli kodda metlaxlar vardır. -xx.xx.2023-cü il tarixli yerli baxış protokolundan görünür ki, məhkəmə tərəfindən Abşeron rayon Digah qəsəbəsində yerləşən fərdi yaşayış evinə baxış keçirildiyi zaman metlaxların döşəndiyi və metlaxlarda çox az miqdarda ton fərqləri olduğu müəyən edilmişdir. Prosessual qanunvericiliyin tələblərinə əsasən hər bir tərəfin öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğunu nəzərə alaraq, məhkəmə iddianın təmin edilməsi üçün heç bir əsas görmür. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Beləliklə, mülki mühakimə icraatında hüququn tətbiqi üçün ilkin başlanğıc nöqtə tələbin qanuni əsasının tapılmasından ibarətdir – iddia tələbinin düzgün qanuni əsasını tapmaq üçün isə 4 sual cavablandırılmalıdır: kim kimdən nəyi və nəyə əsasən tələb edir? Bu mənada məhkəmənin qənaətinə görə, İddiaçı iddia tələblərinin qanuni əsası kimi mülki qanunvericiliyin alqı-satqı müqaviləsi, həmçinin “mülki hüquq pozuntularından irəli gələn öhdəliklər”lə bağlı müddəaları nəzərdən keçirilə bilər; belə ki, Mülki Məcəllənin 567.1-ci maddəsinə əsasən, Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 579.1-ci maddəsinə əsasən, əgər alğısatqı müqaviləsinə görə növlər, modellər, ölçülər, rənglər və ya digər əlamətlər üzrə müəyyən nisbətdə (çeşiddə) əşyalar verilməlidirsə, satıcı alıcıya tərəflərin razılaşdırdıqları çeşiddə əşyalar verməyə borcludur. 580.2-ci maddəsinə əsasən, əgər satıcı alıcıya alğı-satqı müqaviləsinə uyğun çeşiddə əşyalarla yanaşı çeşid haqqında şərti pozmaqla əşyalar verərsə, alıcının ixtiyarı var ki, öz seçimi ilə: 580.2.1. çeşid haqqında şərtə uyğun gələn əşyaları qəbul etsin, qalan əşyalardan isə imtina etsin; 580.2.2. verilmiş əşyaların hamısından imtina etsin; 580.2.3. çeşid haqqında şərtə uyğun gəlməyən əşyaların müqavilədə nəzərdə tutulan çeşiddə əşyalarla əvəz olunmasını tələb etsin; 580.2.4. verilmiş əşyaların hamısını qəbul etsin. 580.3-cü maddəsinə əsasən, alğısatqı müqaviləsinin şərtinə uyğun gəlməyən çeşiddə əşyalardan imtina edərkən və ya çeşid haqqında şərtə uyğun gəlməyən malların əvəz olunması tələbini irəli sürərkən alıcı həmin malları ödəməkdən imtina edə də bilər, onları ödəmiş olduqda isə ödədiyi pul məbləğinin qaytarılmasını tələb edə bilər. 580.4-cü maddəsinə əsasən, alğı-satqı müqaviləsinin çeşid haqqında şərtinə uyğun gəlməyən əşyalar o halda qəbul edilmiş sayılır ki, alıcı onları qəbul etdikdən sonra ağlabatan müddətdə satıcıya öz imtinasını bildirməsin. Mülki Məcəllənin 1096.1-ci maddəsinə görə isə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Bununla yanaşı qeyd olunmalıdır ki, iddia tələbləri üzrə sübutetmə yükü bilavasitə onu irəli sürən şəxsin üzərinə düşür və məhz iddiaçı, iddiasını əsaslandırdığı faktiki halların mövcudBu zaman həm də nəzərə alınmalıdır ki, mülki mühakimə icraatında hakimin işinə yarayan, yəni yekun qərarın çıxarılmasını asanlaşdıran bir qayda var – iddiaçının dediklərinə əsasən iddia təmin olunan deyilsə, qarşı tərəfin etirazları ilə bağlı araşdırma aparmadan mübahisəni bitirmək olar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, “affirmanti, non neganti, incumbit probation” (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında həmin Məhkəmə mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. İddiaçı iddia ərizəsində və öz izahatında 08 mart 2023-cü il tarixdə 1930 manat dəyərində 120 kv.m. metlax və digər əlavə materialları sifariş etdiyini, 120 kv.m. metlaxın 100 kv.m.-ri açıq rəngdə, 20 kv.m. isə tünd rəngdə olduğunu; malların həmin gün axşam saatlarında Abşeron rayon Digah qəsəbəsindəki ünvana çatdırıldığını qeyd edir. Metlax döşəmə mart ayının 9-dan vurulmağa başlamış, və yalnız 17 mart tarixdə, evin arxa və yan tərəfləri döşəndikdən sonra ustanın iddiaçıya zəng edərək rəng tonlarının fərqləndiyini bildirmişdir. Daha sonra cavabdehlə dəfələrlə əlaqə saxlamağa çalışdığını, mağazaya getdiyini, 19 mart tarixində işin dayandırıldığını, mart ayının 26-da 1 açıq tonda deyil, 3 fərqli tonda metlax verildiyinin aşkar edildiyini bildirmişdir. Beləliklə, iddiaçının özünün izahatından aydın olur ki, sifariş etdiyi məhsulları qəbul etmiş, satıcıya malın çeşidinin qüsurlu olması barədə məlumat verməmişdir. Yalnız metlax döşəmənin bir hissəsi artıq icra edildikdən sonra satıcıya qüsur barədə məlumat verdiyi aydın olur. Məhkəmə hesab edir ki, işin halları nəzərə alınaraq, bu cür imtina AR MM-nin 580.4-cü maddəsində nəzərdə tutulmuş qaydada ağlabatan müddətdə imtina edilməsi hesab edilə bilməz. Belə ki, birincisi, məhsulların qəbul edilməsi ilə cavabdehə etirazın bildirilməsi arasında bir həftədən çox vaxt keçmiş; ikincisi isə, həmin vaxt metlax plitələr artıq sementlə yerə döşənmişdir. İddiaçının metlaxdan imtinasını satıcıya ağlabatan müddətdə bildirməməsi, onun həmin əşyaları qəbul etməsi kimi qiymətləndirilməlidir. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.(MPM, maddə 14.2, 77.1 və 88 maddələri). İddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd edilənləri nəzərə alaraq və mülki iş üzrə tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verməklə məhkəmə belə qənaətə gəlir ki, İddiaçı Cavabdeh vurulmuş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiasının təmin edilməsi üçün əsaslar müəyyən edilmədi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindəm məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı maddi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mehriban Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar