Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3623/2020 29.10.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi İbrahimova Ramilə Namiq qızının katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 Cavabdehlər- Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 2588.44 manat əsas, 239.393 manat faiz, 0 manat dəbbə borcu, cəmi 2.827,83 (iki min səkkiz yüz iyirmi yeddi manat səksən üç qəpik) manat və 30 (otuz) manat rüsumun tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, İddiaçı ASC-nin Nizami filialı ilə cavabdeh - Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2020-cu il tarixli, nzaz 12387 saylı kredit müqaviləsinə əsasən illik 26 % (iyirmi alti) faiz dərəcəsi olmaqla 18 (on sekkiz) ay müddətinə 3000 (üç min) manat məbləğində cavabdehə kredit verilmişdir (kredit müqaviləsinin 2.1.; 2.3.; 2.4 bəndləri). Həmin kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasına təminat olaraq xx xxxxxx 2020-cu il tarixdə İddiaçı ASC-nin Nizami filialı ilə digər cavabdclı(lər) Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqavilə üzrə zamin xx xxxxxx 2020-cu il tarixli, nzaz 12387 saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrasına görə borclu ilə birlikdə məsuliyyət daşıyır. xx xxxxxx 2020-cu il tarixli, nzaz.12387 saylı kredit müqaviləsinin şərtlərinə görə borc alan Cavabdeh1 kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımı qaydada icra etməmişdir. Bu barədə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehlər öhdəliyinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Tərəflər arasında bağlanmış xx xxxxxx 2020-cu il tarixli, nzaz.12387 saylı kredit müqaviləsinə görə, cavabdeh kredit müqaviləsinin ayrılmaz hissəsi hesab olunan ödəniş cədvəli əsasında, hər ayın 28-dan gec olmayaraq hər ay 203,06 (iki yüz üç manat 06 qəpik) manat ödəniş etməli olduğu halda öhdəliklərini vaxtı-vaxtında və lazımı qaydada icra etməmişdir. Təqdim olunan maliyyə arayışına əsasən Cavabdeh1 xx xxxxxx 2020-cu il tarixli, nzazl2387 saylı kredit müqaviləsi üzrə borcunun məbləği əsas borcuna görə 2588,44 (iki min beş yüz səksən səkkiz manat 44 qəpik) manat, faiz borcuna görə 239,39 (iki yüz otuz doqquz manat 39 qəpik) manat, dəbbə borcuna görə 0 (sıfır) manat, borcun cəmi məbləği 2827,83 (iki min səkkiz yüz iyirmi yeddi manat 83 qəpik) manat təşkil edir. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasında iddianı qəbul edərək bildirdilər ki, həqiqətən kredit götürülmüş, lakin Cavabdeh1 işdən çıxdıgından krediti ödəyə bilməmişdir. Məhkəmə tərəflərin izahatını, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2020-ci il tarixli, nzaz-12387 nömrəli kredit müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin “Nizami” filialı tərəfindən Cavabdeh1 18 ay müddətinə illik 26% ödəmək şərti ilə 3.000 manat məbləğində kredit vermişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, nzaz-12387 nömrəli zaminlik müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, zamin Cavabdeh2 İddiaçı Açıq Səhmdar Cəmiyyətinin “Nizami” filialı tərəfindən Cavabdeh1 18 ay müddətinə illik 26% ödəmək şərti ilə 3.000 manat məbləğində kredit verməsi ilə baglı öhdəlikləri üzərinə götürmüşdür. İş materiallarında olan xx.xx.2020-ci il tarixli kassa məxaric orderinin surətindən görünür ki, Cavabdeh1 3.000 manat məbləg ödənilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, Cavabdeh1un xx.xx.2020-ci il tarixə əsas borcuna görə 2588,44 manat, faiz borcuna görə 239,39 manat, cərimə borcuna görə 0 manat, cəmi 28827,83 manat borcu qalmışdır. İş materiallarında olan xx xxxx 2018-ci il tarixli bildirişdən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehləri kredit müqaviləsi üzrə öz öhdəliyini yerinə yetirməyəcəyi təqdirdə tutmanın ipoteka predmeti olan mənzilə yönəldilməsi üçün məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar etmişdir. Məhkəmə tərəfindən müəyyən edildi ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin «Nizami» filialı ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2020-cu il tarixli, nzaz 12387 saylı kredit müqaviləsinə əsasən illik 26 % (iyirmi alti) faiz dərəcəsi olmaqla 18 (on sekkiz) ay müddətinə 3000 (üç min) manat məbləğində cavabdehə kredit verilmişdir. xx xxxxxx 2020-cu il tarixli, nzaz 12387 nömrəli kredit müqaviləsinin şərtlərinə görə Cavabdeh1 kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəlikləri vaxtında və lazımi qaydada icra etməmişdir. Kreditin təminatı kimi xx.xx.2020-cı il tarixdə zaminlik müqaviləsi baglanmış, zamin Cavabdeh2 da eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 472.1-ci və 472.2-ci maddələrində müəyyən olunmuşdur ki, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Beləliklə, məhkəmə iddiaçı tərəfindən hesablanmış əsas, faiz borcunu ayrı-ayrılıqda nəzərdən keçirib, hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 2588.44 manat əsas, 239.393 manat faiz, 0 manat dəbbə borcu, cəmi 2.827,83 (iki min səkkiz yüz iyirmi yeddi manat səksən üç qəpik) manat tutularaq İddiaçı ASC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilən 30 manat dövlət rüsumu cavabdehlərə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 2588.44 manat əsas, 239.393 manat faiz, cəmi 2.827,83 (iki min səkkiz yüz iyirmi yeddi manat səksən üç qəpik) manat və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 ay müddətində Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №2(005)-3623/2020
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3623/2020
29.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver