Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3525/2024 16.12.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əliyeva Səmimə Elşad qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh MTK-ya qarşı “mülkiyyət hüququnun qeydə alınması üçün zəruri olan sənədlərin verilməsi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MTK-ya qarşı “mülkiyyət hüququnun qeydə alınması üçün zəruri olan sənədlərin verilməsi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nobel prospekti 189 a ünvanında 1 bloklu, 16 mərtəbəli yaşayış evinin 1-ci blok, 11-ci mərtəbə, sahəsi 134,5 kv.m olan 3 otaqlı, 67 saylı mənzilin özəlləşdirilməsi üçün tələb olunan sənədlərin (ümumi yığıncağın protokolundan çıxarış, son maliyyə arayışı, borcun olub-olması barədə arayış və digər sənədlərin) X2 verilməsi vəzifəsinin "xxxx" Mənzil Tikinti Kooperativinin üzərinə qoyulması və tərəfindən ödənilmiş 100 manat (yüz manat) dövlət rüsumunun və 300 manat (üç yüz manat) vəkilə ödədiyi məbləğin "xxxx" Mənzil Tikinti Kooperativindən alınaraq X2 ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, 20 dekabr 2011-ci ildə "xxxx" Mənzil Tikinti Kooperativi (İcraçı) ilə X3 (Payçı) arasında Bakı şəhəri, Nobel prospekti 189 a ünvanında 1 bloklu, 16 mərtəbəli yaşayış evinin 1-ci blok, 11-ci mərtəbə, sahəsi 134,5 kv.m olan 3 otaqlı, 67 saylı mənzilə dair 40 saylı Müqavilə bağlanmışdır. Müqaviləyə əsasən mənzilin dəyəri 58238 manat qiymətləndirilmişdir. Həmin məbləğ, yəni 58238 manat (əlli səkkiz min iki yüz otuz səkkiz) "Payçı" tərəfindən tam ödənilmişdir. "xxxx" MTK tərəfindən verilən Maliyyə Arayışında göstərilir ki, X1 "xxxx" Mənzil Tikinti Kooperativinə heç bir borcu yoxdur. İddiaçı yuxarıda göstərilən mənzilin özəlləşdirilməsi üçün lazım olan sənədlərin (MTK-nın ümumi yığıncağından çıxarış, son maliyyə aravışı) ona verilməsi barədə həm şifahi, həm də yazılı qaydada "xxxx" Mənzil Tikinti Kooperatvinə müraciət etdi. Lakin həmin MTK-dan iddiaçıya heç bir cavab verilmədi. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada dəfələrlə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab edir. Məhkəmə işdə iştirak edən şəxsin izahatlarını və iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: - 20 dekabr 2011-ci il tarixli, 40 nömrəli müqavilənin surətindən görünür ki, bir tərəfdən "xxxx" Mənzil Tikinti Kooperativi sədri X6 şəxsində gələcəkdə «İcraçı» adlandırılacaq,diqər tərəfdən X5 , xx.xx.2011 tarixdə bağlanmış müqavilə öz razılıq ərizəsi ilə gələcəkdə «Payçı» adlandırılacaq İddiaçı arasında imzalanır. - Müqavilənin Əsas predmeti Bakı şəhəri, Nobel pr-ti 189 a ünvanında yerləşən 16 mərtəbəli, bir bloklu yaşayış evinin 1 bloklu yaşayış evinin İ blok 11-ci mərtəbə, ümumi tikinti sahəsi 134,5 kv.m.mənzil №67 izolə olunmuş 3 otaqlı mənzildən ibarətdir. Mənzilin dəyəri: 58 238 ( əlli səkkiz min iki yüz otuz səkkiz ) manat təşkil edir və yeni payçı X3 tərəfindən əvvəlki payçı X4 ödənilib. - Cavabdeh MTK tərəfindən tərtib edilmiş 16 dekabr 2011-ci il tarixli maliyyə arayışından görünür ki, Bakı şəhəri, Nobel pr-ti 189 a ünvanında yerləşən yaşayış binası Cavabdeh MTK-ya məxsusdur. Bu binanın 1 blok, 11 mərtəbə, tikinti sahəsi 134,5 kv.m olan 3 otaqlı 67 saylı mənzil payçı İddiaçı məxsusdur. Onun MTK-ya borcu yoxdur. - İddiaçı tərəfindən Cavabdeh MTK-ya ünvanlanmış xx.xx.2023-cü il tarixli pretenziya məktubunun surətindən görünür ki, sözügedən mənzilin çıxarışını əldə etməsi üçün mənzil ilə bağlı MTK-nın müvafiq protokolundan çıxarışını, son maliyyə arayışının olmaması 20 təqvim günü müddətində ona təqdim edilməsi xahiş olunmuş, əks təqdirdə tərəfindən məhkəməyə müraciət olunacağı qeyd olunmuşdur. - 25 noyabr 2024-cü il tarixli məktubundan görünür ki, Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinə daxil olan Cavabdeh (VÖEN: **********) barədə məlumatların təqdim edilməsinə dair müraciətinizə qanunvericiliyə uyğun baxılmışdır. Cavabdeh xx.xx.2005-ci il tarixdə qeydiyyata alınmış, qanuni təmsilçisi Qanuni nümayəndə, çıxarışın verildiyi tarix xx.xx.2012-ci il. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri, Nobel prospekti 189 a ünvanında 1 bloklu, 16 mərtəbəli yaşayış evinin 1-ci blok, 11-ci mərtəbə, sahəsi 134,5 kv.m olan 3 otaqlı, 67 saylı mənzil İddiaçı faktiki sahibliyində və istifadəsindədir. Cavabdeh MTK, X5 və İddiaçı arasında bağlanmış 20 dekabr 2011-ci il tarixli, 40 nömrəli müqaviləyə əsasən mənzilin dəyəri 58 238 manat təşkil edir və yeni payçı X3 tərəfindən əvvəlki payçı X4 ödənilib. Cavabdeh MTK tərəfindən tərtib edilmiş maliyyə arayışına əsasən Bakı şəhəri, Nobel prospekti 189 a ünvanında 1 bloklu, 16 mərtəbəli yaşayış evinin 1-ci blok, 11-ci mərtəbə, sahəsi 134,5 kv.m olan 3 otaqlı, 67 saylı mənzilin pay dəyəri İddiaçı tərəfindən tam ödənilmişdir. Məhkəmə ilk növbədə iddia tələbinə mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməsini zəruri hesab edir. Məhkəmə hesab edir ki, Bakı şəhəri, Nobel prospekti 189 a ünvanında 1 bloklu, 16 mərtəbəli yaşayış evinin 1-ci blok, 11-ci mərtəbə, sahəsi 134,5 kv.m olan 3 otaqlı, 67 saylı mənzil İddiaçı faktiki sahibliyində və istifadəsində olduğundan hazırda onun qeyd edilən mənzil ilə bağlı mülkiyyət hüququ ilə bağlı gözləntisi vardır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin; - 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. - 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin: 1.1-ci maddəsinə əsasən mənzil qanunvericiliyi dövlət orqanları və bələdiyyələr tərəfindən vətəndaşların mənzil hüququnun həyata keçirilməsinə şərait yaradılmasına, mənzil təhlükəsizliyinə, onun toxunulmazlığına, əsassız olaraq mənzil hüququndan məhrum etmənin yolverilməzliyinə, mənzil qanunvericiliyi ilə tənzimlənən münasibətlərdən irəli gələn hüquqların (bundan sonra - mənzil hüquqları) maneəsiz həyata keçirilməsi zəruriliyinə, habelə bu Məcəllədən, digər qanundan və ya mövcud münasibətlərin məzmunundan başqa hal irəli gəlmirsə, yaşayış sahəsinə sahiblik, ondan istifadə və barəsində sərəncam verilməsi üzrə mənzil qanunvericiliyi ilə tənzimlənən münasibətlərin (bundan sonra – mənzil münasibətləri) iştirakçılarının bərabərliyinin tanınması zəruriliyinə, pozulmuş yaşayış hüquqlarının bərpasının, onların məhkəmə müdafiəsinin təmin edilməsi, yaşayış fondunun saxlanmasının və yaşayış sahəsindən təyinatı üzrə istifadənin təmin edilməsi zəruriliyinə əsaslanır. 2.1-ci maddəsində mənzil hüquqlarının əsasları müəyyən edilmişdir. Həmin maddəyə əsasən, fiziki və hüquqi şəxslər mənzil hüquqlarını öz mülahizəsinə görə və mənafeləri üçün həyata keçirir, o cümlədən onlar barəsində sərəncam verir. Fiziki və hüquqi şəxslər müqaviləyə və (və ya) mənzil qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslara görə özlərinin mənzil hüquqlarının müəyyənləşdirilməsində və həyata keçirilməsində azaddırlar. Mənzil hüquqlarını həyata keçirərkən və mənzil münasibətlərindən irəli gələn vəzifələrini yerinə yetirərkən fiziki və hüquqi şəxslər digərlərinin hüquqlarını, azadlıqlarını və qanuni mənafelərini pozmamalıdırlar. 10.0.2-ci maddəsi ilə yaşayış sahələrinə, onların yararlı vəziyyətdə saxlanılmasına, çoxmənzilli binalarda ümumi mülkiyyətin qorunması və yararlı vəziyyətdə saxlanılmasına dair tələblər müəyyən etmək dövlətin vəzifələrinə aid edilmişdir. 12.2-ci maddəsinə əsasən, yaşayış sahəsi dedikdə - Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlak hesab edilən və vətəndaşların daimi yaşaması üçün yararlı olan (müəyyən edilmiş sanitariya və texniki norma və qaydalara, qanunvericiliyin digər tələblərinə cavab verən) ayrıca sahə başa düşülür. 17.2-ci maddəsinə görə, Azərbaycan Respublikasında mənzil fondunu mülkiyyət formasına görə özəl, dövlət və bələdiyyə mənzil fondu təşkil edir. 18-ci maddəsinin tələblərinə görə mülkiyyət formasından asılı olmayaraq mənzil fondunun istifadəsi və saxlanılmasına, habelə yaşayış sahələrinin və kommunal xidmətlərin müəyyən edilmiş tələblərə uyğunluğuna dövlət nəzarəti qanunvericilikdə müəyyən olunmuş qaydada həyata keçirilir. 137.9-cu maddəsinə əsasən, çoxmənzilli binanın sahə mülkiyyətçiləri həmin sahələrin saxlanması və təmiri üzrə xidmət və işlərin xərclərini müvafiq fəaliyyət növlərini həyata keçirən şəxslərlə bağlanılan müqavilələrə uyğun olaraq çəkirlər. İddiaçı cavabdeh tərəfin müqavilə üzrə dəyərini tam ödədiyi mənzilə dair “mənzilkooperativi üzvlərinin ümumi yığıncağının protokolundan çıxarışının, son maliyyə arayışının və zəruri olan digər sənədlərin” ona verməməsini mübahisələndirir, cavabdeh isə iddia tələbində göstərilən sənədlərin verilməsindən imtina edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. 139-1.1.6-ci maddəsinə görə, mənzil-tikinti kooperativi binasında yaşayış (qeyriyaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. 386.1-ci maddəsinə görə, isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri” haqqında Qanunun: 8.0.6-ci maddəsinə əsasən, mənzil-tikinti kooperativi binasında yaşayış (qeyriyaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslardan biri hesab olunur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının hazırki iş üzrə tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, İddiaçı hazırkı iddiası əsaslıdır, iddiaçı iddiasını əsaslı edən müvafiq sübutlarını məhkəməyə təqdim etmiş, həmin sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz təsdiqini tapmışdır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı iddia ərizəsi qismən təmin edilməli, Cavabdeh MTK tərəfindən mənzil-kooperativi üzvlərinin ümumi yığıncağının protokolundan çıxarışının, son maliyyə arayışının və digər sənədlərin iddiaçıya verilməsi barədə cavabdeh kooperativin üzərinə öhdəlik qoyulmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin iddianın 300 manat məbləğində vəkil xərcinin cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi qismən əsaslıdır. MPM-nin 115.0.6-cı maddəsinə əsasən, vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddia təmin edildiyindən, işə baxılması ilə bağlı xərclərə daxil oan və iddiaçı tərəfindən ödənilmiş 300 manat hüquqi yardım görə ağlabatan məbləğdə, yəni 200 manat pul vəsaiti cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə qeyd edir ki, əsas tələblər hissəsində iddia tələbi təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu cavabdehdən tutularaq İddiaçı xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. İddiaçı Bakı şəhəri, Nobel prospekti 189 a ünvanında 1 bloklu, 16 mərtəbəli yaşayış evinin 1-ci blok, 11-ci mərtəbə, sahəsi 134,5 kv.m olan 3 otaqlı, 67 saylı mənzilə dair MTK üzvlərinin ümumi yığıncağının protokolundan çıxarışının, son maliyyə arayışının və zəruri olan digər sənədlərin verilməsi öhdəliyi Cavabdeh üzərinə həvalə edilsin. Cavabdehndən vəkilə göstərdiyi hüquqi yardıma görə ödənilmiş 200 manat və 100 manat dövlət rüsumu olmaqla, cəmi 300 (üç yüz) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Solmaz Ədilova
Məhkəmə qərarları › İş №2(005)-3525/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3525/2024
16.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver