Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3716/2023 27.12.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi Məmmədova Təhminə Nizami qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təsviri hissə İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən təmir xərcinə görə ödəməli olduğu 16142 manat, ödənilmiş dövlət rüsumuna görə 138,43 manat, cəmi 16280,43 manat pulun tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 21 avqust 2018-ci il tarixdə İddiaçı və "İnteks” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında KY-324/2018 №-li müqavilə bağlanmışdır. Bağlanmış müqavilənin 1.1-ci maddəsinə əsasən müqavilənin predmetini Satıcının mənzilin əsaslı tikintisinin lazımi qaydada apararaq mənzilin gələcəkdə mülkiyyətçisi ola biləcək alıcıya əsaslı tikilmiş formada, lazımi qaydada və hazırki müqavilədə göstərilmiş müddətdə təhvil verilməsi, alıcının isə mənzilin tərəflər arasında razılşadırılmış məbləğini satıcıya ödəməsi təşkil edir. Tərəflər razılaşır ki, mənzil alıcıya təmir olunmuş vəziyyətdə təhvil veriləcək. Müqavilənin 1.2-ci bəndinə əsasən müqavilənin ümumi dəyəri (mənzilin ümumi dəyəri) 82937,00 manat müəyyən olunmuşdur. Eyni zamanda müqavilənin 1.3.1-ci bəndinə əsasən eyni tərəflər arasında ünvan 1 ünvanında yerləşən binanın tərkib hissəsi sayılan ümumi sahəsi 83.02 kv.m olan İİ blok , 14-cü mərtəbəsindəki 275 saylı mənzilin alqı-satqısma dair bağlanılan 25 avqust 2016-cı il tarixli, 061/16 №-li müqavilə üzrə alıcı tərəfindən mənzilə görə ödənilən 64337 manat məbləğində vəsait bu Müqavilə üzrə mənzilin dəyərinə yönəlilir. Müqavilənin 1.3.2-ci bəndinə əsasən müqavilənin ümumi dəyərinin qalan hissəsini isə, yəni 18,600 manat məbləğində vəsait 2018-ci ilin sentyabr ayından başlayaraq 18 ay ərzində hər ayın ilk 5 təqvim günü ərzində 1033,30 manat olmaqla Eyvazi X1 Cavabdehnə ödəməlidir. İddiaçı tərəfindən 21 avqust 2018-ci il tarixli, KY-324/2018 saylı müqavilə öhdəlikləri tam yerinə yetirilərək mənzilin dəyərini təşkil edən 82937 manat məbləğində pul məbləği Cavabdehnə ödənilmişdir. Mənzilin dəyəri üzrə borcun olmaması barədə Cavabdeh tərəfindən ona 18 fevral 2022-ci il tarixli, 324/17 saylı Maliyyə Arayışı verilmişdir. Cavabdehn tərəfindən bağlanmış müqavilənin 1.1-ci bəndinə əməl olunmayaraq mənzil vaxtında təmir olunaraq İddiaçı təhvil verilməmişdir. Buna görə də, 14 fevral 2023-cü il tarixdə, "28" avqust 2018-ci il tarixli, KA 324/2018 nömrəli müqaviləyə 1 saylı Əlavə Razılaşma bağlanmışdır. 1 saylı Əlavə Razılaşmanın 1 -ci bəndinə əsasən razılaşmaya əsasən müqavilənin 1.1-ci maddəsi ilə müəyyən edilmiş mənzilin təmirli təhvil verilmə müddəası dəyişdirilərək təmirsiz qeyd edilir. "28" avqust 2018-ci il tarixli, KY-324 №-li Müqavilənin 1.1-ci bəndi nəzərə alınmaqla Satıcı tərəfindən Alıcıya mənzili təmirsiz təhvil verilir, təmir xərci kimi hesablanan və əvvəlcədən İddiaçı tərəfindən "xxxx" MMC-yə ödənilmiş 16.142 manat məbləğində təmir xərci (müqavilə üzrə sahəsi 85.21 kv.m sahədən 4.5 kv.m eyvan sahəsini çıxmaq şərti ilə hər bir kvadrat metri 200.00 manat hesablanmışdır) 30 aprel 2023-cü il tarixədək alıcıya geri qaytarılır. Satıcı "xxxx" MMC bu müddəaya zəmanət verir. 1 saylı Əlavə razılşamanın 2-ci bəndinə əsasən əlavə razılaşmanın 1-ci bəndində nəzərdə tutulmuş təmir xərcini təşkil edən 16112 manat məbləğində pul məbləği 30 aprel 2023-cü il tarixədək İddiaçı ödənilir, İddiaçı isə mənzilin təmirini öz xərci ilə etməyi öz öhdəsinə götürür. Lakin "xxxx" MMC müqavilə şərtlərini pozaraq təmir üçün ödəməli olduğu pul məbləğini İddiaçı geri ödəməmişdir. Artıq göstərilən müddətdən 3 aydan yox vaxt keçmişdir. Buna görə də, İddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Daha sonra iddiaçı iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən təmir xərcinə görə ödəməli olduğu 16142 manat pul vəsaitinin, 4858 manat məbləğində maddi ziyanın, hüquqi yardıma çəkilən xərcin əvəzi olaraq 300 və iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 138,43 manat, cəmi 21.438,43 manat məbləğində pul alınaraq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, 10 oktyabr 2023-cü il tarixli məhkəmə hazırlıq iclasında Cavabdeh MMC-nin səlahiyyətli nümayəndəsi tərəfindən mübahisənin məhkəmədənkənar razılığa gəlinməsi mümkün olacağını və bununla əlaqədar məhkəmə hazırlıq iclasının təxirə salınması xahiş olunmuşdur. Lakin göstərilən tarixdən hazırki vaxta kimi, cavabdeh şirkət tərəfindən heç bir ödəniş olunmamışdır. Bu isə ona dəyən maddi ziyanın, yəni təmir xərclərinin hər gün daha da artmasına gətirib çıxardır. Belə ki, İddiaçı əgər 30 aprel 2023-cü il tarixə kimi mənzilin təmirini 16.142 manata həyata keçirilə bilərdisə, hazırki vaxda isə bu mümkün deyil. Göstərilən 7 ay ərzində mənzilin təmirində istifadə olunacaq tikinti materiallarının dəyəri yetərincə qalxmışdır. Hal-hazırda ünvan 1 ünvanında yerləşən binanın tərkib hissəsi sayılan ümumi sahəsi 83.02 kv.m olan İİ blok , 14-cü mərtəbəsindəki 275 saylı mənzilin təmiri üçün ümumilikdə 21000 manat pul tələb olunur. Göründüyü kimi göstərilən tarixdən hazırki vaxta kimi İddiaçı əlavə olaraq 4.858 manat maddi ziyan dəymişdir. Bundan əlavə İddiaçı məhkəməyə müraciət etdikdən sonra məhkəmədə hüquqlarının müdafiə edilməsi məqsədilə Bakı şəhəri 20 saylı Vəkil Bürosu ilə 08 oktyabr 2023-cü tarixli, 1339 saylı hüquqi yardım haqqında müqavilə bağlanmışdır. Həmin müqavilə üzrə müvafiq olaraq 300 manat İddiaçı tərəfindən ödəniş olunmuşdur. Hesab edir ki, həmin pul məbləği də Cavabdeh MMC-dən tutularaq ona ödənilməlidir Cavabdeh MMC iddia ərizəsinə etiraz olaraq bildirmişdir ki, cavabdeh İddiaçı iddia tələbində tələb etdiyi 21438,43 manat maddi ziyan məbləği tələbini qəbul etmir. Cavabdeh MMC tərəfindən İddiaçı iddia tələbində qeyd edilən 4858 manat məbləğində maddi ziyan dəyməyib, yalnız iddiaçının mənzilinin təmirinə görə təmir xərci hesablanaraq, 16142 manat məbləğində təmir pulunun İddiaçı ödənilməsi barədə tərəflər arasında 14 fevral 2023-cü il tarixli 1 saylı əlavə razılaşma imzalanıb. Cavabdeh MMC yalnız 16142 manat məbləğində təmir pulunun İddiaçı ödənilməsinə öhdəlik götürüb. Həmin 16142 manat məbləğində ödənişi də hissə-hissə ödənilməsini bildirmişlər. Odur ki, yuxarıda qeyd olunanlara əsasən İddiaçı Cavabdeh MMC-yə qarşı iddia tələbində tələb etdiyi 21438,43 manat maddi ziyan məbləği barədə iddia tələbinin əsassız olduğuna görə rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddianı müdafiə edərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında iştirak etmiş Cavabdeh MMC-nin nümayəndəsi Nümayəndə məhkəməyə təqdim etdiyi iddiaya yazılı etiraza uyğun izahat verərək iddianın rədd edilməsini xahiş etmişdir. Cavabdehə məhkəmənin baxış iclasının yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq iclaslarda nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən iclasın cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: a)Mülki işin materialları İddiaçı və "İnteks” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 21 avqust 2018-ci il tarixli KY-324/2018 №-li müqavilənin : 1.1-ci maddəsinə əsasən müqavilənin predmeti Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsində inşa edilən “Komfort” yaşayış kompleksinin İV blok, 14-cü mərtəbəsndə yerləşən və ümumi sahəsi 85.21 kv.m təşkil edən 398 saylı mənzilin Satıcının əsaslı tikintisinin lazımi qaydada apararaq mənzilin gələcəkdə mülkiyyətçisi ola biləcək alıcıya əsaslı tikilmiş formada, lazımi qaydada və hazırki müqavilədə göstərilmiş müddətdə təhvil verilməsi, alıcının isə mənzilin tərəflər arasında razılşadırılmış məbləğini satıcıya ödəməsi təşkil edir. Tərəflər razılaşır ki, mənzil alıcıya təmir olunmuş vəziyyətdə təhvil veriləcək. 1.2-ci bəndinə əsasən müqavilənin ümumi dəyəri (mənzilin ümumi dəyəri) 82937,00 manat müəyyən olunmuşdur. 1.3.1-ci bəndinə əsasən eyni tərəflər arasında ünvan 1 ünvanında yerləşən binanın tərkib hissəsi sayılan ümumi sahəsi 83.02 kv.m olan İİ blok , 14-cü mərtəbəsindəki 275 saylı mənzilin alqı-satqısma dair bağlanılan 25 avqust 2016-cı il tarixli, 061/16 №-li müqavilə üzrə alıcı tərəfindən mənzilə görə ödənilən 64337 manat məbləğində vəsait bu Müqavilə üzrə mənzilin dəyərinə yönəlilir. 1.3.2-ci bəndinə əsasən müqavilənin ümumi dəyərinin qalan hissəsini isə, yəni 18,600 manat məbləğində vəsait 2018-ci ilin sentyabr ayından başlayaraq 18 ay ərzində hər ayın ilk 5 təqvim günü ərzində 1033,30 manat olmaqla Eyvazi X1 Cavabdehnə ödəməlidir. “İnteks" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş 18 fevral 2022-ci il tarixli, 324/17 saylı Maliyyə Arayışından görünür ki, Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsində inşa edilən “Komfort” yaşayış kompleksinin İV blok, 14-cü mərtəbəsndə yerləşən və ümumi sahəsi 85.21 kv.m təşkil edən 398 saylı mənzilinə görə 1000 manat pul İddiaçı tərəfindən ödənilib və onun Cavabdeh MMC-yə mənzilin dəyəri üzrə borcu yoxdur. 14 fevral 2023-cü il tarixdə, "28" avqust 2018-ci il tarixli, KA 324/2018 nömrəli müqaviləyə 1 saylı Əlavə Razılaşmanın : 1-ci bəndinə əsasən razılaşmaya əsasən müqavilənin 1.1-ci maddəsi ilə müəyyən edilmiş mənzilin təmirli təhvil verilmə müddəası dəyişdirilərək təmirsiz qeyd edilir. "28" avqust 2018-ci il tarixli, KY-324 №li Müqavilənin 1.1-ci bəndi nəzərə alınmaqla Satıcı tərəfindən Alıcıya mənzili təmirsiz təhvil verilir, təmir xərci kimi hesablanan və əvvəlcədən İddiaçı tərəfindən "xxxx" MMC-yə ödənilmiş 16.142 manat məbləğində təmir xərci (müqavilə üzrə sahəsi 85.21 kv.m sahədən 4.5 kv.m eyvan sahəsini çıxmaq şərti ilə hər bir kvadrat metri 200.00 manat hesablanmışdır) 30 aprel 2023-cü il tarixədək alıcıya geri qaytarılır. Satıcı "xxxx" MMC bu müddəaya zəmanət verir. 2-ci bəndinə əsasən əlavə razılaşmanın 1-ci bəndində nəzərdə tutulmuş təmir xərcini təşkil edən 16112 manat məbləğində pul məbləği 30 aprel 2023-cü il tarixədək İddiaçı ödənilir, İddiaçı isə mənzilin təmirini öz xərci ilə etməyi öz öhdəsinə götürür. İddiaçı və Bakı şəhəri 20 saylı vəkil bürosunun vəkili Vəkil arasında bağlanmış hüquqi yardımın göstərilməsi haqqında 1339 nömrəli, xx.xx.2023-cü il tarixli müqavilədən görünür ki, Bkı şəhəri Nərimanov rayon Məhkəməsində təmir xərcinə görə ödənilməli olan pul məbləğinin ödənilməsi tələbinə dair iş üzrə hüquqi yardıma görə haqq qarşılıqlı razılıqla 278 manat müəyyən edilmişdir. xx.xx.2023-cü il tarixli qəbzin surətindən görünür ki, 298 manat pul Bakı şəhəri 20 saylı vəkil bürosunun hesabına ödənilmişir. “X2” MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 027/23 nömrəəli qiymətləndirmə hesabatından görünür ki, Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsində inşa edilən “Komfort” yaşayış kompleksinin İV blok, 14-cü mərtəbəsndə yerləşən və ümumi sahəsi 85.21 kv.m təşkil edən 398 saylı mənzilin təmir olunması üçün lazım olan vəsaitin hazırki dövrə olan ümumi miqdarı 21000 manat təşkil edir. b)Məhkəmə tərəfindən müəyyən edilən hallar: Tərəflər Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsində inşa edilən “Komfort” yaşayış kompleksinin İV blok, 14-cü mərtəbəsndə yerləşən və ümumi sahəsi 85.21 kv.m təşkil edən 398 saylı mənzilin Cavabdeh MMC tərəfindən əsaslı tikintisi və təmirli vəziyyətdə İddiaçı təhvil verilməsinə dair müqavilə bağlamışlar. Sonradan müqaviləyə dəyişiklik edərək, bu mənzilin təmirsiz vəziyyətdə İddiaçı təhvil verilməsi, ödənilmiş mənzilin dəyərindən təmir xərci olan 16142 manat pulun Cavabdeh MMC tərəfindən xx.xx.2023-cü il tarixinədək İddiaçı qaytarılması və mənzilin təmirsiz vəziyyətdə təhvil verilmişi barədə razılığa gəlmişlər və müqaviləyə buna dair dəyişiklik edilməsi barədə əlavə yazılı razılaşma bağlamışlar. Lakin təmir xərci olaraq qaytarılmalı olan həmin pul məbləği İddiaçı ödənilməmişdir. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra, MM): 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. MM-nin 324-cü maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Mülki Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. MM-nin 399.1-ci maddəsinin tələbinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Məhkəmə qeyd edir ki, tərəflər mülki hüququn müqavilələr azadlığı prinsipindən çıxış edərək, qanunvericiliyin normalarına zidd olmayan müqavilə bağlamışlar. Yuxarıda qeyd olunan normalardan aydın olduğu kimi bu müqavilə tərəflər arasında mülki hüquq münasubətlərinin yaranmasına səbəb olmuş hüquqi faktdır. Bu mülki hüquq münasibətlərinin məzmunu tərəflərin müqavilə üzrə öz üzərlərinə götürdükləri hüqu və vəzifələrdən ibarətdir. Belə ki, Cavabdeh MMC ilk öncə müqavilənin predmeti olan mənzili təmirli vəziyyətdə İddiaçı verməyi öz öhdəsinə götürmüş və buna müvafiq olaraq İddiaçı tərəfindən tam ödəniş olunmuşdur. Daha sonra tərəflər qanunvericiliyin onlara verdiyi imkandan istifadə edərək aralarında bağladıqları müqaviləyə dəyişiklik etmişlər. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin : 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 423.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. 424.3-ci maddəsinə əsasən müqavilə dəyişdirilərkən və ya ləğv edilərkən, əgər tərəflərin razılaşmasından və müqavilənin dəyişdirilməsi xarakterindən ayrı qayda irəli gəlmirsə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında tərəflərin razılaşmasının bağlandığı andan, müqavilə məhkəmə qaydasında dəyişdirildikdə və ya ləğv edildikdə isə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan öhdəliklər dəyişdirilmiş və ya xətm edilmiş sayılır. Müqaviləyə uyğun yazılı formada bağlanmış əlavə razılaşma ilə Cavabdeh MMC mənzilin təmir xərci olaraq İddiaçı tərəfindən ödənilmiş 16142 manat pulu xx.xx.2023-cü il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 424.4-cü maddəsinə əsasən əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, tərəflər müqavilənin dəyişdirildiyi və ya ləğv edildiyi anadək öhdəlik üzrə icra etdiklərinin qaytarılmasını tələb edə bilməzlər. Göründüyü kimi tərəflər müqavilə İddiaçı öhdəlikləri üzrə artıq icra edilmiklərinin bir qismini, yəni ödədiyi məbləğdən təmir xərcinə aid hissəsini ona geri qaytarmağı razılaşdırmışlar. Həmin Razılaşmaya əsasən pul məbləği xx.xx.2023-cü il tarixinədək qaytarılmalı idi. Lakin cavabdeh tərəfindən iddiaya verilmiş yazılı etirazda və həmçinin cavabdehin nümayəndəsinin məhkəmə iclasında verdiyi izahatından cavabdehin bu pul məbləğini hazıradək qaytarmadığı aydın olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Tərəflər arasında müqaviləyə əlavə olaraq bağlanmış razışlama tərəflər arasında yaranmış hüquq münasibətlərinin məzmununa təsir etməklə razılaşmaya uyğun olaraq yeni öhdəliklərin yaranmasına və tərəflərin müqavilə üzrə üzərlərinə götürdükləri öhdəliklərin dəyişməsinə səbəb olur və tərəflər dəyişilmiş hüquq münasibəti üzrə öhdəliklərini icra etməyə görə məsuliyyət daşıyırlar. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh MMC-nin öz üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməməsi iş materialları ilə sübut olunduğundan iddia təmir xərcinin qaytarılmasına dair hissədə təmin edilməlidir. Məhkəmə maddi ziyan olaraq 4858 manat pulun cavabdehdən tutulması hissəsində iddia tələbi ilə bağlı qeyd edir ki, tərəflər arasında olan hüquq münasibətləri bağlanmış müqavilə və bu müqaviləyə dəyişiklik edilməsi barədə razılaşma əsasında yaranmış və dəyişdirilmişdir. İş materiallarından aydın olur ki, Cavabdeh MMC müqavilə üzrə məhz təmir xərci olaraq İddiaçı tərəfindən ödənilmiş pul məbləğinin geri qaytarılması öhdəliyini icra etməmişdir. Lakin İddiaçı müqavilə üzrə mənzilin təhvil verilməsinin gecikdirilməsi iddiaçı tərəfindən mübahisələndirilməmiş, belə bir halın mövcudluğu iş materiallarından müəyyən olunmamışdır. Həmçinin mənzilin təmirinə cavabdeh tərəfindən digər hər hansı formada maneə yaradılmamışdır. Belə olan halda mənzili təhvil alan iddiaçının mənzili hansı səbəbdən təmir etməyə başlamamasını, buna cavabdeh tərəfindən hər hansı maneənin yaradıldığını və ya təmir üçün maddi imkanın olmamasını, cavabdeh tərəfindən geri qaytarılmalı olan pul məbləğinə ehtiyacı olmasını sübut etməmişdir. Digər tərəfdən, məhkəmə iddiaçının “4858 manat maddi ziyan” tələbi üzrə qeyd edir ki, birincisi, iddiaçı həmin tələbini kifayət qədər aydın şəkildə əsaslandırmamışdır; ikincisi, tərəflər arasında bağlanmış müqavilədə cavabdehin iddiaçıya ziyan ödəyəcəyi nəzərdə tutulmamışdır; üçüncüsü isə, məhkəmənin müvafiq nəticəyə gələrkən istinad etdiyi mülki qanunvericilik normalarının mənasına görə şəxs yalnız qanunsuz saxlama; qaytarmaqdan boyun qaçırma; ödənilməsini digər şəkildə gecikdirmə; başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etmə və ya toplama hərəkətlərinə yol verməklə özgənin pul vəsaitindən faydalanır: hazırkı işdə isə, cavabdehin iddiaçıya məxsus pul vəsaitindən faydalanaraq müəyyən gəlir, artım, bəhər və s. əldə etmiş olduğu barədə məhkəməyə heç bir sübut təqdim olunmamışdır. Bu mənada nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.6-cı maddəsi başqa şəxsə zərər vurulmasını mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından, 386.1-ci maddəsi isə zərər vurulmasını öhdəliyin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edir. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 21-ci maddəsi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Bu mənada, zərərin əvəzinin ödənilməsi ilə bağlı hər bir konkret iddia tələblərinin əsası digər hüquq sahələrindən (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) irəli gəlir. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusuna (deliktə) görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin mövcudluğu və zərər vuran şəxsin təqsirliliyi. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. İddiaçı 4858 manat maddi ziyanın onun xeyrinə tutulmasını tələb etsə də, ona öhdəliklərin icra edilməməsinə görə hər hansı gəlir, artım, bəhər və s. əldə edilməsindən məhrum olması sübut olunmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəllənin 449.2-ci maddəsinə əsasən, bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir. Qeyd edilən Məcəllənin 445.7-ci maddəsinə əsasə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Göründüyü kimi, MM-in “öhdəliklərin icra edilməməsinə görə məsuliyyəti” nəzərdə tutan 449-cu maddəsindəki xüsusi normada “faydalanma” və “(qanunsuz) istifadə” sözləri eyni məzmun daşımaqla, bu dörd hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur. Eyni zamanda, MM-in 445.7-ci maddəsi də borclu tərəfindən pulun gecikdirilməsi halında müəyyən şərtlə ondan faizin tutulmasının mümkünlüyünü təsbit edir. Lakin, sözügedən norma Mülki Məcəllənin 449.1-ci maddəsindən fərqli olaraq pulun ödənilməsinin gecikdirilməsini ondan faydalanmaqla əlaqələndirməyərək, yalnız zərər və ya digər əsaslarla daha böyük məbləğin tələb edilməsinin mümkün olmadığı təqdirdə, bu faizi tələb etmək hüququnu əks etdirir.Həmçinin vəsaitdən qanunsuz istifadə nəticəsində kreditora zərər vurulubsa, o, Mülki Məcəllənin 21-ci maddəsinə müvafiq olaraq zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malikdir. Bundan əlavə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” xx.xx.2009-cu il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinin “ondan faydalanmağa görə” müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehin iddiaçının pul vəsaitindən faydalanması, gəlirin, artım, bəhər və ya sair maddi xeyir qazanması işin materialları ilə sübuta yetirilmədiyindən, iddia tələbin göstərilən maddi ziyanın onun xeyrinə tutulması hissədə rədd edilməlidir. Məhkəmə “hüquqlarının müdafiəsi üçün iddiaçının vəkilə ödənilmiş 300 manat haqqın cavabdehdən alınıb ona ödənilməsi” hissəsində iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir : Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin : 115-ci maddəsinə əsasən vəkillərə etdikləri kömək üçün ödənilən xərclər və məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə iddiaçının vəkilin xidmətindən istifadə etməsi iş materiallarında olan vəkil orderindən, xidmət müqaviləsindən aydın olduğu üçün məhkəmə vəkil xərcinin cavabdehdən tutulmasını qanuni hesab edir, lakin tutulmalı olan məbləğə münasibətdə tələb olunan vəkil xərcinin məbləğinin tam məbləğdə təmin edilməsini qanuni və əsaslı hesab etmir. Belə ki, hüquqi xidmət üçün müəyyənləşdirilən məbləğ müqavilə azadlığı prinsipi əsasında həmin müqavilənin iştirakçıları tərəfindən müəyyən olunduğundan, hüquqi yardıma görə xərclər, işin halları nəzərə alınmaqla, ağlabatan məbləğdə, yəni 150 manat məbləğində iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı dövlət rüsumunun əvəzinin ödənilməsini tələb etdiyindən ödənilmiş 138,43 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən təmir xərci olaraq 16142 (on altı min yüz qırx iki) manat, hüquqi yardıma çəkilən xərcin əvəzi olaraq 150 (yüz əlli) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 138,43 (yüz otuz səkkiz manat qırx üç qəpik) manat məbləğində pul İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə rədd olunsun. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sorna qanuni qüvvəyə minir. Hakim Aytən Novruzova
Məhkəmə qərarları › İş №2(005)-3716/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3716/2023
27.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver