Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3497/2021 19.10.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Məhkəmə iclas katibi X1, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Guseinov Gasanın, Cavabdeh1 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, X6, Cavabdeh3 və Cavabdeh4 Məmməd oğluna qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh1, X6, Cavabdeh3 və Cavabdeh4 Məmməd oğluna qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh4 1000 manat, Cavabdeh1 672 manat, Cavabdeh2 160 manat, Cavabdeh3 32 manat məbləğində pul və ödənilmiş 30 manat dövlət rüsumu isə müştərək qaydada tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "Union Lizinq' ASC ilə Cavabdeh4 arasında bağlanmış 12 yanvar 2016-cı il tarixli AL-120 saylı "Daxili lizinq” müqaviləsinə əsasən "Union Lizinq” ASC-nin mülkiyyətində olan 2014-cü il buraxılışlı, "Daewoo Gentra” markalı, **-AU-*** dövlət qeydiyyat nişanlı, XWB5V319DEA558351 ban, DFCXG514 mühərrik nömrəli, ağ rəngli avtomobil Cavabdeh4 müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. Lizinq alan Cavabdeh4 şirkətin iradəsindən kənar avtomobili üçüncü şəxslərin istifadəsinə vermiş və həmin şəxslər avtomobili idarə edərkən inzibati xətalar məcəlləsinin tələblərini pozmuş və barələrində X12 protokol tərtib olunaraq cərimə olunmuşdur. Həmin şəxslər cərimələri ödəməkdən yayındığı üçün "Union Lizinq” ASC-və məxsus "Daewoo Gentra" markalı. **-AU-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində olan cərimələr şirkət tərəfindən ödənilmişdir. "xxxx" ASC-və məxsus "Daewoo Gentra” markalı, **-AU-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində olan cərimələri Azərbaycan Respublikası Dövlət Yol Polis İdarəsi tərəfindən təqdim olunmuş protokolların surəti və "Asanpay” elektron portaldan alınmış çıxarış təsdiq edir Həmin cərimələr aşağıdakılardan ibarətdir: Cavabdeh1 idarə edərkən 30.08.2016-cı il tarixdə İXP 482332 və 31.08.2016-cı il tarixdə KYP 540988 saylı protokollar tərtib olunmuş, həmin protokollara görə İddiaçı ASC tərəfindən 672 manat məbləğində ödəniş edilmişdir; Cavabdeh2 idarə edərkən 13.08.2016-cı il tarixdə İXP 442728, 05.08.2016-cı il tarixdə İXP 425875 və 30.07.2016-cı il tarixdə 410763 saylı protokollar tərtib olunmuş, həmin protokollara görə İddiaçı ASC tərəfindən 160 manat məbləğində ödəniş olunmuşdur; Cavabdeh3 Xcyrəddin oğlu idarə edərkən 06.10.2016-cı il tarixdə İXP 546800 saylı protokollar tərtib olunmuş, həmin protokola görə "Union Lizinq” ASC tərəfindən 32 manat məbləğində ödəniş olunmuşdur. Həmçinin Cavabdeh4 tərəflər arasında bağlanmış AL-120 saylı “Daxili lizinq” müqavilənin şərtlərinə əməl etməmiş, müvəqqəti sahiblik və istifadəsinə verilmiş “Daewoo Gentra” markalı. **-AU-*** dövlət qeydiyyat nişanlı avtomobili şirkətin razılığı olmadan üçüncü şəxsə verildiyi üçün X9nin 13.6-cı bəndinə uyğun olaraq 1000 manat cəriməni İddiaçı ASC-nə ödənilməlidir. "Daxili lizinq" müqaviləsi və ödəniş cədvəlinin şərtlərinə cavabdeh tərəfindən əməl edilməmiş, cavabdeh lizinq ödənişlərinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmiş və onun iddiaçı qarşısında öhdəliyi yaranmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı ASC-nin nümayəndəsi X8 iddia ərizəsi ilə eyni məzmunlu izahat verib, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh1 iddia tələbini qismən qəbul edərək, inzibati xəta ilə bağlı bir protokol üzrə borcunun ödənildiyini bildirdi. Digər cavabdehlər məhkəmə baxışı iclasında qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq iştirak etməmiş, iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdıraraq, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan “Union Lizinq" ASC ilə Cavabdeh4 arasında bağlanmış 12 yanvar 2016-cı il tarixli AL-120 saylı X9nə əsasən Cavabdeh4 sifarişi ilə 2014-cü il buraxılışlı “Daewoo Gentra” markalı, **-AU-*** dövlət qeydiyyat nişanlı, XWB5V319DEA558351 ban, DFCXG514 mühərrik nömrəli, ağ rəngli avtomobil Cavabdeh4 müvəqqəti sahiblik və islifadəsinə verilmişdir. İş materiallarında olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)2237/2018 saylı qətnaməsindən görünür ki, iddia qismən təmin edilərək, "xxxx" ASC ilə bağlanmış 12 yanvar 2016-cı il tarixli AL-120 saylı Daxılı Lizinq müqaviləsi ləğv edilməsi, Cavabdeh4 12 yanvar 2016-c tarixli AL-120 saylı X9nə əsasən lizinq obyektini müvəqqəti sahiblik və istifadə edilməsinə gorə 12 avqust 2017-cı il tarixə 2451.07 manat əsas. 1494.62 manat mükafat və həmin günə hesablanmış 10 manat dəbbə pulu. 3496 manat dəymiş zərər, ümumilikdə 7541.69 (yeddi mm beş yüz qırx bır manat aitr ş doqquz qəpik) manat borc və ödənilmiş 30 manat dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması qət edilmişdir. İş materiallarında olan 23 aprel 2021-ci il tarixli xəbərdarlıq məktubunun məzmununda qeyd olunur: İddiaçı ASC ilə Cavabdeh4 arasında bağlanmış 12 yanvar 2016-cı il tarixli, AL-120 saylı X9nə əsasən Cavabdeh4 müvəqqəti sahiblik və istifadəsinə 2014-cu il buraxılışlı "Daewoo Gentra" markalı, **-AU-*** dövlət qeydiyyat nişanlı, ağ rəngli avtomobil verilmişdir. Cavabdeh4 xahişi əsasında "Daewoo Gentra" markalı, **-AU-*** dövlət qeydiyyat nişanlı avtomobilin idarə olunmasına dair Cavabdeh1 "xxxx" ASC tərəfindən etibarnamə verilmişdir. "Daewoo Gentra" markalı, **-AU-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh1 istifadəsində olan müddət ərzində inzibati xəta ilə əlaqədar sürücü AR X16 tərəfindən inzibati qaydada cərimələnmişdir. Bu faktı AR X14 portalından alınmış çıxarış təsdiq edir. AR X14 portalında, 30 avqust 2016-cı il tarixli protokol nömrəsi İXP/482332 inzibati xəta ilə əlaqədar cəmi 32 manat, 31 avqust 2016-cı il tarixli protokol nömrəsi KYP/540988 inzibat» xəta ilə əlaqədar cəmi 640 manat qeyd olunmuşdur. Mulkı qanunvericiliyə əsasər "xxxx" ASC yazılmış X5 əsasən ümumilikdə 672 manat məbləğində cəriməm ödəmişdir. Yuxarıda göstərilənləri rəhbər tutaraq sizdən İddiaçı ASC-yə yaranmış borcu 7 gün ərzində ödəməyinizi tələb edirik. Əks təqdirdə X3 ödənilməsinə dair yaranmış borcu Sizdən məhkəmə qaydasında tələb ediləcəkdir. İş materiallarında olan AZ №612529 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, "Daewoo Gentra" markalı, **-AU-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı ASC-nin sahibliyindədir. İş materiallarında olan 30.08.2016-cı il tarixli İXP 482332 saylı İnzibati Xəta Haqqında protokoldan görünür ki, Cavabdeh1 "Daewoo Gentra" markalı, **-AU-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən narkotik vasitələrdən istifadə etməsi nəticəsində inzibati xəta törətmişdir. İş materiallarında olan 31.08.2016-cı il tarixli KYP 540988 saylı X7 qərardan görünür ki, Cavabdeh1 "Daewoo Gentra" markalı, **-AU-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən narkotik vasitələrdən istifadə etməsi nəticəsində inzibati xəta törətmiş və 400 manat məblğində cərimə olunmuşdur. İş materiallarında olan 30.07.2016-cı il tarixdə İXP 410763 saylı və 05.08.2016-cı il tarixli İXP 425875 saylı və 13.08.2016-cı il tarixli İXP 442728 saylı İnzibati Xəta Haqqında protokoldan görünür ki, Cavabdeh2 "Daewoo Gentra" markalı, **-AU-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən inzibati xəta törədilmişmişdir. İş materiallarında olan 06.10.2016-cı il tarixdə İXP 546800 saylı İnzibati Xəta Haqqında protokoldan görünür ki, Cavabdeh3 "Daewoo Gentra" markalı, **-AU-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən inzibati xəta törədilmişmişdir. İş materiallarında olan ASANPAY electron portalından çıxarışdan görünür ki, Cavabdeh1 AC 612529 qeydiyyat şəhadətnaməsi üzrə 99AU390 qeydiyyat nişanlı avtomobili idarə edərkən 30.08.2016-cı il tarixdə İXP 482332 və 31.08.2016-cı il tarixdə KYP 540988 saylı protokollar tərtib olunmuş, həmin protokollara 672 manat məbləğində Cavabdeh2 idarə edərkən 13.08.2016-cı il tarixdə İXP 442728, 05.08.2016-cı il tarixdə İXP 425875 və 30.07.2016-cı il tarixdə 410763 saylı protokollar tərtib olunmuş, həmin protokollara görə 160 manat məbləğində cərimə, Cavabdeh3 idarə edərkən 06.10.2016-cı il tarixdə İXP 546800 saylı protokollar tərtib olunmuş, həmin protokola görə 32 manat məbləğində cərimə ödənilməlidir. Beləliklə mülki işin materiallarında öz əksini tapan sənədlərdən və tərəflərin izahatlarından müəyyən edilir ki, "Union Lizinq” ASC-nin mülkiyyətində olan 2014-cü il buraxılışlı, "Daewoo Gentra” markalı, **-AU-*** dövlət qeydiyyat nişanlı, XWB5V319DEA558351 ban, DFCXG514 mühərrik nömrəli, ağ rəngli avtomobil Cavabdeh4 müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. Lizinq alan Cavabdeh4 X9nin 9.3-cü maddəsinin tələblərini pozaraq şirkətin iradəsindən kənar avtomobili üçüncü şəxslərin istifadəsinə vermişdir. Belə ki, “Daxili Lizinq" müqaviləsinin 9.3-cü bəndinə əsasən lizinq verənin yazılı razılığı ilə X15 obyektinə dair aşağıdakı hərəkətləri həyata keçirə bilər: 1.Lizinq obyektini sublizinqə və ya kirayə vermək; 2. Bu müqavilə ilə müəyyən edilmiş hüquq və vəzifələrini üçüncü şəxslərə vermək; 3. Lizinq obyektini əvəzsiz istifadəyə vermək. Lakin, lizinq şirkətinin Cavabdeh4 lizinq predmeti olan avtomobili üçüncü şəxslərə verməsinə dair heç bir yazılı razılığı olmamışdır. Cavabdeh4 tərəfindən lizinq verənin icazəsi olmadan üçüncü şəxslərin istiafədəsinə verilmiş avtomobili idarə edilərkən İnzibati Xətalar Məcəlləsinin tələbləri pozulmuş və həmin şəxslərin barələrində X12 protokol tərtib olunaraq cərimə olunmuşlar. Həmin şəxslər cərimələri ödəməkdən yayındığı üçün mülki işin materiallarında olan ödəniş qəbzlərindən göründüyü kimi, "Union Lizinq” ASC-yə məxsus "Daewoo Gentra" markalı, **-AU-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində olan cərimələr şirkət tərəfindən ödənilmişdir. Nəticədə Cavabdeh4 müqavilə şərtlərini pozmasına görə 1000 manat, Cavabdeh1 672 manat, Cavabdeh2 160 manat, Cavabdeh3 32 manat məbləğində lizinq şirkətinə maddi ziyan dəymişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 747.1-ci maddəsinə görə Lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. 747-5.1-ci maddələrinə əsasən Lizinq əməliyyatlarının hüquqi forması ya lizinq verənlə lizinq alan arasında bağlanmış lizinq müqaviləsi və lizinq verənlə satıcı arasında bağlanılmış alqı-satqı müqaviləsidir, ya da həmin şəxslər arasında bu Məcəllənin 747-5.2ci maddəsinə və lizinqlə bağlı digər maddələrinə müvafiq surətdə bağlanılmış üçtərəfli müqavilədir. 748-1.5-ci maddəsinə əsasən Lizinq müqaviləsi qanuni qüvvəyə mindikdə lizinq alanın (müvafiq olaraq lizinq verənin lizinq verəndən (müvafiq olaraq lizinq alandan) lizinq müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməsini tələb etmək və onların yerinə yetirilmədiyi təqdirdə lizinq obyektinin qəbuluna hazırlıq zamanı vurulmuş zərərin, əgər bu hazırlıq üçün bilavasitə xərc çəkilibsə, lizinq verən (müvafiq olaraq lizinq alan) tərəfindən ödənilməsini məhkəmə yolu ilə tələb etmək hüququ vardır. 748-7.1-ci maddəsinə görə Lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır. Məhkəmə Cavabdeh4 münasibətdə tərəflər arasında bağlanmış 12 yanvar 2016-cı il tarixli AL-120 saylı X9nin müvafiq müdəaları əsasında hüquqi qiymət verməyi qanuni hesab edir. Məhkəmə qeyd edir ki, öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Məhkəmə hesab edir ki, ilk növbədə tərəflər arasında bağlanmış müqavilənin qanuniliyi yoxlanılmalı, həmin mübahisəyə qiymət verilməlidir. Odur ki, müqavilə münasibətləri çərçivəsində yaranan mübahisəyə qanuni əsaslarla qiymət verildikdə ümumi mübahisənin düzgün həllinə nail olmaq mümkündür. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış 12 yanvar 2016-cı il tarixli AL-120 saylı X9nin 13.6-cı bəndinə əsasən, bu müqavilənin 9.3-cü bəndində sadalanmış hərəkətlərin Lizinq Verənin yazılı razılığı olmadan həyata keçirilməsinə görə X15 Verənə Lizinq obyektini sublizinqə və ya kirayəyə verdikdə - Lizin Alanın aldığı bütün məbləğlər həcmində, lakin Lizinq Obyekti sublizinq alanda qaldığı müddət ərzində ayda 1000 AZNdən az olmamaqla cərimə ödəyir. İddiaçı Cavabdeh4 sifariş etdiyi və müqavilədə göstərilən əmlakı öz mülkiyyətinə əldə edilməsi və muzdla cavabdehin müvəqqəti sahibliyinə və istifadəsinə verilməsini öhdəsinə götürmüşdür. Ancaq Cavabdeh4 tərəflərin razılaşdıqları müqavilə öhdəliklərini pozaraq (müqavilənin 13.6-cı bəndi), iddiaçıya məxsus "Daewoo Gentra" markalı, **-AU-*** dövlət qeydiyyat nişanlı avtomobili üçüncü şəxslərin istifadəsi və sahibliyinə vermişdir. Bununla belə iddiaçı tərəfindən müqavilə üzrə öhdəliklər tam yerinə yetirilərək, müqavilədə qeyd edilən Lizinq Obyekti cavabdehə təhvil verilmişdir. Məhkəmə yekun olaraq qeyd edir ki, mülki qanunvericiliyin normaları baxımından cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, cavabdeh yuxarıda qeyd edilən müqavilə ilə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, o, müqavilənin şərtlərini pozmuşdur. Buna görə də, o, özünün risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyır. Məhkəmə hesab edir ki, cavabdeh Cavabdeh4 ilə İddiaçı ASC arasında bağlanmış 12 yanvar 2016-cı il tarixli AL-120 saylı saylı “X9”nin 13.6-cı bəndinin tələbləri müqavilə üzrə tərəf cavabdeh Cavabdeh4 tərəfindən pozulmuşdur. Məhkəmə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddiaçı və cavabdeh arasında bağlanmış 12 yanvar 2016-cı il tarixli AL-120 saylı saylı “X9” üzrə Cavabdeh4 müqavilə şərtlərini, yəni X9nin 9.3-cü maddəsinin tələblərini pozaraq şirkətin iradəsindən kənar avtomobili üçüncü şəxslərin istifadəsinə vermişdir. Həmin müqavilənin, 13.6-cı bəndinə əsasən bu Müqavilənin 9.3-cü bəndində sadalanmış digər hərəkətləri həyata keçirməsinə görə lizinq alan 1000 (bir min) manat məbləğində cərimə ödəyir. Mülki iş üzrə təqdim edilmiş sübutlarla təsdiq olunur ki, Cavabdeh4 daxili lizinq müqviləsinin şərtlərini pozduğuna görə lizinq verən İddiaçıASC-nin xeyrinə 1000 manat məbləğində cərimə ödəməlidir. Bu səbəbdən iddia tələbi həmin hissədə əsaslıdır və təmin edilməlidir. Məhkəmə digər cavabdehlər Cavabdeh1, X4, Cavabdeh3 münasibətdə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Mülki iş üzrə təqdim olunmuş X12 protokollardan və ödəniş qəbzlərindən göründüyü kimi, cavabdehlər Cavabdeh1, X6, Cavabdeh3 hər biri ayrı-ayrılıqda "Daewoo Gentra” markalı, **-AU-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən İnzibati Xətalar Məcəlləsinin tələblərini pozmuş və barələrində X12 protokol tərtib olunaraq cərimə olunmuş, Cavabdeh1 "Daewoo Gentra” markalı, **-AU-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən 30.08.2016-cı il tarixdə İXP 482332 və 31.08.2016-cı il tarixdə KYP 540988 saylı protokollar tərtib olunmuş, həmin protokollara görə İddiaçı ASC tərəfindən 672 manat məbləğində ödəniş edilmişdir; Cavabdeh2 idarə edərkən 13.08.2016-cı il tarixdə İXP 442728, 05.08.2016-cı il tarixdə İXP 425875 və 30.07.2016-cı il tarixdə 410763 saylı protokollar tərtib olunmuş, həmin protokollara görə İddiaçı ASC tərəfindən 160 manat məbləğində ödəniş olunmuşdur; Cavabdeh3 idarə edərkən 06.10.2016-cı il tarixdə İXP 546800 saylı protokollar tərtib olunmuş, həmin protokola görə "Union Lizinq” ASC tərəfindən 32 manat məbləğində ödəniş olunmuşdur. Həmin cərimələr cavabdehlər Cavabdeh1, X2 və Cavabdeh3 qanunazidd hərəkətləri nəticəsində avtomobilin mülkiyyətçisi lizinq şirkəti maddi ziyana məruz qalmışdır. Qeyd olunanlar əsasında Cavabdeh1 672 manat, cavabdeh X6 160 manat, Cavabdeh3 tərəfindən 32 manat məbləğində pul İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia təmin edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və AR Mülki Prosessual Məcəllənin 216-220, 222, 357, 358,362–ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh4 1000 manat, Cavabdeh1 672 manat, Cavabdeh2 160 manat, Cavabdeh3 32 manat məbləğində pul və ödənilmiş 30 manat dövlət rüsumu isə müştərək qaydada İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova
Məhkəmə qərarları › İş №2(005)-3497/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3497/2021
19.10.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver