Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3743/2024 28.10.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi İsmayılov Pərvin Pərviz oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Elcan Əbilfəz oğluna qarşı alimentin artırılması tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Elcan Əbilfəz oğluna qarşı alimentin artırılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 3594/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə, uşağın saxlanması üçün 175 manat müəyyən edilmiş alimentİN miqdarının uşaq üçün 60 manat artırılaraq, 21 may 2019-cu il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanması üçün 235 manat sabit pul məbləğində alimentin tutulması, Bakı 8 saylı Mediasiya Təşkilatına 51 manat və poçt xidmətinə görə ödənilmiş 10 manat pulun cavabdeh X3 tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, cavabdeh X7 ilə 13 aprel 2018-ci il tarixdə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Birgə nikah dövründə 21 may 2019-cu il təvəllüdlü X9 anadan olmuşdur. Cavabdeh X7 aralarında mütəmadi olaraq sözsöhbətləri olduğuna görə, o, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X7 ilə 13 aprel 2018-ci il tarixdə aralarında olan nikahlarının pozulması, cavabdeh X3 175 manat sabit pul məbləğində alimentin və 21 may 2019-cu il təvəllüdlü X6 3 yaşına çatanadək hər ay 100 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdi. xx.xx.2021ci il tarixli Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin (hakim Kəmalə Əmirxanovanın sədrliyi ilə) qətnaməsinə əsasən iddia tələbi qismən təmin edilərək, X5 ilə X7 arasında 13 aprel 2018-ci il tarixində 247 akt qeydi ilə bağlanmış nikah pozulmuş, nikah pozulandan sonra 21 may 2019-cu il təvəllüdlü X9 anası X2 yanında saxlanılması və xx.xx.2021-ci il tarixdən başlayaraq cavabdeh X3 hər ay 175 manat sabit pul məbləğində alimentin və 21 may 2019-cu il təvəllüdlü X6 3 yaşına çatanadək hər ay 50 manat məbləğində pul X2 xeyrinə tutulması qət edilmişdir. Hazırda azyaşlı uşaqları onunla qalır və hesab edir ki, bugünkü bahalıqla əlaqədar olaraq, uşağın saxlanması üçün cavabdehdən onun xeyrinə bir uşağa görə sabit pul məbləğində 175 manat aliment çox az olduğundan, alimentin artırılmasına dair məhkəmədən əvvəl mediasiya müraciət etmək qərarına gəlib. Qanunvericiliyin tələblərinə uyğun olaraq, o, ailə münasibətləri ilə əlaqədar olan mübahisələrə görə, mediasiya şurasına müraciət edib. Orada onun müraciətinə əsasən mediator təyin edildi, mediatora onun tərəfindən 51 manat dövlət rüsumu və poçt xərcinə görə 10 manat ödənilmiş, 16 avqust 2024-cü tarixli, MŞB/8/2Ü24-01619 nömrəli Bakı 8 saylı Mediyasiya Təşkilatı tərəfindən ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə Bakı 8 saylı Mediyasiya təşkilatı tərəfindən arayış verilmişdir. Bir uşağa görə 175 manat, uşağın saxlanmasına çatmır, uşağın geyimləri, qidalanması, fərdi müəllim hazırlığını nəzərə alsalar, yuxarıda qeyd olunan aliment məbləği ilə uşağı saxlamaqda olduqca çətinlik çəkir. İndiki bahalıqla əlaqədar olaraq, bir uşağın saxlanması üçün 175 manat pul məbləği uşağın yaşayış minimumundan az olduğundan, 60 manat artırılaraq, 235 manat alimentin sabit pul məbləğində tutulması, məhkəmə xərclərinə görə, yəni Bakı 8 saylı Mediasiya Təşkilatı çəkdiyi 51 manat dövlət rüsumu və 10 manat da, poçt xərcinə görə cavabdeh X3 alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmalıdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa müvafiq izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh Elcan Əbilfəz oğluna məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual MəcəlləSİnin 185.5-ci maddəsinə əsasən onun iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyərək və iş materiallarını tədqiq edərək hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən iddia təmin edilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - doğum haqqında şəhadətnamənin notarial təsdiq edilmiş surətindən görünür ki, tərəflərin birgə nikahından xx.xx.2019-cu il təvəllüdlü X9 doğulmuşdur. X8, anası X4r; - Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3594/2021 saylı, xx.xx.2021ci il tarixli qətnaməsi ilə X5 ilə X7 arasında 13 aprel 2018-ci il tarixində 247 akt qeydi ilə bağlanmış nikahın pozulması, nikah pozulandan sonra 21 may 2019-cu il təvəllüdlü X6 anası X2 yanında saxlanılması, xx.xx.2021-ci il tarixdən başlayaraq cavabdeh X3 hər ay 175 manat sabit pul məbləğində alimentin və 21 may 2019-cu il təvəllüdlü X6 3 yaşına çatanadək hər ay 50 manat məbləğində pulun X2 xeyrinə tutulması qət edilmişdir; - nikahın pozulması haqqında şəhadətnamənin notarial təsdiq edilmiş surətindən görünür ki, X7 ilə X2 nikahı Nərimanov Rayon Məhkəməsinin qətnaməsi əsasında xx.xx.2021-ci il tarixdə pozulmuşdur; - ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Elcan Əbilfəz oğlu xx.xx.2024-cü il tarixində keçirilmiş mediasiya sessiyasında iştirak etməmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, İddiaçı ilə cavabdeh Elcan Əbilfəz oğlunun rəsmi nikahlarından xx.xx.2019-cu il təvəllüdlü X9 doğulmuşdur. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3594/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə onlar arasındakı nikahın pozulması, xx.xx.2019-cu il təvəllüdlü X6 anasının yanında saxlanması və onun yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 175 manat məbləğində alimentin Elcan Əbilfəz oğlundan tutularaq İddiaçı ödənilməsi qət olunmuşdur. Hazırda iddiaçı uşaqlar üçün yaşayış minimumunun artmasına əsaslanaraq alimentin məbləğinin 235 manat müəyyən edilməsini xahiş edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Ailə Məcəlləsinin 78-ci maddəsinə müvafiq olaraq valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də Ailə Məcəlləsinin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. İddia tələbinin qanuni əsası kimi çıxış edə biləcək yuxarıda qeyd olunan normanın mənasından göründüyü kimi alimentin miqdarının dəyişdirilməsi məsələsi o halda həll oluna bilər ki, alimentin məbləği müəyyən ediləndən sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olsun. Buna baxmayaraq qeyd edilməlidir ki, “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən yaşayış minimumu minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət sosial normadır. Minimum istehlak səbəti dedikdə isə insanın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərin elmi normalar əsasında müəyyən edilmiş toplusu nəzərdə tutulur. Göründüyü kimi, yaşayış minimumunun dəyişməsinə səbəb olan hallar Respublikanın dövlət təminatı siyasətində, ölkənin sosial-iqtisadi inkişafında baş verən dəyişikliklərdir. Belə ki, uşağın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərin qiymətlərində artım səviyyəsi himayəsinə uşaq verilən tərəfin maddi vəziyyətində dəyişikliklərin baş verməsinə dəlalət edir. Məhkəmə hesab edir ki, iddiaçının məhkəmə qətnaməsinə əsasən uşağın saxlanması üçün xeyrinə tutulan aliment məbləğinin dəyişdirilməsinə dair əsas ola biləcək hər hansı sübutu məhkəməyə təqdim etməməsinə baxmayaraq, ödənilən aliment məbləğinin Azərbaycan Respublikasının qanunvericiliyi ilə uşaq üçün müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olması uşağın mənafelərinin əhəmiyyətli dərəcədə pozulması ilə nəticələnə bilər. Həmçinin məhkəmə qeyd edir ki, məhkəmə tərəfindən aliment müəyyənləşdirilərkən müvafiq dövrün həyat standartları və uşağın ehtiyaclarının səviyyəsi əsas götürülmüşdür, hazırda isə bu vəziyyət dəyişməklə həm uşaq böyümüş və ehtiyacları artmış, həm də uşaqlar üçün müəyyənləşdirilmiş yaşayış minumumu 2024-cü ildə artırılaraq 235 manat müəyyən edilmişdir. Məhkəmənin qənaətinə görə, göstərilənlər alimentin məbləğinin müəyyən olunduğu tarixdən bugünədək artmış həyat standartları və istehlak qiymətləri, eləcə də uşağın böyüməsi nəzərə alınmaqla, tərəflərin vəziyyətlərində yaranmış dəyişiklik kimi qəbul edilməlidir. Belə ki, “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minumumu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq 2024-cü il üçün yaşayış minumumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının 19 may 1998-ci il tarixli Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarında qeyd olunmuşdur ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Ali Məhkəmənin Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarının 8.14-cü bəndinə görə, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Beləliklə, məhkəmə ödəmələrin miqdarını müəyyənləşdirən halların artıq dəyişdiyini və alimentin ödənilməsinin eyni qaydada davam etməsinin uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün yetərli olmadığını, həmçinin aliment məbləğinin müəyyən edilməsinə təsir edən diqqətəlayiq digər halların mövcudluğunu, eləcə də uşağın yaşını və tələbatının artmasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, uşaqlar üçün yaşayış minimumuna uyğun olaraq 235 manat məbləğində aliment tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2 və 217.4-cü maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinin tələblərinə görə “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Hazırki mülki iş üzrə iddiaçı mediasiya təşkilatına 50 manat və poçt-kargüzarlıq xidməti üçün 10 manat məbləğində pul ödəmişdir. Beləliklə, məhkəmə yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, cavabdeh Elcan Əbilfəz oğlundan İddiaçı xeyrinə tutulan alimentin miqdarı dəyişdirilməli, cavabdeh Elcan Əbilfəz oğlundan xx.xx.2019-cu il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 235 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməlidir. Həmçinin mediasiya xərci kimi ödənilmiş 60 manat məbləğində pul cavabdeh Elcan Əbilfəz oğlundan tutularaq İddiaçı ödənilməlidir. Dəyişdirilmiş alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 358 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. xx.xx.2019-cu il təvəllüdlü X1 üçün cavabdeh Elcan Əbilfəz oğlundan tutulan alimentin miqdarı dəyişdirilsin. xx.xx.2019-cu il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh Elcan Əbilfəz oğlundan hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Mediasiya xərci kimi ödənilmiş 60 (altmış) manat məbləğində pul cavabdeh Elcan Əbilfəz oğlundan tutularaq İddiaçı ödənilsin. Dəyişdirilmiş alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən sonra 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva
Məhkəmə qərarları › İş №2(005)-3743/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3743/2024
28.10.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver