Məhkəmə qərarları › İş №2(005)-3708/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3708/2021

03.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3708/2021 03.09.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əmirxanova Kəmalə Fərman qızının sədrliyi Məmmədova Nigar Ülfət qızının katibliyi İddiaçı ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı ASC-nin Nərimanov filialı ilə Cavabdeh arasında bağlanmış 17 iyun 2020-ci il tarixli NRKRK-1712 saylı kredit müqaviləsinə əsasən illik 28,9402314 % (iyirmi doqquz) faiz dərəcəsi olmaqla 24 (iyirmi dörd) ay müddətinə 2000 (iki min) manat məbləğində cavabdehə kredit verilmişdir. 17 iyun 2020-ci il tarixli, NRKRK-1712 saylı kredit müqaviləsinin şərtlərinə görə borc alan Cavabdeh kredit üzrə hesablanmış dəbbə puluna (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımı qaydada icra etməmişdir. Bu barədə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh öhdəliyinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Tərəflər arasında bağlanmış 17 iyun 2020-ci il tarixli, NRKRK-1712 saylı kredit müqaviləsinə görə, cavabdeh kredit müqaviləsinin ayrılmaz hissəsi hesab olunan ödəniş cədvəli əsasında, hər ayın 17-dən gec olmayaraq hər ay 110,74 (yüz on manat manat yetmiş dörd qəpik) manat ödəniş etməli olduğu halda öhdəliklərini vaxtıvaxtında və lazımı qaydada icra etməmişdir. Təqdim olunan maliyyə arayışına əsasən Cavabdeh 17 iyun 2020-ci il tarixli, NRKRK-1712 saylı kredit müqaviləsi üzrə borcunun məbləği əsas borcuna görə 1989,34 (min doqquz yüz səksən doqquz manat 34 qəpik) manat, faiz borcuna görə 166,82 (bir yüz altmış altı manat 82 qəpik) manat, dəbbə borcuna görə 0 (sıfır) manat, cəmi 2156,16 (iki min bir yüz əlli altı manat 16 qəpik) manat təşkil edir. Qeyd olunanlara əsasən, kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımı qaydada icra etmədiyi üçün Cavabdeh 17 iyun 2020-ci il tarixli, NRKRK-1712 kredit müqaviləsi üzrə əsas borcuna görə 1989,34 (min doqquz yüz səksən doqquz manat 34 qəpik) manat, faiz borcuna görə 166,82 (bir yüz altmış altı manat 82 qəpik) manat, dəbbə borcuna görə 0 (sıfır) manat, cəmi 32156,16 (iki min bir yüz əlli altı manat 16 qəpik) manat pul tutulmalıdır. Qeyd edilənləri nəzərə alaraq, Cavabdeh 17 iyun 2020-ci il tarixli, NRKRK-1712 saylı kredit müqaviləsi üzrə əsas borcuna görə 1989,34 (min doqquz yüz səksən doqquz manat 34 qəpik) manat, faiz borcuna görə 166,82 (bir yüz altmış altı manat 82 qəpik) manat, dəbbə borcuna görə 0 (sıfır) manat, cəmi 2156,16 (iki min bir yüz əlli altı manat 16 qəpik) manat məbləğində pulun və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Cavabdeh 17 iyun 2020-ci il tarixli, NRKRK-1712 saylı kartmane xidməti üzrə müqaviləyə əsasən əsas borcuna görə 1992,44 manat, faiz borcuna görə 143,47 manat dəbbə borcuna görə 0 manat, cəmi 2135,91 manat məbləğində pulun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehə mülki iş üzrə təyin olunmuş məhkəmə iclaslarının yeri və vaxtı barədə məlumatlar verilməsinə baxmayaraq, o məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.4 və 185.5-ci maddəsinə əsasən, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, mülki işin sənədlərini araşdırıb hesab edir ki, iddia tələbləri əsaslıdır və aşağıdakılara görə təmin edilməlidir. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh arasında 17 iyun 2020-ci il tarixli, NRKRK-1712 saylı kredit müqaviləsinə əsasən cavabdehə illik 28,9402314% (iyirmi doqquz) olmaqla 24 ay müddətinə 2000 (iki min) manat məbləğində kredit verilmişdir. İş materiallarında olan "xxxx" ASC-nin 01.07.2021-ci il tarixli maliyyə arayışından görünür ki, 17 iyun 2020-ci il tarixli, NRKRK-1712 saylı kredit müqaviləsinə əsasən Cavabdeh 10.08.2021-ci il tarixə olan borcu 1989,34 manat əsas və 166,82 manat faiz, 0 manat cərimə borcu olmaqla, cəmi 2156,91 manat təşkil edir. İş materiallarında olan İddiaçı ASC tərəfindən cavabdehə ünvanlanmış bildirişlərdən görünür ki, borcalanın yaranmış borcun 3 iş günü müddətində qaytarılması, əks təqdirdə iddia tələbi ilə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 448.1-ci maddəsinə müvafıq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafıq olaraq pul və ya eyni keyfıyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə qeyd edir ki, mülki qanunvericiliyin normaları baxımından Cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, cavabdeh kredit müqaviləsi ilə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməyərək, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də o, onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşımalı, kredit müqaviləsi üzrə yaranmış borcu iddiaçıya ödəməlidir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 17 iyun 2020-ci il tarixli, NRKRK- 1712 saylı kartmane xidməti üzrə müqaviləyə əsasən əsas borcuna görə 1989,34 manat və 166,82 manat faiz, 0 manat cərimə borcu olmaqla, cəmi 2156,91 manat məbləğində borc İddiaçı ASC-nın xeyrinə tutulmalıdır. Məhkəmə məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək iddiaçının ödədiyi dövlət rüsumunun cavabdehə aid edilməsi qənaətinə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənildiyindən, həmin məbləğ iddiaçıya ödənilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia təmin edilsin. Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış 17 iyun 2020-ci il tarixli, NRKRK-1712 kredit müqaviləsi üzrə Cavabdeh əsas borca görə 1989,34 manat və 166,82 manat faiz, 0 manat cərimə borcu olmaqla, cəmi 2156,91 manat məbləğində pul və 30 manat (otuz) manat "xxxx" ASC-nin xeyrinə tutulsun. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar