Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-3737/2020 01.12.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, İmaməliyev Hüseyn Qeyrət oğlunun katibliyi İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh-X1 40020 manat məbləğində borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, tərəfindən cavabdeh-Cavabdeh bir il müddətinə xx.xx.2019-cu il tarixədək qaytarmaq şərti ilə 40000 (qırx min) manat məbləğində borc pul verib. Bu hal cavabdeh-Cavabdeh ilə onun arasında Bakı şəhəri 21 saylı notariat kontorunda bağlanmış xx.xx.2018-ci il tarixli kredit müqaviləsi və Cavabdeh özünün əlyazması ilə tərtib etmiş, imzalanmış və ona təqdim etmiş olduğu xx.xx.2019-cu il tarixli müraciəti və borc götürərkən girov olaraq ona verdiyi ünvan 1 ünvanında yerləşən evinin Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakının Dövlət reyestrindən MA seriyalı, ******* nömrəli çıxarışı ilə təsdiq olunur. Bildirir ki, qeyd olunmuş pul məbləğinin verilməsindən 2 il müddət keçməsinə baxmayaraq Cavabdeh dəfələrlə ona edilmiş şifahi və xx.xx.2020-cı il tarixli rəsmi məktubla xəbərdarlıqlarına baxmayaraq cavabdeh müxtəlif bəhanələr gətirərək borcun qaytarılmasını təmin etməmiş və borcun qaytarılmasından yayınır. Cavabdeh 40.000 manat və tərəfindən ödənilmiş 20 manat məbləğində dövlət rüsumunun, ümumilikdə 40020 manat məbləğində pulun tutulmasından ötəri Bakı şəhəri 21 saylı notariat kontoru tərəfindən Nərimanov rayonu İcra və Probasiya şöbəsinə xx xxxxxxxx 2020-ci il tarixdə icra qeydi göndərilmişdir. Daxil olmuş icra qeydinə əsasən İcra və Probasiya şöbəsinin işçiləri borcun ödənilməsindən ötəri cavabdehə dəfələrlə xəbərdarlıqlar etsələr də, lakin cavabdeh X3 eyni qaydada müxtəlif bəhanələr gətirərək İcra və Probasiya şöbəsinin işçilərini də aldatmış, xx.xx.2020-cı il tarixə qədər borcun ödənilməsindən ötəri heç bir tədbir görmək istəməmişdir. Cavabdehin ona olan borcunu ödəməkdən bilərəkdən yayınması nəticəsində ona küllü miqdarda ziyan vurulmuşdur. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən hesab edir ki, cavabdeh- Cavabdeh 40020 manat məbləğində borcun, habelə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməlidir. Məhkəmə iclasında İddiaçı iddia tələbi ilə eyni məzmunlu izahat verərək, onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək, iddia tələbinə yazılı etiraz təqdim etdi və iddianın rədd edilməsini xahiş etdi. Etiraz onunla əsaslandırılmışdır ki, xx.xx.2018-ci il tarixdə onunla İddiaçı arasında borc müqaviləsi bağlanmışdır. Həmin müqavilə üzrə tərəflər onu aldatmışlar. Belə ki, İddiaçı ona sələmçi kimi Kifayət Occaqquliyeva adlı xanım tanış etmişdir. Kifayət Occaqquliyeva və İddiaçı arasında razılıq əldə edilmişdir ki; 1 il müddətinə Kifayət Occaqqulıyevaya verildiyi kimi də Kifayət tərəfindən Əzizə qaytarılacaq. Belə ki, Kifayət Occaqquliyeva ondan xahiş etmişdir ki, onun baxçası var və baxça bağlanmaq üzrədir. Ona köməklik etsin. O da ona inanaraq 1 il müddətinə pulun götürülməsinə razılığını bildirdi. O, həmin dövrdə orta məktəbdə müəllimə işləyirdi. Günün 2-ci yarısı boş olduğundan Kifayət Occaqquliyeva ona təklif etmişdir ki, onun baxçasında müəllimə işləsin. Borc müqaviləsinin bağlanan günədək o, iddiaçını nə tanımış nə də ki, görmüşdü. Borc müqaviləsi bağlanarkən Kifayət Occaqquliyeva ona bildirməmişdir ki, onun mülkiyyətində olan evi girov qoyacaq. O ona bildirmişdir ki, onun qeydiyyatı Qazax şəhəridir. Bu səbəbdən də ona kredit və ya borc verilmir qeydiyyatına görə, bu səbəbdən də ona köməklik etsin. O, notariat kontoruna Kifayət Occaqquliyeva ilə gələndə orada ona Kifayət bildirdi ki, Əziz müəllimdir o mənə pul verəcək, lakin müqavilə sənin adına rəsmiləşdiriləcək və müqavilədə imza et. O da Kifayət Occaqquliyevaya inanaraq oxumadan müqavilədə imza etdi. Lakin borc qarşılığında evinin girov qoyulmasını bir zamandan sonra bildi. Qeyd etmək istəyir ki, 40000 min manat pulun verilməsi də Kifayət Occaqquliyeva və İddiaçı arasında olmuşdur. Həmin pulun Kifayət Occaqquliyeva tərəfindən götürülməsini həm iddiaçı həm də iddiaçının yanında olan onun tanışı Zaur adlı şəxsdə şahidi olmuşlar. X2 pulu çantasına qoyaraq oranı tərk etmişdi. Bundan sonra Zaurun avtomaşını ilə Kifayət və İddiaçı onu yaşadığı ünvana gətirmişlər və çıxıb getmişlər. Bir müddətdən sonra Kifayət Occaquliyevadan pulun qaytarılması barədə məlumat alanda sonuncu ona bildirmişdir ki, hər şey qaydasındadır. Pulun hissə-hissə qaytarılmasında narahatçılıq yoxdur. Lakin hadisədən 5-6 ay keçəndən sonra İddiaçı ona zəng edərək Kifayətin pulu qaytarmamasını və girov kimi qoyduğu evi ondan alacağını bildirmişdir. O bundan sarsıntı keçirmişdi. Hətta bununla bağlı bir müddət stasionar müalicə də almışdı. O, Kifayət Occaqquliyevaya zəng edərək onu aldatdığını İddiaçı pulunu vermədiyini bildirəndə ilk əvvəllər sonuncu bildirdi ki, məsələni tezliklə həll edəcək. Lakin sonradan sonuncu həmin pulun yarısını kiməsə verdiyini yarısını onda olduğu barədə cəfəngiyatlar uydurmağa başladı. Onun hüquqi biliyi olmadığından məsələnin hansı qaydada həll edilməsi istiqamətində Kifayət Occaqquliyeva barəsində 2 ilə yaxındır ki, hüquq mühafizə orqanlarına müraciətlər edi., (qəbzləri təqdim edir.) O, İddiaçı pulun Kifayət Occaqquliyevaya verilməsi gününədək tanımırdı. Əgər iddiaçı onu tanımırsa, onunla tanışlığı olmayıbsa pulu Kifayət Occaqquliyevaya veribsə tanımadığı şəxsə 40000 manat pul necə verə bilər?! Dəfələrlə İddiaçı bildirmişdir ki, birlikdə Kifayət Occaqquliyevadan pulu alsınlar. Lakin sonuncu bildirir ki, pulu Kifayətə versə də borc müqaviləsini onunla rəsmiləşdirmişdir. Qeyd edi ki, pulun alınmasını Zaur adlı şəxs də təqdiq edə bilər. İddiaçı əsassız olaraq onu da iddia ərizəsində belə bir ifadə işlətmişdir: ” 40000 manat pulu ona vermişdir”. Onun onunla məhkəməyə qədər telefonla danışarkən, onu evinə dəvət edərək məsələnin həllində dəvətlərimnə iddiaçı cavab verməmiş iddia ərizəsində isə pulun ona verilməsini bildirmişdir. Borc müqaviləsi üzrə o, bilsəydi ki, Kifayət Occaqquliyeva onun evini girova qoyub, o müqaviləni məhkəmə qaydasında mübahisələndirərdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, mülki iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2018-ci il tarixli “borc verən” İddiaçı ilə “borc alan” Cavabdeh arasında bağlanmış kredit müqaviləsindən görünür ki, borc verən borc alana 40000 manat məbləğində borc pul verir. "Borc alan" kredit məbləğini xx.xx.2019-cu il tarixədək "Borc verənə" tam qaytarmağı öhdəsinə götürür. İş materiallarında olan xx.xx.2020-ci il tarixli “İcra Qeydi”nin surətinə əsasən Mən, Bakı şəhəri 21 saylı notariat ofisinin xüsusi notariusu X5 'Notariat haqqında' Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən təkiif edirəm həmin sənədlər üzrə AZƏRBAYCAN RESPUBLİKASİ, BAKİ ŞƏHƏRİ. F.X.XOYSKİ PR.. EV 121 "A" . MƏN 21 ünvanında qeydiyyatda olan İddiaçı (AZE0*******, xx.xx.2003 00:00-Nərirranov) xeyrinə AZƏRBAYCAN RESPUBLİKASİ, BAKİ ŞƏHƏRİ, F.YUSİFOV KÜÇ, EV 69 . MƏN 610 ünvanında ceydiyyatda olan Cavabdeh QİZİNDAN (AZE0*******, xx.xx.2011 - Nərimanov, faktiki yaşadığı ünvan: AZƏRBAYCAN RESPUBLİKASİ, BAKİ ŞƏHƏRİ, F.YUSİFOV KÜÇ. EV 69 , MƏN 610) müddət üçün taxtında ödənilməmiş 40000 manat 00 qəpik (qırx min manat sıfır qəpik) tutulsun. Bundan əlavə təklif edirəm borcludan Cavabdeh QİZİNDAN tələbkar tərəfindən ödənilmiş 20 manat 00 qəpik (iyirmi manat sıfır qəpik) məbləğində dövlət rüsumu (haqq) olmaqla cəmi 40020 manat 00 qəpik (qırx min iyirmi manat sıfır qəpik) pul tutulsun. Həmin icra qeydi xx.xx.2020 tarixdə aparılmışdır. İş materiallarında olan Bakı şəhəri Nərimanov rayon icra və probasiya şöbəsinin xx.xx.2020-ci il tarixli icra sənədinin qaytarılması haqqında qərarın surətindən görünür ki, tələbkar İddiaçı xx xxxxxxxx 2020-ci il tarixli ərizə ilə Nərimanov rayon icra və probasiya şöbəsinə müraciət edərək, Bakı şəhəri 21 saylı Notariat Kontorunun 4942 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədinin «İcra Haqqında» Azərbaycan Respublikası Qanunun 23.1.1-ci maddəsinə əsasən icra olunmadan məhkəməyə geri qaytarılmasını xahiş etmişdir. Bakı şəhəri 21 saylı Notariat Kontorunun 4942 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədi Bakı şəhəri 21 saylı Notariat Kontoruna qaytarılması qərara alınmışdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin: 170.1-ci maddəsinə əsasən Bu Məcəllənin 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatına xitam verə bilər. 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür; 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. "İcra haqqında" Azərbaycan Respublikasının Qanunun: 6.1.4-cü maddəsinə əsasən notariat orqanlarının icra qeydləri icra sənədi sayılır; 7.4-cü maddəsinə əsasən, məhkəmə əmrinin və alimentlərin ödənilməsinə dair notariat qaydasında təsdiqlənmiş sazişin məzmunu müvafiq olaraq Azərbaycan Respublikasının Mülki Prosessual və Ailə məcəllələri ilə müəyyən edilir. Notariusun icra qeydlərinin məzmunu "Notariat haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunur. 8.2-ci maddəsinə əsasən, icra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. İcra sənədi bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan tələblərə uyğundursa, icra məmuru icra sənədini məhkəmədən və ya digər orqandan qəbul etməli və icraata başlamalıdır. 8.3-cü maddəsinə əsasən, icraata başlamaq haqqında qərarın surəti onun qəbul edildiyi vaxtdan bir gün müddətində tələbkara, borcluya, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) göndərilir. "Notariat haqqında" Azərbaycan Respublikasının Qanunun 76-cı maddəsinə əsasən borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. Həmin Qanunun 78-ci maddəsinə əsasən, icra qeydləri üzrə ödəniş Azərbaycan Respublikasının qanunvericiliyi ilə məhkəmə qətnamələrinin icrası üçün müəyyən edilmiş qaydada həyata keçirilir. Göründüyü kimi, xx.xx.2018-ci il tarixli kredit müqaviləsi üzrə 21 saylı notariusun icra qeydi, yəni icra sənədi mövcuddur və hazırda qeyd olunan icra sənədinin qüvvədən düşməsi barədə hər hansı sənəd yoxdur və həmçinin məhkəmə iclasında da bu barədə heç bir sübut təqdim edilməmiş, habelə həmin icra sənədi tələbkarın özü tərəfindən mübahisələndirilir. Eyni zamanda məhkəmə qeyd etməyi zəruri hesab edir ki, icra sənədinin icra edilmədən Bakı şəhəri 21 saylı Notariat Kontoruna qaytarılması onun qüvvədən düşməsi yaxud ləğv edilməsi demək deyildir. Hər bir halda hazırda eyni tələb üzrə qüvvədə olan icra qeydi mövcuddur. Belə olan halda isə eyni tərəflər arasında, eyni predmet barəsində, eyni əsaslar üzrə icra sənədi hesab edilən icra qeydi olduğundan məhkəmə mülki iş üzrə icraata xitam verilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə məhkəmədə baxıla bilməz, bu səbəbdən mülki işin icraatına xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 261-ci, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Solmaz Ədilova
Məhkəmə qərarları › İş №2(005)-3737/2020
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-3737/2020
01.12.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver