Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3584/2021 14.10.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Əmirxanova Kəmalə Fərman qızının sədrliyi, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh AR iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti anında İstehsal və Xidmət X1rşı əmək haqqı və əmək pensiyasının yenidən hesablanıb ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh AR iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti anında İstehsal və Xidmət X1rşı əmək haqqı və əmək pensiyasının yenidən hesablanıb ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X4 əmək stajının tam hesablaması nəzərə alınmaqla və buraxılmış illər üzrə ödənilməmiş pensiya qalıqlarının toplanaraq birdəfəlik iddiaçıya ödənilməsi, iddiaçı tərəfindən ödənilmiş 31 manat dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə və cavabdeh barəsində xüsusi qərardad çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, mərhum əri X6 (06.03.1937-29.12.2013) ümumilikdə Azərbaycanın Məişət Xidməti sahəsində 57 ildən artıq fəaliyyət göstərmişdir. Əri vəfat etdikdən sonra, onun əmək pensiyası müvafiq qanunvericiliyə uyğun olaraq dövlət tərəfindən iddiaçıya təyin edilmişdir. İddiaçı hesab edir ki, X4 əmək pensiyası hesablanarkən bir sıra qanun pozuntularına yol verilərək, yəni mövcud əmək stajı tam hesablanmamış, yalnız 47 il 4 ay sığorta stajı nəzərə alınmışdır. Bu rəsmi faktı ƏƏSMN yanında DSMF-nin Bakı şəhəri Nəsimi rayon şöbəsinin müdiri vəzifəsini müvəqqəti icra edən İlham Hüseynov, 16 yanvar 2020-ci il tarixli cavab məktubunda təsdiqləyir. İddiaçı tərəfindən DSMF-nin Nəsimi rayon şöbəsinə dəfələrlə rəsmi qaydada müraciət edilərək, mərhum həyat yoldaşı X4 əmək pensiyasının hesablanarkən baş vermiş hüquq pozuntularının aradan qaldırılması və əmək pensiyasının yenidən tam, düzgün hesablanması tələb edilmişdir. Azərbaycan Respublikasının ƏƏSMN yanında DSMF-nin direktor müavini Mətin Əsgər tərəfindən 13 aprel 2020-ci il tarixli cavab məktubunda qeyd etmişdir ki, sığortaedən, yəni, İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nin İstehsal və Xidmət Müəsisələrinin İdarəetmə Mərkəzi, yəni cavabdeh tərəfindən həyat yoldaşının əmək haqqısı ödənilməməklə bərabər, heç bir sığorta ödənişi də həyata keçirilməmişdir. Belə ki, X6 ilə cavabdeh idarə arasında 30 avqust 1999-cu il tarixində “Əmək Müqaviləsi” (kontraktı) bağlanmış olduğu halda, cavabdeh idarə cavab məktubunda rəsmi olaraq təkzib edir. X4 cavabdeh idarənin balansında olan 7 saylı atelyenin işçisi olmağı ilə yanaşı, idarə ilə “Əmək Müqaviləsi" bağlamasını bir neçə rəsmi faktlarla sübuta yetirmək mümkündür: 26.03.2001-ci il tarixində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 İdarəsi X5 “Yanğın Təhlükəsizliyi” sertifikatı verirsə, o zaman nə üçün cavabdeh idarə X4 cavabdeh idarə ilə aralarında “Əmək Müqaviləsi” bağlanmamasını rəsmi məlumat olaraq cavab məktubunda bildirir. Cavabdeh idarənin 13 avqust 2010-cu il tarixində Yasamal rayon Telefon Qovşağının rəisinə rəsmi ünvanladığı məktubunda X4 nəinki, cavabdeh idarənin tabeliyində olan 7 saylı atelyenin işçisi, hətta maddi-məsul şəxsi göstərilmişdir. Cavabdeh idarə ilə X6 arasında 30 avqust 1999-cu ildə bağlanan “Əmək Müqaviləsi” (kontraktı). Cavabdeh idarənin X2 müntəzəm olaraq, hər ay aldıqları “Xidmət haqqı" cavabdeh idarə tərəfindən cavab məktubunda rəsmi təsdiqlənir. Cavabdeh idarənin balansında olan 7 saylı atelyenin bütün, kommunal, təsərrüfat, məişət xərclərinin də X6 tərəfindən həyata keçirilməsini, ödənilməsini də cavabdeh idarə rəsmən təsdiqləyir. Ən əsas məqam da ondan ibarətdir ki, cavabdeh idarə X4 “Əmək Kitabçası”ndakı qeydləri, mərhum həyat yoldaşı vəfat etdiyi günədək, yəni, 29.12.2013-cü ilədək rəsmi qeyd etmişdir. İddiaçı 14.02.2020-ci il tarixində Bakı İnzibati Məhkəməsinə “əmək pensiyasının yenidən hesablanmasına dair" iddia ərizəsi ilə müraciət etdi. Həmin məhkəmə prosesi zamanı cavabdeh idarənin X4 əmək haqqısından DSMF-na heç bir ödəniş etməməsi faktı bir daha öz əksini tapdı. Cavabdeh idarə inzibati orqan olmadığından iddiaçı iddianı geri götürməyi qərara aldı. Bu səbəbdən 04 iyun 2021-ci il tarixində cavabdeh idarəyə heç vaxt ödəmədikləri “əmək haqqısı" və DSMF-yə nə qədər pul məbləğinin köçürülməsi barədə ərizə ilə rəsmi qaydada müraciət etdi. 07 iyun 2021-ci il tarixli **********52 saylı cavabdehin cavab məktubunda müsbət cavab vermədi və konstitusion hüquqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək məcburiyyətində qaldı. Cavabdehin məhkəmə prosesləri zamanı törətdikləri cinayət əməllərinin sübuta yetirildiyi təqdirdə, cavabdeh idarə barəsində “xüsusi qərardad" çıxarılması zərurəti yaranacaqdır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehə baxılacaq işin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq heç bir üzrlü səbəb təqdim etmədən mülki iş üzrə təyin edilən məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia əsassızdır və rədd edilməlidir. İş materiallarında olan Nəsimi rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 24 may 2014-cü il tarixli AZ-İ 684016 saylı ölüm haqqında şəhadətnamədən müəyyən olunur ki, X6 29 dekabr 2013-cü il tarixdə Bakı şəhərində ölmüşdür və bu barədə akt qeydləri kitabında 397 nömrəli qeyd aparılmışdır. İş materiallarında olan əmək kitabçasının notariat qaydasında təsdiqlənmiş surətindən müəyyən olunur ki, 08.09.2014-cü il tarixli 111N saylı əmrlə X6 ğldüyü üçün onunla olan əmək müqaviləsinə Azərbaycan Respublikası ƏM-nin 74-cü maddəsinin 1-ci hissəsinin “e” bəndinə əsasən xitam verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin İstehsal və Xidmət Müəssislərinin İdarəetmə Mərkəzi tərəfindən 19 avqust 2020-ci il müraciətə cavab məktubundan müəyyən olunur ki, X6 ilə ƏMDK İXMİM arasında əmək müqaviləsi mövcud olmadığından, heç bir rəsmi öhdəlik, o cümlədən, ona əmək haqqı hesablanmasına dair öhdəlik də mövcud olmamış və məntiqi olaraq buna dair məcburi sosial sığorta haqqı üzrə əməliyyat aparılmamışdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bununla yanaşı nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında isə həmin Məhkəmə qeyd etmişdir ki, “sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir”. Bu kontekstdə məhkəmə hesab edir ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır; çünki iş üzrə sübutetmə yükü iddiaçının üzərinə düşdüyü halda o, iddia tələbində istinad etdiyi faktiki halları biri digərini tamamlayan mötəbər sübutlarla sübut edə bilməmişdir. Kollegiya iddia tələbinin maddi ziyanın (ödənilməmiş pensiyanın) ödənilməsi barədə hissəsinə münasibətdə qeyd edir ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə də uzlaşmamaqdadır; çünkü iddia tələbinin qanuni əsası kimi istinad olunan Mülki Məcəllənin 21-ci maddəsinə əsasən, “zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür”. Mülki Məcəllənin 1096.1-ci və 1097.1-ci maddələrinə görə isə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusuna (deliktə) görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin mövcudluğu və zərər vuran şəxsin təqsirliliyi. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Məhkəmə hesab edir ki, iddiaçı ona cavabdehin qanunsuz hərəkəti nəticəsində zərər vurulduğunu sübut edə bilməmişdir. Bundan əlavə, Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hisəsinə görə, pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İş materiallarından göründüyü kimi, iddiaçının əri X6 2014-cü ili 24 may tarixində ölmüşdür, bu da iddiaçının bu tələb üzrə qanunla müəyyən edilmiş müddətin ötürdüyünü sübut edir. Mülki iş üzrə tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, iddia əsassız olduğuna görə rədd edilməlidir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh AR iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti anında İstehsal və Xidmət X1rşı əmək haqqı və əmək pensiyasının yenidən hesablanıb ödənilməsi tələbinə dair iddiası rədd edilsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova
Məhkəmə qərarları › İş №2(005)-3584/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3584/2021
14.10.2021 · Əmək mübahisələri - Pensiyanın hesablanması tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver