Məhkəmə qərarları › İş №2(005)-366/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-366/2025

21.07.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-366/2025 21.07.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, X17 və "xxxx" MMC-yə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində Nərimanov Rayon İcra Şöbəsi, Nizami Rayon İcra Şöbəsi, Bakı şəhəri üzrə Baş Maliyyə İdarəsi, Azərbaycan Respublikası Maliyyə Nazirliyi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Lokal Gəlirlər Baş İdarəsi cəlb edilməklə) qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “cinayət əməli nəticəsində dəymiş maddi ziyanın xüsusi müsadirə edilməli əmlaklar hesabına ödənilməsi, həmin əmlaklar kifayət etmədikdə ziyanın digər əmlaklar hesabına ödənilməsi və mülkiyyət hüquqlarına xitam verilməsi” tələbi) Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Hüseynli Umuxanım Cavid qızının katibliyi, İddiaçı ASC-nin nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh1 vəkili Vəkil2 iştirakları ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, X17 və "xxxx" MMC-yə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində Nərimanov Rayon İcra Şöbəsi, Nizami Rayon İcra Şöbəsi, Bakı şəhəri üzrə Baş Maliyyə İdarəsi, Azərbaycan Respublikası Maliyyə Nazirliyi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Lokal Gəlirlər Baş İdarəsi cəlb edilməklə) “cinayət əməli nəticəsində dəymiş maddi ziyanın xüsusi müsadirə edilməli əmlaklar hesabına ödənilməsi, həmin əmlaklar kifayət etmədikdə ziyanın digər əmlaklar hesabına ödənilməsi və mülkiyyət hüquqlarına xitam verilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakıları müəyyən etdi: Təsviri hissə: a. Tələb: İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, X17 və "xxxx" MMC-yə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində Nərimanov Rayon İcra Şöbəsi, Nizami Rayon İcra Şöbəsi, Bakı şəhəri üzrə Baş Maliyyə İdarəsi, Azərbaycan Respublikası Maliyyə Nazirliyi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Lokal Gəlirlər Baş İdarəsi cəlb edilməklə) “maddi ziyanın proporsional qaydada bölünməklə icra edilməsi, müsadirə edilməli əmlaklar ziyanın ödənilməsinə kifayət etmədikdə, hüquqi varisdən borcun tutulması və mülkiyyət hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, icra orqanları tərəfindən X11 İddiaçı Açıq Səhmdar Cəmiyyətinə vurduğu 21,673,593.48 manat ziyanın İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmasının təmin edilməsi üçün qanuni qüvvədə olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-205/2022 saylı, 28 yanvar 2022-ci il tarixli hökmü ilə (iş üzrə apellyasiya və kassasiya məhkəmələrinin qərarları nəzərə alınmaqla) təqsirləndirilən şəxs X11 cinayət əməllərinə görə dövlət nəfinə müsadirə edilməli olan 24,740,956.16 manat dəyərində əmlak hesabına əldə edilmiş pul vəsaitləri, digər tələbkar Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhər Lokal Gəlirlər Baş İdarəsinə ödənilməli olan 640,922.04 manat da nəzərə alınmaqla, tələbkarlar arasında proporsional bölünməklə icra olunması, hər bir tələbkara 640,922.04 manat ödənildikdən sonra digər daxil olan vəsaitlərin 21,673,593.48 manatın ödənilməsi başa çatanadək İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, müsadirə edilməli olan əmlaklar hesabına yuxarıda göstərilən məbləğlərin ödənilməsi başa çatmazsa, çatışmayan məbləğlərin hüquqi varis Cavabdeh1 alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilməsinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 21,673,593.48 manat ziyan tələbi barədə İddiaçı ASC-nin iddia tələbinin təmin olunması, ziyanın ödənilməsi aşağıdakı qaydada həyata keçirilməsi:

1. Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin mülkiyyətində olan 11,848,0 manat pul vəsaitinin ziyan əvəzi olaraq Bakı Şəhər Lokal Gəlirlər Baş İdarəsinin bank hesabına köçürülməsi,

2. Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin mülkiyyətində olan 4.668,713.6 manat dəyərində 40x40 ölçüdə 1 ədəd, 50x50 ölçüdə 104 ədəd, 1876 manat qiymətində 1 ədəd, 2539.66 m2 ölçüdə ipək və 524.9 m2 ölçüdə yun xalçalara mülkiyyət hüququna xitam verilməsi və onların icra qurumu tərəfindən açıq hərrac yolu ilə satılması,

3. İpək və yun xalçaların satışından əldə olunan pul vəsaitlərindən 629,074.04 manat vəsaitin Bakı Şəhər Lokal Gəlirlər Baş İdarəsinin bank hesabına, hesablanmış dövlət rüsumunun dövlət büdcəsinə, qalan məbləğin 21,673,593.48 manat ziyan hesabına nəzərə alınmaqla, İddiaçı ASC-nin bank hesabına ödənilməsi,

4. Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 10,124,000.0 manat dəyərində Bakı şəhəri, Nərimanov rayonu, Şəmsi Rəhimov küçəsi 2 ünvanında yerləşən torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 1137,7 m2 olan qeyriyaşayış binasına, nəqliyyat vasitələrinə (166,666 manat), avadanlıqlara (46.408 manat, ekspert rəyində siyahısı verilmişdir) və digər əmlaklara (ipək və yun xalçalar istisna olmaqla), cəmi 467,454.85 manatlıq əmlaka mülkiyyət hüququna xitam verilməsi və həmin torpaq və qeyri-yaşayış binasının dərhal boşaldılmaqla, əmlakların 21,673,593.48 manat ziyanın ödənilməsi hesabına əvəz kimi birbaşa İddiaçı ASC-nin mülkiyyətinə verilməsi,

5. Cavabdeh2 Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, ev 48, 48A, 50A, 52, 52A, 54, 54A, 54B, 56, 56A, 56C, 58, 58A, 58B, 60, 60A, 60B, 60C ünvanında yerləşən və faktiki sahəsi 133 kv.m olan 4 saylı mənzilə (256,100 manat); Quba şəhəri, Qeçrəş yolunda yerləşən 0.20 ha torpaq sahəsinə (230,000 manat) mülkiyyət hüququna xitam verilməsi və həmin mənzil və torpaq sahəsinin dərhal boşaldılmaqla, 21,673,593.48 manat ziyanın ödənilməsi hesabına əvəzi kimi birbaşa İddiaçıSC-yə mülkiyyətinə verilməsi,

6. X11 ünvan 1 ünvanında yerləşən 0,01453 ha torpaq sahəsinə və sahəsi 737,9 kv.m olan fərdi yaşayış evinə mülkiyyət hüququna xitam verilməsi və həmin sahələrin dərhal boşaldılmaqla, və 21,673,593.48 manat ziyanın ödənilməsi hesabına əvəz kimi (4,777, manat dəyərində ) İddiaçıSC-nin mülkiyyətinə verilməsi,

7. 21,673,593.48 manat ziyan hesabına verilmiş əmlakların dəyəri və pul vəsaitləri çıxıldıqdan sonra qalan məbləğin cavabdehlər X2 və Cavabdeh2 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə tutulması, bu hissədə qətnamənin icrasını təmin etmə tədbiri kimi cavabdeh X3 mülkiyyətində olan Bərdə şəhəri, X46 küçəsi, döngə 3, 12 saylı fərdi yaşayış evi və ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış binası üzərinə həbs qoyulması,

8. Qətnamə qanuni qüvvəyə minənədək ziyanın ödənilməsi üçün alınmalı əmlakların qorunması üçün onların İddiaçı ASC-nin saxlancına verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

İddia ərizəsinin əsaslandırıldığı hallar: İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində istintaq aparılan ********* nömrəli cinayət işində X11 cinayət əməlləri nəticəsində maddi ziyan vurulduğuna əsasən İddiaçı Açıq Səhmdar Cəmiyyəti 06 sentyabr 2021-ci il tarixli qərarla iş üzrə zərərçəkmiş şəxs qismində tanınmış və həmin iş baxılmasından ötrü aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti səhmləri 100% dövlət məxsus olmaqla Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə yaradılmaqla, fəaliyyət göstərir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-205/2022 saylı, 28 yanvar 2022-ci il tarixli hökmü ilə İddiaçı ASC-nin idarə Heyətinin sədri vəzifəsində işləmiş, "xxxx" MMC-nin təsisçisi olan, 05 noyabr 2021-ci ildə vəfat etmiş X11. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.4, 213.3, 308.2 və 313-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə X23 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.4, 213.3, 308.2 və 313-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinmişdir. Həmin hökmlə müəyyən edilmişdir ki, X23 ittiham olunduğu cinayət əməllərini törətməsi ilə əlaqədar 22.314.515,52 manat mənimsəyərək ziyan vurduğundan, 30.587.044,16 manat dəyərində özünə və ailə üzvlərinə məxsus əmlak və səhm paylarının və aktivləri üzərinə həbs qoyulmuşdur. Hökmün təsviri-əsaslandırıcı hissəsində şərh edilənlərlə sübuta yetirilir ki, Vidadi Muradov Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospektindəki 14 saylı evin 5 saylı mənzilindən başqa üzərinə həbs qoyulmuş əmlakları cinayət yolu ilə mənimsədiyi pul vəsaiti hesabına əldə etmişdir. Belə olan halda, Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospektindəki 14 saylı evin 5 saylı mənzilindən başqa, sadalanan əmlaklar məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmaqla xüsusi müsadirə edilməli, Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospektində yerləşən 14 saylı evin 5 nömrəli mənzili üzərinə qoyulmuş həbs ləğv edilməlidir. Hökmlə 1) X23 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.4, 213.3, 308.2 və 313-cü maddələrində nəzərcə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinməsi, 2) CM-nin 179.4, 213.3, 308.2 və 313-cü maddələri üzrə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətdikdən sonra xx.xx.2021-ci il tarixdə öldüyündən CPM-nin 44.2.1-1-ci maddəsinə əsasən ona cəza təyin edilməməsi, 3) CM-nin 313-cü maddəsi üzrə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən CPM-nin 44.2.1-ci maddəsinə müvafiq olaraq ona cəza təyin edilməməsi, 4) üzərinə həbs qoyulmuş ümumilikdə dəyəri 30.288.116,16 manat təşkil edən, Cavabdeh2 mülkiyyətində olan 0.01071 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 268.3 kv.m olan ünvan 3-da yerləşən qeyri-yaşayış binası, Bakı şəhəri, Nərimanov rayonu, 2-ci Sülh döngəsi, 4 nömrəli ev, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, ev 48, 48A, 50, 50A, 52, 52A, 54, 54A, 54B, 56, 56A, 56B, 56C, 56B, 56C, 58, 58A, 58B, 60, 60A, 60B, 60C saylı evin 4 nömrəli mənzili, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 17a/32 nömrəli bağ sahəsi, Quba şəhəri, Qəçrəş yolunda yerləşən 0,20 ha torpaq sahəsi, X11 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, X33 küçəsində yerləşən 103 nömrəli ev, "xxxx" MMC-nin səhm payları və aktivlərinin xüsusi müsadirə edilərək məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması, 5) Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospektində yerləşən 14 saylı evin 5 nömrəli mənzili üzərinə qoyulmuş həbs ləğv edilməsi, 6) mülki iddianın tam təmin edilməsi və Cavabdeh2 və ailə üzvlərinin adlarına olan üzərinə həbs qoyulmuş əmlaklar, səhm payları və aktivlərin satışından əldə olunan gəlirdən 640.922.04 manat vəsaitin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhər Lokal Gəlirlər Baş idarəsinin hesabına keçirilməsi, 7) məhkəmə məsrəfi olan 200 manat hüquqi varisdən alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməsi, 8) maddi sübutlar olaraq İddiaçı ASC ilə “Azər-İlmə" MMC arasında bağlanılmış 25 oktyabr 2016-cı il tarixli İcarə müqaviləsi, xx.xx.2017-ci il, xx.xx.2018-ci il, xx.xx.2018-ci il, xx.xx.2018-ci il, xx.xx.2018-ci il, xx.xx.2018-ci il, xx.xx.2018-ci il, xx.xx.2018-ci il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il tarixli xalça alqı-satqı müqavilələri, İddiaçı ASC ilə "xxxx" MMC, “Auto Azərbaycan" MMC, "xxxx" MMC və "xxxx" MMC arasında bağlanılmış Nəqliyyat vasitələrinin alqı-satqı müqavilələri, “Azərxalça" ASC ilə “X34" MMC arasında bağlanılmış xx.xx.2016-cı il tarixli, “Metals Traders" MMC ilə xx.xx.2017-ci il tarixli, "xxxx" MMC ilə xx.xx.2017-ci il tarixli, “Azər-İlmə" ASC ilə xx.xx.2018-ci il tarixli, “Polimer Alyans LTD-Parça" MMC ilə xx.xx.2018-ci il tarixli, "Parts Trading” MMC ilə xx.xx.2018-ci il tarixli, “Veqas-2" MMC ilə xx.xx.2019-cu il tarixli, “VB Group" MMC ilə xx.xx.2019-cu il tarixli və "xxxx" MMC ilə xx.xx.2019-cu il tarixli alqısatqı müqavilələri, 23 obyekt üzrə layihə-smeta sənədləri və “Forma-2” aktları, "xxxx" ASC və "xxxx" ASC- dən götürülmüş İddiaçı ASC-ə məxsus maliyyə sənədləri, "xxxx" MMC-dən götürülmüş telefon danışıqlarına dair məlumatların olduğu 1 ədəd diskin cinayət işinin materiallarında saxlanılması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin 1(103)- 667/2022 saylı, 22 aprel 2022-ci il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-205/2022 saylı, 28 yanvar 2022-ci il tarixli hökmü qüvvəsində saxlanılmış və hökm qanuni qüvvəsini almışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 12 oktyabr 2022ci il tarixli, 1(102)-1342/2022 saylı qərarı ilə, 1) Təqsirləndirilən şəxsin müdafiəçisi X32, təqsirləndirilən şəxsin hüquqi varisi Cavabdeh1 və müdafiəçisi Vəkil2 tərəfindən birgə verilmiş, maraqlarına toxunan şəxs Cavabdeh2 və onun vəkili X29 tərəfindən birgə verilmiş kassasiya şikayətləri qismən təmin edilmiş; 2) Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 aprel 2022-ci il tarixli qərarı həmin kassasiya şikayətlərinə münasibətdə əmlakların xüsusi müsadirə edilməsi hissəsində dəyişdirilmiş, ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış binası, Bakı şəhəri, Nərimanov rayonu, 2-ci Sülh döngəsi, 4 nömrəli ev, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 17a/32 nömrəli bağ sahəsi xüsusi müsadirə edilmiş əmlaklar siyahısından çıxarılmış və üzərlərinə qoyulmuş həbs götürülmüş; 3) Maraqlarına toxunan şəxs "Azərilmə” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Xəqani Talıbov və vəkili X12 tərəfindən birgə verilmiş və "Xalq Bank” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri X24 və vəkili X18 tərəfindən birgə verilmiş kassasiya şikayətləri qismən təmin edilmiş; 4) Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 aprel 2022-ci il tarixli qərarı maraqlarına toxunan şəxs "xxxx" ASC-də ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Nərimanov rayonu, X33 küçəsində yerləşən 103 a nömrəli ev və ünvan 5 ünvanda yerləşən torpaq sahəsi və orada yerləşən 2 mərtəbəli qeyri-yaşayış sahəsinin xüsusi müsadirə edilməsi hissəsində ləğv edilmiş və cinayət işi həmin hissədə baxılması üçün yeni apellyasiya baxışına təyin edilmiş; 5) Qərarı qalan hissədə dəyişdirilməməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(103)-288/2023 saylı qərarı ilə X11 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.4, 213.3, 308.2 və 313-cü maddələri ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)- 205/2022 saylı, 28 yanvar 2022-ci il tarixli hökmü Bakı şəhəri, Nərimanov rayonu, X33 küçəsində yerləşən 103a nömrəli ev və ünvan 6 ünvanda yerləşən torpaq sahəsi və orada yerləşən 2 mərtəbəli qeyri-yaşayış sahəsinin məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə xüsusi müsadirə edilməsi hissədə dəyişdirilmədən, apellyasiya şikayətləri həmin hissədə təmin edilmədən saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 30 yanvar 2024cü il tarixli, 1(102)-13/2024 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 fevral 2023-cü il tarixli, 1(103)-288/2023 nömrəli qərarı verilmiş kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. X23 haqqında cinayət işi üzrə qanuni qüvvədə olan məhkəmə hökmünə və qərarlarına əsasən, onun törətdiyi cinayətlər nəticəsində “Azərxalça" ASC-yə 21,673,593.48 manat ziyan vurulmuşdur. Lakin ziyanın bərpa edilməsi üzrə işə baxan məhkəmələr cinayət-prosessual qaydada lazımi tədbirlər görməmişdir. Hökmün (məhkəmənin yekun qərarının) icrası barədə Nərimanov rayon icra şöbəsinə verilmiş göstərişə əsasən, 1(101)-205/2022 saylı, 14 iyun 2024-cü il tarixli göstərişə görə, X11 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.4, 213.3, 308.2 və 313-cü maddələri ilə məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 yanvar 2022-ci il tarixli, 1(101)-205/2022 nömrəli hökmü Bakı Apellyasiya Məhkəməsinin 1(103)-288/2023 nömrəli, 21 fevral 2023-ci il qərarı qanuni qüvvəyə minmiş və dərhal icra edilməlidir. Hökmdən çıxarış və icra vərəqi Cavabdeh2 mülkiyyətində olan 0.01071 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 268.3 kv.m olan ünvan 3-da yerləşən qeyriyaşayış binası, Bakı şəhəri, Nərimanov rayonu, 2-ci Sülh döngəsi, 4 nömrəli ev, X11 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, X33 küçəsində yerləşən 103 nömrəli ev, hüquqi ünvanı ünvan 8-nin səhm payları və aktivləri xüsusi müsadirə edilərək məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması hissəsində icra olunması üçün göndərilmişdir. Hökmün (məhkəmənin yekun qərarının) icrası barədə Nizami rayon icra şöbəsinə verilmiş göstərişə əsasən, X11 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.4, 213.3, 308.2 və 313-cü maddələri ilə məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 yanvar 2022-ci il tarixli, 1(101)-205/2022 nömrəli hökmü Bakı Apellyasiya Məhkəməsinin 1(103)-283/2023 nömrəli, 21 fevral 2023-ci il qərarı qanuni qüvvəyə minmiş və dərhal icra edilməlidir. Hökmdən çıxarış və icra vərəqi təmin edilmiş mülki iddianın - Cavabdeh2 və ailə üzvlərinin adlarına elan üzərinə həbs qoyulmuş ümumilikdə dəyəri 30.288.116,16 manat təşkil edən, Cavabdeh2 mülkiyyətində olan 0.01071 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 268.3 kv.m olan ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış binası, Bakı şəhəri, Nərimanov rayonu, 2-ci Sülh döngəsi 4 nömrəli ev, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, ev 48, 48A, 50, 50A, 52, 52A, 54, 54A, 548, 56, 56A, 56B, 56C, 56B, 56C, 58, 58A, 58B, 60, 60A, 608, 60C saylı evin 4 nömrəli mənzili, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 17a/32 nömrəli bağ sahəsi, Quba şəhəri, Qəçrəş yolunda yerləşən 0,20 ha torpaq sahəsi, X11 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, X33 küçəsində yerləşən 103 nömrəli ev, "Azər-ilmə” MMC-nin səhm payları və aktivlərin satışından əldə olunan gəlirdən 640.922.04 manat Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhər Lokal Gəlirlər Baş İdarəsinin hesabına keçirilməsi hissəsində icra olunması üçün göndərilmişdir. İş materiallarındakı Bakı şəhəri, Nərimanov rayonu, Şəmsi Rəhimov küçəsi 2 ünvanında faktiki sahibkarlıq fəaliyyəti ilə məşğul olan ”Azər İlmə” MMC-nin sahibkarlıq subyekti kimi fəaliyyətinin qiymətləndirilərək bazar dəyərinin müəyyən edilməsinə dair 21 iyun 2021-ci il tarixli rəydən görünür ki, 31 dekabr 2020-ci il tarixində "xxxx" MMC-nin balansında olan nağd pul və onun ekvivalentinin ümumi məbləği 11,848.0 manat təşkil etmişdir. İddiaçının vəkilinin və məhkəmənin sorğularına cavab olaraq, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X45nin 1 saylı Bakı Ərazi İdarəsinin arayışlarından görünür ki, X17 aid: Bakı şəhəri 42 saylı DNK-nın 40/05-455 reyestr nömrəli, xx.xx.2010-cu il tarixli bağışlama müqaviləsinə əsasən, Bakı şəhəri, Nərimanov rayonu, X33 küçəsi, 103a saylı fərdi yaşayış evi və evin yerləşdiyi 0.05677 ha torpaq sahəsi xx.xx.2010-cu il tarixdə qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Nərimanov RİH-nın 112 nömrəli, xx.xx.2013-cü il tarixli sərəncamına əsasən, Bakı şəhəri, Nərimanov rayonu, 2-ci Sülh döngəsi, 4 saylı fərdi yaşayış evi xx.xx.2015-ci il tarixdə qeydiyyatdan keçmişdir, lakin Bakı şəhəri 51 saylı DNK-nın 48-699 reyestr nömrəli xx.xx.2015-ci il tarixli bağışlama müqaviləsinə əsasən özgəninkiləşdirilmişdir. "xxxx" MMC-nin 95 nömrəli xx.xx.2020-ci il tarixli maliyyə arayışına və xx.xx.2009-cu il tarixli müqaviləyə əsasən, Bakı şəhəri, Xətai rayonu, Fəzail Bayramov küçəsi, mənzil 105 (AZ 1025, Bakı şəhəri, Xətai rayonu, Yeryomenko küçəsi, 34, M20, m4) xx.xx.2020-ci il tarixdə qeydiyyatdan keçmişdir, lakin Bakı şəhəri 51 saylı DNK-nın 40-1536 reyestr nömrəli, xx.xx.2020-ci il tarixli bağışlama müqaviləsinə əsasən özgəninkiləşdirilmişdir. Ləğv edilmiş DTXK tərəfindən verilmiş ********* nömrəli şəhadətnaməyə, 48 nömrəli xx.xx.2011-ci il tarixli hərrac protokoluna, həmçinin Quba rayon DNK-nın 40/01-70 reyestr nömrəli, xx.xx.2011-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən, Quba şəhəri, "Qəçrəş yolu" y/m küçəsində yerləşən 0.2 ha torpaq sahəsi xx.xx.2012-ci il tarixdə qeydiyyatdan keçmişdir, lakin Quba rayon DNK-nın 48-261 reyestr nömrəli xx.xx.2017-ci il tarixli bağışlama müqaviləsinə əsasən özgəninkiləşdirilmişdir. Bakı şəhəri 32 saylı DNK-nın D-4-1239 reyestr nömrəli, xx.xx.1993cü il tarixli alqı-satqı müqaviləsinə əsasən Bakı şəhəri, Naxçıvani küçəsi, ev 28, 9 nömrəli mənzil xx.xx.1993-cü il tarixdə qeydiyyatdan keçmişdir, lakin Bakı şəhəri 32 saylı DNK-nın D7-2053 reyestr nömrəli xx.xx.1993-cü il tarixli bağışlama müqaviləsinə əsasən özgəninkiləşdirilmişdir. Bakı şəhəri 42 saylı DNK-nın 2V-78 reyestr nömrəli, xx.xx.2004-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən, Bakı şəhəri, 12ci Aşırım küçəsi, 4 saylı fərdi yaşayış evinin 9/18 hissəsi xx.xx.2004-cü il tarixdə qeydiyyatdan keçmişdir, lakin Bakı şəhəri 42 saylı DNK-nın 40-01-06 reyestr nömrəli xx.xx.2005-ci il tarixli bağışlama müqaviləsinə əsasən özgəninkiləşdirilmişdir. X4 aid: Bakı şəhəri, Nərimanov rayonu, X33 küçəsi, 103A ünvanında yerləşən qeyri-yaşayış binasına dair 000906 nömrəli, xx.xx.2001-ci il tarixli mülkiyyət hüququ haqqında şəhadətnamə verilmişdir, lakin Bakı şəhəri 42 saylı DNK-nın 40-02-102 reyestr nömrəli xx.xx.2008-ci il tarixli bağışlama müqaviləsinə əsasən özgəninkiləşdirilmişdir. Bakı şəhəri 16 saylı DNK-nın xx.xx.2003-cü il tarixli 40-3/254 reyestr nömrəli alqı-satqı müqaviləsinə, "Birlik" BTİ və İB-nın 31258 nömrəli xx.xx.2003-cü il tarixli müqaviləyə, Sabunçu RİH-nın 745 nömrəli, xx.xx.2008-ci il tarixli sərəncamına və ləğv edilmiş DTXK-nın A№060813 nömrəli, xx.xx.2008-ci il tarixli torpaq sahəsinin planı və ölçüsünə əsasən, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 691b saylı bağ evi və evin yerləşdiyi 0.09 ha torpaq sahəsi xx.xx.2008-ci il tarixdə qeydiyyatdan keçmişdir, lakin Bakı şəhəri 42 saylı DNK-nın 40-02-102 reyestr nömrəli xx.xx.2008-ci il tarixli bağışlama müqaviləsinə əsasən özgəninkiləşdirilmişdir. Bərdə rayon X15 İcraiyyə Komitəsinin 1d-250 nömrəli xx.xx.1986-cı il tarixli müqaviləyə əsasən, Bərdə şəhəri, X46 küçəsi, döngə 3, 12 saylı fərdi yaşayış evi xx.xx.1986-cı il tarixdə qeydiyyatdan keçmişdir. Bakı şəhəri 32 saylı DNK-nın D7-2053 reyestr nömrəli, xx.xx.1993-cü il tarixli bağışlama müqaviləsinə əsasən Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi 28, 9 saylı mənzil xx.xx.1993-cü il tarixdə qeydiyyatdan keçmişdir, lakin Bakı şəhəri 42 saylı DNK-nın 40-02-101 reyestr nömrəli xx.xx.2008-ci il tarixli bağışlama müqaviləsinə əsasən özgəninkiləşdirilmişdir. Cavabdeh2 aid: Bakı şəhəri 9 saylı DNK-nın 40-3/505 reyestr nömrəli, xx.xx.2006-cı il tarixli alqı-satqı müqaviləsinə əsasən Bakı şəhəri, Nərimanov rayonu, X33 küçəsi 103a/1, 1 saylı mənzil xx.xx.2006-cı il tarixdə qeydiyyatdan keçmişdir və Bakı şəhəri 42 saylı DNK- nın 48-02- 102 reyestr nömrəli xx.xx.2008-ci il tarixli bağışlama müqaviləsinə əsasən, Bakı şəhəri, Nərimanov rayonu, X33 küçəsi, 103A ünvanında yerləşən qeyri- yaşayış binası xx.xx.2008-ci il tarixdə qeydiyyatdan keçmişdir. Nərimanov RİH-nın 365 nömrəli, xx.xx.2009-cu il tarixli sərəncamına və 173 nömrəli, xx.xx.2008-ci il tarixli sərəncamına əsasən sözügedən ünvan fərdi yaşayış kimi xx.xx.2009-cu il tarixdə qeydiyyatdan keçmişdir, lakin Bakı şəhəri 42 saylı DNK-nın 48/05-455 reyestr nömrəli xx.xx.2010-cu il tarixli bağışlama müqaviləsinə əsasən özgəninkiləşdirilmişdir. Bakı ŞİH-nin 008732 nömrəli, xx.xx.2005-ci il tarixli orderinə, İnkişaf MTK-nın xx.xx.2007-ci il tarixli maliyyə arayışına, xx.xx.2007-ci il tarixli forma-2 arayışa və X8 razılıq ərizəsinə əsasən Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti 14, 5 saylı mənzil (AZ 1073, Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, giriş 14, M4, m3) xx.xx.2007-ci il tarixdə qeydiyyatdan keçmişdir, lakin Bakı şəhəri 29 saylı DNK-nın 40-1023 reyestr nömrəli xx.xx.2024-cü il tarixli alqı-satqı və ipoteka müqaviləsinə əsasən özgəninkiləşdirilmişdir. Bakı şəhəri 42 saylı DNK-nın 40/02-139 reyestr nömrəli xx.xx.2009-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 17a/32 saylı bağ sahəsinin bir hissəsi xx.xx.2009-cu il tarixdə qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. 000672 nömrəli, xx.xx.2007-ci il tarixli torpaq sahələrinin satılmasına dair şəhadətnaməsinə və 001512 nömrəli, xx.xx.2007-ci il tarixli Dövlət əmlakının satılması haqqında şəhadətnaməyə əsasən ünvan 11 ünvanında yerləşən qeyri-yaşayış binası xx.xx.2010-cu il tarixdə qeydiyyatdan keçmişdir, lakin Bakı şəhəri 42 saylı DNK-nın 40/05- 476 reyestr nömrəli xx.xx.2010-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən özgəninkiləşdirilmişdir. Bakı şəhəri 51 saylı DNK-nın 48-699 reyestr nömrəli, xx.xx.2015-ci il tarixli bağışlama müqaviləsinə əsasən Bakı şəhəri, Nərimanov rayonu, 2-ci Sülh döngəsi, 4 saylı fərdi yaşayış evi xx.xx.2015-ci il tarixdə qeydiyyatdan keçmişdir, lakin Bakı şəhəri 51 saylı DNK-nın 48-2136 reyestr nömrəli xx.xx.2023-cü il tarixli bağışlama müqaviləsinə əsasən özgəninkiləşdirilmişdir. Nərimanov RİH-nin 255 saylı, xx.xx.2015-ci il tarixli sərəncamına, keçmiş 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3220/2015 nömrəli xx.xx.2015-ci il tarixli qərarından çıxarışa və qərarına əsasən ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış binası xx.xx.2015-ci il tarixdə qeydiyyatdan keçmişdir, lakin Bakı şəhəri 51 saylı DNK-nın 48-2135 reyestr nömrəli xx.xx.2023-cü il tarixli bağışlama müqaviləsinə əsasən özgəninkiləşdirilmişdir. "xxxx" MTK-nın 00231 nömrəli xx.xx.2020-ci il tarixli maliyyə arayışına və protokolundan çıxarışa əsasən xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 48, 48A, 50, 50A, 52, 52A, 54, 54A, 548, 56, 56A, 568, 56C, 58, 58A, 588, 60, 60A, 60B, 60C, mənzil 4 qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Quba rayon DNK-nın 40-261 reyestr nömrəli xx.xx.2017-ci il tarixli bağışlama müqaviləsinə əsasən Quba şəhəri, "Qəçrəş yolu" y/m küçəsində yerləşən 0.2 ha torpaq sahəsi xx.xx.2017- ci il tarixdə qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Bakı şəhəri 42 saylı DNK-nın 40-01-06 reyestr nömrəli, xx.xx.2005-ci il tarixli bağışlama müqaviləsinə, 40/05-469 reyestr nömrəli, xx.xx.2007-ci il tarixli alqı-satqı müqaviləsinə, 40/04-337 reyestr nömrəli, xx.xx.2008-ci il tarixli alqı-satqı müqaviləsinə. 40/01-42 reyestr nömrəli, xx.xx.2010-cu il tarixli alqı-satqı müqaviləsinə, 40/05-454 reyestr nömrəli, xx.xx.2010-cu il tarixli alqı-satqı müqaviləsinə, həmçinin Bakı şəhəri 38 saylı DNK-nın 40/3- 310 reyestr nömrəli,xx.xx.2007-ci il tarixli alqı-satqı müqaviləsinə və 40/3- 328 reyestr nömrəli xx.xx.2007-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Bakı şəhəri, 12-ci Aşırım küçəsi, 4 saylı fərdi yaşayış evi qeydiyyatdan keçmişdir, lakin ev söküldüyü üçün hüquqları ləğv edilmişdir. Cavabdeh3nə aid: Vergi orqanının çıxarışından görünür ki, Cavabdeh3 (VÖEN:**********1) kommersiya hüquqi şəxsi kimi dövlət qeydiyyatına alınmışdır, hüquqi ünvanı ünvan 12isi isə X13r. Daşınmaz əmlakın dövlət reyestr xidmətinin sorğu üzrə arayışından görünür ki, Bakı şəhəri, Nərimanov Rayonu, Şəmsi Rəhimov küçəsi 2 nömrəli qeyri-yaşayış binası xüsusi mülkiyyət hüququ ilə Cavabdeh3 MMC-nin xüsusi mülkiyyətindir. Qeyri-yaşayış binasının ümumi sahəsi 1137, 7 m2, yerləşdiyi torpaq sahəsi 0,142087 ha-dır. İşin məhkəmə baxışına hazırlığı zamanı məlum olmuşdur ki, iş üzrə mərhum X23 vəfat etdikdən sonra onun vərəsələri kimi X9, Cavabdeh2, X19, X20 tanınmış və vərəsəliyi qəbul etmişlər. Digər vərəsələr miras payından vərəsə Cavabdeh1 xeyrinə imtina etmişlər. Cavabdeh X4 3711 manat pul vəsaitinin miras qaldığı barədə 24 may 2024-cü il tarixli vərəsəlik şəhadətnaməsi verilmişdir. X9 mərhum X11 cinayət təqiqi ilə bağlı məhkəmə prosesində hüquqi varis kimi iştirak etmiş, X11 əmlakları barədə xüsusi müsadirəni mübahisələndirmiş, apellyasiya və kassasiya şikayətləri vermiş, lakin nəhayət etibarı ilə məhkəmə qərarları ilə əmlaklar müsadirədə saxlanılmışdır. Hüquqi varis kimi Muradova bilərəkdən və əmlakı diqqətdən yayındırmaq niyyəti ilə hərəkət edərək birgə nikah dövründə əldə edilmiş əmlakı miras kimi qəbul etsə də, bu barədə notariusa məlumat verməmişdir. Belə ki, Muradovun ölüm gününədək onlar arasında 23 mart 1978-ci ildən rəsmi nikah olmuşdur. Birgə nikah dövründə Muradovanın adına Bərdə şəhəri, Vaqif küçəsi, döngə 33, 12 saylı fərdi yaşayış evi 08 may 1986-cı ildə mülkiyyət hüququ ilə qeydiyyata alınmışdır və X23 həmin ünvanda yaşayış yeri üzrə qeydiyyatda olmuşdur, yəni yaşayış evi Muradovların ümumi paylı birgə mülkiyyətində olmuşdur və Muradova faktiki olaraq Muradovun payını miras kimi qəbul etmişdir, yəni onun hüquqi və mirasının varisliyini üzərinə götürmüşdür. Binəqədi Rayon Məhkəməsinin qərarları ilə müsadirə edilməli əmlaklar üzərinə həbs qoyulmuş, qanuni qüvvəyə minmiş hökm və digər məhkəmə qərarları ilə əmlakların müsadirə olunması qətiləşmişdir. Xüsusi müsadirə olunmalı əmlaklar müvafiq icra hakimiyyəti orqanına təhvil verilməmişdir. Ziyanın ödənilməsindən sonra əmlak və ya pul vəsaitləri qalarsa, qanunauyğun şəkildə dövlət nəfinə xüsusi müsadirə edilməsi üçün müvafiq qaydada aidiyyəti üzrə təhvil veriləcəkdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 5 may tarixli, 2032 saylı sərəncamına əsasən yaradılmışdır. Onun Nizamnaməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il tarixli, 375 nömrəli qərarı ilə təsdiq edilmişdir. Səhmlərinin 100%-i dövlətə məxsusdur. Cəmiyyətin strukturuna onun aparatı, nümayəndəlikləri və filialları, törəmə cəmiyyətlər daxildir. Cəmiyyətin əsas məqsədi xalça və xalça məmulatlarının istehsalı, ixracı, onların ölkə daxilində və xaricdə satışının təşkili, xalça və xalça məmulatlarının istehsalında yeni texnologiyaların tətbiqi, maddi-texniki bazanın müasirləşdirilməsi və ondan səmərəli istifadə, habelə bu sahənin inkişafı ilə bağlı digər işlərin yerinə yetirilməsidir. Bu məqsədlərə nail olmaq üçün Cəmiyyət müxtəlif istiqamətlərdə fəaliyyət göstərir. Cəmiyyət xalçaçılıq sənətinin inkişafında və dünyada tanınmasında əhəmiyyətli mövqeyə malik nüfuzlu bir təşkilatdır. Cəmiyyətə vurulmuş ziyan onun inkişafına ciddi mənfi təsir göstərmiş, maliyyə imkanlarını zəiflətmişdir. Hazırda Cəmiyyətin Bakı şəhərində müasir ofis binasına, istehsalat, tədris və anbar sahələrinə, işçilərin maddi-məişət şəraitinin yaxşılaşdırılması təyinatlı obyektlərə böyük ehtiyacı var. Ziyanın ödənilməsi üçün tələb yönələn əmlaklar Cəmiyyətin öz funksiyalarının həyata keçirməsində istifadə üçün faydalıdır. Həm də onlar texnoloji baxımdan uyğun yaradıldığından, əlavə xərc qoyulmadan bilavasitə təyinatı üzrə istifadə olunması mümkündür. Dövriyyə vəsaitlərinin naturada əvəzləşdirilməsi məqbul deyil, istənilən halda onların realizəsi tələb olunur, xüsusilə vergi orqanına dəymiş ziyanın ilk növbədə ödənilməsi və pul vəsaitlərinin əldə edilməsi üçün onların açıq hərrac yolu satışı faydalı və səmərəli hesab olunur.

İddia ərizəsinə qarşı etirazın dəlilləri: Cavabdeh1 vəkili Vəkil2 məhkəməyə iddia tələbi ilə bağlı yazılı etiraz ünvanlayaraq, Cavabdeh1 05 noyabr 2021-ci il tarixdə vəfat etmiş X11 barəsində olan cinayət işi üzrə onun hüquqi varisi qismində tanındığını, mərhum Vidadi Muradovun cavabdehin əri olduğunu, mərhum Vidadi Muradovun barəsində cinayət işinin olması, sonradan həmin cinayət işinin gedişində onun vəfatı Cavabdeh1 çox dərindən sarsıtdığını, elə bu səbəblərə görə cavabdehin onun birinci növbə vərəsəsi olsa da, ondan qalmış heç bir əmlak üzrə mirası qəbul etmədiyini, belə olan halda, cavabdehin mərhumun barəsində olan heç bir iş üzrə mülki cavabdehlik daşımadığını, Cavabdeh1 onun vərəsəsi kimi miras əmlakları qəbul etdiyi təqdirdə belə, yenə də qəbul etdiyi miras həddində cavabdeh ola biləcəyini, mirası qəbul etmiş vərəsələrin universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olduğunu, mərhum Vidadi Muradov vəfat edərkən artıq onun mülkiyyətində olan bütün əmlakların müsadirə edildiyini, yəni ondan sonra heç miras qismində qəbul edilməsi mümkün olan əmlakının olmadığını bildirmişdir. Bundan əlavə, iddia ərizəsində tələb edilən Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, ev 14, 5 saylı mənzil üzərində olan həbs Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-205/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə ləğv edildiyini, ünvan 14 ünvanında yerləşən qeyriyaşayış sahəsi, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 17A/32 bağ sahəsi və Bakı şəhəri, Nərimanov rayonu, 2-ci Sülh döngəsi 4 ünvanında yerləşən mənzil Azərbaycan Respublikası Ali Məhkəməsinin 1(102)-1342/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə xüsusi müsadirə əmlak siyahısından çıxarılıb üzərindən həbsin götürüldüyünü, Bakı Ağır Cinayətlər Məhkəməsi yanlış olaraq qeyd edilən əmlaklarla bağlı da icra vərəqəsi versə də, sonradan həmin yalnışlıqların aradan qaldırılması məqsədilə Bakı Ağır Cinayətlər Məhkəməsi 1(101)-205/2022 saylı, xx.xx.2024-cü il tarixli məktubla Xəzər Rayon İcra Şöbəsinə müraciət edərək, göstəriş və icra vərəqəsi hazırlanan zaman Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının həmin iş üzrə qəbul etdiyi 12 oktyabr 2022-ci il tarixli, 1(102)-1342/2022 saylı qərardakı - Cavabdeh2 mülkiyyətində olan “Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 17a/32 nömrəli bağ sahəsi”nin xüsusi müsadirə edilmiş əmlakların siyahısından çıxarılması və üzərinə qoyulmuş həbs götürülməsi hissənin nəzərə alınmadığını, qeyd edilənləri nəzərə alaraq, 14 iyun 2024-cü il tarixdə göndərilmiş 14 iyun 2024-cü il tarixli, 1(101)-205/2022 nömrəli göstəriş və icra vərəqəsinin icra edilmədən geri göndərilməsini xahiş etdiyini, həmçinin, eyni tarixli məktubla Nərimanov Rayon İcra Şöbəsinə müraciət edərək, göstəriş və icra vərəqəsi hazırlanan zaman Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının həmin iş üzrə qəbul etdiyi 12 oktyabr 2022-ci il tarixli, 1(102)-1342/2022 saylı qərardakı - Cavabdeh2 mülkiyyətində olan ünvan 3-da yerləşən qeyri-yaşayış binası, Bakı şəhəri, Nərimanov rayonu, 2-ci Sülh döngəsi, 4 nömrəli evin xüsusi müsadirə edilmiş əmlakların siyahısından çıxarılması və üzərilərinə qoyulmuş həbs götürülməsi hissəsinin nəzərə alınmadığını, qeyd edilənləri nəzərə alaraq, yeni icra vərəqi verilməsi məqsədilə göndərildiyi bildirilmiş və 14 iyun 2024-cü il tarixli, 1(101)-205/2022 nömrəli göstəriş və icra vərəqəsinin icra edilmədən geri göndərilməsini xahiş etdiyini və iddiaçının əsassız və qanunsuz olaraq məhkəmədə iddia qaldırdığını bildirmiş və İddiaçı ASC tərəfindən verilmiş iddia ərizəsinin əsassız və qanunsuz olduğundan, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyi məhkəməyə iddia tələbi ilə bağlı yazılı mülahizə ünvanlayaraq, ünvan 16xli hökmü ilə X17 faktiki olaraq məxsus olmuş Cavabdeh2 adına dövlət qeydiyyatına alınmış ünvan 3-da yerləşən qeyri-yaşayış binası, Bakı şəhəri, Nərimanov rayonu, 2-ci Sülh döngəsi, 4 nömrəli ev, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, ev 48, 48A, 50, 50A, 52, 52A, 54, 54A, 54B, 56, 56A, 56B, 56C, 58, 58A, 58B, 60, 60A, 60B, 60C saylı evin 4 nömrəli mənzili, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 17a/32 nömrəli bağ sahəsi, Quba şəhəri, Qəçreş yolunda yerləşən 0.20 ha torpaq sahəsi, X11 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, X33 küçəsində yerləşən 103 nömrəli ev, "xxxx" MMC-nin səhm payları və aktivlərinin xüsusi müsadirə edilərək məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması və əldə olunan gəlirdən 640.922.04 manat Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhər Lokal Gəlirlər Baş idarəsinin hesabına keçirilməsinin müəyyən edildiyini, preyudisiallığın məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsi olduğunu, preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəldiyini, preyudisiallığı tənzim edən normaların sübutetmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəldiyini, eyni zamanda faktın preyudisiallığının məhkəmə üçün onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyü demək olduğunu, göstərilənlərə əsasən, araşdırılan mübahisə üzrə obyektiv həqiqətin müəyyən edilməsi və iddia tələbinin təmin ediləcəyi təqdirdə, yaranacaq biləcək anlaşılmazlıqlarla əlaqədar ünvan 16xli hökmünün qüvvədə olduğunun nəzərə alınmasını və iddia tələbinə bu konteksdə baxılmasının məqbul hesab etdiyini bildirmişdir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında İddiaçı ASC-nin nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsi ilə eyniməzmunlu izahat verib, iddia tələbinin əsaslı olduğunu bu səbəbdən də iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh1 vəkili Vəkil2 iddia tələbinə etiraz edərək, Cavabdeh1 cinayət işi zamanı yalnız hüquqi varis kimi çıxış etdiyini, mülki hüquqi mənada onun vərəsə olmadığını, habelə mərhum Vidadi Muradov vəfat edərkən artıq onun mülkiyyətində olan bütün əmlakların müsadirə edildiyini, ondan sonra miras qismində qəbul edilməsi mümkün olan hər hansı əmlakının olmadığını bildirib, iddianın rədd edilməsini xahiş etdi. Digər proses iştirakçılarına məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar, məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, tərəflərin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir.

İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsinin və strukturunun təsdiq edilməsi barədə 4 oktyabr 2016-cı il tarixli, 175 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına əsasən, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsi və strukturu təsdiq edilmişdir. - Cavabdeh2 və X20 tərəfindən Bərdə Regional “Asan Xidmət" Mərkəzi Notariat Ofisinə ünvanlanmış xx.xx.2023-cü il tarixli ərizələrə əsasən, xx.xx.2021-ci il tarixdə vəfat etmiş atası - X10 onlara çatası miras payını rəsmi və faktiki olaraq qəbul etmədiklərini və gələcəkdə mirasın qəbulu ilə bağlı məhkəmədə iddia qaldırmayacaqlarını bildirmişlər. - X25 tərəfindən Bərdə Regional “Asan Xidmət" Mərkəzi Notariat Ofisinə ünvanlanmış xx.xx.2023-cü il tarixli ərizəyə əsasən, xx.xx.2021-ci il tarixdə vəfat etmiş atası - X10 ona çatası miras payını rəsmi və faktiki olaraq qəbul etmədiyini və gələcəkdə mirasın qəbulu ilə bağlı məhkəmədə iddia qaldırmayacağını bildirmişdir. - X3 Bərdə Regional “Asan Xidmət" Mərkəzi Notariat Ofisinə ünvanlanmış xx.xx.2023-cü il tarixli ərizəyə əsasən, o, Cavabdeh2 xx.xx.2021-ci il tarixdə vəfat etdiyini, miras əmlakın adına olan müavinət və pul məbləğindən ibarət olduğunu, ondan başqa vərəsə olmadığını bildirmiş və göstərilən miras əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. - “Elektron notariat” X1 vasitəsilə “X7” AQİS-dən əldə olunmuş çıxarışa əsasən, X11 adına doğum, nikah və ölüm olmaqla, 3 akt qeydi aşkarlanmışdır. - Bərdə Regional “Asan Xidmət" X16 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 3-16- 5/8-2xx/xx-2023 nömrəli arayışdan göründüyü kimi, Azərbaycan Respublikasının vətəndaşı xx.xx.1956-cı il tarixdə Azərbaycan Respublikası Bərdə rayonunda doğulmuş və xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonunda vəfat etmiş (Bakı Nərimanov ray. Q.Ş. tərəfindən xx.xx.2021-ci il tarixli 1296 saylı ölüm haqqında akt qeydi qeydə alınmışdır) X11 barəsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “X7” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində həmin şəxsə dair xx.xx.2022-ci il tarixədək aparılmış yoxlama məlumatları nəticəsində arvadı:Cavabdeh1 (xx.xx.1959) və oğlu:X25 (xx.xx.1979) olduğu aşkar edilmişdir. - Bərdə Regional “Asan Xidmət" Mərkəzi Notariat Ofisi tərəfindən verilmiş reyestrdə 2V-558 nömrə ilə qeyd edilmiş xx.xx.2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən göründüyü kimi, xx.xx.2021-ci il tarixdə vəfat etmiş Cavabdeh2 vərəsəsi arvadı X5r və o, miras əmlakdan tam hissədə pay almalıdır. Miras əmlak - Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DSMF-nin Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialının 20 aprel 2023-cü il tarixli, 3-17-1/2-87924/2023 nömrəli məktubuna əsasən X11 (pensiya işi № 813027 Bərdə) alınmamış 3711.08 manat pensiya məbləğindən ibarətdir. - Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-205/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə, X23 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.4, 213.3. 308.2 və 313-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinmiş, CMnin 179.4, 213.3, 308.2 və 313-cü maddələri üzrə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətdikdən sonra xx.xx.2021-ci il tarixdə öldüyündən CPM-nin 44.2.1-1-ci maddəsinə əsasən ona cəza təyin edilməmiş, CM-nin 313-cü maddəsi üzrə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən CPM-nin 44.2.1 -ci maddəsinə müvafiq olaraq ona cəza təyin edilməmiş, üzərinə həbs qoyulmuş ümumilikdə dəyəri 30.288.116,16 manat təşkil edən Cavabdeh2 mülkiyyətində olan 0.01071 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 268.3 kv.m olan ünvan 3-da yerləşən qeyri-yaşayış binası Bakı şəhəri, Nərimanov rayonu. 2-ci Sülh döngəsi, 4 nömrəli ev, Bakı şəhəri. Xətai rayonu. Gəncə prospekti, ev 48. 48A, 50, 50A. 52. 52A. 54, 54A, 54B, 56, 56A. 56B: 56C, 56B, 56C, 58, 58A. 58B. 60. 60A, 60B. 60C saylı evin 4 nömrəli mənzili, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi 17a/32 nömrəli bağ sahəsi, Quba şəhəri, Qəçrəş yolunda yerləşən 0,20 ha torpaq sahəsi X11 mülkıyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, X33 küçəsində yerləşən 103 nömrəli ev, “Azər-ilmə" MMC-nin səhm payları və aktivləri xüsusi müsadirə edilərək məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmış, Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospektində yerləşən 14 saylı evin 5 nömrəli mənzili üzərinə qoyulmuş həbs ləğv edilmiş, mülki iddia tam təmin edilmiş, Cavabdeh2 və ailə üzvlərinin adlarına olan üzərinə həbs qoyulmuş əmlaklar, səhm payları və aktivlərin satışından əldə olunan gəlirdən 640.922.04 manat Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhər Lokal Gəlirlər Baş İdarəsinin hesabına keçirilməsi, maddi sübutlar olaraq "xxxx" ASC ilə "xxxx" MMC arasında bağlanılmış 25 oktyabr 2016-cı il tarixli İcarə müqaviləsi, xx.xx.2017-ci il, xx.xx.2018-cı il, xx.xx.2018-ci il, xx.xx.2018-ci il, 09 07.2018-ci il, xx.xx.2018-ci il, xx.xx.2018-ci il, xx.xx.2018-ci il, 01,02.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il tarixli xalça alqı-satqı müqavilələri, "xxxx" ASC ilə "Naxçıvan avtomobil zavodu” MMC. "xxxx" MMC, "xxxx"xxxx" MMC arasında bağlanılmış Nəqliyyat vasitələrinin alqı-satqı müqavilələri. Azərxalça” ASC ilə "X34" MMC arasında bağlanılmış xx.xx.2016-cı il tarixli, "xxxx" MMC ilə xx.xx.2017-ci il tarixli, "Qesr 2017” MMC ilə xx.xx.2017-ci il tarixli, "Azərilmə” ASC ilə xx.xx.2018-ci il tarixli, "xxxx" MMC ilə xx.xx.2018-ci il tarixli, "xxxx" MMC ilə 28 11.2018-ci il tarixli. "xxxx" MMC ilə xx.xx.2019-cu il tarixli, 'VB Group” MMC ile 23.10.20 J9-cu İİ tarixli və Kenzo 2U10" MMC ilə xx.xx.2019-cu il tarixli alqı-satqı müqavilələri. 23 obyekt üzrə layihə-smeta sənədləri və "Forma-2" aktları, "xxxx" ASC və “Paşa Bank" ASCdən götürülmüş "Azərxalça” ASC-ə məxsus maliyyə sənədləri, "xxxx" MMC-dən götürülmüş telefon danışıqlarına dair məlumatların olduğu 1 ədəd disk cinayət işinin materallarında saxlanılmışdır. - Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-667/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə, təqsirləndirilən şəxsin hüquqi varisi Cavabdeh1, hüquqlarına və maraqlarına toxunan şəxslər Cavabdeh2, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin, müdafiəçi X26 və maraqlarına toxunan şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri X14 və vəkili X6 tərəfindən birgə verilmiş apellyasiya şikayətlərinin təmin edilməməsi, X11 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.4, 213.3, 308.2 və 313-cü maddələri ilə təqsirləndirilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-205/2022 saylı, 28 yanvar 2022-ci il tarixi hökmündən təqsirləndirilən şəxsin hüquqi varisi Cavabdeh1, hüquqlarına və maraqlarına toxunan şəxslər Cavabdeh2, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti, müdafiəçi X32 tərəfindən və maraqlarına toxunan şəxs “Xalq Bank" Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri X27 və vəkili X18 tərəfindən birgə verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. - Azərbaycan Respublikası Ali Məhkəməsi Cinayət Kollegiyasının 1(102)-1342/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə, təqsirləndirilən şəxsin müdafiəçisi X32, təqsirləndirilən şəxsin hüquqi varisi Cavabdeh1 və müdafiəçisi Vəkil2 tərəfindən birgə verilmiş, maraqlarına toxunan şəxs Cavabdeh2 və onun vəkili X29 tərəfindən birgə verilmiş kassasiya şikayətlərinin qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 aprel 2022-ci il tarixli qərarının həmin kassasiya şikayətlərinə münasibətdə əmlakların xüsusi müsadirə edilməsi hissəsində dəyişdirilməsi, ünvan 3-da yerləşən qeyri-yaşayış binası, Bakı şəhəri, Nərimanov rayonu, 2-ci Sülh döngəsi, 4 nömrəli ev, Bakı şəhəri, Xəzər rayonu, Şüvelan qəsəbəsi, 17a/32 nömrəli bağ sahəsinin xüsusi müsadirə edilmiş əmlaklar siyahısından çıxarılması və üzərlərinə qoyulmuş həbsin götürülməsi, maraqlarına toxunan şəxs "Azər-İlmə” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Xəqani Talıbov və vəkili X12 tərəfindən birgə verilmiş və "Xalq Bank” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri X24 və vəkili X18 tərəfindən birgə verilmiş kassasiya şikayətlərinin qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 aprel 2022-ci il tarixli qərarı maraqlarına toxunan şəxs “Xalqbank" ASCdə ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Nərimanov rayonu, X33 küçəsində yerləşən 103a nömrəli ev və ünvan 6 ünvanda yerləşən torpaq sahəsi və orada yerləşən 2 mərtəbəli qeyri-yaşayış sahəsinin xüsusi müsadirə edilməsi hissəsində ləğv edilməsi və cinayət işinin həmin hissədə baxılması üçün yeni apellyasiya baxışına təyin edilməsi, qərarın qalan hissədə dəyişdirilməməsi qərara alınmışdır. - Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-288//2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə, X11 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.4, 213.3, 308.2 və 313-cü maddələri ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-205/2022 saylı, 28 yanvar 2022-ci il tarixli hökmünün Bakı şəhəri, Nərimanov rayonu, X33 küçəsində yerləşən 103a nömrəli ev və ünvan 6 ünvanda yerləşən torpaq sahəsi və orada yerləşən 2 mərtəbəli qeyri-yaşayış sahəsinin məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə xüsusi müsadirə edilməsi hissəsində dəyişdirilmədən, apellyasiya şikayətlərinin həmin hissədə təmin edilmədən saxlanılması qərara alınmışdır. - Azərbaycan Respublikası Ali Məhkəməsi Cinayət Kollegiyasının 1(102)-13/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə, kassasiya şikayətlərinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 fevral 2023-cü il tarixli, 1(103)- 288/2023 nömrəli qərarının verilmiş kassasiya şikayətlərinə münasibətdə deyişdirilmədən saxlanılması qərara alınmışdır. - Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-205/2022 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqəsinə əsasən, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhər Lokal Gəlirlər Baş İdarəsinin mülki iddiasının tam təmin edilməsi, üzərinə həbs qoyulmuş ümumilikdə dəyəri 30.288.116,16 manat təşkil edən, Cavabdeh2 mülkiyyətində olan 0.01071 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 268.3 kv.m olan ünvan 3-da yerləşən qeyri-yaşayış binası, Bakı şəhəri, Nərimanov rayonu, 2-ci Sülh döngəsi, 4 nömrəli ev, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, ev 48, 48A, 50, 50A, 52, 52A, 54, 54A, 54B, 56, 56A, 56B, 56C, 56B, 56C, 58, 58A, 58B, 60, 60A, 60B, 60C saylı evin 4 nömrəli mənzili, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 17a/32 nömrəli bağ sahəsi, Quba şəhəri, Qəçreş yolunda yerləşən 0,20 ha torpaq sahəsi, X11 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, X33 küçəsində yerləşən 103 nömrəli ev, "xxxx" MMC-nin səhm payları və aktivləri xüsusi müsadirə edilərək məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması və əldə olunan gəlirdən 640.922.04 manatın Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhər Lokal Gəlirlər Baş İdarəsinin hesabına keçirilməsi, Cavabdeh2 məxsus olub, 0.01071 ha torpaq sahəsində yereşen ümumi sahəsi 268.3 kv.m olan Bakı şəhəri, Nərimanov rayonu, Şəmsi Rəhimov küçesi 2A-da yerləşən qeyri-yaşayış binası, Bakı şəhəri, Nərimanov rayonu, 2-ci Sülh döngəsi, 4 nömrəli ev, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, ev 48, 48A, 50, 50A, 52, 52A, 54, 54A, 54B, 56, 56A, 56B, 56C, 56B, 56C, 58, 58A, 58B, 60, 60A, 60B, 60C saylı evin 4 nömrəli mənzili, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 17a/32 nömrəli bağ sahəsi, Quba şəhəri, Qeçreş yolunda yerləşən 0,20 ha torpaq sahəsi, Bakı şəhəri, Nərimanov rayonu, X33 küçəsində yerləşən 103 nömrəli ev, hüquqi ünvanı ünvan 18-nin (VÖEN №**********) səhm payları və aktivlərinin xüsusi müsadirə edilərək zərərçəkmiş şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhər Lokal Gəlirlər Baş İdarəsinə dəymiş zərərin ödənilməsinə yönəldilməsi nəzərdə tutulmuş və hökmün xx.xx.2023-cü il tarixdə qanuni qüvvəyə mindiyi göstərilmişdir. - Bakı Ağır Cinayətlər Məhkəməsinin Nərimanov Rayon İcra Şöbəsinə ünvanlanmış 1(101)-205/2022 saylı, xx.xx.2024-cü il tarixli hökmün (məhkəmənin yekun qərarının) icrası barədə göstərişinə əsasən, hökmdən çıxarış və icra vərəqi Cavabdeh2 mülkiyyətində olan 0.01071 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 268.3 kv.m olan ünvan 3-da yerləşən qeyri-yaşayış binası, Bakı şəhəri, Nərimanov rayonu, 2-ci Sülh döngəsi, 4 nömrəli ev, X11 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, X33 küçəsində yerləşən 103 nömrəli ev, hüquqi ünvanı ünvan 20-nin səhm payları və aktivləri xüsusi müsadirə edilərək məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması hissəsində icra olunması üçün göndərilmişdir. - Bakı Ağır Cinayətlər Məhkəməsinin Nizami Rayon İcra Şöbəsinə ünvanlanmış 1(101)-205/2022 saylı, xx.xx.2024-cü il tarixli hökmün (məhkəmənin yekun qərarının) icrası barədə göstərişinə əsasən, hökmdən çıxarış və icra vərəqi təmin edilmiş mülki iddianın - Cavabdeh2 və ailə üzvlərinin adlarına olan üzərinə həbs qoyulmuş ümumilikdə dəyəri 30.288.116,16 manat təşkil edən, Cavabdeh2 mülkiyyətində olan 0.01071 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 268.3 kv.m olan ünvan 3-da yerləşən qeyri-yaşayış binası, Bakı şəhəri, Nərimanov rayonu, 2-ci Sülh döngəsi, 4 nömrəli ev, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, ev 48, 48A, 50, 50A, 52. 52A, 54. 54A, 54B, 56. 56A, 56B, 56C, 56B, 56C, 58, 58A, 58B, 60, 60A, 60B, 60C saylı evin 4 nömrəli mənzili, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 17a/32 nömrəli bağ sahəsi, Quba şəhəri, Qəçreş yolunda yerləşən 0,20 ha torpaq sahəsi, X11 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, X33 küçəsində yerləşən 103 nömrəli ev, “Azər-İlmə" MMC-nin səhm payları və aktivlərin satışından əldə olunan gəlirdən 640.922.04 manat Azərbaycan Respublikası iqtisadiyyat Nazirliyinin yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhər Lokal Gəlirlər Baş İdarəsinin hesabına keçirilməsi hissəsində icra olunması üçün göndərilmişdir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı, ******* nömrəli, xx.xx.2017-ci il qeydiyyat tarixli Çıxarışın surətindən görünür ki, Quba şəhəri, “Qəçreş yolu” yaşayış massivi ünvanında yerləşən 0.20 ha torpaq sahəsi tam mülkiyyət hüququ əsasında Cavabdeh2 məxsusdur. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində 3676 nömrəli reyestr kitabının 344241 nömrəli vərəqində qeydiyyata alınmış xx.xx.2021-ci il qeydiyyat tarixli Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, ev 48, 48A, 50, 50A, 52, 52A, 54, 54A, 54B, 56, 56A, 56B, 56C, 56B, 56C, 58, 58A, 58B, 60, 60A, 60B, 60C ünvanında yerləşən 4 saylı mənzil (Yeni qaydalarla: AZ1121, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 48, M3, m4) tam mülkiyyət hüququ əsasında Cavabdeh2 məxsusdur. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş MA seriyalı, ******* nömrəli, xx.xx.2010-cu il qeydiyyat tarixli Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, X33 küçəsində yerləşən 103a nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ əsasında Cavabdeh2 məxsusdur. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2011-ci il qeydiyyat tarixli Çıxarışın surətindən görünür ki, ünvan 24 ünvanında yerləşən qeyri-yaşayış binası tam mülkiyyət hüququ əsasında "xxxx" MMC-yə məxsusdur. - İddiaçı ASC-nin İdarə heyətinin sədri X22 va onun oğlu Cavabdeh2 məxsus əmlakların orta bazar qiymətinin müəyyən edilməsi ilə əlaqədar aparılmış araşdırmanın nəticəsinə dair tərtib olunmuş xx.xx.2021-ci il tarixli rəyə əsasən, xx.xx.2021-ci il tarixə "xxxx" MMC-nin binası və həmin binanın həyətyanı torpaq sahəsinin orta bazar dəyəri 8 837 401.0 manat, Cavabdeh2 mülkiyyətində olan 0.01071 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 268.3 kv.m olan ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış binasının orta bazar dəyəri 1 175 154.0 manat, Bakı şəhəri, Nərimanov rayonu, 2-ci Sülh döngəsi, 4 nömrəli evin orta bazar dəyəri 4 307 260.0 manat, Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospektində yerləşən 14 saylı evin, 5 nömrəli mənzilinin orta bazar dəyəri 298 928.0 manat, Bakı şəhən, Xətai rayonu, Gəncə prospekti, ev 48, 48A, 50, 50A, 52, 52A, 54, 54A, 54B, 56, 56A, 56B, 56C, 56B, 56C, 58, 58A, 58B, 60, 60A, 60B, 60C saylı evin 4 nömrəli mənzilinin orta bazar qiyməti 149 891.0 manat, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 17a/32 nömrəli bağ sahəsinin orta bazar dəyəri 64 746.0 manat, Quba şəhəri, Qəçreş yolunda yerləşən 0,20 ha torpaq sahəsinin orta bazar qiyməti 134 660.0 manat, X11 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, X33 küçəsində yerləşən 103 nömrəli evin orta bazar dəyəri 4 176 514.0 manat olmaqla, qeyd edilən əmlakların ümumilikdə dəyəri 19 144 554,0 manat təşkil etdiyi müəyyən edilmişdir. - Bakı şəhəri, Nərimanov rayonu, Şəmsi Rəhimov kilçəsi 2 ünvanında faktiki sahibkarlıq fəaliyyəti ilə məşğul olan Cavabdeh3 MMC-nin sahibkarlıq subyekti kimi fəaliyyətinin (səhmlər, avadanlıqlar, inventar və.s) qiymətləndirilərək bazar dəyərinin müəyyən edilməsinə dair tərtib olunmuş xx.xx.2021-ci il tarixli rəyə əsasən, sahibkarlıq subyekti kimi "Azər-İlmə” MMC-nin 31 dekabr 2020-ci il tarixinə biznesinin qiymətləndirilməsinin nəticələrinə əsasən cəmiyyətin səhm payının orta dəyərinin 5 849 380 manat, "xxxx" MMC-nin xx.xx.2020-ci il tarixinə bütün aktivlərinin bazar dəyəri 12 493 110,16 manat, "xxxx" MMC-nin xx.xx.2020-ci il tarixinə bütün öhdəliklərinin bazar dəyəri 5 216 171,00 manat təşkil etdiyi müəyyən edilmişdir. - Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Mütəxəssis təhlilləri şöbəsi tərəfindən Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisinə ünvanlanmış 29 iyun 2021-ci il tarixli xidməti məktuba əsasən, istintaq olunan ********* nömrəli cinayət işi üzrə qəbul edilmiş xx.xx.2021-ci il tarixli “Mütəxəssis təyin edilməsi haqqında” qərara əsasən, Bakı şəhəri, Nərimanov rayonu, Şəmsi Rəhimov kilçəsi 2 ünvanında yerləşən və faktiki sahibkarlıq fəaliyyəti ilə məşğul olan Cavabdeh3 MMC-nin sahibkarlıq subyekti kimi fəaliyyətinin (səhmlər, avadanlıqlar, inventar və.s) qiymətləndirilərək bazar dəyərinin müəyyən edilməsi ilə əlaqədar aparılmış araşdırmanın nəticəsinə dair tərtib edilmiş 21 iyun 2021-ci il tarixli rəyin göndərildiyi bildirilmişdir. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı Və Reyestri X45 1 Saylı Bakı Ərazi İdarəsi tərəfindən “AAA” Vəkil Bürosuna ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-21-3-30/2- 3697/2025 nömrəli məktuba əsasən, X17 aid: Bakı şəhəri 42 saylı DNK-nın 40/05-455 reyestr nömrəli, xx.xx.2010-cu il tarixli bağışlama müqaviləsinə əsasən, Bakı şəhəri, Nərimanov rayonu, X33 küçəsi, 103a saylı fərdi yaşayış evi və evin yerləşdiyi 0.05677 ha torpaq sahəsi xx.xx.2010-cu il tarixdə qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Nərimanov RİH-nın 112 nömrəli, xx.xx.2013-cü il tarixli sərəncamına əsasən, Bakı şəhəri, Nərimanov rayonu, 2-ci Sülh döngəsi, 4 saylı fərdi yaşayış evi xx.xx.2015-ci il tarixdə qeydiyyatdan keçmişdir, lakin Bakı şəhəri 51 saylı DNK-nın 48-699 reyestr nömrəli xx.xx.2015-ci il tarixli bağışlama müqaviləsinə əsasən özgəninkiləşdirilmişdir. "xxxx" MMC-nin 95 nömrəli xx.xx.2020-ci il tarixli maliyyə arayışına və xx.xx.2009-cu il tarixli müqaviləyə əsasən, Bakı şəhəri, Xətai rayonu, Fəzail Bayramov küçəsi, mənzil 105 (AZ 1025, Bakı şəhəri, Xətai rayonu, Yeryomenko küçəsi, 34, M20, m4) xx.xx.2020-ci il tarixdə qeydiyyatdan keçmişdir, lakin Bakı şəhəri 51 saylı DNK-nın 40-1536 reyestr nömrəli, xx.xx.2020-ci il tarixli bağışlama müqaviləsinə əsasən özgəninkiləşdirilmişdir. Ləğv edilmiş DTXK tərəfindən verilmiş ********* nömrəli şəhadətnaməyə, 48 nömrəli xx.xx.2011-ci il tarixli hərrac protokoluna, həmçinin Quba rayon DNK-nın 40/01-70 reyestr nömrəli, xx.xx.2011-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən, Quba şəhəri, "Qəçrəş yolu" y/m küçəsində yerləşən 0.2 ha torpaq sahəsi xx.xx.2012-ci il tarixdə qeydiyyatdan keçmişdir, lakin Quba rayon DNK-nın 48-261 reyestr nömrəli xx.xx.2017-ci il tarixli bağışlama müqaviləsinə əsasən özgəninkiləşdirilmişdir. Bakı şəhəri 32 saylı DNK-nın D-4-1239 reyestr nömrəli, xx.xx.1993cü il tarixli alqı-satqı müqaviləsinə əsasən Bakı şəhəri, Naxçıvani küçəsi, ev 28, 9 nömrəli mənzil xx.xx.1993-cü il tarixdə qeydiyyatdan keçmişdir, lakin Bakı şəhəri 32 saylı DNK-nın D7-2053 reyestr nömrəli xx.xx.1993-cü il tarixli bağışlama müqaviləsinə əsasən özgəninkiləşdirilmişdir. Bakı şəhəri 42 saylı DNK-nın 2V-78 reyestr nömrəli, xx.xx.2004-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən, Bakı şəhəri, 12ci Aşırım küçəsi, 4 saylı fərdi yaşayış evinin 9/18 hissəsi xx.xx.2004-cü il tarixdə qeydiyyatdan keçmişdir, lakin Bakı şəhəri 42 saylı DNK-nın 40-01-06 reyestr nömrəli xx.xx.2005-ci il tarixli bağışlama müqaviləsinə əsasən özgəninkiləşdirilmişdir. X4 aid: Bakı şəhəri, Nərimanov rayonu, X33 küçəsi, 103A ünvanında yerləşən qeyri-yaşayış binasına dair 000906 nömrəli, xx.xx.2001-ci il tarixli mülkiyyət hüququ haqqında şəhadətnamə verilmişdir, lakin Bakı şəhəri 42 saylı DNK-nın 40-02-102 reyestr nömrəli xx.xx.2008-ci il tarixli bağışlama müqaviləsinə əsasən özgəninkiləşdirilmişdir. Bakı şəhəri 16 saylı DNK-nın xx.xx.2003-cü il tarixli 40-3/254 reyestr nömrəli alqı-satqı müqaviləsinə, "Birlik" BTİ və İB-nın 31258 nömrəli xx.xx.2003-cü il tarixli müqaviləyə, Sabunçu RİH-nın 745 nömrəli, xx.xx.2008-ci il tarixli sərəncamına və ləğv edilmiş DTXK-nın A№060813 nömrəli, xx.xx.2008-ci il tarixli torpaq sahəsinin planı və ölçüsünə əsasən, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 691b saylı bağ evi və evin yerləşdiyi 0.09 ha torpaq sahəsi xx.xx.2008-ci il tarixdə qeydiyyatdan keçmişdir, lakin Bakı şəhəri 42 saylı DNK-nın 40-02-102 reyestr nömrəli xx.xx.2008-ci il tarixli bağışlama müqaviləsinə əsasən özgəninkiləşdirilmişdir. Bərdə rayon X15 İcraiyyə Komitəsinin 1d-250 nömrəli xx.xx.1986-cı il tarixli müqaviləyə əsasən, Bərdə şəhəri, X46 küçəsi, döngə 3, 12 saylı fərdi yaşayış evi xx.xx.1986-cı il tarixdə qeydiyyatdan keçmişdir. Bakı şəhəri 32 saylı DNK-nın D7-2053 reyestr nömrəli, xx.xx.1993-cü il tarixli bağışlama müqaviləsinə əsasən Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi 28, 9 saylı mənzil xx.xx.1993-cü il tarixdə qeydiyyatdan keçmişdir, lakin Bakı şəhəri 42 saylı DNK-nın 40-02-101 reyestr nömrəli xx.xx.2008-ci il tarixli bağışlama müqaviləsinə əsasən özgəninkiləşdirilmişdir. Cavabdeh2 aid: Bakı şəhəri 9 saylı DNK-nın 4Ə-3/505 reyestr nömrəli, xx.xx.2006-cı il tarixli alqısatqı müqaviləsinə əsasən Bakı şəhəri, Nərimanov rayonu, X33 küçəsi 103a/1, 1 saylı mənzil xx.xx.2006-cı il tarixdə qeydiyyatdan keçmişdir və Bakı şəhəri 42 saylı DNK- nın 48-02-102 reyestr nömrəli xx.xx.2008-ci il tarixli bağışlama müqaviləsinə əsasən, Bakı şəhəri, Nərimanov rayonu, X33 küçəsi, 103A ünvanında yerləşən qeyri- yaşayış binası xx.xx.2008-ci il tarixdə qeydiyyatdan keçmişdir. Nərimanov RİH-nın 365 nömrəli, xx.xx.2009-cu il tarixli sərəncamına və 173 nömrəli, xx.xx.2008-ci il tarixli sərəncamına əsasən sözügedən ünvan fərdi yaşayış kimi xx.xx.2009-cu il tarixdə qeydiyyatdan keçmişdir, lakin Bakı şəhəri 42 saylı DNK-nın 48/05-455 reyestr nömrəli xx.xx.2010-cu il tarixli bağışlama müqaviləsinə əsasən özgəninkiləşdirilmişdir. Bakı ŞİH-nin 008732 nömrəli, xx.xx.2005-ci il tarixli orderinə, İnkişaf MTK-nın xx.xx.2007-ci il tarixli maliyyə arayışına, xx.xx.2007-ci il tarixli forma-2 arayışa və X8 razılıq ərizəsinə əsasən Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti 14, 5 saylı mənzil (AZ 1073, Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, giriş 14, M4, m3) xx.xx.2007-ci il tarixdə qeydiyyatdan keçmişdir, lakin Bakı şəhəri 29 saylı DNK-nın 40-1023 reyestr nömrəli xx.xx.2024-cü il tarixli alqı-satqı və ipoteka müqaviləsinə əsasən özgəninkiləşdirilmişdir. Bakı şəhəri 42 saylı DNK-nın 40/02-139 reyestr nömrəli xx.xx.2009-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 17a/32 saylı bağ sahəsinin bir hissəsi xx.xx.2009-cu il tarixdə qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. 000672 nömrəli, xx.xx.2007-ci il tarixli torpaq sahələrinin satılmasına dair şəhadətnaməsinə və 001512 nömrəli, xx.xx.2007-ci il tarixli Dövlət əmlakının satılması haqqında şəhadətnaməyə əsasən ünvan 11 ünvanında yerləşən qeyri-yaşayış binası xx.xx.2010-cu il tarixdə qeydiyyatdan keçmişdir, lakin Bakı şəhəri 42 saylı DNK-nın 40/05- 476 reyestr nömrəli xx.xx.2010-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən özgəninkiləşdirilmişdir. Bakı şəhəri 51 saylı DNK-nın 48-699 reyestr nömrəli, xx.xx.2015-ci il tarixli bağışlama müqaviləsinə əsasən Bakı şəhəri, Nərimanov rayonu, 2-ci Sülh döngəsi, 4 saylı fərdi yaşayış evi xx.xx.2015-ci il tarixdə qeydiyyatdan keçmişdir, lakin Bakı şəhəri 51 saylı DNK-nın 48-2136 reyestr nömrəli xx.xx.2023-cü il tarixli bağışlama müqaviləsinə əsasən özgəninkiləşdirilmişdir. Nərimanov RİH-nin 255 saylı, xx.xx.2015-ci il tarixli sərəncamına, keçmiş 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3220/2015 nömrəli xx.xx.2015-ci il tarixli qərarından çıxarışa və qərarına əsasən ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış binası xx.xx.2015-ci il tarixdə qeydiyyatdan keçmişdir, lakin Bakı şəhəri 51 saylı DNK-nın 48-2135 reyestr nömrəli xx.xx.2023-cü il tarixli bağışlama müqaviləsinə əsasən özgəninkiləşdirilmişdir. "xxxx" MTK-nın 00231 nömrəli xx.xx.2020-ci il tarixli maliyyə arayışına və protokolundan çıxarışa əsasən xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 48, 48A, 50, 50A, 52, 52A, 54, 54A, 548, 56, 56A, 568, 56C, 58, 58A, 588, 60, 60A, 60B, 60C, mənzil 4 qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Quba rayon DNK-nın 40-261 reyestr nömrəli xx.xx.2017-ci il tarixli bağışlama müqaviləsinə əsasən Quba şəhəri, "Qəçrəş yolu" y/m küçəsində yerləşən 0.2 ha torpaq sahəsi xx.xx.2017- ci il tarixdə qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Bakı şəhəri 42 saylı DNK-nın 40-01-06 reyestr nömrəli, xx.xx.2005-ci il tarixli bağışlama müqaviləsinə, 40/05-469 reyestr nömrəli, xx.xx.2007-ci il tarixli alqı-satqı müqaviləsinə, 40/04-337 reyestr nömrəli, xx.xx.2008-ci il tarixli alqı-satqı müqaviləsinə. 40/01-42 reyestr nömrəli, xx.xx.2010-cu il tarixli alqı-satqı müqaviləsinə, 40/05-454 reyestr nömrəli, xx.xx.2010-cu il tarixli alqı-satqı müqaviləsinə, həmçinin Bakı şəhəri 38 saylı DNK-nın 40/3- 310 reyestr nömrəli,xx.xx.2007-ci il tarixli alqı-satqı müqaviləsinə və 40/3- 328 reyestr nömrəli xx.xx.2007-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Bakı şəhəri, 12-ci Aşırım küçəsi, 4 saylı fərdi yaşayış evi qeydiyyatdan keçmişdir, lakin ev söküldüyü üçün hüquqları ləğv edilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Notariat, Qeydiyyat və Reyestr Baş İdarəsi tərəfindən “AAA” Vəkil Bürosuna ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-16-5/2- 9735/2025 nömrəli məktuba əsasən, xx.xx.2021-ci il tarixdə ölmüş X11 adına Bərdə regional “Asan Xidmət" mərkəzindəki notariat ofisində açılmış vərəsəlik işinə dair sənədlərin surətlərinin müvafiq notariat ofisindən əldə olunmasının mümkün olduğu bildirilmişdir. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2025-ci il tarixli çıxarışına əsasən, Cavabdeh3 MMC-nin (VÖEN:**********) dövlət qeydiyyatına alındığı tarix xx.xx.1994-cü il, qanuni təmsilçisi X21, hüquqi ünvanı isə AZ1052, ünvan 28. - Azərbaycan Respublikası Maliyyə Nazirliyinin müsadirə olunmuş əmlaklar barədə xx.xx.2025-ci il tarixli, 3-23/2-2653/2025 nömrəli məktubundan göründüyü kimi, Maliyyə Nazirliyinə Cavabdeh1, X23 və "xxxx" MMC-nin əmlaklarının dövlət nəfinə müsadirə edilməsi bağlı hər hansı sənəd daxil olmamışdır. - Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-12/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh3ndən xx.xx.2013-cü il tarixli, **********76013 saylı kredit müqaviləsi üzrə 2678312,69 ABŞ dolları əsas borc, 95112,87 ABŞ dolları faiz borcu, 110000 ABŞ dolları penya, gecikdirilmiş vaxt üçün illik 5%-lə hesablanmış 346542,63 ABŞ dolları olmaqla, cəmi 3229968,19 ABŞ dolları pul vəsaitinin manatın ödəniş gününə məzənnə nisbəti ilə, ödənilmiş dövlət rüsumu və mediasiya xərcinin əvəzi olaraq 3357,81 manat vəsaitin xxxxnın xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. - Bakı Ağır Cinayətlər Məhkəməsinin 7(101)-17/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı ilə anlaşılmazlığın aradan qaldırılması, Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 yanvar 2022-ci il tarixli, 1(101)-205/2022 nömrəli hökmünün hökmün təsviri əsaslandırıcı hissəsinin təsviri bölməsində, 113-cü vərəqənin birinci abzasının 25-ci sətrində və nəticə hissəsinin üçüncü abzasında “X11 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, X33 küçəsində yerləşən 103 nömrəli ev” sözləri “X11 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, X33 küçəsində yerləşən 103a nömrəli ev” sözləri ilə əvəz edilməsi qərara alınmışdır. - Məhkəmə tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Şəmsi Rəhimov küçəsi 2 ünvanında yerləşən mübahisəli qeyri-yaşayış sahəsinə keçirilən yerli baxış zamanı müəyyən olunmuşdur ki, qeyri-yaşayış sahəsi 0.142087 ha torpaq sahəsinin üzərində tikilmişdir və ümumi sahəsi 1137.7 kv.metr olmaqla, 2 mərtəbəlidir. Yol istiqamətində böyük giriş qapısı və qeyri-yaşayış sahəsinin ətrafında ticarət, xidmət obyektləri vardır. Giriş qapısından içəri daxil olan kimi böyük dəhliz və dəhlizdən düz istiqamətdə bir neçə otaq, mətbəx, zal otaqları və s. mövcuddur. Ətrafda çoxsaylı təmirli otaqlar, xammal istehsal edən anbar və fabrikin də mövcudluğu aşkar edilmişdir. Qeyri-yaşayış sahəsi su-elektrik xətti ilə tam təchiz olunmuşdur və içərisindəki sanitar qovşaqların hamısı işlək vəziyyətdədir. Qeyri-yaşayış sahəsinin içərisindəki otaqlar tam təmirlidir və istifadə üçün mebellər, oturacaqlar, mətbəx mebeli və elektrik əşyaları ilə təmin olunmuşdur. Digər tərəfdən, bir neçə xammal istehsal edən xalça fabriki, xammal kimi yun, xalçaların toxunmasında istifadə edilən alətlərin mövcudluğu aşkar edilmişdir.

Əsaslandırıcı hissə: b) Məhkəmə tərəfindən müəyyən edilən hallar: - Məhkəmə iclasında işin faktiki hallarından müəyyən edilmişdir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-205/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə, X23 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.4, 213.3. 308.2 və 313-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinmişdir, lakin Vidadi Muradov cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətdikdən sonra xx.xx.2021-ci il tarixdə öldüyündən CPM-nin 44.2.1-1-ci maddəsinə əsasən ona cəza təyin edilməmişdir. Həmin hökmlə Cavabdeh2 mülkiyyətində olan 0.01071 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 268.3 kv.m olan ünvan 3-da yerləşən qeyri-yaşayış binası, Bakı şəhəri, Nərimanov rayonu. 2-ci Sülh döngəsi, 4 nömrəli ev, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, ev 48. 48A, 50, 50A, 52, 52A, 54, 54A, 54B, 56, 56A, 56B, 56C, 56B, 56C, 58, 58A, 58B, 60, 60A, 60B, 60C saylı evin 4 nömrəli mənzili, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi 17a/32 nömrəli bağ sahəsi, Quba şəhəri, Qəçrəş yolunda yerləşən 0,20 ha torpaq sahəsi X11 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, X33 küçəsində yerləşən 103 nömrəli ev, “Azər-ilmə" MMC-nin səhm payları və aktivləri xüsusi müsadirə edilərək məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması, mülki iddianın tam təmin edilərək, Cavabdeh2 və ailə üzvlərinin adlarına olan üzərinə həbs qoyulmuş əmlaklar, səhm payları və aktivlərin satışından əldə olunan gəlirdən 640.922.04 manat Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhər Lokal Gəlirlər Baş İdarəsinin hesabına keçirilməsi və s. hökm edilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 7(101)-17/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı ilə anlaşılmazlığın aradan qaldırılması, Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 yanvar 2022-ci il tarixli, 1(101)-205/2022 nömrəli hökmünün hökmün təsviri əsaslandırıcı hissəsinin təsviri bölməsində, 113-cü vərəqənin birinci abzasının 25-ci sətrində və nəticə hissəsinin üçüncü abzasında “X11 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, X33 küçəsində yerləşən 103 nömrəli ev” sözləri “X11 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, X33 küçəsində yerləşən 103a nömrəli ev” sözləri ilə əvəz edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Cinayət Kollegiyasının 1(102)- 1342/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə, əmlakların xüsusi müsadirə edilməsi hissəsində dəyişdirilməsi, ünvan 3-da yerləşən qeyri-yaşayış binası, Bakı şəhəri, Nərimanov rayonu, 2-ci Sülh döngəsi, 4 nömrəli ev, Bakı şəhəri, Xəzər rayonu, Şüvelan qəsəbəsi, 17a/32 nömrəli bağ sahəsinin xüsusi müsadirə edilmiş əmlaklar siyahısından çıxarılması və üzərlərinə qoyulmuş həbsin götürülməsi, maraqlarına toxunan şəxs "Azər- İlmə” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Xəqani Talıbov və vəkili X12 tərəfindən birgə verilmiş və "Xalq Bank” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri X24 və vəkili X18 tərəfindən birgə verilmiş kassasiya şikayətlərinin qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 aprel 2022-ci il tarixli qərarı maraqlarına toxunan şəxs “Xalqbank" ASC-də ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Nərimanov rayonu, X33 küçəsində yerləşən 103a nömrəli ev və ünvan 6 ünvanda yerləşən torpaq sahəsi və orada yerləşən 2 mərtəbəli qeyri-yaşayış sahəsinin xüsusi müsadirə edilməsi hissəsində ləğv edilməsi və cinayət işinin həmin hissədə baxılması üçün yeni apellyasiya baxışına təyin edilməsi, qərarın qalan hissədə dəyişdirilməməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-288//2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə, Bakı şəhəri, Nərimanov rayonu, X33 küçəsində yerləşən 103a nömrəli ev və ünvan 6 ünvanda yerləşən torpaq sahəsi və orada yerləşən 2 mərtəbəli qeyri-yaşayış sahəsinin məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə xüsusi müsadirə edilməsi hissəsində dəyişdirilmədən, apellyasiya şikayətlərinin həmin hissədə təmin edilmədən saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Cinayət Kollegiyasının 1(102)-13/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə, kassasiya şikayətlərinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 fevral 2023-cü il tarixli, 1(103)-288/2023 nömrəli qərarının verilmiş kassasiya şikayətlərinə münasibətdə deyişdirilmədən saxlanılması qərara alınmışdır. Bərdə Regional “Asan Xidmət" Mərkəzi Notariat Ofisi tərəfindən verilmiş reyestrdə 2V-558 nömrə ilə qeyd edilmiş xx.xx.2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən xx.xx.2021-ci il tarixdə vəfat etmiş Cavabdeh2 vərəsəsi arvadı X5r və o, miras əmlakdan tam hissədə pay almışdır. Miras əmlak - Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DSMF-nin Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialının 20 aprel 2023-cü il tarixli, 3-17-1/2-87924/2023 nömrəli məktubuna əsasən X11 (pensiya işi № 813027 Bərdə) alınmamış 3711.08 manat pensiya məbləğindən ibarətdir. Cavabdeh2 tərəfindən Bərdə Regional “Asan Xidmət" Mərkəzi Notariat Ofisinə ünvanlanmış xx.xx.2023-cü il tarixli ərizəyə əsasən, xx.xx.2021-ci il tarixdə vəfat etmiş atası - X10 onlara çatası miras payını rəsmi və faktiki olaraq qəbul etmədiyini və gələcəkdə mirasın qəbulu ilə bağlı məhkəmədə iddia qaldırmayacağını bildirmişdir. Hazırda məhkəmədə mübahisələndirilən hal ondan ibarətdir ki, İddiaçı ASC mərhum Vidadi Muradovun cinayət əməlləri nəticəsində 21673593,48 manat həcmində maddi ziyana məruz qalmış, bu səbəbdən də həmin maddi ziyanın ödənilməsinin təmin edilməsi üçün mərhumun vərəsələri cavabdehlər Cavabdeh1 və Cavabdeh2, o cümlədən Cavabdeh3 MMC-nin mülkiyyətlərində olan daşınar və daşınmaz əmlaklara tutma yönəldilməli və həmin əmlaklara olan mülkiyyət hüquqlarına xitam verilməlidir. Cavabdeh1 vəkili iddianı qəbul etməyərək, öz mövqeyini yuxarıda qeyd olunan yazılı etirazla əsaslandırmışdır.

Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: Maddə 13.1. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. Mülkiyyətçinin hüquqları qanunla qorunur.

Azərbaycan Respublikası Mülki Məcəllənin: 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir; 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər; 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir; 1159.1.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) - bərabər pay hüquqlu vərəsələr sayılırlar 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır; 1252-ci maddəsinə əsasən, əgər vərəsə miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək ölərsə, mirasdan pay almaq hüququ onun vərəsələrinə keçir (irsi transmissiya). Ölmüş vərəsənin vərəsələri mirası onun qəbulu müddətinin sonunadək qalmış vaxt ərzində qəbul etməlidirlər. Əgər bu müddət üç aydan azdırsa, üç ayadək uzadılmalıdır. 1254-cü maddəsinə əsasən, vərəsə mirasın qəbulundan imtina üçün bu Məcəllənin 1256-cı maddəsində müəyyən edilmiş müddət bitənədək notarius tərəfindən mirasın siyahıya alınmasını tələb edə bilər. Mirasın siyahıya alınması barədə vərəsənin notariusa müraciət etdiyi andan mirasın qəbulundan imtina üçün müəyyən edilmiş müddətin axımı dayandırılır. Mirasın notarius tərəfindən siyahıya alındığı (siyahıya alınacaq əmlakın olmadığı hallarda isə vərəsənin müraciətinin cavablandırıldığı) andan mirasın qəbulundan imtina üçün müəyyən edilmiş müddətin axımı bərpa edilir. Notarius tərəfindən mirasın siyahıya alınması bu barədə müraciətin daxil olduğu gündən iki ay ərzində “Notariat haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada həyata keçirilir. 1255-ci maddəsinə əsasən, qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır; 1256-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. 1269-cu maddəsinə əsasən, mirasa sahiblik etməyə və ya onu idarə etməyə faktik başlamış vərəsə mirasın qəbulu üçün müəyyənləşdirilmiş vaxt ərzində mirasın qəbulundan imtina edə bilər. Bu barədə ərizə ilə o, notariat orqanına müraciət etməlidir. 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. 1307-ci maddəsinə əsasən, mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir. (21 iyun 2025-ci il tarixədək qüvvədə olan).

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “N.Rzazadə və R.Rzazadənin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 11 dekabr 2018-ci il tarixli Qərarında Konstitusiya Məhkəməsinin Plenumu bir daha vurğulamışdır ki, məhkəmələr miras qoyanın borcuna görə vərəsələrin məsuliyyəti ilə bağlı işlərə baxarkən, ilk növbədə, mirasın həcmini araşdırmalı və yalnız bundan sonra miras aktivinə mütənasib surətdə onların məsuliyyətinin həddini müəyyən etməlidirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 04 iyun 2018-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 217.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Məhkəmənin mövqeyi: Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını və iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə bu sahəni tənzimləyən qanunvericiliyin yuxarıda göstərilən və digər aidiyyəti normalarına istinad edərək ilk növbədə qeyd edir ki, hazırki mülki iş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 xx.xx.2021-ci il tarixdə ölmüş X11 arvadı və oğlu olmaqla, onun birinci növbədə vərəsələridir. Bu cür mübahisənin düzgün həlli üçün yuxarıda sadalanan maddi hüquq normalarının dispozisiya şərtlərinin mövcudluğunu sübuta yetirmək yükünün tərəflərdən hansının üzərinə düşdüyü düzgün müəyyən olunmalıdır. Təbii ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməyə borcludur. Ancaq konkret mübahisəyə baxarkən hansı halların sübuta yetirilməli olduğunu məhkəmə müəyyən etdikdən sonra sübutetmə yükünün də hansı tərəfin üzərinə düşdüyü müəyyən edilməlidir. Bir qayda olaraq sübutetmə yükü iddiaçının üzərinə düşür. Lakin bu qaydadan istisnalar da ola bilir. Çünki qanunla sübutetmə yükü qarşı tərəfin üzərinə qoyula bilər və ya qarşı tərəf mövcud vəziyyətin əksi olan yeni bir hala istinad edirsə sübutetmə yükü artıq onun üzərinə düşəcəkdir. Belə ki, Cavabdeh1 mərhum ərinin vərəsəsi olması işin müəyyən edilmiş faktiki halları ilə tam sübut olunur. Cavabdehin mərhum Vidadi Muradovun vəfat edərkən artıq onun mülkiyyətində olan bütün əmlakların müsadirə edilməsi, yəni ondan sonra miras qismində qəbul edilməsi mümkün olan hər hansı əmlakının olmaması ilə bağlı arqumentinə gəldikdə isə məhkəmə hesab edir ki, bu hal məhkəmədə mötəbər dəlillərlə sübuta yetmədiyindən cavabdeh vərəsə olaraq iddiaçı qarşısında yaranmış öhdəlikdən azad edilə bilməz. Çünki cavabdehin ərindən vərəsəlik yolu ilə heç bir əmlak almamasını sübut etmək yükü onun üzərinə düşür. Əksinə onun mirası qəbul etmək üçün əri öləndən sonra Bərdə Regional “Asan Xidmət" Mərkəzi Notariat Ofisinə müraciət etməsi və müraciəti əsasında vərəsəlik işi açıldığına dair sübut mövcuddur. Hətta bu cür sübut olmasa belə cavabdehin Mülki Məcəllənin 21 iyun 2025-ci il tarixədək qüvvədə olan 1307ci maddəsinə əsasən iddiaçının qarşısında öhdəliyi yaranmışdır. Çünki qeyd olunan maddənin tələbinə görə mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir. Belə olduğu təqdirdə cavabdehin vərəsə kimi miras qoyanın vurduğu ziyanın mirasdan çox olduğunu sübut etmək vəzifəsi olmuşdur. Ancaq cavabdeh nə mirasın notarius tərəfindən siyahıya alındığına, nə də miras qoyanın borclarının (vurulmuş ziyanın) mirasdan çox olduğuna dair mötəbər sübut təqdim etməmişdir. Məhkəmə digər Cavabdeh2 münasibətdə isə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli Plenum Qərarına əsasən, ...miras qoyanın ölümü ilə yaranan vərəsəlik hüquq münasibətləri vərəsənin mirasdan imtina etməsi anınadək davam edir. Vərəsə statusunda olan şəxs bu statusdan imtina etmək qərarına gələrsə, bununla bağlı iradə ifadəsini Mülki Məcəllənin 1256-cı maddəsinə müvafiq olaraq, vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində ifadə etməlidir. Xüsusilə vurğulanmalıdır ki, mirasdan imtina şəxsin olduqca mühüm konstitusiya hüququndan imtina etməsilə əlaqədar iradə ifadəsi olduğundan, qanunverici bu iradə ifadəsinin məhz xüsusi formada, notariat ofisində rəsmiləşdirilməli olmasını imperativ qaydada müəyyən etmişdir. Bu yanaşmanın nəticəsi olaraq Mülki Məcəllənin 1271-ci maddəsində mirasdan nümayəndə vasitəsi ilə imtina üçün bunun etibarnamədə ayrıca göstərilməsi, Məcəllənin 1268.2-ci maddəsində isə fəaliyyət qabiliyyəti tam olmayan vərəsələr baxımından imtinanın həyata keçirilə bilinməsi üçün xüsusi olaraq məhkəmənin təsdiqi tələb olunmuşdur. Konstitusiya Məhkəməsinin Plenumu 2022-ci il 14 oktyabr tarixli Qərarında əks olunmuş hüquqi mövqeyinin davamı olaraq qeyd edir ki, mirasdan imtinanın ehtimal oluna bilmə imkanı mülkiyyət hüququnu və onun davamlılığını təmin edən vərəsəlik hüququnun konstitusion təminatını pozur. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, vərəsəlik hüququnun mülki qanunvericilikdə müəyyən edilmiş qaydada qəbul şərtinə və müddətinə tabe tutulması, susmanın mirasdan imtina ilə eyni hüquqi nəticələrə gətirib çıxarması vərəsəlik hüququnun konstitusiya-hüquqi mahiyyəti ilə uyğunsuzluq təşkil etdiyindən, Mülki Məcəllənin 1273-1-ci maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə uyğun olmayan hesab edilməlidir. Bu baxımdan qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməldir. Göründüyü kimi, Cavabdeh2 xx.xx.2023-cü il tarixdə Bərdə Regional “Asan Xidmət" Mərkəzi Notariat Ofisinə ərizə ilə müraciət edərək xx.xx.2021-ci il tarixdə vəfat etmiş atası - X10 ona çatası miras payını rəsmi və faktiki olaraq qəbul etmədiyini bəyan etmişdir. Məlum olduğu kimi, onun mirasdan imtinası qanunvericiliklə müəyyən edilmiş müddət ərzində olmamışdır. Belə olanda məhkəmə hesab edir ki, Cavabdeh2 qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə olduğundan, mirası qəbul etmiş vərəsə hesab edilməlidir. Məhkəmə qeyd edir ki, mirası qəbul etmək hüququnun məzmunu mümkün olan iki alternativ imkandan birini seçməkdən ibarətdir: mirası qəbul etmək imkanı; mirasdan imtina etmək imkanı. Mirasdan imtina xüsusi olaraq vərəsəlik hüququnun xitam olunması məqsədilə həyata keçirilən aktdır. Buna görə də həmin akt mülki-hüquqi əqddir. Özü də bu əqd yalnız bir tərəfin - mirasdan imtina edən vərəsənin iradəsini ifadə edir. Hüquqi nəticənin yaranması - vərəsəlik hüququna xitam verilməsi üçün təkcə, ancaq həmin vərəsənin öz iradəsini bildirməsi kifayət edir. Hüquqi nəticənin əmələ gəlməsi üçün hər hansı şəxsin cavab, qarşılıqlı iradə ifadəsi tələb olunmur. Buna görə də mirasdan imtina birtərəfli əqddir. Mirasdan imtina eyni miras üzrə vərəsəliyə çağırılan digər vərəsələrin razılığını da tələb etmir. O, həmin vərəsələrin iradə ifadəsindən asılı deyildir. Məhz bu baxımdan da mirasdan imtina birtərəfli aktdır. Bunun nəticəsində vərəsənin həmişəlik olaraq vərəsəliyinə (vərəsəlik hüququna) xitam verilir. Mirasdan imtina aktı vərəsənin miras əmlakı qəbul etməmək niyyətini ifadə edir. Mirasdan imtina dedikdə, birtərəfli elə mülkihüquqi əqd başa düşülür ki, bunun nəticəsində müəyyən mirası qəbul etməyə çağırılmış vərəsənin həmin miras üzrə vərəsəlik hüququ həmişəlik olaraq xitam edilir. Bundan başqa mirasdan imtina dönməz xarakterə malikdir. Bu o deməkdir ki, vərəsə mirasdan qəti və həmişəlik olaraq imtina edir. Mirasdan imtinanın dönməzliyi (qətiliyi) onu ifadə edir ki, əgər vərəsə artıq mirasdan imtina etmişsə, onu qəbul etmək olmaz. Məhkəmə iddia tələblərinə hüquqi qiymət verməyi davam etdirib qeyd edir ki, hazırda iddiaçının tələblərini aşağıdakı kimi qruplaşdırmaq olar.

1. Cavabdehlərdən 21.673593,48 manat məbləğində maddi ziyanın tutulması;

2. Cavabdeh3 mülkiyyətində olan 11.848,0 manat pul vəsaitinin ziyan əvəzi olaraq Bakı Şəhər Lokal Gəlirlər Baş İdarəsinin bank hesabına köçürülməsi;

3. Cavabdeh3 mülkiyyətində olan daşınar və daşınmaz əmlaklara dair mülkiyyət hüququna xitam verilməsi, daşınar əmlakların icra qurumu tərəfindən açıq hərrac yolu ilə satılması, o cümlədən qeyri-yaşayış binasının, nəqliyyat vasitələrinin birbaşa İddiaçı ASCnin mülkiyyətinə verilməsi;

4. Əmlakların dəyəri və pul vəsaitləri çıxıldıqdan sonra qalan məbləğin cavabdehlər X2 və Cavabdeh2 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə tutulması, cavabdeh X3 mülkiyyətində olan daşınmaz əmlaklara həbs qoyulması;

5. Qətnamə qanuni qüvvəyə minənədək ziyanın ödənilməsi üçün alınmalı əmlakların qorunması üçün onların İddiaçı ASC-nin saxlancına verilməsi. Məhkəmə qeyd edir ki, AR Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. AR MPM-nin 82.3-cü maddəsinin müddəaları ilə müəyyənləşdirilmiş preyudisiya mexanizmi hüquq münasibətləri iştirakçılarını intizamlandırmaqla yanaşı, həm də hüquqi müəyyənliyi təmin edir; hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Ryabıx Rusiya Federasiyasına qarşı” iş üzrə 24 iyul 2003-cii il tarixli qərarında qeyd etmişdir ki, “hüququ müəyyənlik res judicata prinsipinə, yəni bir dəfə həll edilmiş işə təkrar baxılmanın yolverilməzliyi prinsipinə hörmət edilməsini nəzərdə tutur. Prinsip onu əks etdirir ki, tərəflərdən heç biri yalnız işə təkrar baxılması və yeni qərara nail olmaq məqsədilə yekun, qanuni qüvvəyə minmiş qərara yenidən baxılmanı tələb edə bilməz”. Məhkəmə ilk tələbə münasibətdə iddia tələbini əsaslı hesab edərək bildirir ki, iş materiallarına əlavə olunmuş Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə cinayət işinin müəyyən edilmiş hallarına əsasən, X23 ittiham olunduğu cinayət əməllərini törətməsi ilə əlaqədar 22.314.515,52 manat məbləğində vəsaiti mənimsəyərək zərərçəkmişlərə (o cümlədən iddiaçı "xxxx" ASC-yə) ziyan vurmuşdur. Bundan başqa cinayət işi materialları ilə müəyyən edilmişdir ki, Vidadi Muradov cinayət əməlləri nəticəsində 640.922.04 manat pulu vergidən yayındırmışdır. Buna görə də Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhər Lokal Gəlirlər Baş İdarəsinin mülki iddiası tam təmin edilmiş və 640.922.04 manat Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhər Lokal Gəlirlər Baş İdarəsinin hesabına keçirilməsi hökm edilmişdir. Belə olduğu təqdirdə yuxarıda qeyd olunan hüquqi mövqeni davam etdirərək, məhkəmə cavabdehlər X2, Cavabdeh2 və Cavabdeh3ndən İddiaçı ASC-nin xeyrinə 21,673,593.48 manat məbləğində maddi ziyanın tutulmasını əsaslı və qanuni hesab edir. Məhkəmə, digər Cavabdeh3 iddiaçıya dəymiş maddi ziyana görə cavabdehlik daşımasına münasibətdə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə işin müəyyən edilmiş aşağıdakı hallarını qeyd etməyi zəruri hesab edir. .... cəmiyyət tərəfindən toxunmuş 1 kv.metr yun xalçanın ümumistehsal xərclərinin orta hesabla 1084,0 manat təşkil etməsinə baxmayaraq, cəmi 20170,01 kv metr toxunulmuş yun xalçadan əsasən 8823,5 kv metr yun xalça 1 kv metri 680,0 manat olmaqla Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə, 1357,71 kv metr yun xalça 1 kv metri 400,0 manat (ƏDV-siz) və 63,94 kv metr yun xalça 1 kv metri 576,27 manat (ƏDV-siz) olmaqla "xxxx" MMC-yə satılmışdır. "xxxx" MMC tərəfindən Azərbaycan Respublikası Maliyyə Nazirliyinə ünvanlanmış 15 aprel 2021-ci il tarixli 15/06 nömrəli məktubda həmin xalçaların (öz xərclərini əlavə etməklə) hər kv metrinin 750,0 manata (ƏDV-siz), yəni hər 1 kv metrini 173,73 - 350,0 manat artıq qiymətə satıldığı göstərilmiş, nəticədə "xxxx" ASC ilə "xxxx" MMC arasında olan satış fərqinin (350*1357,71=475198,5 və 173,73*63,94=11108,3) 486.306,8 manat təşkil etdiyi müəyyən olunmuşdur. Beləliklə təqdim olunmuş sənədlərdən göründüyü kimi, səhmləri dövlətə məxsus və dövlət vəsaiti hesabına yaradılmış "xxxx" ASC-dən maya dəyərindən aşağı qiymətə alınmış xalçaların özəl müəssisə olan "xxxx" MMC vasitəsilə baha qiymətə satılması hesabına "xxxx" MMC mənfəət əldə etmişdir. Büdcə vəsaitindən səmərəli istifadə olunması vəziyyəti araşdırılarkən müəyyən olunmuşdur ki, dövlət əmlakında olan binaların boş sahələrinin icarəyə götürülməsi üçün cəmiyyət tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə müraciət edilməmiş, həmçinin Azərbaycan Respublikası Prezidentinin 06 iyun 2007-ci il tarixli 586 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında dövlət əmlakının idarə edilməsinin təkmilləşdirilməsi üzrə Dövlət Proqramı"nın və Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Dövlət əmlakının (mənzil fondundan başqa) icarəyə verilməsi üçün icarə haqqının minimum məbləğinin təsdiq edilməsi haqqında 29 noyabr 2007-ci il tarixli 191 nömrəli qərarının tələbləri nəzərə alınmamışdır. Belə ki, Cəmiyyət və "xxxx" MMC arasında bağlanılmış icarə müqaviləsindəki qiymətlər qeyd olunan qərar ilə təsdiq edilmiş dövlət əmlakının icarəyə verilməsi üçün icarə haqqının minimum məbləği ilə müqayisə olunarkən dövlət əmlakının icarəyə verilməsi üçün icarə haqqının (3-cü zona üzrə) minimum məbləğinin 1 kv.metr sahə üzrə illik 39,6 manat, "xxxx" MMC-yə məxsus və Şəmsi Rəhimov küçəsində icarəyə götürülmüş sahənin 1 kv metrinin qiymətinin isə illik 272,15 manat (272,15-39,6) və ya hər kv metr üzrə 232,55 manat çox olduğu müəyyən edilmişdir. Beləliklə, icarəyə verilmiş sahələrin qiymətləri ilə dövlət əmlakının icarəyə verilməsi üçün qəbul olunmuş icarə haqqının minimum məbləği müqayisə edildikdə 2016cı ildə 39747,30 (46515,6-6768,30) manat, 2017-ci ildə 243735,60 (284345,38-40609,8) manat, 2018-ci ildə 238483,80 (279093,6-40609,8) manat və 2019-cu ildə 238483,8 (279093,60-40609,8) manat olmaqla cəmi 760.450,5 manat artıq qiymət fərqinin olduğu müəyyən edilmişdir. İpliklərin alınması adı ilə cəmi 3.435.826,27 manat, o cümlədən 2016cı ildə “X34” MMC-nin hesabına 383411,20 manat, 2017-ci ildə "xxxx" MMC-nin hesabına 378073,77 manat, "xxxx" MMC-nin hesabına 378073,77 manat, 2018-ci ildə "xxxx" MMCnin hesabına 382335,93 manat, "xxxx" MMC-nin hesabına 188858,28 manat, "xxxx" MMC-nin hesabına 464,98 manat, 2019-cu ildə "xxxx" MMC-nin hesabına 268601,90 manat, "xxxx" MMC-nin hesabına 457469,22 manat, "xxxx" MMC-nin hesabına 784226,80 manat, "xxxx" MMC-nin hesabına 214310,42 manat vəsaitin köçürülməsinə və malın alış sənədlərinin rəsmiləşdirilməsinə baxmayaraq, həmin müəssisələrdən iplik xammallar alınmamışdır. X11 İddiaçı ASC yeni yaradılmış qurum olduğundan və fəaliyyətə başlamaq üçün ərazisi olmadığından məcbur qalaraq "xxxx" MMC-dən Bakı şəhəri, Nərimanov rayonu, Şəmsi Rəhimov küçəsi 2 ünvanında yerləşən 1025 m2 sahəni aylıq 23.257,8 manat icarə haqqı ödəməklə bağlanmış müqavilə əsasında icarəyə götürməsi, "xxxx" MMC-nin təsisçisi və faktiki rəhbəri olaraq vergiləri dövlət büdcəsinə tam qaydada ödəyərək vergidən yayınmadığı, nəqliyyat vasitələri və yun təmizləmə xəttinin alınmasında israfçılığa yol verməməsi, ipliklərin alınmasında məcbur qalaraq saxta müqavilələr bağlamaqla pulu nağdlaşdıraraq həmin pula xarici bazardan iplik alması və həmin puldan şəxsi məqsədlər üçün istifadə etməməsi, xalça istehsalı zamanı ip itkilərinin norma daxilində silinməsi, xalça istehsalı müəssisəsi, fabrik və yun tədarük məntəqələrinin tikintisi üzrə hər hansı məbləğdə pul mənimsənilməyərək tikintilərin layihə-smeta sənədlərinə uyğun aparılması barədə ifadəsində göstərdiyi xüsusatlar hökmün təsviri-əsaslandırıcı hissəssində şərh edilən sübutların məcmusu ilə təkzib olunduğundan məhkəmə onun bu ifadəsini özünümüdafiə kimi qiymətləndirərək ittihamı təkzib edən sübut qismində qəbul etmir. Məhkəmə iddiaçının ikinci tələbi ilə bağlı qeyd edir ki, həmin hissədə iddia tələbi əsassızdır. Belə ki, İddiaçı ASC-nin üçüncü şəxs Bakı Şəhər Lokal Gəlirlər Baş İdarəsinin adından məhkəməyə belə bir iddia tələbi ilə müraciət etməsi üçün subyektiv hüququ olmamışdır. Ona görə də məhkəmə bu hissədə iddia tələbini təmin etməməyi qanuni hesab edir. Məhkəmə İddiaçı ASC-nin üçüncü, dördüncü və beşinci tələblərinə münasibətdə əvvəla onu qeyd edir ki, Cavabdeh3nə məxsus daşınar əşyaların açıq hərracdan satılması və satışdan əldə edilən pul vəsaiti hesabına tələb edilən məbləğin ödənilməsi,həmin əşyalara mülkiyyət hüququna xitam verilməsi o cümlədən qeyri-yaşayış binasının, nəqliyyat vasitələrinin birbaşa İddiaçı ASC-nin mülkiyyətinə verilməsi hissəsində iddia tələbi qanuni əsasa söykənmir. Çünki qət olunan məbləğin ödənilməsinin təmin etmək üçün hazırkı icraatdakı qətnamə ilə birbaşa daşınar və daşınmaz əmlaklara tutma yönəldilə, başqa sözlə hərraca çıxarıla bilməz. İddiaçının dəlilləri üzrə iddianın bu hissəsinin təmin edilməsinin mövcud məhkəmə təcrübəsinə uyğun konkret hüquqi mexanizmi mövcud deyil. Cavabdehlərin gələcəkdə qətnamənin icrasından boyun qaçıracağına dair dəlillər də iddianın əsaslılığını artırmır. İddiaçının yanaşmasından belə çıxır ki, pul tələblərinin təmin edilməsinə dair çıxarılan minlərlə məhkəmə aktlarında əsas oldu-olmadı mütləq ki, tutmanın borclunun əmlakına yönəldilməsi və hərracdan satılmalı, əldə edilmiş vəsait hesabına borcun ödənilməsinin təmin olunması olduğu qeyd olunmalıdır. Bu cür vəziyyət kreditorların maraq və mənafeyinə uyğun olsa da, mülki dövriyyədə xaos yaradar. Çünki bu hallar üçün qanunvericilikdə xüsusi hüquqi mexanizmlər mövcuddur. Əks halda ipoteka hüququ, yüklülük hüququ institutlarının əhəmiyyəti itmiş olardı. Çünki ipoteka predmeti olmayan əmlakın qətnamənin icrası qaydasında hərraca çıxarılmadan da tələbkara təklif edilməsi institutu mövcuddur. Nəinki gələcəkdə qətnamənin icrası məqamında iddianı təmin etmək üsulu kimi icra məmurunun həmin əmlakı hərraca çıxartmaq kimi hüquqi imkanları məhdudlaşdırılmayıb, əksinə qanuni qüvvəsini alacağı təqdirdə icra mərhələsində icra məmurunun icra sənədinin icrasının təmin etmək üçün daha geniş səlahiyyətləri mövcuddur. Ona görə də istənilən hüquqi analizin özü arzu və istəyə deyil, hüquqa uyğun olmalıdır. Yuxarıda da artıq qeyd edildiyi kimi qətnamənin icra mərhələsində icra sənədinin icrası ilə əlaqədar icra məmuru tərəfindən ödənilməli olan pul məbləğinin borclunun əmlakı, o cümlədən əmlakların tələbkara təklif edilməsi yaxud hərrac vasitəsi ilə satılması nəticəsində pulun ödənilməsinin təmin edilməsi kimi müxtəlif hüquqi mexanizmlər mövcuddur. Bu baxımdan da iddiaçının qeyri-yaşayış binasının, nəqliyyat vasitələrinin birbaşa İddiaçı ASC-nin mülkiyyətinə verilməsi tələbinin də heç bir hüquqi əsası müəyyən edilmir. Eyni əsaslandırmanı əmlakların üzərinə həbs qoyulması və qeyd olunan əmlakların iddiaçının saxlancına verilməsi ilə bağlı iddia tələbinə münasibətdə də qeyd etmək olar. Belə ki, iddiaçının mübahisələndirdiyi hissədə iddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dispozisiya əlamətləri ilə uzlaşmadığından, məhkəmə iddia üzrə gəldiyi nəticəni əsaslı hesab edir. Çünki irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə iddia tələbinin təmin edildiyi hissədə faktiki hallar yuxarıda qeyd olunan normaların dispozisiya şərtləri ilə uzlaşdığından, üstəlik cavabdehin etiraz və müdafiə hüquqlarına görə də aradan qalxmadığından iddia haqlı sayılır, təmin edilmədiyi hissədə iddianın faktiki halları yuxarıda qeyd olunan normaların dispozisiya şərtləri ilə uzlaşmadığından haqlı sayılmır. Nəticə: Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, X17 və "xxxx" MMC-yə qarşı “cinayət əməli nəticəsində dəymiş maddi ziyanın xüsusi müsadirə edilməli əmlaklar hesabına ödənilməsi, həmin əmlaklar kifayət etmədikdə ziyanın digər əmlaklar hesabına ödənilməsi və mülkiyyət hüquqlarına xitam verilməsi” tələbinə dair iddiası qismən təmin edilməli, cavabdehlər X2, Cavabdeh2 və Cavabdeh3ndən İddiaçı ASC-nin xeyrinə 21.673593,48 manat məbləğində maddi ziyan tutulmalı, iddian tələbi qalan hissədə təmin edilməməlidir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 100 dövlət rüsumu iddiaçının özünə aid edilsin. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏTETDİ:

İddia qismən təmin edilsin. Cavabdehlər X2, Cavabdeh2 və Cavabdeh3ndən İddiaçı ASC-nin xeyrinə 21.673593,48 manat məbləğində maddi ziyan tutulsun. İddia tələbləri qalan hissədə təmin edilməsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən sonra bir ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar