Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3475/2021 10.08.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məhkəmə iclas katibi X7, İddiaçı nümayəndəsi Nümayəndə, Cavabdeh X3 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh və X5 qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh və X5 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh qzından 5.440 manat məbləğində borcun tutulub ona ödənilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ikinci dəfə 04.06.2021-ci il tarixdə aşağıda qeyd etdiyi məzmunda yazılı müraciət etmişdir. Müraciətdə qeyd etmişdir ki, “onlar 13.07.2006-cı il tarixində "xxxx" MMC-nin təsisçisi X16 ərizə ilə müraciət edərək bildirmişdir ki, “Torpaq sahəsinin alqı-satqı müqaviləsinə əsasən ona veriləcək 2812,70 kv.m. pulsuz mənzil sahəsindən 16 iyun 2006-cı il tarixdə Abşeron rayon 2-CİDNK3M-1-86 nömrəli reyistrdə qeyd olunmuş Sazişlə satılıb pulu ona çatası 500 kv.m. mənzillərdən 66 kv.m. mənzil sahəsinin X2 icazə verəsiniz”. Xatırladır ki, bu ərizədəki imza notariusda təsdiq olunub. 05.06.2009-cu il tarixdə X13 “Fuad LTD” MMC-nin təsisçisi X14 ərizə ilə müraciət etmişdir. Ərizədə deyilir: Yazıb sizə bildirirəm ki, Cavabdeh məxsus torpaq sahəsinin alqı-salqısına əsasən 2812.70 kv.m. pulsuz mənzil sahələrindən 16 iyun 2006cı il tarixində Abşeron rayon 2-ci DNK-da 3M-1-86 reyestrdə qetd olunmuş Sazişlə satılıb pulu Cavabdeh çatmış 500 kv.m. mənzillərdən mənə satılmış 66 kv.m.mənzil sahəsinin X1 icazə verəsiniz.”Bu ərizədə ki, imza da notariusda təsdiq edilmişdir. Müraciətdə daha sonra qeyd etmişdir ki, “Ulduz Şirinovanın ərizəsindən sonra adı çəkilən 66 kv.m. mənzil sahəsi üçün qarşılıqlı razılıq əsasında X4 atası olaraq o, atası Məhəmməd Süleymanova 5 min ABŞ dolları vermişdir. Lakin mənzilin tikintisi bu günə qədər başa çatmadığı üçün verdiyi pulun geri qaytarılmasını tələb etmişdir. Atası həmin pulun bir qismini qaytarsa da, lakin qalan məbləği bu günə kimi qaytarmamışdır.O, müxtəlif bəhanələrlə tam ödənişdən yayınmışdır. Bu səbəbdən də əmlak sahibi kimi ona müraciət etmək məcburiyyətində qalmışdır. Mövcud qanunların tələbinə görə atası ona olan borcu qaytarmalıdır. Məlum edir ki, birinci dəfə 26 aprel 2020-ci il tarixdə ona yazılı şəkildə müraciət etmiş, lakin həmin ünvanda yaşamadığı üçün poçt məktubunu geri qaytarmışdır. Bundan sonra faktiki yaşadığı ünvanı müəyyən etdikdən sonra yenidən ona müraciət etməli olmuşdur. Lakin cavadeh yenə də məktubuna cavab verməmiş, borcunu ödəməkdən yayınmışdır. Beləliklə, qalıq borc 2000 ABŞ dolları Azərbaycan manatına olan məzənnəsi ilə ( 2000 x 1,70=3.400 manat),( 2000ABŞ dolları x 5% x12 il=1.200 ABŞ dollar x 1,70=2.040 manat).Yekun olaraq : 3.400-2.040=5.440 manat. Nəticə olaraq cavabdehin ona olan borcu 5.440 manat təşkil edir. Daha sonra İddiaçı nümayəndəsi Nümayəndə 30.07.2021-ci il tarixdə yazılı ərizə təqdim edərək, 22 iyun 2021-ci il tarixli iddia ərizəsində cavabdeh hesab etdiyi Cavabdeh atası Məhəmməd Süleymanovun da cavabdeh qismində işə cəlb edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi Nümayəndə məhkəmə iclasında izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh X8 məhkəmə iclasında iddia tələbinin əsassız olduğunu bildirərək rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi. Belə ki o, iddiaçıdan şəxsən pul almamışdır. Pulu o, dostu X10 almış və artıqlaması ilə də qaytarmışdır. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını, şahid ifadəsini dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi rədd edilməlidir. Məhkəmə iclasında X18 şahid qismində dindirilmiş və ifadəsində bildirmişdir ki, Nümayəndə ona 5000 dollar pul verib və o, pulu Məhəmməd Süleymanova vermişdir. Həmin pulun qarşılığında Məhəmməd Süleymanov ev verməli və pulun digər hissəsi ev alınandan sonra ödənilməli idi. Evin kvadratını 300 dollara razılaşmışdılar. Sonradan evin tikintisində problem yaranmış və tikinti dayandırılmışdır. Məhəmməd Süleymanov 3000 dollar yəni 5000 manat vermişdir. O, məbləğin 5000 manat deyil 5000 dollar olduğunu bildirəndə Məhəmməd, ona o vaxtın kursu ilə hesabladığını və Nümayəndə daha verəcəyi pulu olmadığını bildirmişdir. Ona dəfələrlə 2000 dollar borcunun qaytarmasını demiş, lakin nəticəsiz qalmışdır. O, Məhəmməd Süleymanovu yaxşı bir insan olaraq tanımış, lakin iş bu yerə qədər çatmışdır. Həmçinin şahid ifadəsində Məhəmməd Süleymanov borcunu gəlib etiraf etməzsə, borcu özü ödəyəcəyini bildirmişdir. Göründüyü kimi iddiaçı cavabdehə ev almaq üçün 5000 ABŞ dolları məbləğində pulu X11 vasitəsilə verdiyini bildirmiş, lakin cavabdeh tərəfindən razılaşdırılmış evin ona verilmədiyini və ödənilmiş pulun geri qaytarılmadığını iddia edir. Bu səbəbdəndən cavabdehlərdən 5.440 manat məbləğində borcun tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini tələb edir. Məhkəmə ilk növbədə iddia tələbinə mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Mülki prosessual qanunvericiliyə görə sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir. Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin İ hissəsin əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Məhkəmə hesab edir ki, iddiaçı cavabdeh şəxsdən tələb etdiyi pul məbləğini şərtləndirən halları təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı şəxs iddia ərizəsində tələb etdiyi pul məbləğini cavabdehdən tələb etməkdə haqlı olmamış, belə ki pul şəxsən cavabdehlərə deyil, iş üzrə şahid qismində dındirilmiş X15 verilmiş və cavabdehin dediyinə görə pulu da həmin şəxsə qaytarilmışdır. İddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, İddiaçı hazırkı iddiası əsassızdır, iddiaçı iddiasını əsaslı edən müvafiq sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Beləliklə təqdim edilmiş sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz təsdiqini tapmamışdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, İddiaçı cavabdehlər Cavabdeh və X5 qarşı “pul” tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216- 220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh və X5 qarşı “pul” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №2(005)-3475/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3475/2021
10.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver