Məhkəmə qərarları › İş №2(005)-3734/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3734/2022

11.10.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3734/2022 11.10.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əhmədzadə Əhməd Elman oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 26 yanvar 2011-cı ıl təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması uçun hər ay 190 (bır yuz doxsan) manat sabit pul məbləğində almentın xeyrimə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh lə 27 avqust 2010-cu ildə rəsmi nikaha girməklə ailə qurub. Birgə nikahından iki övladı - 26 yanvar 2011-ci ıl təvəllüdlü X7 və 21 aprel 2012-ci il təvəllüdlü X10 anadan olmuşdur. Tərtər rayon məhkəməsinin 30 dekabr 2019-cu il tarixli, 2(061)-1272/2019 saylı qətnaməsi ilə nikahı pozulmuş. X3 atasının yanında X4 isə anasının yanında saxlanılması qət edilmişdir. Həmin qətnamə ilə cavabdehin razılığı əsasında 21 aprel 2012-cı ıl təvəl'udlu X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün 22 avqust 2019-cu il tarixdən hesablanmaqla alimentin 100 manat məbləğində tutularaq xeyrinə ödənilməsi qərara alınmışdır. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 04 may 2021-ci il tarixli 2(005)-2265/2021 saylı qətnaməsi ilə X5 yetkinlik yaşma çatar adək saxlanılması uçün alıment miqdarında cəyişiklık edilmiş, alimentin sabit pul məbləğində 175 manat məbləğində tutulması qət edilmişdir. Tərtər rayon Məhkəməsinin 11 aprel 2022-ci il tarixli 2(061)-42/2022 saylı qətnaməsi ilə birgə nikahdan anadan olmuş ikinci övladımız. 26 yanvar 2011-ci il təvəllüdlü X3 ata valideynindən alınaraq anası X6 himayəsinə verilməsi qət edilmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verib, uşaqların mənafeyini nəzərə alaraq hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Tərtər rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ № 368057 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X11 arasında nikah qeydi xx.xx.2019-cu il tarixdə pozulmuşdur. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2265/2021 saylı, 04 may 2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək, Tərtər Rayon Məhkəməsinin 2(061)-1272/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği dəyişdirilməsi, Cavabdeh qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, xx.xx.2012-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün tutulan alimentin miqdarı artırılaraq hər ay 175 manat sabit pul məbləğində X8 ödənilməsi, Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutulması və dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Tərtər Rayon Məhkəməsinin 2(061)-42/2022 saylı, 11 aprel 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilərək, hazırkı tərəflərin birgə nikahından anadan olmuş 26 yanvar 2011-ci il təvəllüdlü X7 Cavabdeh alınıb anası Zeynalova /Əkbərova/ Səbinə İsa qızının himayəsinə verilməsi qət edilmişdir. Məhkəmə baxışında tədqiq edilmiş sübutlarla müəyyən olunmuşdur ki, tərəflərin birgə nikahından xx.xx.2011-ci il təvəllüdlü X7 və xx.xx.2012-ci il təvəllüdlü X9 doğulmuşdur, tərəflərin ailə münasibətləri baş tutmadığından nikahları pozulmuş, nikah pozulduqdan sonra xx.xx.2012-ci il təvəllüdlü X9 anasının yanında saxlanılmışdır, daha sonra 26 yanvar 2011-ci il təvəllüdlü X7 Cavabdeh alınıb anası Zeynalova /Əkbərova/ Səbinə İsa qızının himayəsinə verilmişdir, hazırda iddiaçı onun saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə aliment tutulmasını xahiş edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: Məhkəmə iddia tələbinin alimentin tutulması ilə bağlı isə aşağıdakılar qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 22.2.2-ci maddəsinə əsasən məhkəmə uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən edir. 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanununa müvafiq olaraq 2022-ci il üçün minimum yaşayış həddi uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarında qeyd olunmuşdur ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Bu zaman uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə işin hallarını və cavabdehin rəsmi gəlirləri barədə məlumatın olmamasını nəzərə alaraq, aliment tələbinin təmin edilməsini, 26 yanvar 2011-ci il təvəllüdlü X1 üçün cavabdehdən iddiaçının xeyrinə hər ay 190 manat sabit pul məbləğində aliment tutulmasını ədalətli və əsaslı hesab edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəmə qərarı ilə tutulduqda aliment məhkəməyə müraciət edildiyi tarixdən tutulur. Belə olan halda məhkəmə hesab edir ki, alimentin tutulması iddia ərizəsi məhkəməyə daxil olduğu tarixdən, başqa sözlə xx.xx.2022-ci il tarixdən başlayaraq hesablanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən məhkəməyə müraciət olunarkən mediasiya üçün ödənilmiş 50 manat mediasiya xərci nəzərə alınmalı, Cavabdeh 50 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinin xeyrinə ödənilməlidir . Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Tərəflərin birgə nikahından xx.xx.2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 190 manat məbləğində aliment tutularaq İddiaçı xeyrinə ödənilsin. Cavabdeh 50 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinin xeyrinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar