Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-3620/2020 01.10.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Vüqar Şahbaz oğlunun sədrliyi ilə, İddiaçı “xxxx” Kommersiya Bankı ASC-nin Cavabdeh qarşı “kreditin ödənilməsi tələbi”nə dairkiçik iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” Kommersiya Bankı ASC Cavabdeh oğluna qarşı “kreditin ödənilməsi tələbi”nə dairkiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh oğlundan, 66,03 (altmış altı manat 03 qəpik) manat əsas borcun, 1,53 (bir manat 53 qəpik) manat faiz borcunun, 0,01 (bir qəpik) manat cərimə borcunun və 20 manat dövlət rüsumunun “xxxx” Kommersiya Bankı ASC-nə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinə görə məhkəməyə verilən iddia ərizələrinin və şikayətlərin, hüquqi əhəmiyyət kəsb edən faktların müəyyən edilməsi barədə ərizələrin, məhkəmə əmri haqqında ərizələrin və məhkəmə qərarları barəsində şikayətlərin verilməsinə, məhkəmə tərəfindən sənədlərin surətinin təkrar verilməsinə görə dövlət rüsumundan azad edilməsi və dövlət rüsumunun ödənilməsinin xüsusiyyətləri göstərilmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.3-cü maddəsinə görə məhkəmədə təkrar verilmiş iddialar üzrə dövlət rüsumu yenidən ümumi qaydada alınır. İş materiallarından göründüyü kimi iddiaçı iddia ərizəsinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd və ya dövlət rüsumunun ödənilməsindən azadolmaya dair hər hansı bir sənəd əlavə edilməmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə 20 manat məbləğində pulun ödənilməsi barədə iş materiallarında olan mədaxil qəbzi ilə bağlı isə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, 20 manat məbləğində edilmiş ödəniş digər məhkəmə işi ilə əlaqədar olaraq ödənilmiş dövlət rüsumu hesab edildiyindən, yəni mədaxil qəbzi başqa məhkəmə işi ilə (2(005)-2840/20 nömrəli iş) əlaqədar olduğundan, göstərilən mədaxil qəbzinin surətinin iş materiallarında mövcudluğu hazırkı iş üzrə dövlət rüsumunun müəyyən edilmiş qaydada və məbləğdə ödənilməsi hesab edilmir. Azərbaycan Respublikası MPM-nin 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.2-ci maddəsinə görə iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Həmin Məcəllənin 152.3-cü maddəsinə görə iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Həmin Məcəllənin 152.4-cü maddəsinə görə iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Məhkəmə belə hesab edir ki, iddia ərizəsi iddiaçıya geri qaytarılmalı və ona izah edilməlidir ki, o, qeyd olunan nöqsanları aradan qaldırdıqdan müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 149.2.5, 150.0.5, 152.1, 268-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı “xxxx” KB ASC-nin Cavabdeh qarşı “pulun tutulması tələbi”nə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, göstərilən nöqsan aradan qaldırıldıqdan sonra müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər. Qərardadın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Vüqar Quliyev
Məhkəmə qərarları › İş №2(005)-3620/2020
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-3620/2020
01.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver