Məhkəmə qərarları › İş №2(005)-3617/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(005)-3617/2020

19.11.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3617/2020 19.11.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, İmaməliyev Hüseyn Qeyrət oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh Məhsullarının İstehsal Şirkətinə qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə iddia ərizəsinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Məhsullarının İstehsal Şirkətinə qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xxxx” MMC-nin tərkibində olan Cavabdehndən 35 000 manat pulun və 30 manat dövlət rüsumunun, cəmi 35030 manat pulun iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh “xxxx” MMC-nin tərkibində olan Cavabdeh məhsulları istehsalat şirkəti ilə İddiaçı arasında olan xx.xx.2018-ci il tarixli razılşmaya əsasən cavabdeh tərəfindən ona istədiyi vaxt hissə-hissə olmaq şərti ilə 6 (altı) ay müddətində 35 000 AZN (otuz beş min) manat dəyərində boya məhsullarını təqdim etməyi öhdəsinə götürmüşdür. Razılaşmanı cavabdehə müraciət etdiyi vaxtda icra etmədiyi üçün yuxarıda qeyd olunan miqdarda boya məhsullarını həmin vaxtda öz hesabına başqa şirkətdən almaq məcburiyyətində qalmışdır. Bununla bağlı dəfələrlə cavabdehə müraciət etsə də nəticəsi olmamışdır. Cavabdehin öhdəsinə götürdüyü işi vaxtında icra etməməsi ona maddi zərər vurmuşdur. Vəd edilmiş məhsul vaxtında ona təqdim edilmədiyi üçün hesab edir ki, bu günki günü həmin miqdarda yəni 35 000 (otuz beş min) manat dəyərində boya lazım deyildir səbəb isə yuxanda qeyd etdiyi kimi həmin məhsulu ona lazım olduğu zamanda öhdəliyi yerinə yetirmədiyi üçün digər şirkətdən əldə etməyidir. Bu halda hesab edir ki, həmin məhsula ehtiyac olmadığı üçün cavabdeh şirkət tərəfindən məhsulun dəyəri yəni 35 000 (otuz beş min) manat məbləğində pul ona ödənilməlidir. Bununla bağlı olaraq tərəfindən mövcud Qanunverciliyə uyğun olaraq pretenziya qaydasında məktub göndərilsə də cavabdeh tərəfindən ona heç bir yazılı və ya şifahi cavab verilməmişdir. Tərəfindən cavabdehə dəfələrlə zəng edilsə də zənglərinə cavab verilməmişdir. Məhkəmə iclasında iddiaçı iddia tələbi ilə eyni məzmunlu izahat verib, iddianın təməin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, heç bir üzrlü səbəb olmadan nümayəndəsinin iştirakı etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Belə ki, məhkəmə iclasının vaxtı və yeri barədə cavabdeh lazımi qaydada xəbərdar edilməsi üçün məhkəmə bildirişləri göndərilmiş, lakin cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası MPM-nin 147-ci maddəsinə əsasən cavabdehin faktiki olduğu yer məlum olmadıqda, məhkəmə cavabdehin məlum olan axırıncı yaşayış yeri üzrə yerli özünüidarə orqanının, müvafiq icra hakimiyyəti orqanının və ya cavabdehin məlum olan axırıncı iş yeri üzrə müdiriyyətin məhkəmə bildirişini aldığını təsdiq edən qeyd yazılmış məhkəmə bildirişi məhkəməyə daxil olduqdan sonra işə baxmağa başlayır. Bu halda məhkəmə sənədləri rəsmi qaydada verilmiş hesab olunur. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək iddiaya qiyabi icraat qaydasında baxılmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə işdə cavabdehə Azərbaycan Respublikası MPM-nin 147-ci maddəsinə əsasən məhkəmə sənədlərinin rəsmən verilmiş hesab olunduğunu, iddiaçının işə qiyabi icraatda baxılmasına yazılı razılığının olmasını nəzərə alaraq işə qiyabi icraatda baxılması barədə qərardad qəbul etmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş üzrə təqdim olunmuş sübutlardan görünür ki, “xxxx” MMC-nin tərkibində olan Cavabdeh məhsulları istehsalat şirkəti xx.xx.2018-ci il tarixdə yazılı olaraq bildirir və təsdiq edir ki, həqiqətən vətəndaş İddiaçı 35 000 manat dəyərində boya məhsulları verilməyinə öhdəlik götürür. Şəxs istədiyi zaman hissə-hissə olmaqla 6 (altı) ay ərzində malları götürə bilər. xx.xx.2020-ci il tarixli İddiaçı tərəfindən “xxxx” MMC-nin tərkibində olan Cavabdeh məhsulları istehsalat şirkətinə ünvanlanmış pretenziya məktubundan görünür ki, borcunun tam olaraq 15 gün müddətinə ödəməyi əks təqdirdə bağlanmış həmin müqavilə üzrə öhdəliklərin icra olunmaması səbəbindən məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Beləliklə, məhkəmə iclasında sübutların tədqiq edilməsi nəticəsində müəyyən edilmişdir ki, iddiaçı müqavilə ilə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etmiş, lakin qarşı tərəf müqavilə üzrə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (İddiaçıun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, İddiaçıun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu İddiaçıa dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında bağlanmış müqaviləyə əsasən iddiaçı müqavilələ üzrə müəyyən edilmiş məbləğdə pulu cavabdehə vermiş, lakin cavabdeh müqavilə üzrə müəyyən edilmiş boyaları iddiaçıya verməmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və tam təmin edilməli, cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşımalıdır. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia təmin edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216- 220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Məhsullarının İstehsal Şirkətindən 35 000 manat manat məbləğində pul və 30 manat məbləğində dövlət rüsumu İddiaçı xeyrinə tutulsun. Cavabdeh qiyabi qətnaməni aldıqdan sonra 10 (on) gün müddətində qiyabi qətnamənin ləğv edilməsi üçün Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qiyabi qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar