Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3506/2022 20.12.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X1, Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı “kreditin, ona hesablanmış faiz borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı "Unibank” KB ASC Cavabdeh qarşı “kreditin, ona hesablanmış faiz borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı "Unibank” KB ASC-nin xeyrinə 535.84 ABŞ dolları məbləğində əsas borcun, 5685.09 ABŞ dolları məbləğində faiz borcunun, 0 ABŞ dolları məbləğində cərimə borcunun, 0 ABŞ dolları komisyon haqqı borcu olmaqla cəmi 6220.93 ABŞ dolları borcun və 122.13 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, Cavabdeh ilə "Unibank” KB ASC arasında bağlanmış xx.xx.2015-ci il tarixli Kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 60 ay müddətinə illik 17% ödəmək şərtilə 12800 ABŞ dolları məbləğində kredit vermişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci maddəsinə görə bu müqaviləyə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti krediti borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürüb. Lakin cavabdeh müqavilənin bu şərtini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə 5 avqust 2022, cümə tarixinə "xxxx" KB ASC-yə 535.84 ABŞ dolları məbləğində əsas borcun, 5685.09 ABŞ dolları məbləğində faiz borcunun, 0 ABŞ dolları məbləğində cərimə borcunun, 0 ABŞ dolları komisyon haqqı borcu olmaqla cəmi 6220.93 ABŞ dolları borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor "xxxx" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Qeyd olunanlara əsasən məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X2 məhkəməyə ərizə ilə müraciət edərək, işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil bildirmişdir ki, "xxxx" KB ASC ilə cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli 14nkNAR/15 saylı kredit müqaviləsinə əsasən bank ona 60 ay müddətinə illik 24 % hesablanmaqla kredit verilmişdir. Müqavilədə kreditin dollarla verilməsi göstərilməsinə baxmayaraq Bankda ona pulu manatla ödəniş etmişdirlər. Kredit alınan günə məzənnə 1 ABŞ dollarına 78.5 (yetmiş səkkiz tam onda beş qəpik) manat təşkil edirdi. Devalvasiya nəticəsində bu məbləğ yekunda 1.7 (bir manat yetmiş qəpik) manat təşkil etdi. Daha sonra xx.xx.2016-cı il tarixdən xx.xx.2022-ci il tarixə kimi hər ay əsas borcdan 170 ABŞ dolları ödəmək şərtilə, faizlərdə güzəştlər nəzərdə tutulmaqla müqavilə bağlanmışdır. İş üzrə təyin edilmiş məhkəmə ekspertizasının müvafiq rəyinə əsasən tərəfindən "xxxx" KB ASC-yə xx.xx.2016-cı il tarixdən xx.xx.2022-ci il tarixə kimi 12105,30 (on iki min bir yüz beş dollar, otuz sent) ABŞ dolları məbləğində əsas borc kimi pul ödəmişdir. Ümumilikdə hazırda banka 22.070,29 (iyirmi iki min yetmiş dollar iyirmi doqquz sent) dollara qarşı 17.383,06 ABŞ dolları pul ödəmişdir. Hazırda banka 4687.23 (dörd min altı yüz səksən yeddi dollar iyirmi üç sent) ABŞ dolları borcu qalmışdır və həmin pulu da ödəyir. O, ayda cəmi 300 manat əmək haqqı alır və bu barədə olan arayışı, özünün şəkərli diabet xəstəsi, gözdən zəifliyi ilə bağlı xəstəliklərlə əlaqədar müalicə almaqdadır. Göstərilənlərə əsasən iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: "xxxx" ASC ilə borcalan Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 114nkNAR/15 nömrəli Əsas Kredit Razılaşmasına əsasən "xxxx" ASC Cavabdeh 60 ay müddətinə, 24 faiz ödəmək şərtilə 12800 (on iki min səkkiz yüz) ABŞ dolları kredit limiti açır, Cavabdeh isə həmin krediti götürməyi və həmin saziş ilə müəyyən edilmiş müddətlərdə və məbləğdə krediti və ona hesablanmış faizləri qaytarmağı barədə öhdəlik götürmüşdür; xx.xx.2016-cı il tarixli "xxxx" ASC ilə borcalan Cavabdeh arasında bağlanmış sazişdən görünür ki, tərəflər arasında bağlanmış 01.2015-ci il tarixli, 114nkNAR/15 nömrəli Kredit müqaviləsi üzrə aylıq ödənişlər əsas borcun (ssuda borcu) ödənilməsinə yönəldilsin, faizlər isə müddətin qurtardığı vaxt alınsın. Kredit müqaviləsinin müddəti xx.xx.2022-ci il tarixədək müəyyən olunur. Kredit sazişinə əlavə olunan ödəniş cədvəlinə (1 saylı əlavə) əsasən Cavabdeh 60 ay müddətinə illik 24 faiz və aylıq 369 ABŞ dolları olmaqla ödəniş etməli idi; Kredit sazişinə əlavə olunan xx.xx.2016-cı il tarixli ödəniş cədvəlinə (2 saylı əlavə) əsasən Cavabdeh 170 ABŞ dolları olmaqla ödəniş etməli idi; (xx.xx.2016-cı il tarixindən xx.xx.2022-ci il tarixədək) 20 dekabr 2022-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh 09 fevral 2022-ci il çərşənbə tarixinə əsas məbləğ üzrə 535,84 (beş yüz otuz beş dollar səksən dörd sent) ABŞ dolları, faiz borcu üzrə 6240.3 (altı min iki yüz qırx dollar otuz sent) ABŞ dolları, cərimə borcu üzrə 0 ABŞ dolları olmaqla, cəmi 6776, 14 (altı min yeddi yüz yetmiş altı dollar on dörd sent) ABŞ dolları təşkil edir. 16 iyun 2022-ci il tarixli pretenziya məktubundan görünür ki, iddiaçı "xxxx" ASC 3 iş günü müddətində Cavabdeh öhdəliyi icra etməyi əks təqdirdə mübahisənin məhkəmə qaydasında həll olunacağı ilə bağlı xəbərdar edilmişdir. xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi ekspert rəyinin məzmunundan görünür ki, iddiaçının xx.xx.2022-ci il tarixə (iddia ərizəsi verilən tarixə) olan borcu 258,53 ABŞ dolları məbləğində əsas borc, 7760.98 ABŞ dolları məbləğində faiz borcundan ibarətdir. xx.xx.2022-ci il tarixli ********* saylı mədaxil qəbzindən görünür ki, iddiaçı "xxxx" ASC məhkəmə iddia qaldırmaq üçün 122,13 (bir yüz iyirmi iki manat on üç qəpik) manat məbləğdə dövlət rüsumu ödəmişdir. xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Cavabdeh xx.xx.2020-ci il tarixdən Nərimanov 24 Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətində Direktor vəzifəsində işləyir. Ümumi ştat cədvəlinə uyğun olaraq, əmək haqqı 300 (üç yüz) manat məbləğində təşkil etmişdir. TƏBİB “X5” PHŞ 1 nömrəli poliklinika şöbəsinin verdiyi xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Cavabdeh şəkərli diabet xəstəsidir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 114nkNAR/15 nömrəli Əsas Kredit Razılaşmasına əsasən "xxxx" ASC tərəfindən Cavabdeh 60 ay müddətinə, 24 faiz ödəmək şərtilə 12800 (on iki min səkkiz yüz) ABŞ dolları məbləğində kredit verilmişdir. Sonradan bağlanmış tərəflər arasında bağlanmış sazişlə müddət xx.xx.2022-ci il tarixədək uzadılmışdır. Cavabdeh həmin sazişlə müəyyən edilmiş məbləğdə krediti qəbul etmiş və müəyyən edilmiş müddətlərdə və məbləğdə krediti və ona hesablanmış faizləri qaytarmağı barədə öhdəlik götürmüş və öhdəlikləri yerinə yetirmədiyindən banka borcu yaranmışdır. "xxxx" ASC Cavabdeh 535,84 (beş yüz otuz beş dollar səksən dörd sent) ABŞ dolları, faiz borcu üzrə 5685.09 ABŞ dolları məbləğində faiz borcu, cərimə borcu üzrə 0 ABŞ dolları olmaqla, cəmi 6220, 93 ABŞ dolları borcunun yarandığını iddia edir. "xxxx" ASC məhkəmədə iddia qaldırmaq üçün ödədiyi 122,13 (bir yüz iyirmi iki manat on üç qəpik) manat məbləğində dövlət rüsumunu da cavabdehdən tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə cavabdeh tərəfindən iddiaçıya ödənilməli olan kredit borcunun, yəni əsas, faiz borcunun məbləğlərini ayrı-ayrılıqda nəzərdən keçirib hesab edir ki, iddia tələbi əsas, faiz borcun cavabdehdən tutulması hissəsində tam təmin edilməli, xx.xx.2015-ci il tarixli, 114nkNAR/15 nömrəli kredit müqaviləsi üzrə 535.84 ABŞ dolları məbləğində əsas borc, 5685.09 ABŞ dolları məbləğində faiz borcu Cavabdeh iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, verilmiş ekspert rəyindən iddiaçının xx.xx.2022-ci il tarixə (iddia ərizəsi verilən tarixə) olan borcu 258,53 ABŞ dolları məbləğində əsas borc, 7760.98 ABŞ dolları məbləğində faiz borcu olması göstərilsə də, əsas borcun 20 dekabr 2022-ci il tarixli maliyyə arayışına əsasən 09 fevral 2022ci il tarixinə (müqavilənin müddətinin bitmə tarixinə) 535,84 (beş yüz otuz beş dollar səksən dörd sent) ABŞ dolları olması müəyyən olunmuşdur. Faiz borcu isə iş üzrə verilmiş ekspert rəyi ilə 7760.98 ABŞ dolları, maliyyə arayışı ilə 6240.3 (altı min iki yüz qırx dollar otuz sent) ABŞ dolları olması göstərilsə də, məhkəmə iddia tələbindən kənara çıxmamaqla iddia ərizəsi ilə tələb olunan 5685.09 ABŞ dolları məbləğində faiz borcunun tutulmalı olması qənaətindədir. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda çox olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 535,84 (beş yüz otuz beş dollar səksən dörd sent) ABŞ dolları, faiz borcu üzrə 5685.09 ABŞ dolları, cərimə borcu üzrə 0 ABŞ dolları olmaqla, cəmi 6220,93 ABŞ dolları habelə 122,13 (bir yüz iyirmi iki manat on üç qəpik) manat məbləğində dövlət rüsumu "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 114nkNAR/15 nömrəli kredit limiti müqaviləsi üzrə Cavabdeh 535,84 (beş yüz otuz beş dollar səksən dörd sent) ABŞ dolları, faiz borcu üzrə 5685.09 (beş min altı yüz səksən beş dollar, doqquz sent) ABŞ dolları, cəmi 6220,93 ABŞ dolları, 122,13 (bir yüz iyirmi iki manat on üç qəpik) manat məbləğində dövlət rüsumu "xxxx" ASC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Aytən Novruzova
Məhkəmə qərarları › İş №2(005)-3506/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3506/2022
20.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver