Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3634/2020 19.11.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi İmaməliyev Hüseyn Qeyrət oğlunun katibliyi İddiaçı1, onun nümayəndəsi və vəkili X2 Cavabdeh X1 nümayəndəsi X8 Cavabdeh2 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər X3 və Cavabdeh2 qarşı “yaşayış sahəsinə istifadə hüququnun tanınması tələbi”nə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər X3 və Cavabdeh2 qarşı “yaşayış sahəsinə istifadə hüququnun tanınması tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onların Bakı şəhəri, Nərimanov rayonu, X24 küçəsi, ev 7A, mənzil 49 ünvanında yerləşən mənzilə istifadə hüquqlarının tanınmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Lalə Əliyev Cavabdeh2 ilə el adəti ilə xx xxxxxxx 1994-cü il tarixdə toy edərək evlənmiş və həmin gün onun anası X4 məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, X24 küçəsi, ev 7A, mənzil 49 ünvanda yerləşən mənzilə gəlin köçmüşdür. Mənzilə gəlin köçərkən adətə görə gəlin kimi gətirdiyi cehizlərini da həmin evə gətirmişdir. Cavabdeh2 ilə birgə nikahdan xx xxxxxxxx 1995-ci il tarixdə İddiaçı2 adlı oğlu anadan olmuşdur. Vüqarla evləndiyi gündən bu vaxta qədər onun anasının mülkiyyətində olan mənzildə hər iki cavabdeh ilə oğlu İddiaçı2 ilə birlikdə yaşayırlar. O, mənzilə cavabdehlərin razılığı ilə gəlin köçmüş, eyni zamanda cehiz əşyalarını həmin vaxt mənzilə aparmış cavabdehlərin hamısının razılığı ilə mənzilin otaqlarından biri ona və ərinə, yəni iş üzrə Cavabdeh2 istifadəsinə verilmişdir. Lalə Vüqar ilə uzun müddətdir ki, yəni 1994-cü il oktyabrın 16-dan ər-arvad kimi həmin mənzildə yaşamış və cavabdehlərlə birgə təsərrüfat aparmışlar. Lalə mənzilə cavabdehlərin razılığı ilə gəlin kimi köçməyi, cavabdehlər ilə birgə təsərrüfat aparmağı ilə, mənzildən uzun müddət onun istifadəsinə verilmiş yataq otağından və digər otaqlardan istifadə etməyi, cehiz əşyalarını cavabdehlə toyu olan tarixdən hal-hazıradək mənzildə cavabdehlərin razılığı ilə yerləşdiyinə görə hesab edir ki, mənim mənzilə istifadə hüququ yaranmışdır. Həmçinin digər İddiaçı2 xx xxxxxxxx 1995-ci il tarixdə göstərilən mənzildə anadan olmaqla həmin vaxtdan daimi olaraq ailə üzvü qismində həmin mənzildə yaşamaqla mənzilə istifadə hüququ əldə etmişdir. Eyni zamanda işə əlavə olunmuş və qonşular tərəfindən təsdiq olunmuş aktdan da görünür ki, İddiaçı1 1994-cü ildən və oğlum İddiaçı2 1995-ci ildən Bakı şəhəri, Nərimanov rayonu, X24 küçəsi, ev 7A, mənzil 49 ünvanında hal-hazıra kimi yaşayırlar. Məhkəmə iclasında İddiaçı1, onun nümayəndəsi və vəkili X6 iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etdi. Cavabdeh X1 nümayəndəsi X15 iddia tələbini qəbul etməyərək, izahatında bildirdi ki, həqiqətən İddiaçı1 1994-cü il tarixdən həmin mənzilə gəlin köçüb. Elə həmin tarixdən də qeyd olunan mənzildə övladı İddiaçı2 ilə birgə yaşayır. Onlara bu vaxta qədər qeydiyyata düşməyə səbəbləri barədə məlumat vermək istəyir. İlk öncə qeyd edir ki təmsil etdiyi şəxs, X5 meliorasiya idarəsində 50 illik iş stajına malikdir. Səhhəti ilə əlaqədar məhkəmə iclaslarında iştirak edə bilmir. 26 il müddət ərzində gəlinin və nəvəsinin qeydiyyata alınmasına razılıq verməmə səbəbinin ona olan laqeyd münasibətdən irəli gəlir. Faktiki olaraq iddiaçılar nəinki öz otaqlarından, ümumilikdə bütün mənzildə istifadə hüquqları vardır. Lakin İddiaçı1 öz qayınanasına qarşı qayğıkeş münasibət bəsləmədiyi üçün Ə.Seyidquliyeva onun iddia tələbində göstərilən hərəkətlərin edilməsinə razılıq vermir. Cavabdeh2 iddia tələbini qəbul edərək, iddianın təmin edilməsinə etraz etmədiyini bildirdi. Məhkəmə iclasında şahid X12 ifadəsində bildirdi ki, iddiaçılar ilə qonşuluq münasibətləri var. Şahidlik etmək istədiyi hal ondan ibarətdir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 həqiqətən də Bakı şəhəri, Nərimanov rayonu, X24 küçəsi, 7A saylı evin, 49 saylı mənzilində yaşayırlar. X9 X13 ilə birgə nikahlarından bir övladları vardır. İddiaçının həmin evə gəlin köçdüyü tarixi dəqiq bilmir, ancaq 1990-cı illərin əvvəli olub. Hal hazırda X16 və Cavabdeh2 övladları olan İddiaçı2 ilə birgə Bakı şəhəri, Nərimanov rayonu, X24 küçəsi, 7A saylı evin, 49 saylı mənzilində yaşıyırlar. Məhkəmə iclasında şahid X7 ifadəsində bildirdi ki, iddiaçı X17 və Cavabdeh2 uzun müddətdir tanıyır. Cavabdeh2 anası ilə 1976-cı il tarixdən birgə iş yerində çalışmışlar. Bildirir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 həqiqətən də Bakı şəhəri, Nərimanov rayonu, X24 küçəsi, 7A saylı evin, 49 saylı mənzilində yaşayırlar. İddiaçı1 Cavabdeh2 ilə ailə qurduqdan sonra, 1994-1995-ci illəri əhatə edən dövrdə, Bakı şəhəri, Nərimanov rayonu, X24 küçəsi, 7A saylı evin, 49 saylı mənzilində yaşamağa başlamışlar. İddiaçı1 Cavabdeh2 birgə nikah münasibətlərindən bir övladları, İddiaçı2 dünyaya gəlmiş və anadan olduqdan sonra bu vaxta qədər Bakı şəhəri, Nərimanov rayonu, X24 küçəsi, 7A saylı evin, 49 saylı mənzilində yaşayır. Məhkəmə tərəflərin izahatını, şahid ifadələrini dinləyib və iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş sübutlarla müəyyən edilir ki, Bakı şəhəri, Nərimanov rayonu, X24 küçəsi, ev 7A, 49 saylı mənzil X1 adına xx.xx.1995-ci il tarixdə ilkin qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir (Azərbaycan Respublikası ƏMDK DƏDRX-nin 1 saylı ərazi idarəsinin xx.xx.2020-ci il tarixli məktubu). Həmin mənzildə Cavabdeh2, Rəcəbli Rza Möhsün oğlu və Cavabdeh1 qeydiyyatdadırlar (xx.xx.2020-ci il tarixli, ASAN 1 tərəfindən verilmiş arayış). İddiaçılar hazırda münahisələndirilən mənzildə 1995-ci il tarixdən yaşadığını bildirirlər və həmin mənzilə istifadə hüquqlarının tanınmasını xahiş edirlər. Məhkəmə iddia tələblərinin təmin edilməsi ilə bağlı gəldiyi nəticəni aşağıdakı hüquq normalarına əsasən əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə ilkin iddia tələblərinin təmin edilməsi ilə bağlı gəldiyi nəticəni aşağıdakı hüquq normalarına əsasən əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə hesab edir ki, tərəflər arasındakı münasibətlər xx xxxxxxx 2009-cu il tarixdən əvvəl yarandığı üçün tərəflərin mübahisəli mənzilə mülkiyyət və istifadə yaranıbyaranmadığının müəyyən edilməsi üçün məhz o zaman qüvvədə olan Mənzil Məcəlləsinin müddəaları tətbiq edilməlidir. Məhkəmə hesab edir ki, mübahisənin qanuni əsasını xx xxxxxxx 2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 53-cü maddəsidir, həmin maddənin müddəaları tətbiq edilməklə mübahisəyə qiymət verilməlidir. xx xxxxxxx 2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-buluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar Məhkəmə araşdırması zamanı tərəflərin izahatı, şahid ifadələri və təqdim edilmiş digər sübutlar ilə Cavabdeh1 mülkiyyətində olan ünvan 2 ünvanında iddiaçıların faktiki olaraq yaşaması müəyyən olunmuşdur. Həmçinin cavabdehlər bu halı inkar etmir. Lakin Cavabdeh1 nümayəndəsi onun adından çıxış edərkən yalnız iddiaçılar ilə onun şəxsi münasibətlərinn yaxşı olmaması, iddiaçıların cavabdehə qarşı laqeyd münasibət bəsləmələri ilə iddianın təmin edilməməsini əsaslandırmışdır. Qeyd edilən hallar məhkəmə iclasında tərəflərin izahatı və təqdim edilmiş sübutlar əsasında öz təsdiqi tapmışdır. Belə ki, iddiaçılar rəsmi nikah münasibətlərində olmaqla 1995-ci il tarixdən həmin ünvanda yaşamışlar. Bu hal iddiaçıların mənzilin mülkiyyətçisinin ailə üzvü olduğu üçün, onun həmin mənzilə dair qanunla müəyyən edilmiş istifadə hüququnun əmələ gəlməsi üçün əsas verir. Məhkəmə sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı1 və İddiaçı2 Bakı şəhəri, A.M.Cümə küçəsi 7 A saylı evin 49 saylı mənzilinə istifadə hüquqları tanınmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxxxxx 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə nəzərə alır ki, MPM-in 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə həmçinin mülki iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçılara aid edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı1 və İddiaçı2 Bakı şəhəri, A.M.Cümə küçəsi 7 A saylı evin 49 saylı mənzilinə istifadə hüquqları tanınsın. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova
Məhkəmə qərarları › İş №2(005)-3634/2020
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3634/2020
19.11.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver