Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3515/2020 26.10.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, İbrahimova Ramilə Namiq qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “ödənilmiş beh məbləğinin qaytarılması və dövlət rüsumunun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı “ödənilmiş beh məbləğinin qaytarılması və dövlət rüsumunun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehndən 1.550 (bir min beş yüz əlli) manat məbləğində pul vəsaiti, həmçinin onun tərəfindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh tərəfindən ondan əsassız olaraq 1.550 (bir min beş yüz əlli) manat məbləğində pul vəsaiti alınmış və bunun da əsasında cavabdeh şəxs əsassız olaraq varlanmışdır. Belə ki, Qədirov Zöhrab Zal oğlunun ona olan 40.000 (qırx min) manat məbləğində pul vəsaitin ödənilməsi məqsədi ilə Sumqayıt Şəhər Məhkəməsinin icra vərəqəsi əsasında cavabdeh Qədirov Zöhrab Zal oğlunun adına Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,10 ha torpaq sahəsi aşkar edilmiş və “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən həmin torpaq sahəsinin satılması məqsədi ilə hərrac təşkil edilmişdir. Qeyd edilməlidir ki, Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxx 2017-ci il tarixli 2(060)- 2383/2017 nömrəli icra sənədinin icrası məqsədi ilə Sumqayıt şəhəri üzrə icra idarəsinin 36/16 nömrəli, xx xxxxxx 2019-cu il tarixli sifariş məktubu əsasında Qədirov Zöhrab Zal oğluna məxsus Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,10 ha torpaq sahəsinin hərrac vasitəsi ilə satılması Cavabdehnə həvalə edilmişdir. Yuxarıda istinad olunan icra sənədi üzrə tələbkar qismində çıxış etdiyi üçün cavabdeh tərəfindən ona qanunvericiliyin tələblərinə uyğun olaraq xx xxxxx 2019-cu il tarixli 26/10 nömrəli açıq hərracın keçirilməsinə dair bildiriş göndərilmiş və həmin bildirişlə hərracın keçirilmə tarixi və vaxtı xx xxx 2019-cu il saat 11:00-a təyin edilmişdir. Həmçinin, həmin bildirişdə Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,10 ha torpaq sahəsinin ilkin satış qiyməti 31.000 (otuz bir min) manat məbləğində və hərracda iştirak üçün behin məbləği 1.550 (bir min beş yüz əlli) manat məbləğində müəyyən edildiyi qeyd edilmişdir. xx xxx 2019-cu il tarixinə təyin edilmiş hərrac baş tutmadığından qanunvericiliyin tələblərinə uyğun olaraq torpaq sahəsi müəyyən edilmiş ilkin satış qiyməti ilə onun tərəfindən alınmışdır. X1 Məhkəməsinin xx xxxxx 2017-ci il tarixli 2(060)-2383/2017 nömrəli icra sənədi üzrə tələbkar olmağına baxmayaraq, cavabdeh tərəfindən əsassız olaraq ondan beh kimi müəyyən edilmiş 1.550 (bir min beş yüz əlli) manat məbləğində pul vəsaitinin ödənilməsini tələb etmişdir. Cavabdehin hazırkı hərəkətləri əsassız varlanma kimi qiymətləndirilməli və 1.550 (bir min beş yüz əlli) manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq ona ödənilməlidir. Qeyd olunan məbləğin geri ödənilməsi ilə bağlı onun tərəfindən cavabdehə xx xxxxxx 2020-ci il tarixli xəbərdarlıq məktubu göndərilmiş və həmin məktub cavabdehə xx xxxxxx 2020-ci il tarixində çatdırılmışdır. Xəbardarlıq məktubunda qeyd olunan müddət ərzində cavabdeh tərəfindən ödəniş aparılmadığından onun tərəfindən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Hərracın keçirilməsi qaydası Azərbaycan Respublikası Mülki Məcəlləsi və “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edildiyindən həmin qanunvericiliklərin tələblərinə nəzər yetirilməlidir. İpoteka saxlayan icra sənədi üzrə tələbkar qismində çıxış etməsini, həmçinin icra mərhələsində aşkar edilmiş, borcluya məxsus əmlakın satılması üçün xüsusi hərrac qaydalarının mövcud olmamasını və həmin əmlakın realizə edilməsi məqsədi ilə keçirilən hərrac “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edildiyini nəzərə alaraq, hesab edir ki, ipoteka saxlayan üçün nəzərdə tutulan qaydalar tələbkar olaraq ona da tətbiq edilməli və onun hüquqi statusu ipoteka saxlayanın statusuna bərabər tutulmalıdır.Hazırkı işin faktiki hallarından bəlli olduğu kimi, QədirovZöhräb Zal oğlunun ona 40.000 (qırx min) manat məbləğində borcu mövcud olmuşdur, həmin borcun 31.000 (otuz bir min) manat məbləğində olan hissəsi yuxarıda istinad olan torpaq sahəsinə yönəldilməsi əsasında ödənilmişdir. Hazırda isə Qədirov Zöhrab Zal oğlunun ona aktiv 9.000 (doqquz min) manat məbləğndə borcu vardır. Həmçinin, tələbkarın behin ödənilməsindən azad edilməsi hərracın yekunları barədə 81 nömrəli protokolda da öz əksini tapmışdır. İşin faktiki hallarından aydın olduğu kimi, mülkiyyətçi-borclu Qədirov Zöhrab Zal oğlu olmuşdur, o isə həmin münasibətlərdə tələbkar cismində çıxış etmişdir. Hazırkı iddia ərizəsinə əlavə edilmiş bildirişdən göründüyü kimi, Qədirov Zöhrab Zal oğluna məxsus torpaq sahəsinin satılması üçün bir dəfə hərrac keçirilmiş, həmin hərracın iştirakçısı olmamış və bu səbəbdən qanunvericiliyə əsasən hərrac baş tutmamış hesab edilmişdir. Hərrac baş tutmadığından “İpoteka haqqında" -.cərbaycan Respublikasının Qanununun 43.3.-cü maddəsinə əsasən torpaq sahəsi ilkin satış qiyməti ilə, yəni 31.000 (otuz bir min) manat məbləğində onun tərəfimdən alınmışdır. Hərracın keçirilməsi qaydası hazırda mübahisə predmetini təşkil etmir. Lakin, həmin torpaq sahəsi ilə bağlı sənədləşdirilmənin aparılması məqsədi ilə əsassız olaraq cavabdeh ondan 1.550 (bir min beş yüz əlli) manat məbləğində müəyyən edilmiş beh almışdır. Halbuki, həm qanunun tələblərinə, həm də hərracın yekunlarına dair protokolda tələbkarın behin ödənilməsindən azad olduğu müəyyən edilmişdir. İstinad olunan maddi normalardan və işin faktiki hallarından göründüyü kimi, cavabdeh heç bir hüquqi əsası olmadan ondan 1.550 (bir min beş yüz əlli) manat məbləğində beh almış və bununla da əsassız olaraq varlanmışdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdehnə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, nümayəndəsi heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehlərə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxx 2017-ci il tarixli 2(060)-2383/2017 nömrəli qətnaməsinin surətindən və məzmunundan görünür ki, müvafiq qətnamə ilə İddiaçı cavabdeh Qədimov Zöhrab Zal oğluna qarşı “pul tələbi”nə dair iddia ərizəsi təmin edilərək, cavabdeh Qədimov Zöhrab Zal oğlundan 40.000 (qırx min) manat məbləğində borc vəsaiti tutularaq İddiaçı ödənilməsi müəyyən edilmişdir; Cavabdeh xx xxxxx 2019-cu il tarixli X2 İdarəsinə, İddiaçı və Qədimov Zöhrab Zal oğluna ünvanladığı açıq hərracın keçirilməsinə dair 26/10 nömrəli bildirişin surətindən görünür ki, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,10 ha torpaq sahəsinin 31.000 (otuz bir min) manat qiymətinə xx xxx 2019-cu il tarixdə saat 11:00-da açıq auksion formasında satışa çıxarılması barədə məlumat verilmişdir. Hərracda iştirak üçün 5% miqdarında behin məbləği 1.550 (bir min beş yüz əlli) manat müəyyən edilmişdir; Cavabdeh xx xxx 2019-cu il tarixli 81 nömrəli hərrac təşkilatının hərracın yekunları barədə ptotokolun surətindən görünür ki, Qədimov Zöhrab Zal oğluna məxsus Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,10 ha torpaq sahəsi 31.000 (otuz bir min) manat dəyərində İddiaçı əldə etmişdir; Cavabdeh xx xxx 2019-cu il tarixli ƏXZ seriyalı 443321 nömrəli kassa mədaxil orderi qəbzinin surətindən görünür ki, tələb olunan 1.550 (bir min beş yüz əlli) manat məbləğində hərrac üzrə xidmət haqqı ödənilmişdir; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,10 ha torpaq sahəsi İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 811 nömrəli reyestr kitabının 78 nömrəli vərəqində xx xxxxxx 2020-ci il tarixdə qeydiyyata alınmışdır; İddiaçı Cavabdehnə ünvanladığı xx xxxxxx 2020-ci il tarixli pretenziya məktubunun surətindən və məzmunundan görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxx 2017-ci il tarixli 2(060)-2383/2017 nömrəli icra sənədinin icrası məqsədi ilə Sumqayıt şəhəri üzrə icra idarəsinin 36/16 nömrəli xx xxxxxx 2019-cu il tarixli sifariş məktubu əsasında Qədirov Zöhrab Zal oğluna məxsus Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,10 ha torpaq sahəsinin hərrac vasitəsi ilə satılması Cavabdehnə həvalə edilmişdir. Cəmiyyət tərəfindən keçirilmiş hərrac baş tutmamış elan edildiyindən, tələbkar olaraq həmin əmlak ona təklif edilmiş və sözügedən əmlak ilkin satış qiyməti 31.000 (otuz bir min) manat məbləğində onun adına xx xxxxxx 2020-ci il tarixində rəsmiləşdirilmişdir. Hazırda narazı olduğu məqam cəmiyyət tərəfindən ondan əsassız olaraq 1.550 (bir min beş yüz əlli) manat məbləğində behin alınmasından ibarətdir. Belə ki, cəmiyyətin xx xxx 2019-cu il tarixli 81 nömrəli hərracın yekunları barədə protokolunda da qeyd edilir ki, beh məbləği (1.550 (bir min beş yüz əlli) manat) tələbkar olduğu üçün ödənilmir.Buna baxmayaraq, ondan əsassız olaraq həmin məbləğ tutulmuşdur. Qeyd olunanları nəzərə alaraq həmin məbləğin 5 (beş) iş günü ərzində ona geri ödənilməsini xahiş etmiş, əks təqdirdə hazırkı məktub alındığı vaxtdan 10 (on) təqdim günündən sonra onun tərəfindən aidiyyəti məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişdir; Nərimanov RPİ tərəfindən xx xxxx 2010-cu il tarixdə verilmiş AZE seriyalı 0******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx xxxx 1959cu il tarixdə Ermənistanın Qafan rayonunda anadan olmuş İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır; xx xxxxxxxx 2020-ci il tarixli qəbzdən görünür ki, müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün 30 (otuz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə ilk növbədə iddia tələbinə mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 319.5-ci maddəsinə əsasən hərrac üzrə xərclər mülkiyyətçinin üzərinə qoyulur. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 415.1-ci maddəsinə görə auksionlar və müsabiqələr açıq və qapalı ola bilər. Açıq auksionda və açıq müsabiqədə istənilən şəxs iştirak edə bilər. Qapalı auksionda və qapalı müsabiqədə yalnız bu məqsəd üçün dəvət olunan şəxslər iştirak edirlər; 415.4-cü maddəsinə əsasən hərracın iştirakçıları hərracın keçirilməsinə dair bildirişdə göstərilən məbləğdə, müddətdə və qaydada beh verirlər. Hərrac keçirilmədikdə beh geri qaytarılmalıdır. Hərracda iştirak edən, lakin onu udmayan şəxslərin də behi qaytarılır. Hərracı udmuş şəxslə müqavilə bağlandıqda, onun verdiyi behin məbləği bağlanmış müqavilə üzrə öhdəliklərin icrası hesabına daxil edilir; 415.5-ci maddəsinə əsasən hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun və ya müsabiqənin keçirildiyi gün hərracın nəticələri haqqında protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. Hərracı udmuş şəxs protokolu imzalamaqdan boyun qaçırarsa, verdiyi behi itirir. Protokolu imzalamaqdan boyun qaçıran hərrac təşkilatçısı hərracı udan şəxsə behi ikiqat məbləğdə qaytarmalı, habelə hərracda iştirak etmək nəticəsində dəyən zərərin əvəzini ödəməlidir; 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin; 1091.2-maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur; 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun: 53.2-ci maddəsinə əsasən borclunun əmlakı, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada əmtəə birjaları nəzdində yaradılan və bu cür əməliyyatlar aparmaq hüququna malik olan ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac yolu ilə satılır; 62-ci maddəsinə əsasən icra məmurundan müvafiq sifarişin alındığı gündən ən geci iki ay müddətində ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac keçirilməlidir. Hərracın keçirilməsi qaydası Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun: 41.2, 41.3 və 41.5-ci maddələrinə əsasən Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru məhkəmə icraçısı tərəfindən həyata keçirilir və ipoteka predmeti hərracda satılır. Məhkəmə icraçısı hərracın keçirilməsini əmtəə birjalarının nəzdində yaradılmış ixtisaslaşdırılmış təşkilata (bundan sonra—hərracın təşkilatçısı) sifariş verir. Hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. Hərrac açıq auksion formasında keçirilir; 42.4-cü maddəsinə əsasən hərracda iştirak edən ipoteka saxlayan beh ödəmir. Hərracı udduğu halda, ipoteka saxlayan tələbinin məbləği həcmində alış qiymətini ödəməkdən azad olunur; 43.3-cü maddəsinə əsasən hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 (on) təqvim günü müddətində ipoteka saxlayan ipoteka qoyanla müqavilə əsasında ipoteka predmetini ilkin satış qiymətilə ala bilər. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki,Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxx 2017-ci il tarixli 2(060)-2383/2017 nömrəli qətnaməsi ilə İddiaçı cavabdeh Qədimov Zöhrab Zal oğluna qarşı “pul tələbi”nə dair iddia ərizəsi təmin edilərək, cavabdeh Qədimov Zöhrab Zal oğlundan 40.000 (qırx min) manat məbləğində borc vəsaiti tutularaq İddiaçı ödənilməsi müəyyən edilmişdir. Cavabdeh xx xxxxx 2019-cu il tarixli X2 İdarəsinə, İddiaçı və Qədimov Zöhrab Zal oğluna ünvanladığı açıq hərracın keçirilməsinə dair 26/10 nömrəli bildirişə əsasən Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,10 ha torpaq sahəsinin 31.000 (otuz bir min) manat qiymətinə xx xxx 2019-cu il tarixdə saat 11:00-da açıq auksion formasında satışa çıxarılması barədə məlumat verilmişdir. Hərracda iştirak üçün 5% miqdarında behin məbləği 1.550 (bir min beş yüz əlli) manat müəyyən edilmişdir. Cavabdeh xx xxx 2019-cu il tarixli 81 nömrəli hərrac təşkilatının hərracın yekunları barədə ptotokola əsasən Qədimov Zöhrab Zal oğluna məxsus Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,10 ha torpaq sahəsi 31.000 (otuz bir min) manat dəyərində İddiaçı əldə etmişdir. Cavabdeh xx xxx 2019-cu il tarixli ƏXZ seriyalı 443321 nömrəli kassa mədaxil orderi qəbzinə əsasən tələb olunan 1.550 (bir min beş yüz əlli) manat məbləğində hərrac üzrə xidmət haqqı ödənilmişdir. Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,10 ha torpaq sahəsi İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 811 nömrəli reyestr kitabının 78 nömrəli vərəqində xx xxxxxx 2020-ci il tarixdə qeydiyyata alınmışdır. İddiaçı Cavabdehnə ünvanladığı xx xxxxxx 2020-ci il tarixli pretenziya məktubu ilə müraciət edərək, ondan əsassız olaraq tutulmuş həmin məbləğin 5 (beş) iş günü ərzində ona geri ödənilməsini xahiş etmiş, əks təqdirdə onun tərəfindən aidiyyəti məhkəməyə müraciət ediləcəyi barədə cavabdeh təşkilat xəbərdar edilmişdir. Göründüyü kimi, keçirilmiş hərracı udmuş şəxs olan İddiaçı ilə müqavilə bağlanmış, bunun nəticə olaraq onun tərəfindən tələb edilən behin məbləği bağlanmış müqavilə üzrə öhdəliklərin icrası hesabına daxil edilməli olduğundan, cavabdeh təşkilat tərəfindən bu həyata keçirilməmişdir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, İddiaçı hazırkı iddiası əsaslıdır, iddiaçı iddiasını əsaslı edən müvafiq sübutlarını məhkəməyə təqdim etmiş, həmin sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz təsdiqini tapmışdır. Cavabdeh isə göstərilənlərə dair hər hansı sübutlarını məhkəməyə təqdim etməmişdir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdehndən 1.550 (bir min beş yüz əlli) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulmalıdır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdehndən İddiaçı xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəi təmin edilsin. Cavabdehndən 1.550 (bir min beş yüz əlli) manat məbləğində pul vəsaiti və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu İddiaçı xeyrinə tutulsun. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №2(005)-3515/2020
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3515/2020
26.10.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver