Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3472/2021 10.12.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əhmədzadə Əhməd Elman oğlunun katibliyi, İddiaçı2, onun nümayəndəsi və vəkili X5, Cavabdehlər Cavabdeh1 Sami oğlunun nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçılar X3 və İddiaçı2 cavabdehlər Cavabdeh1 Sami oğluna və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar X9 və İddiaçı2 cavabdehlər Cavabdeh1 Sami oğluna və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X10 məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal massivi Xiyabani küçəsi yaşayış evinin 1-ci blokunun "15-ci mərtəbəsində 112.1 kv.m. olan 83-nömrəli 3 otaqlı mənzilin X1 ilə bağlı əldə etdikləri 57.000 ABŞ dolların cavabdchlər Cavabdeh1 Sami oğlundan və Cavabdeh2 müştərək qaydada alınaraq X4 və İddiaçı2 verilməsinə, 30.000 min ABŞ dolları Cavabdeh1 alınaraq X4 və İddiaçı2 verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdirlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, təxmini 2020-ci ilin iyul ayının əvvəllərində Yasamal rayonu, Yeni Yasamal massivi, Xiyabani küşəsində yerləşən "xxxx" MMC-yə məxsus yaşayış evin təsisçisi Taleh müəllim (mob; *** *** ** **) İddiaçı2 zəng edrək ailələrinə məxsus 2 maşın qarajlarının Cavabdeh1 tərəfindən zənçirləndirilək satmağını bildirdi və onun xəbərinin olub olmadığını soruşdu. Bu məsələdən xəbərinin omadığını bildirdi. Həmin dövrdə mərhum atası X2 yerində olmadığı, “koma” vəziyyətində olduğu üçün ailələrinə məxsus olan mülklərə o, və anası nəzarət edirdi. Bu xəbəri eşidəndən sonra o "xxxx" MMC-də yerləşən əmlaklarnın müqavilələrini götürüb yeni tikiliyə getdi. Araşdırma nəticəsində məlum oldu ki, ailələrinə məxsus olan və 6 N-li MÜQAVİLƏ ilə qeydiyatdan keçən həmin binanın 1-ci blokunun "15-ci mərtəbəsində 112.1 kv.m, olan 83nömrəli 3 otaqlı mənzilləri xəbərləri olmadan satılıb. "xxxx" MMC-nin direktoru Fazil Əliyevdən (*** *** ** **) məsələnin araşdırılmasını xahiş etmişdir. Fazil ev alana ( Soltan Məlikova *** *** ** **, *** *** ** **) zəng vuraraq mənzili kimdən aldığını soruşdu, Sultan da qeyd olunan mənzili Səməd Vurğun prospektində yerləşən ofisdə Namik Kəlbiyevdən (*** *** ** **, *** *** ** **) 57.000 ABŞ dollarana aldığını bildirdi. O, Namikə zəng vuraraq məsələnin aydınlaşdırılması üçün görüşməyin bildirdi və onlar görüşdülər. O, ailələrinə məxsus olan mənzil onun tərəfindən satıldığını dedikdə o, bu işdən xəbərinin olmadığını bildirdi. Belə olan halda o, mənzil alan X21 görüşdürərək məsələni aydınlaşdırmaq istəsə də bir neçə gün bu mümkün olmadı. Lakin onun israrla təkidindən sonra ev alanla X23 və onun 14 sentyabr 2020-ci ildə saat 16.00-da görüşləri baş tutdu. Görüşə o, Taleh, Namik, Namikin qardaşı Nazim, Namikin bacısı oğlu Naməddin və ev alan Soltanın iki oğlanları gəldilər. Ev alanın oğlu Rəhim Namikə baxaraq pulu ona verdiyini dedi. Namik isə bunları tanımadığını pul almadığını belə bir görüş, olmadığını bildirdi. Dəfələrlə Namik pulu cavabdehə verdiyini, ilk ödənişinin 55000 ABŞ dolları olub geri qalan 2000 ABŞ dollarını isə 10-ay müddətində verməyini bildirmişdir. Məlumat üçün bildirir ki, atası X15 Namiq yaxın dost olmuşlar, bu dostluq aillərinə də aid edilmiş, sonradan daha da möhkəmlənmiş və atası Cavabdeh1 oğlunun kirvəsi olmuşdur. Atası ilə Cavabdeh1 ortaq biznesləri olmuş bir sıra müştərək işlər görmüşlər ki, bunlarıda təsdiq edən əl yazmalar vardır. Bu mənzilin onlara məxsus olmasını təsdiq edən əlyazma və müqavilə və maliyyə arayışı vardır. İşin hallarından göründüyü kimi Namiq və Cavabdeh2 qardaşları onlara məxsus olan mənzili tam qanunsuz şəkildə ələ keçirərək satmış və pulunu mənimsəmişdir. Bunula bağlı tərəflərindən Yasamal rayon Prokurorluğuna və Polis idarəsinə müraciət edilərək Cavabdeh1 əməllərində Azərbaycan Respublikasının CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş "dələduzluq" əməllərinin əlamətlərinin olmasım nəzərə alaraq onun barəsində cinayət işinin başlanınsı barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsində şikayətləri araşdırılmış 20.04.2021-ci il tarixdə cinayət işinin başlanması mülki mübahisə olduğundan rədd edilməsinə barədə qərar qəbul edilmişdir. Qeyd olunan qəra əsasən onlara məxsus olan mənzilin Namiq və Cavabdeh2 qardaşları tərəfindən satııması bir daha öz təsdiqini tapmışdır. Belə ki, araşdırma zamanı X12 izahatında göstərmişdir ki, 2011-ci ilin iyul ayında yeni mənzil almaq üçün atası X13 ilə birlikdə ünvan 1 ünvanda 16 mərtəbəli yaşayış binasına baxmış, həmin vaxl Kamal adlı makler qeyd edilən ünvanda yerləşən "xxxx"*MTK tərəfindən tikilmiş binanı göstərərək binanın 15-ci mərtəbəsində yerləşən 83 nömrəli mənzilin satıldığını bildirmiş, onunla biriikdə mənzilə baxmış, həmin mənzil 3 otaqlı olmaqla sahəsi 116 kvadrat metrdir. Mənzili bəyəndikdən sonra makler sahibinin adının Namiq olduğunu demiş və sonuncunun Niyaməddln adlı bacısı oğlu alqı-satqı barədə danışmaq üçün yanlanna gəlmişdir. Aralananda razılıq olduğu üçün 21 iyul 2011-ci il tarixdə atası ilə biriikdə mənzilin sahibi Cavabdeh1lə görüşmək məqsədilə Bakı şəhəri Nəsimi rayonu. Səməd Vurğun küçəsində yerləşən sonuncuya məxsus ofisə getmişlər. Orada N.Kəlbiycvlə görüşmüş, sonuncu mənzilin özünə məxsus olduğunu bildirmiş və 57000 ABŞ dollarına saldığını demisdtr. Onunla razılaşsalar da, 55000 ABŞ dolları pul vəsaiti olduğunu deyərək, qalan 2000 ABŞ dollarını bir il ərzində ödəyəcəklərini demişlər. Bundan sonra Cavabdeh1 bacısı oğlu Niyaməddin ilə birlikdə ünvan 2 ünvanına gedib orada sonuncu "xxxx" MTK-nın direktoru X8 imza və möhürlü müqavilə blankı götürüb yenidən Cavabdeh1 məxsus ofisə qayıtmışlar. Ofisdə N.Kəlbivevlə birlikdə 21.07.2011-ci il tarixli "Çoxmənzilli yaşayış binasının tikintisi haqqında fərdi müqavüə" bağlamışlar. Həmin müqavilə atası X16 ilə "xxxx" MTK-nın direktoru X24 arasında bağlanmış və 55000 ABŞ dollarını sayaraq Cavabdeh1 vermişdir. Bundan sonra mənzili təmir etdirmiş və həmi vaxdan ailəsi ilə birlikdə orada yaşayırlar. Borc qalan 2000 ABŞ dollarını isə 2012-ci ilin may ayınadək hissə-hissə ödəyərək qurtarmışlar. 2020-ci ilin sentyabr ayında valideyinlərinin yaşadığı binanın direktoru Fazil Əliyev atasına zəngedərək yaşadıqları 83 nömrəli mənzüin guya Fuad adlı şəxsə məxsus olması və sonuncunun binanın qarşısından onunla görüşmək istədiyini bildirmişdir. Bununla atası bağlı zəng edərək bildirdikdən sonra qeyd edləıı ünvana getmiş və birlikdə söhbət edərkən Fuad adlı şəxs həmin mənzilir əslində atası Bidar Vəliyevə məxsus olduğunu. Cavabdeh1 adlı şəxsin həmin mənzili qanunsuz olaraq onlara satdığını demişdir. Həmçinin Fuad mənzilin onlara aid olduğunu göstərən sənədləri də, təqdim etmiş, onlar da öz növbəsində mənzili 2011-ci ildə 57000 ABŞ dollarına Namiqdən aldıqlarını və 9 il ərzində yaşadıqlarını demişlər. Məsələni aydınlaşdırmaq üçün həmin gün dəfələrlə Namiqə zəng etsə də, zənglərinə cavab verməmişdir. Bir neçə gün sonra Fuad özü Namiqlə danışmış və Bakı şəhəri. Nəsimi rayonu ərazisində yerləşən "Koala" parkında Fuad, binanın təsisçisi olan Taleh, atası, Cavabdeh1, sonuncunun bacısı oğlu Niyaməddin və qardaşı Nazimlə birlikdə görüşmüşlər. Namiqi və bacısı oğlu Niyaməddini gördükləri zaman tanımış və 2011-ci ildə 55000 ABŞ dollarını ona verdiklərini və müqaviləni onun təqdim etdiyini bildirmişlər. Buna baxmayaraq Namiq gülərək pulu ona deyil qardaşı Nazimə verdiklərini demişdir. Lakin qardaşı Nazimi tanımadığını pulu özünə verdiyini bildirsə də, sonuncu israrla ona pul verilmədiyini bildirmişdir. Həmin vaxt Nazim guya pulu ona verdiyini və sonuncu da, pulu Fuadın atası Eldar Vəliyevə verdiyini demişdir. Həmin vaxt o, da. nə Nazimi, nə də Eldar Valiyevi tanımadığını demişdir. Cavabdeh1 guya müqavilə bağlanan zaman Rusiya Federasiyasında olduğunu bildirərək oturduqları yerdən çıxaraq getmişdir. O, həmçinin bildirmişdir ki, müqavilənin imzalı və möhürlü halda "xxxx" MTK-nın direktoru X8 götürdüyünü xatırlasa da, məzmunun hazır yazılı olması və ya harada yazılması barədə məlumatı olmamışdır. Göründyü kimi mənzilin alqı satqısı Namiq və Cavabdeh2 qardaşları tərəfindən həyata keçirilmişdir. Bunula yanaşı araşdırma zamanı ifadəsi alınmış X22 izahatında göstərmişdir ki, 2009-cu n "xxxx" MTK-nın, 2012-ci ildən isə "xxxx" MMC-nin direktorudur. Həmin MMC ünvan 3 ünvanında yerləşir. Yaşayış binasının tikintisi 2005-ci ilin may avında başlanmış, 2008-ci ilin son aylarında sakinlər üçün istismara verilmişdir. Bina 16 mərtəbəli olmaqla 2 blokludur. Qeyd edilən binanı rəsmi olaraq Taleh Quliyev və Namiq Kəlbiyev şərik olaraq tikmişlər. Tikilmiş binanın 30 faizi Taleh müəllimin, 70 faizi isə Namiq müəllimin olmuşdur. Eldar Vəliyev adlı şəxs binanın qeyri rəsmi şəriklərindən olmuşdur. Bu səbəbdən binada olan mənzil və obyeklər hər üç şəxs arasında bölünmüş və hər biri bundan xəbərdar olmuşlar. 21.07.2011-ci il tarixdə Cavabdeh1 bacısı oğlu Naməddin yanına gedərək binadan dayısına məxsus mənzilin satıldığını deyib möhürlü müqavilə blankı istəmiş, həmin vaxt Naməddinə dayısı zəng etməmiş möhürlü və imza blankı ona verə bilməyəcəyini demiş, bundan sonra Cavabdeh1 zəng edərək özünə məxsus mənzili satdığını və imzah, möhürlü blankı Naməddinə venməyini xahiş etmişdir. Sonuncudan hansı mənzilin satıldığını soruşmayaraq, həmçinin blankının doldurmayaraq imzalayıb möhür vuraraq Naməddinə vermişdir. Bundan sonra Namiq müəllimin özü mənzili Soltan Məlikov adlı şəxsə satmış, onların aralarında olan razılaşmaya əsasən Cavabdeh1 mənzili Soltan Məlikova 55000 ABŞ dollanna sataraq qalan 2000 ABŞ dollarını kreditə salmış, sonuncu da, həmin qalıq məbləği 1 il müddətində hissə-hissə ödəmişdir. Bu səbəbdən 21.07.201 1-ci il tarixli "Çoxmənzilli yaşayış binasının tikintisi haqqında fərdi müqavilə" bir il sonra, yəni 2000 ABŞ dolları borc Cavabdeh1 ödənildikdən sonra Naməddin özü gətirərək təqdim etmiş və həmin müqaviləni sənədlərin arasına qoymuşdur. Lakin ünvan 4 ünvanının müqavilə əsasında X10 aid olmasını bilməmişd r. Çünki həmin mənzilləri N.Kəlbiycvlə Eldar müəllim özləri aralarında qeyri rəsmi olaraq bölmüşlər. Əgər bu barada məlumatı olsaydı N. Kəlbiyevin qeyd edilən mənzili 21.07.2011-ci il tarixdə Soltan Məlikov adlı şəxsə satmasına icazə verməzdi. 2020-ci ilin sentyabr ayında Naməddin direktoru olduğu binanın zirzəmisində yerləşən qarajlardan bir neçəsini zorcirlə bağladığı üçün bununla bağlı Taleh müəllimə xəbər vermiş, sonuncu ea. Eldar Vəliyevin də, həmin yerdə qarajlarının olduğunu bildiyi üçün onun oğlu Fuada zəng cdərak bu barədə malumat vermiş, bundan sonra Fuad binada olan bütün əmlaklarına dair sənədləri götürərək ofisə gəlmiş, araşdırma zamanı məlum olmuşdur ki, 83 nömrəli mənzil 2011-ci ildə Cavabdeh1 tərəfindən Soltan adlı şəxsə satılmışdır. Araşdırma zamanı Cavabdeh1 Sami oğlu izahatında göstərmişdir ki, 2005-ci ildə ünvan 5 ünvanında Taleh Quliyevlə birlikda 16 mərtəbəli yaşayış binasının tikintisinə başlamış, həmin bina 2 bloklu olmaqla ümumi 195 mənzildən ibarətdir. Tikinti "xxxx" tərəfindən aparılmış. MMC-nin təsisçiləri qardaşı Cavabdeh2 və Taleh Quliyev olmuş və 70 faiz pay qardaşı Nazimdə, 30 faiz pay isə Talehə aid olmuşdur. 2009-cu ilin sonlarında binanın tikintisi qurtarmış və sakinlərin istifadəsinə verilmişdir. Həmin vaxt "xxxx" MMC ləğv edilmiş və yerina "xxxx" MTK yaradılmışdır. "xxxx" MTK yaradıldıqdan sonra tikintidən uzaqlaşmış və bütün səlahiyyətlər Taleh Quliyevə verilmişdir. Bundan başqa bildirmişdir ki, binanın tikintisi zamanı 70 faiz pay rəsmi qaydada qardaşı Nazimin adına rəsmiləşdirilsə də, həmin hissənin 35 faizi özünə, digər 35 faizi isə dostu Eldar Vəliyevə aid olmuşdur. Eldar Vəliyevlə 1982-ci ildən dostluq etmiş, sonuncu ilə şərik olaraq xeyli işlər görmüşdür. Həmin binanın tikintisində do, E.Vəliyev qeyri-rəsmi payçı olmuşdur. Əvvəllər aralarında hər haıısı bir narazılıq düşmənçilik olmamışdır. MMC ləğv edildikdən sonra Taleh və Eldarla birlikdə açot edərək binadakı yaşayış və qeyri yaşayış sahələrini ayırmış və hər kəsə müqavilə verilmişdir. 2016-cı ildə Eldar Vəliyev komaya düşmüş və hazıradək həmin vəziyyətdədir. 2020-ci ilin sentyabr ayında bacısı oğlu Naməddinə tapşırmışdır ki, ünvan 2 ünvanında yerləşən binanın zirzəmisində olan 7 ədəd qarajların ətrallan zəncirləsin. Həmin vaxt X11 ona zəng edərək, zəncirlənmiş ərazidən özünə məxsus 2 ədəd qaraj yerinin olduğunu desə də. ona qeyd edilən yerdə qarajlarının olmadığını bildirmişdir. Bir neçə gün sonra Fuad zəng edərək Yasamal rayonu, Xiyabani küçəsi 10 C ünvanında yerləşən 83 nömrəli atastna məxsus mənzilin guya tərəfindən 2011-ci ildə Soltan Məlikov adlı şəxsə satıldığını bildirsə də, ona qeyd edilən mənzildən xəbərinin olmadığını, həmin mənzili satmadığını demişdir. Bundan sonra Fuad internet vasitəsilə 21.07.2011-ci il tarixli müqavilə ataraq guya mənzili onun Soltan Rəhimova satdığını desə də, qeyd edilən müqavilədə yazılan yazının onun xətti ilə yazılmadığını bildirmişdir. Bundan bir neçə gün sonra Nəsimi rayonu ərazisində "Koalo" parkında Fuad və Talehlə birlikdə görüşmüş, daha sonra bacısı oğlu Naməddin, qardaşı Nazim və mənziün hazırki sahibləri gəlmişlər. Söhbət zamanı mənzilin hazırki sahibləri guya müqavilənin də onun tərəfindən yazıldığını və pulu da. ona verdiklərini demişlər. Onlarla razılaşmayaraq müqaviləni yazmadığını, pulu da, ona vermədiklərini demiş, bundan sonra qardaşı Nazim söhbətə qanşaraq bildirmişdir ki, 2011-ci ildə qeyd edilən mənzil Eldar Vəliyev tərəfindən satılmış, həmin mənzilin pulu sonuncunun özünə verilsə də, müqavilənin məzmunu Nazim tərəfindən yazılmışdır. Həmin vaxt müqavilə adı çəkilən şəxslər tərəfindən Nərimanov rayonu, M.Əlizadə küçəsində yerləşən ofisində yazılmışdır. 2011-ci ildə müqavilə yazıldıqdan sonra sürücüsü Eldar müəllimi avtomobil ilə yaşadığı evə aparmışdır. Söhbət zamanı əsəbləşdiyi üçün, həmçinin şəkər xəstəsi olduğu üçün ayağa qalxaraq onların yanından çıxıb getmişdir. Araşdırma zamanı Cavabdeh2 da oxşar izahat vermişdir ki, bu da həqiqəti əks etdirmir. Belə ki, qeyd olunan mənzil Eldar Vəliyev tərəfndən satılmış olsa idi bu barədə ilkin olaraq Fazil Əliyevin və Taleh Quliyevin məlumatları olmalı idi. Bunula yanaşı qeyd olunan mənzilin Eldar Vəliyevə məxsusu olmasını təsdiq edən 6 saylı Müqavilə təfil verilməli və alıçı ilə yeni müqavilə tərtib edilməli idi ki, bu da həyata keçirilməmişdir. Göründüyü kimi mənzil müqaviləyə əsasən F.ldar Vəliyev məxsus olmasına baxmayaraq Namiq və Nazim Kəlbivcv qardaşları tərəfindən qanunsuz olaraq satılmış və pulu mənimsənilmişdir. Qeyd olunanları Namiq və Cavabdeh2 qardaşları tərəfindən qanunsuz olaraq X10 məxsus olan Bakı şəhəri. Yasamal rayonu. Yeni Yasamal massivi Xiyabani küçəsi yaşayış evinin 1-ci blokunun "15-ci mərtəbəsində 112.1 kv.m, olan 83-nömrəli 3 otaqlı mənzilin X1 ilə bağlı əldə etdikləri 57.000 ABŞ dollara onlardan alınaraq bizə X4 və İddiaçı2 verilməlidir. Bunula bağlı cavabdehlərə 12.06.2021-ci il tarixdə PRETENZİYA göndərilmiş bildirilmişdir ki, 3 (üç) gün müddəti atası X10 məxsus olan Bakı şəhəri, Yasamal rayonu. Yeni Yasamal massivi Xiyabani küçəsi yaşayış evinin 1-ci blokunun "15-ci mərtəbəsində 112.1 kv.m, olan 83nömrəli 3 otaqlı mənzilin X1 ilə bağlı əldə etdiyiniz 57.000 ABŞ dolların siz Cavabdeh1 Sami oğlu və qardaşınız Cavabdeh2 müştərək qaydada onlara X4 və İddiaçı2 qaytarmalısınız. Bunula yanaşı qeyd etdiyi kimi atası ilə Cavabdeh1 müştərək işlərindən biri də ondan ibarət olmuşdur ki. Cavabdeh1 Atam Eldər Vəliyevdən taxta biznesi ilə bağlı 30.000 ABŞ dolları götürmüş və hər ay 900 ABŞ dolları gəlir kimi atasına verməyi öhdəsinə götürmüşdür. 2009-cu ilin oktyabr ayına qədər 900 ABŞ dolları atasıa vermiş sonradan isə nə pulun özünü nədə ki, əlavəsini verməmişdir. Bunula da Cavabdeh1 atasına 30.000 min ABŞ dolları borcu qalmışdır ki. o da Cavabdeh1 alınaraq onlara qaytarılmalıdır. Məhkəmə iclasında İddiaçı2, onun nümayəndəsi və vəkili X18 ayrı-ayrılıqda iddia ərizəsinin məzmununa uyğun izahat verib və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdilər. Cavabdehlər Cavabdeh1 Sami oğlunun nümayəndəsi və vəkili Vəkil2 iddia tələbinin hər iki cavabdehə münasibətdə əsassız olduğunu bildirərək, rədd edilməsini xahiş etdi. Eyni zamanda cavabdehlər Cavabdeh1 Sami oğlunun və Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 10.08.2021-ci il tarixdə iddia ərizəsinə etiraz təqdim edərək, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 Sami oğluna və Cavabdeh2 qarşı “maddi ziyanın ödənilməsi tələbinə dair” irəli sürdükləri iddialarının əsassız olması səbəbindən rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Etiraz ərizəsini onunla əsaslandırmışdır ki, mərhum X26 Kəlbiyevin dostluq münasibətlərində olması və onların müştərək bizneslərinin olması barədə qeyd olunanlar düzgün olsa da, Namiq və Cavabdeh2 tərəfindən Eldar Vəliyevə məxsus hər hansı bir mənzil satılmamış və pulu mənimsənilməmişdir. İddiaçıların özləri tərəfindən məhkəməyə təqdim edilmiş 20.04.2021 -ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan da göründüyü kimi Cavabdeh1 Saır.i oğlunun və Cavabdeh2 əməllərində cinayət tərkibi olmadığından cinayət işinin başlanılması rədd edilmişdir. Həmçinin sözügedən qərardan da göründüyü kimi Cavabdeh1 sözügedən mənzilin onun tərəfindən satılmadığını, eləcə də mənzilin satışından hər hansı bir məbləğdə pul əldə etmədiyini qeyd etmişdir. Eləcə də, Cavabdeh2 qeyd olunan mənzilin Eldar Vəliyev tərəfindən satıldığını, həmçinin mənzilin pulunun E. Vəliyevə verildiyini göstərmişdir. Məlum olduğu kimi “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarın qəbul edilməsi özü-özlüyündə cinayət törədilməsi faktını istisna edir. Belə olan halda iddiaçı tərəfin yalnız 20.04.2021-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərara istinad edərək, hazırkı tələbləri irəli sürməsi təmamilə əsassızdır. İddiaçıların iddia ərizəsində qeyd etdikləri Cavabdeh1 mərhum Eldar Vəliyevdən taxta biznesi ilə bağlı 30.000 ABŞ dolları götürməsi və hər ay 900 ABŞ dolları gəlir kimi E. Vəliyevə verməyi öhdəsinə götürməsi, lakin sonradan nə pulun özünü, nə də ki, əlavəsini verməməsi və hazırda Cavabdeh1 iddiaçının atasına 30.000 ABŞ dolları borcu qalması barədə qeyd olunan fikirlər də təmamilə əsassızdır. Belə ki, yuxarıda da qeyd etdikləri kimi Cavabdeh1 iddiaçılardan X3 mərhum əri, digər İddiaçı2 isə mərhum atası olan X19 ilə şərik olaraq bir sıra işlər görmüşdür. Lakin görülmüş şərikli işlər nəticəsində X7 Cavabdeh1 ümumilikdə 182848 ABŞ dolları və 13.337 manat məbləğində borcu yaranmışdır. Bununla bağlı tərəflərindən hazırkı mülki iş üzrə iddiaçılara qarşı Binəqədi Rayon Məhkəməsinə müraciət edilərək, borcun qaytarılması tələb edilmişdir. Yalnız bundan sonra iddiaçılar tərəfindən hazırkı tələblə Nərimanov Rayon Məhkəməsinə müraciət edilmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Lakin iddiaçılar İddiaçı1 və İddiaçı2 hazırkı halda qeyd etdilkəri hallar: sübuta yetirəcək hər hansı bir sübutu məhkəməyə təqdim etməmişlər. Bundan başqa qeyd etmək istəyirlər ki, iddiaçıların iddialarının əsassız olması ilə yanaşı, həm də iddiaçılar tərəfindən qanunla nəzərdə tutulmuş iddia müddəti də buraxılmışdır. Məhkəmə iclasında şahid X20 ifadəsində bildirmişdir ki, iddiaçı ilə hər hansı tanışlığı və ya qohumluq münasibəti yoxdur. Belə ki, 2011-ci ilin fevral aylarında Yasamal rayonu ərazisində mənzil axtarırdılar. Bu zaman Kamal adlı maklerlə tanış oldu və onun vasitəsilə mənzil axtarmağa başladıq. O bizi öz bacısı oğlu Naməddin ilə tanış etmişdir. Şahid suallara cavab olaraq bildirmişdir ki, onlar mənzili Namiq adlı şəxsdən almışlar. O mənzilin ona məxsus olduğunu bildirmişdir. Mənzilin dəyəri 57000 dollara razılaşdırılmışdır. Onlar 55000 dolları nağd şəkildə ödəyiblər. Daha sonra isə 2000 dolları ödəyiblər. Məhkəmə iclasında şahid X13 ifadəsində bildirmişdir ki, iddiaçı ilə hər hansı tanışlığı və ya qohumluq münasibəti yoxdur. Belə ki, 2011-ci ilin fevral aylarında Yasamal rayonu ərazisində mənzil axtarırdılar. Bu zaman Kamal adlı maklerlə tanış olublar. Şahid suallara cavab olaraq bildirmişdir ki, onlar mənzili Natiq adlı şəxsdən alıblar. O mənzilin ona məxsus olduğunu bildirmişdir. Şahid mənzili təmir edərək, köçüb. Hazırki məsələ ilə bağlı məlumatı 2 ildir ki, əldə edib. Məhkəmə iclasında şahid X14 ifadəsində bildirmişdir ki, iddiaçı ilə hər hansı tanışlığı və ya qohumluq münasibəti yoxdur. Belə ki, 2011-ci il tarixində o və atasıgil Yeni Yasamal ərazisində mənzil axtararkən Naməddin adlı şəxslə tanış olublar. Naməddin isə Namiqin bacısı oğlu idi. Naməddin və Namiq ilə evin qiyməti barədə müzakirə aparmışlar və o mənzilin 5700 dollar dəyərində olduğunu bildirmişdir. Onlar isə 55000 dollar ödəniş edə biləcəyini və qalan 2000 dolları isə hissə-hissə ödəyə biləcəyini bildiriblər. Onlar da 2000 dolların hissə-hissə ödənilməsi ilə razılaşdıqlarını bildirdilər. Şahid isə həmin məbləği 6 ay hissə-hissə ödədi. Onlar həmin mənzili alqı-satqı müqaviləsi əsasında alıblar. Şahid suallara cavab olaraq bildirmişdir ki, onlar mənzili Namiq adlı şəxsdən alıblar. O mənzilin ona məxsus olduğunu bildirmişdir. Onlar pulu şəxsən Namiqin özünə veriblər. Qalan 2000 doları isə hər ay qəbz verilməklə Namiqin katibəsinə ödəyib. Məhkəmə iclasında şahid X22 ifadəsində bildirmişdir ki, iddiaçının mərhum atasını tanıyırdı və onunla da atası vasitəsilə tanış olub. Namiq müəllimin bacısı oğlu onun işlədiyi iş yerinə gələrək, müqavilə təqdim etmiş və dayısının həmin müqavilənin imzalanmasının və möhürlənməsinin istədiyini bildirmişdir. O isə bunu icazəsiz edə bilməyəcəyini və Namiq müəllimin ortağı olan Taleh müəllimə zəng edərək, bu barədə məlumat verməsini bildirdi. Namiq müəllim Taleh müəllimə bu barədə məlumat verdikdən sonra isə şahid müqaviləyə möhür vurmuşdur. Naməddin müqaviləni ondan götürərək, Namiq müəllimin ofisinə apardı. Şahid suallara cavab olaraq bildirmişdir ki, müqavilə 83 saylı mənzil barəsində alqı-satqı müqaviləsi idi. Müqavilədə alıcı və satıcı qeyd edilmişdi. Müqavilədə mənzilin qiyməti 5500 qeyd edilmişdi. MMC-nin 70 faiz hissəsi Namiq müəllimə, 30 faizi isə Taleh müəllimə məxsus idi. Eldar müəllim isə qeyri-rəsmi şəkildə ortaq olmuşdur. Mübahisəli mənzildən əlavə daha üç mənzil ona məxsus idi. MTK 2010-cu ildən MMC kimi fəaliyyət göstərir. Bina 2008-ci il tarixində istifadəyə verilmişdir. Şahidə məlum idi ki, həmin mənzil Eldar müəllimə məxsus idi. Namiq müəllim ona zəng edib bildirirsə ki, qeyd etdiyi mənzil barəsində olan müqaviləyə möhür vur, Namiq müəllim şahidin işəgötürəni olduğu üçün onun göstərişlərini yerinə yetirməlidir. Şahid Namiq müəllim ilə digər şəxslərin ortaq olmasını sübut edən sənədlərin olub-olmaması barədə məlumat verə bilmir. Məhkəmə tərəflərin izahatını dinləyərək, onların izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən rədd olunmalıdır. Belə ki, iş materiallarında olan 23.10.2020-ci il tarixdə 1 saylı Bakı “Asan xidmət” mərkəzi tərəfindən verilmiş AZ-İİ № 122005 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X19 19.10.2020-ci il tarixdə ölmüş, bu barədə akt qeydləri kitabında 23.10.2020-ci il tarixdə 1206 № ilə qeyd edilmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 09 avqust 2021-ci il tarixli Vəkil1 ünvanlanmış məktubunda qeyd edilir: Cavabdeh1 Samil oğlunun və Cavabdeh2l oğlunun adlarına daşınmaz əmlakın olubolmaması barədə müraciətə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsində baxılmışdır. Bununla əlaqədar olaraq bildiririk ki, xx.xx.1955-ci il təvəllüdlü Cavabdeh1 adına Bakı şəhəri. Nərimanov rayonu. X17 küçəsi, ev 7. mənzil 31 qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. xx.xx.1962-ci il təvəllüdlü Cavabdeh2 adına Bakı şəhəri, Binəqədi rayonu, C.Hacıbəyli küçəsi, ev 70, mənzil 8 qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Cavabdeh2 adına Masallı rayonu, Mollahəsənli kəndində 0.3964ha (paylı) kənd təsərrüfatı təyinatlı torpaq sahəsi qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Qeyd olunan şəxslərin adlarına hazırda respublikanın digər ərazilərində dövlət reyestrində qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir. İş materiallarında olan sifarişçi X19 ilə podratçı "xxxx"MMC-nin direktoru arasında bağlannmış 10 mart 2007-ci il tarixli 6 saylı müqavilənin surətindən görünür ki, sifarişçi Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal massivindəki, Xiyabani küçəsində tikilməkdə olan yaşayış binasının 1 blokunda, 15 mərtəbədə, 3 otaqlı 83 №-li mənzilin tikintisini öz öhdəsinə götürür. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ hissəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Həmin maddənin 2-ci hissəsinə əsasən, mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.” “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, sifarişçi X19 ilə podratçı "xxxx" MMC-nin direktoru arasında bağlannmış 10 mart 2007-ci il tarixli 6 saylı müqavilənin surətindən görünür ki, sifarişçi Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal massivindəki, Xiyabani küçəsində tikilməkdə olan yaşayış binasının 1 blokunda, 15 mərtəbədə, 3 otaqlı 83 №-li mənzilin tikintisini öz öhdəsinə götürmüşdür. İş materiallarında olan 23.10.2020-ci il tarixdə 1 saylı Bakı “Asan xidmət” mərkəzi tərəfindən verilmiş AZ-İİ № 122005 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, sifarişçi X19 19.10.2020-ci il tarixdə vəfat etmişdir. "xxxx" MMC tərəfindən 10 mart 2007-ci il tarixli X10 verilmiş kassa mədaxil qəbzinin surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal massivindəki, Xiyabani küçəsində olan yaşayış binasının 1 blokunda, 15 mərtəbədə, 3 otaqlı 83 №-li mənzilin dəyəri olan 56050 manat məbləğində pul ödənilmişdir. İddiaçılar iddia edir ki, mərhuçm X10 məxsus Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal massivindəki, Xiyabani küçəsində tikilməkdə olan yaşayış binasının 1 blokunda, 15 mərtəbədə, 3 otaqlı 83 №-li mənzil onların xəbəri olmadan üçüncü şəxsə satılmışdır. Cavabdehlər iddia tələbini qəbul etmir, iddiaçıların “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərara istinad etməsinin əsassız olduğnu, bu səbədən də iddianın rədd edilməsini xahiş edir. Məhkəmə belə hesab edir ki, iddiaçılar X3 və İddiaçı2 cavabdehlər Cavabdeh1 Sami oğluna və Cavabdeh2 qarşı “vurulmuş zərərin ödənilməsi” tələbinə dair iddia qaldırsalar da belə bir tələblə iddia qaldırmağa subyektiv hüquqlarının olmasını təsdiq edəcək sübutları məhkəməyə təqdim edə bilməmişlər. Subyektiv hüququn həyata keçirilməsi, onun hüdudlarının qanunvericilik səviyyəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət edir. Bu, həmçinin hüququn təmin olunması üçün məhkəmə müdafiə mexanizmlərindən istifadə zamanı ədalət mühakiməsinin obyektiv meyarlarından faydalanmaq imkanı yaradır. Son dərəcə əhəmiyyətli hal isə ondan ibarətdir ki, maraqlı şəxslər məhkəmədə qanunun tələblərinin düzgün tətbiq edildiyini güman etməyə haqlıdırlar. Məhkəmə əvvəlcə iddiaçıların müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. M. Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququn yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Göründüyü kimi, iddiaçılar İddiaçı2 və İddiaçı1 mərhum X7 qanuni vərəsələri olması sübuta yetirilməmiş, buna dair iddiaçılar tərəfindən məhkəmə araşdırması zamanı qanun üzrə vərəsəlik haqqında şəhadətnamə təqdim edilməmişdir. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia tələbi üzrə iddiaçılar X3 və İddiaçı2 hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməsinə subyektiv hüququ olmamışdır. Belə ki, mübahisələndirilən məsələ üzrə qeyd edilən iddia tələbini yalnız mərhum şəxsin müvafiq qaydada təsdiqlənmiş vərəsələri tərəfindən qaldırıla bilər. Belə olduğu təqdirdə isə iş üzrə iddiaçılar X3 və İddiaçı2 cavabdehlər Cavabdeh1 Sami oğluna və Cavabdeh2 qarşı “vurulmuş zərərin ödənilməsi” hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməsi özlüyündə əsassız və qanunsuzdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Məhkəmə hesab edir ki, mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilməlidir. Məhkəmə nəzərə alır ki, MPM-in 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçılar X3 və İddiaçı2 cavabdehlər Cavabdeh1 Sami oğluna və Cavabdeh2 qarşı “vurulmuş zərərin ödənilməsi”nə dair iddia ərizəsi təmin edilməsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Solmaz Ədilova
Məhkəmə qərarları › İş №2(005)-3472/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3472/2021
10.12.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver