Məhkəmə qərarları › İş №2(005)-3670/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3670/2023

02.11.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3670/2023 02.11.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Ramin Nizaməddin oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Cəfərov Davud Rauf oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənzildən istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı mənzildən istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh və xx.xx.2012-ci il təvəllüdlü X1 onun mülkiyyətində olan Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi, məhəllə 1967, ev 46V, 34 saylı mənzildən istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, onun əri X6 xx.xx.1992-ci il tarixdə erməni işğalçılarına qarşı döyüşlərdə qəhrəmancasına həlak olmuşdur. Nərimanov rayon İcra hakimiyyəti tərəfindən verilmiş xx.xx.2009-cu il tarixli orderə əsasən Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi, məhəllə 1967, ev 46V, 34 saylı mənzil şəhid ailəsi kimi ona verilmişdir. Həmin mənzildə oğlu Nadir Əliyev ilə birlikdə yaşayır. Mənzildə mülkiyyətçinin keçmiş gəlini, hazırki Cavabdeh və nəvəsi xx.xx.2012-ci il təvəllüdlü X3 pasport qeydiyyatındadırlar, lakin faktiki olaraq mənzildə yaşamırlar. X18 xx.xx.2011-ci il tarixdə Cavabdeh ilə nikaha daxil olmuşdur. Həmin tarixdən cavabdeh mənzilə köçmüş və sonradan onun razılığı ilə pasport qeydiyyatına alınmışdır. Nikahlarından xx.xx.2012-ci il təvəllüdlü X3 doğulmuşdur. Hazırda isə cavabdehin onun oğlu ilə Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən nikahları pozulmuş və xx.xx.2012-ci il təvəllüdlü X3 cavabdehin yanında saxlanılmışdır. Cavabdeh azyaşlı uşağı ilə birlikdə Türkiyə Respublikasına köçmüşdür. Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(005)-3706/2019 nömrəli qətnaməsi ilə Cavabdeh ona və X7 qarşı Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi, məhəllə 1967, ev 46V, 34 saylı mənzildən istifadə hüququnun tanınması və mənzilə köçürülmə tələbinə dair iddiası rədd edilmişdir. Cavabdeh tərəfindən qətnamədən apellyasiya şikayəti verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4524/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Qətnamədən kassasiya şikayəti verilməmiş və qanuni qüvvəyə minmişdir. Cavabdehin ona məxsus olan mənzildə qeydiyyatda olması onun sahiblik və istifadə hüquqlarının pozulması ilə nəticələnmişdir. Əmlakı üzərində tam sərəncam verə bilmir, qeydiyyatda olan şəxsin razılığı tələb olunduğundan mənzili istədiyi şəkildə alqı-satqı, bağışlama və sair qanuni yollarla özgəninkiləşdirə bilmir. xx.xx.2012-ci il təvəllüdlü X3 anası ilə birlikdə yaşadığına görə və məhkəmə qətnaməsi ilə anasının yanında saxlanıldığına görə mənzildən istifadə hüququ mövcud deyildir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyərək və təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: Daxili İşlər Nazirliyinin xx.xx.2023-cü il tarixli, ******* nömrəli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışından görünür ki, Cavabdeh və X3 ünvan 1 ünvanında qeydiyyatdadırlar; Nərimanov Rayon İcra Hakimiyyətinin xx.xx.2009-cu il tarixli, 007057 nömrəli Orderin surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Ə.Rəcəbli küçəsi, məhəllə 1967, ev 46V, 34 saylı mənzil İddiaçı və X7 verilmişdir; xx.xx.2019-cu il tarixdə Bakı şəhəri 9 saylı notariat kontorunda təsdiq edilmiş, X2, X8 və X4 tərəfindən verilmiş ərizədən görünür ki, Cavabdeh ünvan 1 ünvanında 2019-cu ilin yanvar ayından bu günə kimi yaşamır. AZ-İİ seriyalı, 891901 saylı doğum haqqında şəhadətnamənin notarial təsdiq olunmuş surətindən görünür ki, X5 Cavabdeh ilə birgə nikahlarından xx.xx.2012-ci il təvəllüdlü X3 doğulmuşdur; Nikahın pozulması haqqında şəhadətnamənin notarial təsdiq olunmuş surətindən görünür ki, X5 Cavabdeh ilə nikahına xx.xx.2020-ci il tarixdə xitam verilmişdir; Nərimanov Rayon Məhkəməsinin 2(005)-3706/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsindən görünür ki, iddiaçı Cavabdehlər İddiaçı və X7 qarşı istifadə hüququnun tanınması və mənzilə köçürülmə tələbinin rədd edilməsi qət edilmişdir; Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4524/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən görünür ki, apellyasiya şikayətinin təmin edilməməsi və Nərimanov Rayon Məhkəməsinin 2(005)-3706/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir; “AZEMİS” Elektron Məhkəmə İnformasiya sistemindən çıxarışdan görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikasını tərk etmişdir; Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, X6 ilə X10 nikaha daxil olaraq ailə qurmuşlar, birgə nikahlarından xx.xx.1987-ci il tarixdə X11 doğulmuşdur. X6 xx.xx.1992-ci il tarixdə erməni işğalçılarına qarşı döyüşlərdə qəhrəmancasına həlak olmuş, mübahisə predmeti olan mənzil Bakı şəhər Nərimanov Rayon İcra Hakimiyyəti başçısının 422 nömrəli sərəncamına əsasən yaşayış yeri üzrə mənzil növbəsində olan 2 nəfər ailə tərkibi ilə şəhid ailəsi İddiaçı verilmişdir. Bununla bağlı İddiaçı həmin mənzilə dair 00757 nömrəli, xx.xx.2009-cu il tarixli order təqdim olunmuş, o və oğlu daimi yaşamaq üçün həmin mənzilə köçmüşlər. Hazırki iş üzrə Cavabdeh iddiaçının oğlu X11 ilə xx.xx.2011-ci il tarixdə nikaha daxil olduqdan sonra mübahisəli mənzilə köçmüş və birgə nikahdan doğulmuş övladı ilə bir müddət həmin mənzildə yaşamış, daha sonra onların nikahı pozulmuşdur. Cavabdeh övladı ilə mənzili tərk etmiş və hazırda həmin mənzildə yaşamır. Beləliklə, tərəflər arasında olan hüquq münasibətlərinin xx.xx.2011-ci ildən sonrakı dövrdə yarandığı müəyyən olunmuşdur. Cavabdeh hazırki vaxtadək iddiaçıya məxsus mənzildən qeydiyyatdan çıxmamışdır. Buna görə də iddiaçı cavabdehin övladı ilə birlikdə ona məxsus mənzildən istifadə hüquqlarına xitam verilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, iddia tələbinə hüquqi qiymət verilməsi iki mərhələdə həyata keçirilməlidir. İlk olaraq müəyyən edilməlidir ki, Bakı şəhəri, Nərimanov rayonu, Ə.Rəcəbli küçəsi, məhəllə 1967, ev 46V, 34 saylı mənzil kimin mülkiyyətindədir və ya ona münasibətdə kim “qanuni gözlənti” hüququna malikdir. İddiaçı həyat yoldaşı X6 erməni işğalçılarına qarşı döyüşlərdə həlak olmuş və Bakı şəhər Nərimanov Rayon İcra Hakimiyyəti başçısının 14 dekabr 2009-cu il tarixli 422 nömrəli sərəncamına əsasən mübahisələndirilən mənzil 2 nəfər ailə tərkibi ilə birlikdə şəhid ailəsi kimi İddiaçı bağışlanmış, həmin sərəncam əsasında ona 00757 nömrəli, xx.xx.2009-cu il tarixli order təqdim edilmişdir. Həmin orderdə X11 və İddiaçı ailə üzvü olaraq qeyd olunmuşdur. Başqa bir ifadəylə, Bakı şəhəri, Nərimanov rayonu, Ə.Rəcəbli küçəsi, məhəllə 1967, ev 46V, 34 saylı mənzil İddiaçı əvəzsiz olaraq bağışlanmış, X7 isə anası ilə birlikdə həmin mənzildə yaşamaq hüququ verilmişdir. Beləliklə, Bakı şəhər Nərimanov Rayon İcra Hakimiyyəti başçısının 422 nömrəli sərəncamına əsasən mübahisələndirilən mənzil İddiaçı daimi əsaslarla əvəzsiz olaraq verildiyindən o, mübahisələndirilən mənzilə qanuni gözlənti hüququna malikdir. Mübahisə ilə əlaqədar məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 yanvar 2010-cu il tarixli, V.Q.Teryoxinin şikayəti ilə əlaqədar qərarına istinad etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin həmin qərarda ifadə olunmuş mövqeyinə görə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir. Lakin daşınmaz əmlak kimi torpaq sahəsinə mülkiyyət hüququnun yaranmasının və dövlət tərəfindən müdafiə olunmasının dövlət qeydiyyatı ilə əlaqələndirilməsi belə əmlakı qanunvericiliyə müvafiq olaraq əldə emiş şəxslərin mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüquqlarına malik olmasını istisna etmir. Sahiblik və istifadə hüquqlarının həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud olması əmlak sahibinin hüquqlarının da mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurəti doğurur. Belə ki, AR Mülki Məcəlləsinin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ hissəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Həmin maddənin 2-ci hissəsinə əsasən, mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 oktyabr 2013-cü il tarixli Qərarında deyilir ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Tərəflər arasında olan hüquq münasibətləri 01 oktyabr 2009-cu ildən sonrakı dövrdə yarandığından məhkəmə hesab edir ki, bu mübahisəyə 01 oktyabr 2009-cu il tarixdən qüvvədə olan Mənzil Məcəlləsinin müddəaları baxımından qiymət verilməklə mübahisə həll edilməlidir. Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Mənzil Məcəlləsinin 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1, 228.2 və Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 16 dekabr 2014-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Həmin qərarda qeyd olunur ki, ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Bunun davamı olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz. Göründüyü kimi, cavabdeh mənzilin mülkiyyətçisinə münasibətdə sonuncunun ailə üzvü olmamaqla yanaşı, özünün saxlanılmasını tələb etmək hüququ olan şəxslərə də daxil deyildir. Həmçinin Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3706/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh mübahisəli mənzilə istifadə hüququnun tanınması və mənzilə köçürülməsinə dair iddiası təmin edilməmiş, həmin qətnamə apellyasiya instansiyasındada dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Prosessual normaların tələbləri baxımından, mülki işin icraatı zamanı preyudisial (əvvəlki hal) faktlar sübut olunmur. Sübutetmə predmetinə daxil olan tədqiq olunan və məhkəmənin yekun aktında əks edilən faktlar, bu akt qanunla müəyyən edilən qaydada ləğv edilənə və ya dəyişdirilənə qədər həqiqilik və qətilik keyfiyyəti əldə edir. Preyudisiya institutunun məntiqi əsasını qanuni qüvvəyə minmiş məhkəmə qərarının həqiqiliyi prezumpsiyası təşkil edir. Bu prezumpsiya bütün məhkəmə aktlarına şamil edildiyindən, preyudisiya əhəmiyyətinə yalnız məhkəmə qətnaməsi deyil, məzmunundan və xarakterindən asılı olaraq digər məhkəmə aktları da malik ola bilər. Yəni preyudisial əhəmiyyətə nəinki qətnamə, məhkəmə qərardadı da müəyyən şərtlərlə malik ola bilər (Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin şikayəti üzrə 14 fevral 2020-ci il tarixli Qərarı). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “C.İsmayılzadənin şikayətinə dair” xx.xx.2007-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzib olunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xassələrə malikdir. İnsan hüquqları üzrə Avropa Məhkəməsinin “Brumareski Rumıniyaya qarşı” 28 oktyabr 1999-cu il tarixli qərarına görə, hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi digərləri ilə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır. Məhkəmə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu maddəsinə istinad edərək belə nəticəyə gəlir ki, Cavabdeh ailə qanunvericiliyinə əsasən iddiaçıdan özünün saxlanılmasını tələb etmək hüququna malik olmadığından onun ailə üzvü hesab edilə bilməz. Belə olan halda, iddiaçının onlarla bağlılığı olmayan şəxsin mülkiyyətlərində olan mənzildən istifadə hüququnun itirilməsi barədə iddialarının hüquqi əsası mövcud deyildir. Göründüyü kimi, Cavabdeh mübahisəli mənzilə istifadə hüququ yaranmamışdır. Buna görə də məhkəmə hesab edir ki, mövcud olmayan hüquq məhkəmə qaydasında itirilə bilməz. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı mənzildən istifadə hüququna xitam verilməsi tələbinə dair iddiası cavabdehin qeyd edilən mənzildən istifadə hüququnun olmaması əsası ilə rədd edilməlidir. Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı mənzildən istifadə hüququna xitam verilməsi tələbinə dair iddiası rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən bir ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar