Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3491/2021 16.09.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Quliyeva Nigar Ülfət qızının katibliyi, İddiaçı X4 iştirakı ilə, İddiaçı X4 Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X7 Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 7000(yeddi min) manat məbləğdə borcun və həmçinin dövlət rüsumu kimi ödədiyi 30(otuz) manat pulun cəmi:7030 (yeddi min otuz) manatın cavabdhedən alınaraq ona ödənilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh X13 ilə çoxdan tanışdır, 2020-ci ilin yanvar ayından onunla qeyri-rəsmi münasibəti olmuşdur. Cavabdeh Anar Şahverdiyev iş görmək üçün 2020-ci ilin müxtəlif vaxtlarında ondan hissə-hissə, ümumilikdə 7000 manat borca pul almışdır. 7000 manat pulun 5000 manatını hissəhissə nəğd şəkildə cavabdehə vermişdr. Sonra cavabdeh ona zəng edərək yenidən görəsi işləri ilə bağlı ona 2000 manat lazım olduğunu bildirdi. Lakin həmin vaxt ondan həmin məbləğ olmadığı üçün anası X5 “Milli ÖN'’ aparatı vasitəsi ilə cavabdehə göndərmişdir. Ümumilikdə cavabdehin ona 7000 manat borcu yarandı. Bir müddət sonra cavabdeh borclu olduğu pulu ona geri qaytarmadığı üçün ona dəfələrlə xəbərdarlıqlar etmişdir. Lakin müxtəlif bəhanələr gətirərək cavabdeh Anar Şahrızayev onu aldadır. Bundan sonra o məcburiyyət qarşısında qalıb cavabdeh aldığı borc pulu qaytarmadığı üçün Mingəçevir şəhər Polis Şöbəsinə ərizə ilə müraciət etmişdir. Bildirir ki, Mingəçevir PŞ-də aparılmış təhqiqat zamanı X9 yerini müəyyən etmək üçün əməliyyat aparlsa da, təhqiqat müddəti ərzində yerini müəyyən etmək mümkün olmadığından izahatının alınması mümkün olmamışdır. Cavabdeh X9 əməlində cinayət tərkibi olmadığından cinayət işi başlanması rədd edilmişdir. Mingəçevir PŞ-nin 07.12.2020-ci il tarixli mənə göndərdiyi rəsmi cavabında bildirilir ki, pul tələbi ilə əlaqədar yaranmış mübahisə mülki xarakterli məsələ olduğundan Azərbaycan Respublikası MPM-nin 25-ci maddəsinə əsasən mülki mübahisəli məsələ olduğundan məhkəmə səlahiyyətinə aid olduğuna görə məhkəməyə müraciət etməlidir. Məhkəmə iclasında iddiaçı X7 iddia ərizəsi ilə eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən məhkəmə iclasının cavabdehin iştirakı olmadan keçirilməsini mükün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. Belə ki, iş materiallarında olan, 05 dekabr 2020-ci il tarixli Mingəçevir şəhər PŞ-nin TB-nin təhqiqatçısı, polis kapitanı Elgün Abbsovun cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, X4 məlumatı əsasında toplanmış material üzrə Cavabdeh əməlində cinayət tərkibi əlamətləri olmadığından cinayət işinin başlanılması rədd edilmiş, X6 Cavabdeh ilə aralarında pul tələbi ilə əlaqədar yaranmış mübahisə mülki xarakterli olduğundan məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Məhkəmədə müəyyən edilən hallar ondan ibarətdir ki, iddiaçı X3 onunla qeyri-rəsmi münasibətdə olan Cavabdeh iş görmək məqsədilə ümumilikdə 7000 manat borc aldığını, iddiaçı X2 Anar Arif oğluna 7000 manat pulun 5000 manatını hissə-hissə nəğd şəkildə, qalan 2000 manatını isə “Milli ÖN” aparatı vasitəsi ilə hesaba köçürmə yolu ilə ödədiyini bildirir. Bir müddət sonra iddiaçı cavabdehdən borclu olduğu pulu ona geri qaytarmadığı üçün dəfələrlə xəbərdarlıq etmiş, cavabdehin buna məhəl qoymayaraq pulu ödəməməsi ilə əlaqədar olaraq iddiaçı X1 şəhər Polis Şöbəsinə müraciət etmişdir. İş materiallarında olan, 05 dekabr 2020-ci il tarixli Mingəçevir şəhər PŞ-nin TB-nin təhqiqatçısı, polis kapitanı Elgün Abbsovun cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından da göründüyü kimi X4 məlumatı əsasında toplanmış material üzrə Cavabdeh əməlində cinayət tərkibi əlamətləri olmadığından cinayət işinin başlanılması rədd edilərək X6 Cavabdeh ilə aralarında pul tələbi ilə əlaqədar yaranmış mübahisə mülki xarakterli olduğundan məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Hazırda iddiaçı 2020-ci ilin müxtəlif vaxtlarında cavabdehdən ona ödəmiş olduğu 7000 manat borcun geri ödənilməsini xahiş edir. Bildirir ki, o 7000 manat pulun 5000 manatını hissəhissə nəğd şəkildə, qalan 2000 manatını isə “Milli ÖN” aparatı vasitəsi ilə hesaba köçürmə yolu ilə ödəmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 740.1-ci maddəsinə əsasən, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 740.2-ci maddəsinə əsasən, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Məhkəmə hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il Qərarına əsasən... Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Konstitusiya Məhkəməsi Plenumunun həmin qərarda formalaşdırdığı hüquqi mövqeyə görə... çəkişmə prinsipinin əsasını həmçinin tərəflərin prosessual hüquq bərabərliyi prinsipi təşkil edir. Bu prinsipə görə, tərəflər öz hüquq və mənafelərini müdafiə etmək üçün hüquqi cəhətdən tam bərabər imkana malik olmalıdırlar. Bu imkanlar qanunla və məhkəmə tərəfindən təmin edilir. Mülki prosessual qanunvericilik tərəflərə eyni hüquqlar verir. Buna görə də prosesdə tərəflərdən heç biri prosessual hüquqların həcminə görə digəri qarşısında üstünlüyə malik deyildir. Tərəflərin prosessual bərabərliyi prosesin çəkişmə prinsipi əsasında həyata keçirilməsinə şərait yaradır...Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əskinə bunu məhkəməyə qadağan edir....Yuxarıda qeyd edildiyi kimi, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır... Sübutların qiymətləndirilməsi faktların müəyyənləşdirilməsi imkanına dair məntiqi fəaliyyətdir və işdə olan sübutlar əsasında işin həll olunması deməkdir... Bununla bağlı olaraq Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi vacib bilir ki, Konstitusiyada təsbit olunmuş tərəflərin çəkişməsi prinsipi və əsl (obyektiv) həqiqət bir araya sığmayan məfhumlardır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. Məhkəmə hesab edir ki, hazırki mübahisə ilə bağlı sübutetmə yükü iddiaçının üzərinə düşür. Belə ki, iddiaçı Cavabdeh ümumilikdə 7000 manat olan pulun ilkin olaraq nəğd şəkildə 5000 manatını ödədiyini, daha sonra isə 2000 manatını “Milli ÖN” aparatı vasitəsi ilə hesaba köçürmə yolu bəyan edirsə, istinad etdiyi bu hala dair məhkəməyə mötəbər sübutlar təqdim etməli və bu halı sübuta yetirməlidir. Məhz bu halla bağlı yalnız onun izahatı və iş materiallarında olan sübut əhəmiyyəti olmayan digər sənədlər mövcuddur. Onun izahatları və sənədlər isə işdə olan digər sübutlarla yanaşı yoxlanılmalıdır ki, onun tərəfindən də belə bir sübut təqdim edilməmişdir. Məhkəmə iddiaçının məhkəmə iclasında təqdim etdiyi ödəniş qəbzinə münasibətdə bildirir ki, həmin qəbz də mötəbər sübut hesab oluna bilməz. Belə ki, qəbzdən göründüyü kimi ödənişi alan “X11” olmuşdur. Bu isə onu göstərir ki, hazırda cavabdehin həmin ödənişə görə cavabdehliyi müəyyən edilmir. Bundan əlavə hətta mötəbər sübut hesab etmək olsaydı belə, yuxarıda qeyd olunan mülki qanunvericiliyin tələbinə görə tərəflər arasında borcun alınmasına dair müqavilə olmalı idi. Belə olan halda isə iddiaçı təqdim etdiyi sənədlərə və təqdim edilmiş izahatlara, habelə digər sənədlərinə istinad edərək, cavabdehlərin ona borclu olduğunu və bu səbəbdən də onlardan pul tələb etdiyini qeyd etsə də bu dəlillər açıq-aşkar əsassız olmuşdur. Çünki, məhkəmə həqiqəti müəyyən etmək üçün tərəflərin təqdim etdiyi sübutları qiymətləndirməlidir. Belə bir mötəbər sübut isə iddiaçı tərəfindən təqdim edilməmişdir. Beləliklə məhkəmə iddia tələbini əsassız hesab edir və təmin edilməməsi qənaətinə gəlir. Bundan başqa məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, iddia rədd edildiyindən, hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı X4 Cavabdeh qarşı “pul” tələbinə dair iddiası təmin edilməsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova
Məhkəmə qərarları › İş №2(005)-3491/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3491/2021
16.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver