Məhkəmə qərarları › İş №2(005)-3588/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3588/2021

02.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3588/2021 02.08.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, İbrahimova Ramilə Namiq qızının katibliyi İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə əsas borcun və hesablanmış faizlərin, ödənilmiş dövlət rüsumunun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə icıasənda baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “kredit müqaviləsi üzrə əsas borcun və hesablanmış faizlərin, ödənilmiş dövlət rüsumunun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 100804-467806/4 nömrəli kredit müqaviləsi üzrə 2535.77 manat məbləğində əsas borc və 755.98 manat faiz borcu olmaqla, ümumilikdə 3291,75 (üç min iki yüz doxsan bir manat yetmiş beş qəpik) manat borcu və 100804-467806/3 nömrəli Kredit müqaviləsi üzrə 5153.4 manat əsas borc və 931.11 manat faiz borcu olmaqla, cəmi 6084.51 (Altı min səksən dörd manat əlli bir) manat borcu, iki müqavilə üzrə ümumilikdə 9376.26 manat məbləğində borcun və 30.4 (otuz manat qırx qəpik) manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə borcalan Cavabdeh arasında bağlanmış 07 noyabr 2019 il tarixli, 100804-467806/4 nömrəli istehlak krediti müqaviləsinə əsasən borcluya 24 ay müddətinə, illik 21% dərəcəsi ilə 4000 (Dörd min) manat məbləğində, 05 oktyabr 2018 il tarixli 100804-467806/3 nömrəli Kredit müqaviləsinə əsasən 25 faiz dərəcəsilə, 48 ay müddətinə 8000.00 (Səkkiz min) manat məbləğində kredit verilmişdir. Borcalan əsas öhdəliyi lazımınca icra etməmiş və kreditin təsdiq olunmuş hissə-hissə ödəmə qrafikini pozmuşdur. Cavabdehə dəfələrlə şifahi və yazılı xəbərdarlıq olunsa da, o Banka olan borcunu ödəməmişdir. 11 iyun 2021-ci il tarixinə cavabdehin 100804-467806/4 nömrəli istehlak kredit müqaviləsi üzrə 2535.77 manat məbləğ ndə əsas borc və 755.98 manat faiz borcu olmaqla, ümumilikdə 3291.75 (üç min iki yüz doxsan bir (75) manat məbləğində, 100804- 467806/3 nömrəli Kredit müqaviləsi üzrə 5153.4 manat əsas borc və 931.11 manat faiz borcu olmaqla, cəmi 6084.51 (Altı min səksən dörd (51)) məbləğində kredit borcu, iki müqavilə üzrə cəmi 9376.26 manat borcu yaranmışdır. İstehlak krediti müqaviləsinin şərtlərinə əsasən Borcalan müqavilə ilə müəyyən olunmuş şərtlərlə və qaydada kreditin qaytarılmasını, kredit və dəbbə pulu üzrə hesablanmış faizlərin, habelə Bankın xidmət tarifləri və şərtlərindən irəli gələn xidmət haqlarının Banka ödənilməsini öhdəsinə götürür. Eyni zamanda həmin müqaviləyə əsasən ödəniş cədvəlində müəyyən edilən hissə-hissə ödəniş (icra) müddətlərində, habelə kredit müddətində öhdəliklər vaxtında tamamən icra edilmədikdə gecikdirilmiş kredit yaranır. Belə ki, Borcalan krediti vaxtında ödəməmiş və nəticədə gecikdirilmiş kredit yaranmışdır. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ərizə təqdim edərək məhkəmə iclasının nümayəndənin iştirakı olmadan baxılıb iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh 27.07.2021-ci il tarixdə ərizə təqdim edərək, banka olan borcu qəbul etdiyini və ödənilməsi istiqamətində müvafiq tədbirlər görülməsini bildirmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185.4 və 185.5-ci maddəsinə əsasən işə iddiaçı və cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan sübutlarla müəyyən olunmuşdur ki: İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 07 noyabr 2019-cu il tarixli, 100804-467806/4 nömrəli kredit müqaviləsinin məzmunundan görünür ki, müvafiq müqaviləyə əsasən iddiaçı bank tərəfindən Cavabdeh şəxsi istehlak məqsədi üçün 24 (iyirmi dörd) ay müddətinə, illik 21 faiz dərəcəsi ilə 4000 (dörd min) manat məbləğində kredit verilmişdir; İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 05 oktyabr 2019-cu il tarixli, 100804-467806/3 nömrəli kredit müqaviləsinin məzmunundan görünür ki, müvafiq müqaviləyə əsasən iddiaçı bank tərəfindən Cavabdeh şəxsi istehlak məqsədi üçün 48 ay müddətinə, illik 25 faiz dərəcəsi ilə 8000 (səkkiz min) manat məbləğində kredit verilmişdir; 11 iyun 2021-ci il tarixli maliyyə arayışının məzmunundan görünür ki, Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 07 noyabr 2019-cu il tarixli, 100804-467806/4 nömrəli krediti müqaviləsi üzrə 11 iyun 2021-ci il tarixə 2535,77 manat məbləğində əsas borc və 755,98 manat məbləğində faiz borcu olmaqla, ümumilikdə 3291,75 (üç min iki yüz doxsan bir manat yetmiş beş qəpik) manat məbləğində borcu vardır; 11 iyun 2021-ci il tarixli maliyyə arayışının məzmunundan görünür ki, Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 05 oktyabr 2019-cu il tarixli, 100804-467806/3 nömrəli krediti müqaviləsi üzrə 11 iyun 2021-ci il tarixə 5153,4 manat məbləğində əsas borc və 931,11 manat məbləğində faiz borcu olmaqla, ümumilikdə 6084,51 (altı min səksən dörd manat əlli bir qəpik) manat məbləğində borcu vardır; 17 iyun 2021-ci il tarixli ********* nömrəli mədaxil qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən 30,40 (otuz manat qırx qəpik) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə müəyyən olunmuşdur ki, İddiaçı ASC ilə borcalan Cavabdeh arasında bağlanmış 07 noyabr 2019 il tarixli, 100804-467806/4 nömrəli istehlak krediti müqaviləsinə əsasən borcluya 24 ay müddətinə, illik 21% dərəcəsi ilə 4000 (Dörd min) manat məbləğində, 05 oktyabr 2018 il tarixli 100804-467806/3 nömrəli Kredit müqaviləsinə əsasən 25 faiz dərəcəsilə, 48 ay müddətinə 8000.00 (Səkkiz min) manat məbləğində kredit verilmişdir. Borcalan əsas öhdəliyi lazımınca icra etməmiş və kreditin təsdiq olunmuş hissə-hissə ödəmə qrafikini pozmuşdur. Cavabdehə dəfələrlə şifahi və yazılı xəbərdarlıq olunsa da, o Banka olan borcunu ödəməmişdir. 11 iyun 2021-ci il tarixinə cavabdehin 100804-467806/4 nömrəli istehlak kredit müqaviləsi üzrə 2535.77 manat məbləğ ndə əsas borc və 755.98 manat faiz borcu olmaqla, ümumilikdə 3291.75 (üç min iki yüz doxsan bir (75) manat məbləğində, 100804- 467806/3 nömrəli Kredit müqaviləsi üzrə 5153.4 manat əsas borc və 931.11 manat faiz borcu olmaqla, cəmi 6084.51 (Altı min səksən dörd (.51)) məbləğində kredit borcu, iki müqavilə üzrə cəmi 9376.26 manat borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 425.1-ci maddəsinə əsasən: “Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir”. Bu iş üzrə isə cavabdehin öhdəliklərinin vaxtında və lazımi şəkildə icra edilmədiyi görünür; 442-ci maddəsinə görə isə: “Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 448.1-ci maddəsinə əsasən: “Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir”. Bu halda isə borclunun risk dairəsinə aid olan məsələlər onun tərəfindən kreditin ödənilməsi üçün kifayət qədər gəlirliyinin təmin olunmasıdır; 448.2-ci maddəsinə əsasən: “Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz”; 462.1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər; Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 100804-467806/4 nömrəli kredit müqaviləsi üzrə 2535.77 manat məbləğində əsas borc və 755.98 manat faiz borcu olmaqla, ümumilikdə 3291,75 (üç min iki yüz doxsan bir manat yetmiş beş qəpik) manat borc və 100804-467806/3 nömrəli Kredit müqaviləsi üzrə 5153.4 manat əsas borc və 931.11 manat faiz borcu olmaqla, cəmi 6084.51 (Altı min səksən dörd manat əlli bir) manat borcu, iki müqavilə üzrə ümumilikdə 9376.26 (doqquz min üç yüz yetmiş altı manat, iyirmi altı qəpik) manat İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddiaçı tərəfindən ödənilmiş 30,40 manat məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 100804-467806/4 nömrəli kredit müqaviləsi üzrə 2535.77 manat məbləğində əsas borc və 755.98 manat faiz borcu olmaqla, ümumilikdə 3291,75 (üç min iki yüz doxsan bir manat yetmiş beş qəpik) manat borc və 100804-467806/3 nömrəli Kredit müqaviləsi üzrə 5153.4 manat əsas borc və 931.11 manat faiz borcu olmaqla, cəmi 6084.51 (Altı min səksən dörd manat əlli bir qəpik) manat borcu, hər iki müqavilə üzrə ümumilikdə 9.376,26 (doqquz min üç yüz yetmiş altı manat, iyirmi altı qəpik) manat məbləğində borc və 30.4 (otuz manat qırx qəpik) manat məbləğində dövlət rüsumu İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar