Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-369/2022 21.01.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi Əhmədzadə Əhməd Elman oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh sürücü Cavabdeh təqsirlilik dərəcəsinin müəyyən olunması barədə işə baxılmasını və Hyundai İX-35 markalı **-MK-*** dövlət qeydiyat nişanlı avtomobilə dəymiş 3000 (üç min) manat məbləğində zərərin İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 06.09.2021-ci il tarixdə axşam saat 19:00 radələrində özünə məxsus Hyundai İX-35 markalı **-MK-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Şıxov qəsəbəsi istiqamətindən hərəkətə başlayıb, Yasamal rayonu, Mətbuat prospektinə daxil olub, Qələbə dairəsi istiqamətində getmişdir. Avtomobil ilə Mətbuat prospekti ilə A.M.Şərifzadə küçəsinin kəsişməsində yerləşən svetaforun qırmızı işığı yandığı üçün stop xəttinin qarşısında gözləmişdir. Svetaforun yaşıl işığı yanan zaman avtomobil ilə hərəkətə başlayıb yolun birinci zolağı ilə Qələbə dairəsi istiqamətində hərəkətini davam etdirmişdir. Avtomobil ilə svefatorda hərəkətə başladıqdan sonra təxmini 200-300 metr getdikdən sonra avtomobilin arxasından zərbə dəyməsini hiss etmişdir. Dərhal avtomobili saxlayıb yerə düşdükdən sonra görmüşdür ki, Hyundai Sonata markalı **-SC-*** dövlət qeydiyyat nişanlı avtomobil onun avtomobilinin arxa tərəfində hərəkətdə olan KİA Ceed markalı **-CA-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa tərəfindən vurması nəticəsində həmin KİA markalı avtomobil onun idarə etdiyi Hyundai markalı avtomobilin arxa tərəfindən dəyərək zədələnmişdir. Eyni zamanda X4 da öz izahatında qeyd edir ki, 06.09.2021 -ci il tarixdə saat 19 radələrindo özünə məxsus olan idarə etdiyi KİA CEED markalı 77CA073 dövlət qeydiyyat nişanlı avtomobili ilə Fövqəladə Hallar Nazirliyi istiqamətindən hərəkət edib, Yasamal rayonu, Mətbuat prospektinə daxil olub. Qələbə dairəsi istiqamətində getmişdir. Avtomobili ilə Mətbuat pr ilə A.M.Şərifzadə küçəsinin kəsişməsində yerləşən svetaforu keçib hərəkətini davam etdirmişdir. Svetaforu keçib təxmini 200-300 metr irəlilədikdən sonra avtomobilinin arxasından avtomobil vurmasını hiss etmişdir. Zərbənin təsirindən idarə etdiyi avtomobil önümdə hərəkətdə olan Hyundai markalı avtomobilə dəymişdir. Avtomobilini saxlamışdır. Bu zaman avtomobilinin içərisində olan tanışları Mətləb Məmmədov və Tural İslamlı xəsarət almışdır. Yasamal RPİdə HK1-699 saylı yol-nəqliyyat hadisəsi ilə əlaqədar aparılmış araşdırma zamanı Cavabdeh öz izahatında göstərmişdir ki, 06.09.2021 -ci il tarixdə axşam saat 19 radələriııdə özünə məxsus olan idarə etdiyi Hyundai Sonata markalı 10SC108 dövlət qeydiyyat nişanlı avtomobili ilə Fövqəladə Hallar Nazirliyi istiqamətindən Yasamal rayonu, Mətbuat prospektinə daxil olub, Qələbə dairəsi istiqamətində getmişdir. Avtomobili ilə Mətbuat prospekti ilə A.M.Şərifzadə küçəsinin kəsişməsində yerləşən svetaforun qırmızı işığı yandığı üçün stop xəttinin qarşısında gözləmişdir. Svetaforun yaşıl işığı yanan zaman avtomobili ilə hərəkətə başlayıb yolun birinci zolağı ilə Qələbə dairəsi istiqamətində hərəkətini davam etdirmişdir. Avtomobil ile svefatorda hərəkətə başladıqdan sonra yolun birinci zolağı ilə təxmini 200-300 metr getmiş anidən qarşısında hərəkətdə olan tünd rəngli avtomobil önündə dayandığını görmüşdür. Avtomobilinin əyləcinə basan zaman məsafə yaxın olduğu üçün önündə hərəkətdə olan avtomobilin arxa hissəsindən vurmuş, vurduğu avtomobil həmin avtomobilin önündə hərkətdə olan digər avtomobilə dəymişdir. Avtomobilini saxlamış, avtomobili idarə edən şəxslərin səhhəti ilə maraqlanmış sürücülərin və sərnişinlərin ciddi xəsarət almadığını görüb, hadisə yerinə polis əməkdaşlarının gəlməsini gözləmişdir. Yasamal RPİ-nin TŞ-nin təhqiqatçısı, polis kapitanı X3 tərəfindən 15 sentyabr 2021 -ci il tarixdə “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərar qəbul etmişdir. Qərarda qeyd olunur ki, yol-nəqliyyat hadisəsini törətmiş Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 -ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməlidir. Hesab edir ki, yol-nəqliyyat hadisəsinin baş verməsinə səbəb sürücü Cavabdeh tərəfindən nəqliyyat vasitələri arasında kifayət qədər ara məsafələrinin saxlanılmamasıdır. Məhz bunun nəticəsidir ki, hər iki avtomobil zədələnmişdir. Məhkəmə iclasında Cavabdeh izahat verərək, iddia tələbini qəbul etmədiyini, iddianın rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi. Eyni zamanda Cavabdeh 19.11.2021-ci il tarixdə məhkəməyə iddia ərizəsinə etiraz təqdim edərək, İddiaçı Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə cavabdeh-Cavabdeh qarşı 3.000(üç min) manat iddia tələbi üzrə iddia ərizəsi ilə müraciət etmişdir. Aşağıda göstərilənlərə əsasən İddiaçı iddia tələbinin əsassız olduğu üçün təmin edilmədən rədd edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir: Belə ki, X7 Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin İİİ hissəsinə görə -Sürücü sürətdən və hərəkət şəraitindən asılı olaraq elə ara məsafəsi seçməlidir ki, eyni zolaqda özündən qabaqda gedən nəqliyyat vasitəsi sürəti kəskin azaltdıqda və ya gözlənilmədən dayandıqda,onunla toqquşmanın qarşısını almaq mümükün olsun. Qanunun tələbindən aydın görünür ki, bu tələb üzrə məsafəni onun idarə etdiyi-Hyundai Sonata markalı **-SC- *** dövlət nömrə nişanlı avtomobil ilə iddiaçı-İddiaçı idarə etdiyi Hyundai İX-35 markalı **- MK-*** dövlət nömrə nişanlı avtomobil ilə deyil, onun avtomobilinin toqquşduğu X1 idarə etdiyi KİA CEED markalı **-CA-*** dövlət nömrə nişanlı avtomobil iddiaçı-İddiaçı idarə etdiyi Hyundai İX-35 markalı **-MK-*** Dövlət nömrə nişanlı avtomobil ilə ara məsafəsini düzgün seçməli idi. Göründüyü kimi o, onun avtomobilimin toqquşduğu X1 idarə etdiyi KİA CEED markalı **-CA-*** Dövlət nömrə nişanlı avtomobil ilə onun idarə etdiyi-Hyundai Sonata markalı 10-SC-İ08 Dövlət nömrə nişanlı avtomobil ilə ara məsafəsini düzgün seçməməyinim nəticəsində onun avtomobili ilə toqquşmuş və X2 dəymiş ziyan xalq sığorta şirkəti tərəfindən ödənilmişdir. Buradan da aydın görünür ki, X1 idarə etdiyi KİA CEED markalı **-CA-*** Dövlət nömrə nişanlı avtomobil ilə iddiaçı-İddiaçı idarə etdiyi Hyundai İX-35 markalı **-MK-*** Dövlət nömrə nişanlı avtomobil ara məsafəsini düzgün seçmədiyi nəticəsində onun avtomobili ilə toqquşmuşdur və dəymiş ziyanı o deyil, X1 tərəfindən İddiaçı ödənilməlidir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, lakin iddiaçı məhkəməyə telqram ünvanlayaraq məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iddiaçının gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən mülki işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyərək, onların izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən rədd olunmalıdır. Belə ki, iş materiallarında olan 15 sentyabr 2021-ci il tarixli, cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, əməldə cinayət tərkibi olmadığından Azərbaycan Respublikası CPM-nin 3..2-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilmiş, qərarın surəti hadisəni törətmiş Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsindən ötrü Yasamal RPİ-nin DYPŞ-nə həvalə edilmişdir. İnzibati tənbeh vermə haqqında 25.09.2021-ci il tarixli, TP ******* saylı qərardan görünür ki, Cavabdeh 25.09.2021-ci il il tarixli İXP ******* nömrəli protokola əsasən araməsafəsi halının pozulmasına görə İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Beləliklə mülki işin materiallarında öz əksini tapan sənədlərdən və tərəflərin izahatlarından müəyyən edilən işin mübahisəsiz halı ondan ibarətdir ki, Cavabdeh 06.09.2021-ci il tarixində, saat 19:00 radələrində idarə etdiyi Hyundai Sonata minik markalı **-SC-*** dövlət qeydiyyat nişanlı avtomobillə qələbə dairəsi istiqamətində hərəkətdə olarkən Kia Ceed markalı 77-CA-03 dövlət qeydiyyat nişanlı avtomobili arxadan vurmuşdur. Baş vermiş yol nəqliyyat hadisəsi ilə əlaqədar olaraq 25.09.2021-ci il il tarixli İXP ******* nömrəli protokol tərtib edilmiş və Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinmişdir. Məhkəmə iddianın və iddiaya olan etirazlarının əsaslarının təsdiqi kimi istinad etdikləri və sübut əhəmiyyətli hesab etdikləri hallar üzrə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə mötəbər nəticə çıxarmağa əsas verməlidir. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilmısini tənzimləyən MPM-nin 88-ci maddəsi müəyyən edir ki, Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İddiaçının iddia tələbinin əsasını Cavabdeh məxsus Hyundai Sonata minik markalı **- SC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yol hərəkəti qaydalarının pozulması nəticəsində İddiaçı məxsus Hyundai İX-35 markalı **-MK-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəyən ziyanın ödənilməsi təşkil edir. Mülki Məcəllənin 21.2, 1096, 1097.1-ci maddələrinin tələblərinə görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Mülki prosessual qanunvericiliyə görə sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir. Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Beləliklə yuxarıda qeyd edilən mülki prosessual normaların və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin mövqeyinin tətbiqi nəticəsində müəyyən edilir ki, hazırki mübahisədə ona dəymiş zərərin, o cümlədən həmin zərərin həcmini sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin iddiaçı bu tələbinin əsaslı olmasını təsdiq edəcək sübutları məhkəməyə təqdim etməmişdir. Sübuta söykənməyən tələb isə əsaslı hesab edilə bilməz. Belə ki, iddiaçı tələbini mülahizə xarakterli izahatlara əsaslanmaqla sübut etməyə çalışmışdır. İlk öncə məhkəmə qeyd edir ki, iddiaçı cavabdehin təqsirli hərəkəti nəticəsində avtomobilinə 3000 manat məbləğində ziyanın dəyməsini sübut edəcək mötəbər dəlillər təqdim etməmişdir. Bu mənada məhkəmənin qənaətinə görə iddiaçı iddia ərizəsinin dəlillərinə istinad edərək qeyd olunan zərərin nədən ibarət olmasını (avtonəqliyyat vasitəsinin hansı hissələrinə ziyan dəyməsini, dəyişdirilmiş ehtiyat hissələrinin dəyəri barədə qüsur aktı, çəkilmiş xərclərə dair sübutlar və s.), göstərəcək dəlilləri təqdim etməklə, istinad etdiyi hallara dair məhkəməyə mötəbər sübutlar təqdim etməli və bu halı sübuta yetirməli idi. Məhz bu halla bağlı yalnız onun izahatı mövcuddur ki, həmin izahatlar da mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilir. Belə ki, onun izahatları iş üzrə olan digər sübutlarla yanaşı yoxlanılmalıdır ki, onun tərəfindən də belə bir sübut təqdim edilməmişdir. Belə olan halda isə iddiaçı öz izahatında bildirdiyi kimi, yəni 06.09.2021-ci il tarixdə cavabdehin idarə etdiyi “Hyundai Sonata” markalı, **-SC-*** dövlət qeydiyyat nişanlı avtomobil onun avtomobilinin arxa tərəfində hərəkətdə olan “KİA Ceed” markalı **-CA-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa tərəfindən vurması nəticəsində avtomobilin onun idarə etdiyi “Hyundai” markalı avtomobilin arxa tərəfindən dəyərək zədələməsi nəticəsində 3000 manat məbləğində zərərə məruz qaldığını qeyd etsə də bu dəlillər açıq-aşkar əsassız olmuşdur. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi”nə dair iddia tələbi əsassız olduğundan və məhkəmə araşdırması zamanı sübuta yetirilmədiyindən təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia təmin edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 50 (əlli) manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” nə dair iddia tələbi təmin edilməsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Solmaz Ədilova
Məhkəmə qərarları › İş №2(005)-369/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-369/2022
21.01.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver