Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3545/2023 30.11.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Ramin Nizaməddin oğlunun sədrliyi, məhkəmə iclas katibi X1, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh telefona görə ödədiyi 2889 manat və avtoyuma məntəqəsini icarəyə götürməyinə görə ödədiyi 1500 manat, cəmi 4389 manat pulun və 60 manat məbləğində dövlət rüsumunun tutulub iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, DİN-nin 102 xidmətinə müraciət edərək və Nərimanov RPİ-nin 17-ci Polis Şöbəsinə ərizə verərək, Cavabdeh ona qarşı dələduzluq etdiyini bildirmişdir. Müraciətilə bağlı Nərimanov rayon prokuroru tərəfindən xx.xx.2023-cü il tarixdə fakta görə Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə cinayət işi başlanılmışdır. İstintaq Nərimanov RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi İsmayıl İsmayılov tərəfindən aparılırdı. Lakin həmin müstəntiqin xx.xx.2023-cü il tarixli qərarı ilə ********* nömrəli cinayət işi üzrə icraata Cavabdeh əməlində cinayət tərkibinin olması müəyyən edilmədiyinə görə xitam verilmiş və ona məhkəməyə müraciət etmək hüququmun olması izah edilmişdir. xx.xx.2022-ci il tarixdə Cavabdehla birlikdə şərik qismində ünvan 1 ünvanında yerləşən yaşayış kompleksinin ərazisində avtoyuma məntəqəsi icarəyə götürüb xx.xx.2022-ci il tarixədək işlətmişdir. xx.xx.2022-ci il tarixdə saat 20 radələrində Cavabdehla birlikdə ünvan 2 ünvanında yerləşən “Kontakt Home” mağazasına gedərək kredit yolu ilə özü üçün 2889 manata təzə vəziyyətdə “İphone 13 Pro” markalı mobil telefon almışdır. Telefonu alıb mağazanı tərk etdikdən sonra Kənanla avtoyuma məntəqəsinə qayıtmış, avtoyuma məntəqəsində Cavabdeh Bakı şəhərində “phone” markalı mobil telefonların proqram təminatı ilə məşğul olan təcrübəli tanışlarının olduğunu bildirib yeni aldığı telefonu bir dost kimi hədiyyə olaraq proqram təminatı yazdıracağını və telefonu ekranına şüşə materialdan keyfiyyətli qoruyucu üzlük çəkdirəcəyini vəd edib bu məqsədlə telefonu bir neçə saatlıq müvəqqəti olaraq ona verməsini istəmişdir. Kənana inanaraq bu məqsədlə təzə vəziyyətdə olan “İphone 13 Pro” markalı mobil telefonunu cərayan qidalandırıcısı ilə birlikdə öz qutusu ilə birlikdə ona vermiş, Kənan bunları etdikdən sonra səhəri gün telefonu ona qaytaracağına söz vermiş, o da Kənana inanıb razılaşmışdır. xx.xx.2022-ci il tarixdə günorta saatlarında Kənandan xəbər çıxmadığını görüb zəng etmiş, telefonu qaytarmasını xahiş etmişdir. Kənan ona avtoyumada görüşməyi təklif etmişdir. Həmin gün saat 15 radələrində avtoyumada Kənanla görüşmüşdür. Kənan pula ehtiyacı olduğu üçün ona məxsus olan “İphone 13 Pro” markalı mobil telefonu satdığını bildirmişdir. Kənana niyə onu aldatdığını dedikdə o, ona polisə şikayət etməməyini, 6 aya telefonun pulunu verəcəyini demişdir. Məcbur qalıb Kənanın dedikləri ilə razılaşmışdır. Kənan telefona görə 2022-ci ilin sentyabr ayında onun “Kapital bank” kartına 240 manat pul göndərsə də, sonradan o pul ödəməmiş və müxtəlif bəhanələr gətirərək onu aldatmışdır. Bu səbəbdən telefonun aylıq kreditlərini özü ödəməli olmuşdur. 2023-cü ilin yanvar ayında Kənanın ümumiyyətlə pul ödəmək niyyətinin olmadığını görüb onun barəsində DİN-nə şikayət etmişdir. Bundan əlavə o, Cavabdeh avtoyuma məntəqəsini icarə götürüb şərikli işlətdikləri üçün 1500 manat pul vermişdir. Lakin Cavabdeh 1500 manatı mənimsəmişdir. Avtoyuma məntəqəsində heç bir qazancının olmadığını görüb, şəriklikdən çıxmaq istəmiş, lakin Kənan onun pulunu geri qaytarmamışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia ərizəsini qismən qəbul edərək, iddiaçı ilə birlikdə şərik obyekt işlətdiyini, iddiaçının dediyi telefonu satıb 800 manatı özünə geri qaytardığını, qalan pulu isə obyektin icarə haqqını ödəmək üçün xərclədiyini, ümumi gəlirdən 240 manat həmin telefon üçün ödəniş etdiyini, bu proseslərdən sonra aralarında olan şəriklik münasibətlərinin bitdiyini bildirdi. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan cinayət işi üzrə icraat xitam verilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, İddiaçı özünə məxsus “İphone 13 Pro 128GB- Gold” markalı mobil telefonu aralarında olan şifahi razılaşmaya əsasən satmaq üçün Cavabdeh verməsi dələduzluq kimi qiymətləndirilə bilməz. İş materiallarında olan İddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli, 25630 nömrəli qəbzdən görünür ki, Cavabdeh məxsus kart hesabına 1200 manat məbləğində vəsait köçürülmüşdür. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilir ki, tərəflər arasında olan münasibət onların şifahi razılaşmasına əsasən birgə fəaliyyəti ilə bağlı yarandığı üçün, bu münasibətdən irəli gələn gəlir və xərclər üzrə də bərabər ölçüdə risk daşıyırlar. İşin mübahisəsiz hallarına görə cavabdeh iddiaçını özünə avtoyuma işində şərik etmək üçün ondan 1500 manat pul almış və onu özünə şərik etmişdir. Bundan sonra icarə haqqını ödəmək üçün maddi vəsaitlərinin olmadığına görə iddiaçı “İphone 13 Pro 128GB-Gold” markalı mobil telefonu 2889 manata alaraq (kreditə alınmış telefonun ödənişlərinin tamamına yaxın hissəsi iddiaçı tərəfindən ödənmişdir) onu 1500 manata satmış, 800 manatını iddiaçı öz xərcləri üçün götürmüş, qalan 700 manatı isə birgə sahibkarlıq fəaliyyətinə sərf etmişlər. Mobil telefonun krediti üçün ümumi gəlirdən 240 manat ödənilmişdir. Hazırki iş üzrə İddiaçı ilə Cavabdeh avtoyuma məntəqəsi ilə bağlı fəaliyyətini həyata keçirmək üçün kreditlə mobil telefon əldə etməsi, onun satılması, onlar tərəfindən həyata keçirilən digər əməliyyatlar tərəflərin birgə əmlakı üzərində sərəncam verməsi kimi qiymətləndirilməli və buna görə də, bu proses zamanı əldə edilmiş və ödənilmiş vəsaitlər üzrə tərəflərin bərabər həcm və nisbətdə mülkiyyət hüququna malik olması nəzərə alınmaldır. Qeyd olunlara əsasən məhkəmə hesab edir ki, tərəflərin birgə fəaliyyətlə məşğul olması və bu fəaliyyət üzrə bir qisim əməliyyatlar aparılması nəzərə alınaraq cavabdehin iddiaçıya olan borcunun məbləği aşağıdakı qaydada hesablanmalıdır: (2889-240)- (800:2)=2249; 2249:2=1124,5; 1124,5+(1500:2)=1124,5+750=1874,5 Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır; 213.1-ci maddəsinə görə iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2-ci maddəsinə görə əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 213.3-cü maddəsinə görə əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. 213.4-cü maddəsinə görə ümumi mülkiyyət təyinatı dəyişdirilmədən bölünə bilməyən əşyanın (bölünməz əşya) və ya bu Məcəlləyə görə bölünməli olmayan əşyanın iki və ya bir neçə şəxsin mülkiyyətinə daxil olması zamanı yaranır. Bölünən əşyaya ümumi mülkiyyət bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulmuş hallarda yaranır. 213.8-ci maddəsinə görə ümumi mülkiyyətdə olan əşyaya qulluq edilməsi və onun saxlanması xərcləri, bu Məcəllədə və ya müqavilədə ayrı qayda müəyyənləşdirilməyibsə, mülkiyyətçilərin üzərinə bərabər şəkildə qoyulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlik). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilərək, qanunvericiliyin tələbinə görə ödənilməli olan pul, yəni 1874,5 məbləğində pul Cavabdeh iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 60 manat dövlət rüsumunun 34,38 manat hissəsi iddiaçıya aid edilməli, cavabdehdən 25,62 manat məbləğində pul alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 1874,5 (min səkkiz yüz yetmiş dörd manat, əlli qəpik) məbləğində pul tutularaq İddiaçı ödənilsin. İddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 60 manat dövlət rüsumunun 34,38 manat hissəsi İddiaçı aid edilsin, Cavabdeh 25,62 manat məbləğində pul alınaraq İddiaçı ödənilsin. İddia qalan hissə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən bir ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. X2
Məhkəmə qərarları › İş №2(005)-3545/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3545/2023
30.11.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver