Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-375/2022 19.01.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əliyeva Nurlana Sahib qızının katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı1 nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh Cavabdeh MMC-nin nümayəndəsi X2 Cavabdeh Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İlkin iddia üzrə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4,və İddiaçı5 cavabdehlər Cavabdeh MMC-yə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “maliyyə arayışının və qeyri-yaşayış sahəsinin plan-cizgisinin verilməsi öhdəliyinin həvalə edilməsi” tələbinə dair ilkin, Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC-nin cavabdehlər İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 qarşı “02.06.2015-ci il tarixli müqavilənin ləğv edilməsi və etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsinə dair mülki iş üzrə ekspertiza təyin edilməsi barədə verilmiş vəsatətə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 cavabdehlər Cavabdeh MMC-yə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınma Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “02.06.2015-ci il tarixli 14 nömrəli alqı-satqı müqaviləsinin notarial qaydada bağlanılmış müqaviləyə bərabər hüquqi qüvvəyə malik olması və həmin müqavilə üzrə alıcıların satıcıya borcu olmadığına dair arayışın verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Sahil-D Kompani" MMC ilə Bakı şəhəri F.Bayramov küçəsi 1156 ünvanında olan yaşayış binalarının sakinləri X8 və digər 50 nəfər arasında bağlanmış, həmin ünvanda inşa edilən 1 saylı yaşayış binasının 2-ci mərtəbəsində yerləşən 700 kv.m qeyri yaşayış sahəsinin alqı-satqısını ehtiva edən 02 06.2015-ci il tarixli 414 saylı alqı-satqı müqaviləsinin notariat qaydada bağlanmış alqı-satqı müqaviləsinə bərabər hüquqi qüvvəyə malik olması və həmin müqavilə üzrə alıcıların satıcıya borcu olmaması barədə təmizlik arayışının verilməsi öhdəlik kimi “Sahil-D Kompani" MMC-nin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra 09.12.2021-ci il tarixdə iddiaçılar iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, Cavabdeh MMC ilə Bakı şəhəri F.Bayramov küçəsi 1156 ünvanında olan yaşayış binalarının sakinləri X8 və digər 50 nəfər arasında bağlanmış, həmin ünvanda inşa edilən 1 saylı yaşayış binasının 2-ci mərtəbəsində yerləşən 700 kv.m qeyri yaşayış sahəsinin alqı-satqısını ehtiva edən, 02.06.2015-ci il tarixli, 414 saylı alqı-satqı müqaviləsi üzrə alıcıların satıcıya borcu olmaması barədə maliyyə arayışının və sözügedən qeyri-yaşayış sahəsinin plan-cizgisinin verilməsinin öhdəlik kimi Cavabdeh MMC-nin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra Cavabdeh MMC-nin nümayəndəsi iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 qarşı qarşılıqlı iddia tələbinə dair ərizə ilə müraciət edərək, İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4,və İddiaçı5 Cavabdeh MMC-yə qarşı “Bakı şəhəri, F.Bayramov küçəsi, 1156 ünvanda MMC-nin inşa etdiyi 1 №-li çoxmənzilli yaşayış binasının 2-ci mərtəbəsində yerləşən ümumi sahəsi 700 kv.m olan qeyri-yaşayış sahəsinin alqı-satqısı barədə MMC və həmin ünvanda yerləşən çoxmənzilli yaşayış binalarının 50 nəfər sakini, o cümlədən də hazırki iş üzrə iddiaçılar arasında bağlanmış 02.06.2015-ci il tarixli 414 №-li müqavilənin notarial qaydada bağlanmış alqı-satqı müqaviləsinə bərabər hüquqi qüvvəyə malik olması, habelə həmin müqavilə üzrə alıcı olan iddiaçıların satıcı olan cavabdeh MMC-yə borclarının olmaması barədə “təmizlik arayışının’’ verilməsi öhdəliyinin MMC-nin üzərinə qoyulması’’ tələbinə dair ilkin iddia tələbinin rədd edilməsi, ünvan 1 ünvanda yerləşən 1 nömrəli binanın 2-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsinə dair Cavabdeh MMC-nin keçmiş direktoru X5 və iddiaçılar arasında 02.06.2015-ci il tarixdə bağlanması qeyd olunan müqavilənin etibarsız hesab edilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında qarşılıqlı iddia ərizəsinin icraata qəbul edilməsi və ilkin iddia ərizəsi ilə birlikdə baxılması qərara alınmışdır. Bundan sonra 23.12.2021-ci il tarixdə Cavabdeh MMC-nin nümayəndəsi qarşılıqlı iddia ərizəsinin həcminin artırılmasına dair məhkəməyə ərizə təqdim edərək, iddiaçılar İddiaçı1 Solian oğlunun, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 Cavabdeh MMC-yə qarşı “Bakı şəhəri, F.Bayramov küçəsi, 1156 ünvanda MMC-nin inşa etdiyi 1 №-li çoxmənzilli yaşayış binasının 2-ci mərtəbəsində yerləşən ümumi sahəsi 700 kv.m olan qeyri-yaşayış sahəsinin alqı-satqısı barədə MMC və həmin ünvanda yerləşən çoxmənzilli yaşayış binalarının 50 nəfər sakini, o cümlədən də hazırki iş üzrə iddiaçılar arasında bağlanmış 02.06.2015-ci il tarixli 414 №-li müqavilənin notarial qaydada bağlanmış alqı-satqı müqaviləsinə bərabər hüquqi qüvvəyə malik olması, habelə həmin müqavilə üzrə alıcı olan iddiaçıların satıcı olan cavabdeh MMC-yə borclarının olmaması barədə “təmizlik arayışının’’ verilməsi öhdəliyinin MMC-nin üzərinə qoyulması’’ tələbinə dair ilkin iddia tələbinin rədd edilməsi; Qarşılıql iddia üzrə iddiaçı Cavabdeh MMC tərəfindən qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1 Solian oğluna, İddiaçı2, İddiaçı3, İddiaçı4 qarşı ünvan 2 ünvanında yerləşən 1 nömrəli binanın 2-ci mərtəbəsində yerləşən qeyri- yaşayış sahəsinə dair “Sahil-D Kompani’’ MMC-nin keçmiş direktoru X5 və iddiaçılar arasında 02.06.2015-ci il tarixdə bağlanması qeyd olunan müqavilənin etibarsız hesab edilməsi’’ və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC tərəfindən qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1 Solian oğluna, İddiaçı2, İddiaçı3, İddiaçı4 qarşı ünvan 3 ünvanında yerləşən 1 nömrəli binanın 2ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsinə dair “Sahil-D Kompani’’ MMC-nin keçmiş direktoru X5 və iddiaçılar arasında 02.06.2015-ci il tarixdə bağlanmış müqavilənin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 4 ünvanda yerləşən yeni tikilmiş yaşayış binalarındakı mənzilləri müxtəlif vaxtda Cavabdeh MMC-dən müvafiq qaydada bağlanmış alğı-satqı müqavilələri ilə satın almışdır. Mənzillər satın alınarkən və ondan sonrakı müddətdə yaşayış binalarının karkas və hörgü işləri, binanın xaricində suvaq işləri, arakəsmənin hörülməsi, binanın fasadının lahiyədə razılaşdırılmış qaydada yerinə yetirilməsi işləri görülməmiş, daxili eletkrik xətləri çəkilməmiş, müvafiq liftlər quraşdırılmamış və digər qüsurlar olmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 582.1-ci maddəsinə əsasən, Satıcının alıcıya verməli olduğu əşya alıcıya verdiyi məqamda bu Məcəllənin 581-ci maddəsində nəzərdə tutulan tələblərə uyğun gəlməlidir, bu şərtlə ki, alğı-satqı müqaviləsində əşyanın həmin tələblərə uyğunluğunu müəyyənləşdirməyin ayrı məqamı nəzərdə tutulmasın. Verilən əşya bu cür əşyaların adətən istifadə edildiyi məqsədlər üçün ağlabatan müddət ərzində yararlı olmalıdır. Sözügedən yaşayış binasının sakinləri tərəfindən həmin qüsurların aradan qaldırılması cavabdehdən tələb olunsa da, cavabdeh həmin qüsurların aradan qaldırılması üçün maddi imkanının olmadığını bildirmiş və həmin binanın sakinləri ilə Cavabdeh MMC arasında 02.06.2015-ci il tarixli 414 saylı yeni alğı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin şərtlərinə görə bu qüsurları oinanın sakinləri aradan qaldırmalı əvəzində Satıcı F.Bayramov küçəsi 1156 ünvanında inşa edilən 1 saylı yaşayış binasının 2-ci mərtəbəsində yerləşən ümumi sahəsi 700 kv.m-dən ibarət olan qeyri-yaşayış sahəsini alıcılara təhvil verməyi öhdəsinə götürürdü. Hal-hazırda alıcılar, yəni sözügedən müqaviləni imzalamış binanın sakinləri öz öhdəliklərini tam şəkildə icra etsə də, yəni müqaviləsə əks olunan bir milyon əlli min manatı satıcıya ödəsə də, satıcı müvafiq qeyriyaşayış sahəsinə çıxarış almaq üçün tələb olunan notarial qaydada alğı-satqı müqaviləsini imzalamaqdan və alıcıların satıcıya borcu olmadığı barədə təmizlik arayışının verilməsindən imtina edir. Belə ki, yaşayış binalarının sakinləri müqavilə imzalandığı tarixdən etibarən müxtəlif vaxtlarda cavabdehə ödənişləri etmiş və bu ödənişlər qəbzlərlə sübut olunur. Sözügedən qəbzlər iddia ərizəsinin qoşmasına əlavə ediləcəkdir. 2018-ci ildən etibarən MMC-nin möhürünün Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə idarəsi tərəfindən alındığı üçün sakinlərin etdiyi ödəniş üçün MMC tərəfindən qəbz verilməmişdir. Bunun üçün o tarixdən etibarən hər dəfə sakinlər ödəniş etdikdə öz aralarında bunu təsdiq edən akt bağlamaqla bunu təsdiq edirdilər. Halhazırda Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsindən sözügedən qeyri-yaşayış sahəsinə alıcıların mülkiyyət hüququnu təsdiqləyən çıxarış almaq üçün 02.06.2015-ci il tarixli, 414 saylı müqavilənin notarial təsdiq olunmuş müqaviləyə bərabər hüquqi qüvvəyə malik olması barədə məhkəmə qərarı tələb olunur. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbycan Respublikasının qanununun 8ci maddəsinə əsasən, daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr və qanuni qüvvəyə minmiş məhkəmə qərarları Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Göründüyü kimi müqaviləni tərtib edən Cavabdeh MMC qəsdən müqaviləni notariat qaydada deyil sadə yazılı qaydada tərtib edərək alıcıların hüquqlarını kobud şəkildə pozmuş və nəticədə mülkiyyətçilərin mülkiyyət hüququnu təsdiq edən çıxarışın alınmasında süni mənaeçilik yaranmışdır. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 02.06.2015-ci il tarixli müqavilə üzrə üzərlərinə götürdükləri öhdəlikləri yerinə yetirməyən iddiaçıların hazırki iddia tələblərini irəli sürməkdə məqsədləri etibarsız əqd əsasında qeyriyaşayış sahəsinə sahiblənməkdir. Bu səbəbdən istinad olunan 02.06.2015-ci il tarixli, 414 №-li müqavilənin etibarsız hesab edilməsi barədə hazırki qarşılıqlı iddianın verilməsinə zərurət yaranmışdır. Belə ki, hazırki iş üzrə iddiaçıların istinad etdikləri 02.06.2015-ci il tarixli müqavilədən görünür ki, həmin müqavilə "xxxx" MMC-nin direktoru X5 və ünvan 5 ünvanda MMC-nin inşa etdiyi çoxmənzilli yaşayış binalarının sakinləri arasınca bağlanır. Müqavilənin predmeti - ünvan 6 ünvanda inşa edilən 1 №-li yaşayış binasının 2-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 700 kv.m olan qeyri-yaşayış sahəsidir. Müqavilənin 2.2.3-cü bəndinə görə, həmin qeyri-yaşayış sahəsinin dəyəri təşkil edir. Müqavilənin 2.2.4cü bəndinə görə, qeyri-yaşayış sahəsinin dəyərini təşkil edən 1.050.000 manat, alıcı qismində müqaviləni imzalayan sakinlər tərəfindən yaşayış binalarının su, kanalizasiya, lift və elektrik işlərinin görülməsinə sərf edilir. Müqavilənin 2.2.5-ci bəndinə görə, əmlakın dəyərini təşkil edən 1.050.000 manat görülməli olan işlərə tam sərf edildikdən sonra, alıcıya pulun ödənilməsi barədə maliyyə arayışı verilir. Hər şeydən əvvəl qeyd etmək lazımdır ki, hazırki iş üzrə iddianın predmetini təşkil edən 02.06.2015-ci il tarixli müqavilə barədə Nərimanov Rayon Məhkəməsindən məhkəmə bildirişi, iddiaçıların iddia ərizəsi və müqavilə alındıqdan sonra məlumatımız olmuşdur. Araşdırma nəticəsində müəyyən olunmuşdur ki, bu müqavilənin bağlanması zamanı mülki qanunvericiliiyn tələblərinə əməl olunmamış, müqavilə üçün müəyyən edilmiş mühüm şərtlər müqavilədə nəzərdə tutulmamışdır. Belə ki, həmin müqavilədə birinci tərəf kimi "xxxx" MMC qeyd olunmuşdur. Müqavilənin digər tərəfi isə qeyri-müəyyən ifadə olunmuş, müqavilə bağlayan şəxslərin adları (soyadı, adı, atasının adı), şəxsiyyətin təsdiq edən sənəd və sair hallar qeyd olunmamışdır. Həmçinin müqavilənin predmeti olan qeyriyaşayış sahəsinin hansı hissələrdə kim tərəfindən əldə edilməsi və ya əmlakın ümumi mülkiyyətə keçməsi və sair şərtlər mövcud deyildir. Bunlardan başqa, müəyyən olunmuşdur ki, bu müqavilənin bağlanmasına həmçinin MMC-nin iradə ifadəsi olmamışdır. Lakin hazırda Cavabdeh MMC və iddiaçılar arasında 02.06.2015-ci il tarixdə bağlandığı bildirilən və dəyəri 1.050.000 manat təşkil edən müqavilənin bağlanması üçün MMC-nin səhmdarlarının ümumi yığıncağında belə bir qərar qəbul edilməmişdir. Ümumiyyətlə həmin tarixdə səhmdarların ümumi yığıncağı çağırılmamış və yığıncaq keçirilməmişdir. Göründüyü kimi mübahisəli qeyri-yaşayış sahəsinin Cavabdeh MMC-nin keçmiş direktoru Məzahir Cəfərov tərəfindən MMC-nin təsisçilərinə məlumat vermədən və səhmdarların ümumi yığıncağının qərarı olmadan hazırki iş üzrə iddiaçılara satılması barədə saxta müqavilə tərtib edilmişdir. İddiaçılar "xxxx" MMC tərəfindən Bakı şəhəri, F.Bayramov küçəsi, 1156 ünvanda inşa edilmiş 1 nömrəli və 3 nömrəli binalarda yerləşən ayrı-ayrı mənzillərin mülkiyyətçiləridir və onların bu mənzillərdən başqa, Cavabdeh MMC-yə aid 1, 2, 3 və 4 nömrəli binalardan hər hansı digər daşınmaz əmlak əldə etməmişlər. Mübahisəli qeyri-yaşayış sahəsinə dair müqavilənin bağlanması ilə "xxxx" MMC-nin qanunla qorunan hüquqları kobud şəkildə pozulmuşdur. MMC hesab edir ki, etibarlılığı mübahisələndirilən müqavilə saxta, heç bir hüquqi nəticələr yaratmayan sənəddir. MMC-nin keçmiş direktoru Məzahir Cəfərov tərəfindən mübahisəli qeyri-yaşayış sahəsinə dair tərtib edilmiş 02.06.2015-ci il tarixli müqavilənin uydurma və əhəmiyyətsiz əqd olması, həm də onunla təsdiq edilir ki, “Alıcı” qismində müqaviləni imzalayan şəxslər qeyri- yaşayış sahəsinin dəyərini Cavabdeh MMC-yə ödəməmişlər. Həmin məbləğin əvəzinə görülməsi nəzərdə tutulmuş işlər-yaşayış binaların su-kanalizasiya, lift və elektrik işləri də iddiaçılar tərəfindən icra olunmamışdır. Çünki, həmin işlərin aparıldığı halda, müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Bunlardan başqa, müəyyən olunmuşdur ki, bu müqavilənin bağlanmasına həmçinin MMC-nin iradə ifadəsi olmamışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 87.10-cu maddəsinə əsasən məhdud məsuliyyətli cəmiyyətin xalis aktivlərinin dəyərinin əlli faizindən artıq məbləğdə olan əqd xüsusi əhəmiyyətli əqd hesab edilir. Xüsusi əhəmiyyətli əqdin bağlanılması barədə qərar cəmiyyətinin iştirakçılarının ümumi yığıncağında qəbul edilir. Lakin hazırda Cavabdeh MMC və iddiaçılar arasında 02.06.2015-ci il tarixdə bağlandığı bildirilən və dəyəri 1.050.000 manat təşkil edən müqavilənin bağlanması üçün MMC-nin səhmdarlarının ümumi yığıncağında belə bir qərar qəbul edilməmişdir. Ümumiyyətlə həmin tarixdə səhmdarların ümumi yığıncağı çağırılmamış və yığıncaq keçirilməmişdir. Göründüyü kimi mübahisəli qeyri-yaşayış sahəsinin Cavabdeh MMC-nin keçmiş direktoru Məzahir Cəfərov tərəfindən MMC-nin təsisçilərinə məlumat vermədən və səhmdarların ümumi yığıncağının qərarı olmadan hazırki iş üzrə iddiaçılara satılması barədə saxta müqavilə tərtib edilmişdir. Onu da qeyd etmək lazımdır ki, iddiaçılar "xxxx" MMC tərəfindən Bakı şəhəri, F.Bayramov küçəsi, 1156 ünvanda inşa edilmiş 1 nömrəli və 3 nömrəli binalarda yerləşən ayrı-ayrı mənzillərin mülkiyyətçiləridir və onların bu mənzillərdən başqa, Cavabdeh MMC-yə aid 1, 2, 3 və 4 nömrəli binalardan hər hansı digər daşınmaz əmlak əldə etməmişlər. Mübahisəli qeyri-yaşayış sahəsinə dair müqavilənin bağlanması ilə "xxxx" MMC-nin qanunla qorunan hüquqları kobud şəkildə pozulmuşdur. MMC hesab edir ki, etibarlılığı mübahisələndirilən müqavilə saxta, heç bir hüquqi nəticələr yaratmayan sənəddir. MMC-nin keçmiş direktoru Məzahir Cəfərov tərəfindən mübahisəli qeyri-yaşayış sahəsinə dair tərtib edilmiş 02.06.2015-ci il tarixli müqavilənin uydurma və əhəmiyyətsiz əqd olması, həm də onunla təsdiq edilir ki, “Alıcı” qismində müqaviləni imzalayan şəxslər qeyri-yaşayış sahəsinin dəyərini Cavabdeh MMC-yə ödəməmişlər. Həmin məbləğin əvəzinə görülməsi nəzərdə tutulmuş işlər - yaşayış binaların su-kanalizasiya, lift və elektrik işləri də iddiaçılar tərəfindən icra olunmamışdır. Çünki, həmin işlərin aparıldığı halda, iddiaçılara əvvəl kassa mədaxil orderi, daha sonra isə maliyyə arayışının verilməsi nəzərdə tutulmuşdur ki, bu sənədlərdən hər hansı biri onlarda yoxdur. Bunlardan başqa, həyata keçirilməli olan işlərin görülməsini nəzərdə tutan smeta, iddiaçılar və podratçılar arasında bağlanmış müqavilələr, görülmüş işlərə görə pulun ödənilməsini təsdiq edən sənədlər də mövcud deyildir. Məzahir Cəfərov mübahisəli qeyriyaşayış sahəsinin iddiaçılara satılması barədə uydurma bir əqd tərtib etmiş və imzalamışdır. Cavabdehlər həmin əmlaka görə MMC-nin kassasına hər hansı bir ödəniş etməmişlər, buna görə də əmlak üzərində nəiknki mülkiyyət hüququ, ümumiyyətlə heç bir hüquq qazanmamışlar. Bu səbəbdən mübahisəli qeyri-yaşayış sahəsinə dair bağlanması qeyd olunan 02.06.2015-ci il tarixli müqavilə etibarlı müqavilə hesab edilə bilməz. Müqavilə əqd olaraq uydurma - əhəmiyyətsiz olmuş və heç bir hüquqi nəticə yaratmamışdır. Onu da qeyd etmək lazımdır ki, Cavabdeh MMCnin keçmiş rəhbəri Məzahir Cəfərov bu kimi əməllərə yol verdiyinə görə onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə cinayət işi açılmış və cinayət məsuliyyətinə cəlb olunmuşdur. Lakin M.Cəfərov məhkəmə istintaqı başa çatmadan vəfat etdiyinə görə barəsində açılan cinayət işinə bəraətverici əsaslar olmadan xitam verilmişdir. MMC-nin adından cavabdehlərlə bağlanması qeyd olunan müqavilə əhəmiyyətsiz hesab edildiyindən bağlandığı andan etibarsızıdır, çünki Azərbaycan Respublikası Mülki Məcəllənin 337.4-cü maddəsinin ikinci cümləsinə görə, əhəmiyyətsiz əqd bağlandığı andan etibarsızdır. İddiaçılar İddiaçı1 və başqalarının cavabdeh Cavabdeh MMC-yə qarşı Bakı şəhəri, F.Bayramov küçəsi, 1156 ünvanda MMC-nin inşa etdiyi 1 №-li çoxmənzilli yaşayış binasının 2-ci mərtəbəsində yerləşən ümumi sahəsi 700 kv.m olan qeyri-yaşayış sahəsinin alğı-satqısı barədə MMC və həmin ünvanda yerləşən çoxmənzilli yaşayış binalarının 50 nəfər sakini, o cümlədən də hazırki iş üzrə iddiaçılar arasında bağlanmış 02.06.2015-ci il tarixli 414 №-li müqavilənin notarial qaydada bağlanmış alğısatqı müqaviləsinə bərabər hüquqi qüvvəyə malik olması, habelə həmin müqavilə üzrə alıcı olan iddiaçıların satıcı olan cavabdeh MMC-yə borclarının olmaması barədə "xxxx" verilməsi öhdəliyinin MMC-nin üzərinə qoyulması barədə ilk iddia tələbləri rədd edilsin. Bakı şəhəri, F.Bayramov küçəsi, 1156 ünvanda yerləşən 1 nömərli binanın 2-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsimə dair "xxxx" MMC-nin keçmiş direktoru X5 və iddiaçılar arasında 02.06.2015ci il tarixdə bağlanması qeyd olunan müqavilənin etibarsız hesab edilməsi barədə qarşılıqlı iddia təmin edilsin. 02.06.2015-ci il tarixli müqavilədən görünür ki, həmin müqavilə Cavabdeh MMC-nin direktoru X5 və ünvan 5 ünvanda MMC-nin inşa etdiyi çoxmənzilli yaşayış binalarının sakinləri arasında bağlanır. Müqavilənin predmetini ünvan 2 ünvanda inşa edilən 1 №-li yaşayış binasının 2-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 700 kv.m olan qeyri-yaşayış sahəsi təşkil edir. Müqavilənin 2.2.3-cü bəndinə görə, həmin qeyri-yaşayış sahəsinin dəyəri 1.050.000 manat təşkil edir. Müqavilənin 2.2.4-cü bəndinə görə, qeyri- yaşayış sahəsinin dəyərini təşkil edən 1.050.000 manat, alıcı qismində müqaviləni imzalayan sakinlər tərəfindən yaşayış binalarının su, kanalizasiya, lift və elektrik işlərinin görülməsinə sərf edilir. Müqavilənin 2.2.5-ci bəndinə görə, əmlakın dəyərini təşkil edən 1.050.000 manat görülməli olan işlərə tam sərf edildikdən sonra, alıcıya pulun ödənilməsi barədə maliyyə arayışı verilir. Həmin müqavilədə birinci tərəf kimi Cavabdeh MMC qeyd olunmuşdur. Müqavilənin digər tərəfi isə qeyri-müəyyən ifadə olunmuş, müqavilə bağlayan şəxslərin adları (soyadı, adı, atasının adı), şəxsiyyətini təsdiq edən sənəd və sair hallar qeyd olunmamışdır. Müqavilənin predmeti olan qeyri-yaşayış sahəsinin hansı hissələrdə kim tərəfindən əldə edilməsi və ya əmlakın ümumi mülkiyyətə keçməsi və sair şərtlər mövcud deyildir. Müqavilədə hər bir sakinə hansı mənzilin və hansı şərtlərlə satılması da müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 405.1-ci maddəsinə görə, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Müqavilənin predmelinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəllərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Bunlardan əlavə, müəyyən olunmuşdur ki, bu müqavilənin bağlanmasına həmçinin Cavabdeh MMC-nin heç bir iradə ifadəsi olmamışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 87.10-cu maddəsinə əsasən məhdud məsuliyyətli cəmiyyətin xalis aktivlərinin dəyərinin əlli faizindən artıq məbləğdə olan əqd xüsusi əhəmiyyətli əqd hesab edilir. Xüsusi əhəmiyyətli əqdin bağlanılması barədə qərar cəmiyyətinin iştirakçılarının ümumi yığıncağında qəbul edilir. Mülki Məcəllənin 91.3.6-cı maddəsinə əsasən bu Məcəllənin 49-1.2-ci və 87.10-cu maddələrində nəzərdə tutulmuş əqdlərin bağlanması haqqında qərar qəbul etmək məhdud məsuliyyətili cəmiyyətin müstəsna səlahiyyətinə aiddir. Mülki Məcəllənin 107.2-ci madəsinə əsasən bu Məcəllə ilə səhmdarların ümumi yığıncağının müstəsna səlahiyyətinə aid edilmiş məsələlər həll edilmək üçün onun tərəfindən cəmiyyətin icra orqanlarına verilə bilməz. Lakin hazırda “Sahil-D Kompani’ MMC və cavabdehlər arasında 02.06.2015-ci il tarixdə bağlandığı bildirilən və dəyəri 1.050.000 manat təşkil edən müqavilənin bağlanması üçün MMC-nin təsisçilərinin ümumi yığıncağında belə bir qərar qəbul edilməmişdir. Ümumiyyətlə həmin tarixdə təsisçilərin ümumi yığıncağı çağırılmamış və yığıncaq keçirilməmişdir. Göründüyü kimi mübahisəli qeyri-yaşayış sahəsinin Cavabdeh MMC-nin keçmiş direktoru Məzahir Cəfərov tərəfindən MMC-nin təsisçilərinə məlumat vermədən və təsisçilərin ümumi yığıncağının qərarı olmadan hazırki iş üzrə iddiaçılara satılması barədə qanunazidd müqavilə tərtib edilmişdir. Onu da qeyd etmək lazımdır ki, qarşılıqlı iddia üzrə cavabdehlər qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC tərəfindən Bakı şəhəri, F.Bayramov küçəsi, 1156 ünvanda inşa edilmiş 1 nömrəli və 3 nömrəli binalarda yerləşən ayrı-ayrı mənzillərin mülkiyyətçiləridir və onların bu mənzillərdən başqa, Cavabdeh MMC-yə aid 1, 2, 3 və 4 nömrəli binalardan hər hansı digər daşınmaz əmlak əldə elməmişlər. Mübahisəli qeyriyaşayış sahəsinə dair müqavilənin bağlanması ilə Cavabdeh MMC-nin qanunla qorunan hüquqları kobud şəkildə pozulmuşdur. Cavabdeh MMC hesab edir ki. etibarlılığı mübahisələndirilən müqavilə saxta, heç bir hüquqi nəticələr yaratmayan sənəddir. Cavabdeh MMC-nin keçmiş direktoru Məzahir Cəfərov tərəfindən mübahisəli qeyri-yaşayış sahəsinə dair tərtib edilmiş 02.06.2015- ci il tarixli müqavilənin uydurma və əhəmiyyətsiz əqd olması, həm də onunla təsdiq edilir ki, “Alıcı” qismində müqaviləni imzalayan şəxslər qeyri-yaşayış sahəsinin dəyərini Cavabdeh MMC-yə ödəməmişlər. Həmin məbləğin əvəzinə görülməsi nəzərdə tutulmuş işlər yaşayış binaların su-kanalizasiya, lift və elektrik işləri də iddiaçılar tərəfindən icra olunmamışdır. Çünki, həmin işlərin aparıldığı halda, iddiaçılara əvvəl kassa mədaxil orderi, daha sonra isə maliyyə arayışının verilməsi nəzərdə tutulmuşdur ki, bu sənədlərdən hər hansı biri sizdə yoxdur, belə bir maliyyə sənədləri verilməmişdir. Sözügedən müqavilə üzrə cavabdehlər öhdəliklərini yerinə yetirməyiblər. Belə olan halda müqavilə ləğv edilməlidir. Məhkəmə iclasında İddiaçı1 nümayəndəsi və vəkili Vəkil1 və digər iddiaçılar ilkin iddia ərizəsini müdafiə edərək, qarşılıqlı iddianın rədd edilməsini xahiş edərək, müvafiq qətnamə çıxarılmasını xahiş etdilər. Cavabdeh Cavabdeh MMC-nin nümayəndəsi X6 qarşılıqlı iddia ərizəsini müdafiə edərək, onun təmin edilməsi, ilkin iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Vəkil2 qarşılıqlı iddia ərizəsini müdafiə edərək, onun təmin edilməsi, ilkin iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatını, etirazlarını, çıxışlarını dinləyib və mülki işin materiallarını araşdırıb, aşağıda qeyd olunanlara əsasən, ilkin iddia tələbinin təmin edilməsi , qarşılıqlı iddia tələbinin rədd edilməsi qənaətinə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bir tərəfdən Nizamnamə əsasında fəaliyyət göstərən Cavabdeh MMC-nin direktoru X5 şəxsində, (bundan sonra «Satıcı») digər tərəfdən «Alıcı» ünvan 8 ünvanda inşa edilən yaşayış binasının sakinləri (Sakinlərin siyahısı əlavə olunur) arasında bağlanmış «Satıcı» ünvan 2 ünvanında inşa ediləni saylı yaşayış binasında (“bundan sonra yaşayış binası”) bağlanmış 02.06.2015-ci il tarixli, 414 saylı müqavilədən görünür ki, «Satıcı» ünvan 2 ünvanında inşa ediləni saylı yaşayış binasında (“bundan sonra yaşayış binası”), 2-ci mərtəbəsində ümumi tikinti sahəsi 700 kv.m-dən ibarət olan qeyri yaşayış sahəsini «Alıcı»ya təhvil verilir. Müqavilənin 2.1.1-ci bəndinə əsasən «Satıcı» aşağıda göstərilən tikinti-quraşdırma işlərini lahiyə sənədlərində müvafiq olaraq Qüsursuz və Dövlət Tikinti komitəsi tərəfindən təsdiq olunmuş tikinti norma və qaydalarına, qəbul edilmiş standartlara uyğun yüksək keyfiyyətlə «Alıcı»-ya təhvil verməyi öz öhdəsinə götürür: Binanın karkası və bütün hörgü işləri; Binanın fasadınm lahiyədə razılaşdırılmış qaydada yerinə yetirilməsi: Binanın xaricində bütün suvaq işləri:Daxili elektrik xətlərinin çəkilməsi; Binanın fasadındakı plastik pəncərə və eyvan qapılarının ikiqat şüşə ilə qoyulması; Mənzillərin ümumi qapılarının (metal) və qıfıllarının qoyulması; Su, kanalizasiya və isitmə sistemlərində uyğun stoykaların qoyulması və axıtmaya qarşı qoyulması; Arakəsmənin hörülməsi; İki ədəd sərnişin və bir ədəd yük liftinin alınması və quraşdırılması; Texniki və su anbarlarının tikilməsi; Nasos stansiyalarının quraşdırılması: Ərazinin Tikinti tullantılarından təmizlənilməsi; Abadlıq işləri. Müqavilənin 2.2.1-ci bəndinə əsasən Alıcı yuxarıda göstərilən yaşayış binasını ümumi sahəsi 700 kv.m.-dən ibarət olan qeyri- yaşayış sahəsinin hər kv.m. üçün 1 500 (bir min beş yüz) manat ödəməyi öz öhdəsinə götürür. Müqavilənin 2.2.3-cü bəndinə əsasən qeyriyaşayış sahəsinin ümumi dəyər 1 050 000 (Bir milyon əlli min) manat təşkil edir. Müqavilənin 2.2.4-cü bəndinə əsasən “Alıcı” qeyd edilən məbləği bu binaların sukanalizasiya, lift və elektrik işlərinin görülməsinə sərf edir. Müqavilənin 2.2.5-ci bəndinə əsasən sərf ediləcək məbləğ “ Alıcı” və “Satıcı” tərəfindən aktlaşdırılaraq sərf olunmuş məbləğ üçün “Satıcı” tərəfindən kassa mədaxil orderi verilir. Müqavilədə göstərilən məbləğ tam sərf olunduqdan sonra “Alıcı”ya məbləğin tam ödənilməsi barədə maliyyə arayışı verilir. 15.10.2021-ci il tarixli aktdan görünür ki, ünvan 9 ünvanında Cavabdeh MMC tərəfindən inşa edilmiş 24 mərtəbəli ikinci və üçüncü binanın sakinləri Dadaşova.S, Cəbrayılov.F, Ağayev.M və Məmmədov.B bu aktı ondan ötrü tərtib edir ki, hər iki binada yarğından mühafizə məqsədilə nəzərdə tutulmuş avadanlıqların quraşdırıb, təhlil qrupunun rəyini alıb, binaların qazla təchizi ilə əlaqədar ikinci binanin havalandırma sisteminin quraşdırılmasına 13 000 (on üç min) manat. 24 mərtəbəli hər iki bina üçün yanğın şitlərinin quraşdırılması məqsədilə 9000 (doqquz min) manat, yanğını söndürmək üçün su borularına və onların çəkilməsinə hər iki bina üçün 3800 (üç min səkkiz yüz) manat pul vəsaiti xərclənmişdir. Xərclənmiş bu vəsaitə Cavabdeh MMC nin direktoru A.Hüseynov tərəfindən mədaxil qəbzləri verilməmişdir. 17.10.2021-ci il tarixli aktdan görünür ki, ünvan 10 ünvanında “Sahil D Kompani" MMC tərəfindən inşa edilmiş 24 mərtəbəli birinci binanın sakinləri Hüseynov N. Mustafayev R, Namazov Y, Ələkbərov M aktı ondan ötrü tərtib edir ki, binamızda yanğından mühafizə məqsədilə müayinə aktını alaraq qaz təchizatı ilə əlaqədar havalandırma sistemləri üçün 10 500 (on min beş yüz) mənzil 24 mərtəbəli bina üçün yanğın şitlərinin quraşdırılması məqsədilə 4500 (dörd min beş yüz) manat, bu şitlərə suyun birləşdirilməsi üçün su borularına 1800 (min səkkiz yüz) manat, yük liftinin quraşdırılması üçün "xxxx" şirkətinə 29 500 (iyirmi doqquz mm beş yüz) manat, hər iki liftin təmir-bərpa işləri üçün "S-LNNA" şirkətinə 5000 (beş min) manat və su quyularının təmizlənməsinə isə 1600 (min altı yüz) manat dəyərində vəsait xərclənmişdir. Xərclənmiş bu vəsaitə Cavabdeh MMC nin direktoru A.Hüseynov tərəfindən mədaxil qəbzləri verilməmişdir. Səbəb kimi, MMC-nin möhürünün 2018-ci ildə Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi tərəfindən alındığı, sahibinin isə 13 il müddətinə azadlıqdan məhrum edildiyi bildirilmişdir. 18.10.2021-ci il tarixli ünvan 10 ünvanında Cavabdeh MMC tərəfindən inşa edilmiş 4 ədəd 24 mərtəbəli, 462 mənzilli binanın sakinləri Hüseynov N, Mustafayev R, Cəbrayılov F, Dadaşova S, Nadirzadə N, İddiaçı1 bu aktı ondan ötrü tərtib edirik ki, "xxxx" MMC ilə bina sakinləri arasında bağlanmış 02 iyun 2015-ci il 414 N-li Müqaviləyə əsasən 2019-cu ilin yay aylarında binaların həyətinə asfalt və plitə örtüklərinin vurulması üçün 18 500 (on səkkiz min beş yüz) manat, binanin ətrafının hasara alınması, işıqlandırma sisteminin quraşdırılması və rənglənməsi işlərinə 6500 (altı min beş yüz) manat dəyərində pul vəsaiti ödənilmiş, lakin bu vəsaitə Cavabdeh MMC-nin direktoru A.Hüseynov tərəfindən mədaxil qəbzləri verilməmişdir. Səbəb kimi, MMC-nin möhürünün 2018-ci ildə Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi tərəfindən alındığı, sahibinin isə 13 il müddətinə azadlıqdan məhrum edildiyi bildirilmişdir. 01.07.2015-ci il tarixli müqavilənin surətindən görünür ki, bir tərəfədən gələcəkdə “İcraçı” adlanacaq "xxxx" MMC-nin direktoru X9 şəxsində, digər tərəfdən gələcəkdə “Sifarişçi” adlanacaq "xxxx" MMC-nin X1 şəxsində razılığa gələrək aşağıdakı şərtlərlə müqaviləni imzaladılar. “İcraçı” tərəfindən aşağıdakı işlərin görülməsi bu müqavilənin predmetini təşkil edir. “İcraçı” 4 komplekt 1000 kq-lıq, 4 komplekt 450 kq-lıq liftlərin quraşdırılması və təhvil verilməsini təmin edir. Müqavilənin ümumi dəyəri 375200 manat təşkil edir. 12.02.2018-ci il tarixli, 3880 saylı “müayinə işlərinin icrası üçün” müqavilənin surətindən görünür ki, “Sifarişçi” adlanan X7 bir tərəfdən, “İcraçı” adlanan FHN TTNDA-nın “Azkommunlayihə” KLİ-nun direktoru S.A.Qarayev müqaviləni aşağıdakı şərtlərlə bağladılar. “Sifarişçi”-nin tapşırığı əsasında “İcraçı” müqavilədə göstərilən ünvan 11 ünvanında 4 ədəd yüksək mərtəbəli yaşayış binalarının konstruksiyalarının mühəndisi müayinəsi və texniki vəziyyəti haqqında yekun rəyin verilməsi və o cümlədən həmin binanın elektrik təhcizatı sisteminin müayinəsini və hesabatın verilməsini öz üzərinə götürür. Protokola əsasən müqavilənin dəyəri 40 000 manat məbləğində razılaşdırılmışdır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilir ki, Cavabdeh MMC-nin direktoru X5 şəxsində, («Satıcı») digər tərəfdən «Alıcı» ünvan 8 ünvanda inşa edilən yaşayış binasının sakinləri arasında bağlanmış 02.06.2015-ci il tarixli, 414 saylı müqaviləyə əsasən «Satıcı» ünvan 2 ünvanında inşa ediləni saylı yaşayış binasının 2-ci mərtəbəsində ümumi tikinti sahəsi 700 kv.m-dən ibarət olan qeyri yaşayış sahəsini «Alıcı»ya təhvil verməyi, «Satıcı» isə tikinti-quraşdırma işlərini lahiyə sənədlərində müvafiq olaraq Qüsursuz və Dövlət Tikinti komitəsi tərəfindən təsdiq olunmuş tikinti norma və qaydalarına, qəbul edilmiş standartlara uyğun yüksək keyfiyyətlə «Alıcı»-ya təhvil verməyi öz öhdəsinə götürmüşdür. Binanın karkası və bütün hörgü işləri, binanın fasadının lahiyədə razılaşdırılmış qaydada yerinə yetirilməsi, binanın xaricində bütün suvaq işləri, daxili elektrik xətlərinin çəkilməsi, binanın fasadındakı plastik pəncərə və eyvan qapılarının ikiqat şüşə ilə qoyulması, mənzillərin ümumi qapılarının (metal) və qıfıllarının qoyulması, su, kanalizasiya və isitmə sistemlərində uyğun stoykaların qoyulması və axıtmaya qarşı qoyulması, arakəsmənin hörülməsi, iki ədəd sərnişin və bir ədəd yük liftinin alınması və quraşdırılması, texniki və su anbarlarının tikilməsi, nasos stansiyalarının quraşdırılması, ərazinin tikinti tullantılarından təmizlənilməsi və abadlıq işlərinin görülməsi müqavilə üzrə Satıcının öhdəliyi olmuşdur. Müqalivəyə əsasən Alıcı isə yuxarıda göstərilən yaşayış binasının ümumi sahəsi 700 kv.m.-dən ibarət olan qeyri- yaşayış sahəsinin hər kv.m. üçün 1 500 (bir min beş yüz) manat ödəməyi öz öhdəsinə götürmüşdür. Müqaviləyə əsasən qeyri-yaşayış sahəsinin ümumi dəyəri 1 050 000 (Bir milyon əlli min) manat müəyyən edilmişdir. İlkin iddia üzrə iddiaçılar müqavilə üzrə öhdəliyi yerinə yetirdiyi üçün 02.06.2015-ci il tarixli, 414 saylı alqı-satqı müqaviləsi üzrə alıcıların satıcıya borcu olmaması barədə maliyyə arayışının və sözügedən qeyri-yaşayış sahəsinin plan-cizgisinin verilməsini, qarşılıqlı iddia üzrə iddiaçılar isə 02.06.2015-ci il tarixli, 414 saylı alqı-satqı müqaviləsinin həm ləğv edilməsini, həm də etibarsız hesab edilməsini tələb edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə qeyd edir ki, öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Həmin məcəllənin 752-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. Məhkəmə ilk iddiaya münasibətdə hesab edir ki, cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirmədiyi bütün hallar üçün cavabdehdir və iddiaçılar ilə bağlanmış müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsinə görə məsuliyyət daşıyır. Məhkəmə ilkin iddia tələbinə münasibətdə qeyd edir ki, iddia tələbi əsaslıdır. Belə ki, iddiaçılar sözügedən müqavilə üzrə götürdüyü öhdəlikləri tam olaraq icra etmişdir. Bu halı iş materiallarında olan kassa mədaxil qəbzləri və tərtib edilmiş aktları sübut edir. Məhkəmə qeyd edir ki, mülki qanunvericiliyin normaları baxımından Cavabdeh MMC-nin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, cavabdeh yuxarıda qeyd edilən müqavilə ilə götürdüyü öhdəliyi icra etməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Ona görə də ilk iddia təmin edilməli, Cavabdeh MMC ilə Bakı şəhəri F.Bayramov küçəsi 1156 ünvanında olan yaşayış binalarının sakinləri X8 və digər 50 nəfər arasında bağlanmış, həmin ünvanda inşa edilən 1 saylı yaşayış binasının 2ci mərtəbəsində yerləşən 700 kv.m qeyri yaşayış sahəsinin alqı-satqısını ehtiva edən, 02.06.2015-ci il tarixli, 414 saylı alqı-satqı müqaviləsi üzrə alıcıların satıcıya borcu olmaması barədə maliyyə arayışının və sözügedən qeyri-yaşayış sahəsinin plan-cizgisinin verilməsinin öhdəliyi Cavabdeh MMC-nin üzərinə qoyulmalıdır. Məhkəmə qarşılıqlı iddia tələbi üzrə müqavilənin etibarsız hesab edilməsi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2-ci maddəsinə əsasən, əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.3-ci maddəsinə əsasən, əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4-ci maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5.-ci maddəsinə əsasən, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. 339.3-ci maddəsinə əsasən, aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. 339.6-ci maddəsinə əsasən, bu Məcəllənin 339.1-339.4-cü maddələrində göstərilən əsaslar üzrə əqd zərərçəkənin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Bundan başqa məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354-cü maddəsinin tələblərini nəzərə alaraq aşağıdakıları qeyd edir. MM-in 354-cü maddəsinə görə əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. İlkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə cavabdehlərin müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddiasını iddia müddətini tətbiq etməklə rədd edilməsini xahiş etmişdir. Belə olan halda, məhkəmə qeyd etməyi zərur hesab edir ki, qüvvədə olan mülki qanunvericiliyə görə, müddətin keçməsinə görə müqavilənin ləğv edilməsi üzrə tələblərə iddia müddəti tətbiq oluna bilər, müqavilənin etibarsızlığına dair tələblərə isə bundan fərqli olaraq qanunda nəzərdə tutulan “kəsici müddətlər” tətbiq edilməlidir. Belə ki, MM-nin 354.2-ci maddəsinə görə maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Ali Məhkəmənin Mülki Kollegiyası Mülki Məcəllənin həmin maddəsinin hüquqi mahiyyəti ilə əlaqədar qeyd etmişdir ki, etibarsız əqdlər üzrə müddətlər qanunvericilik tərəfindən iddia müddəti kimi müəyyən edilməmişdir. 24 iyun 2005-ci il tarixdə qəbul edilmiş və 01 noyabr 2005-ci il tarixdə qüvvəyə minən “Azərbaycan Respublikası Mülki Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununa və həmin qanunla təsdiq edilmiş Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 949-İİQ nömrəli Qanunu ilə 354-cü maddənin adında “iddia müddətləri” sözləri “müddətlər” sözü ilə, 354.1-ci maddəsində “on gün” sözləri “bir il” sözləri ilə əvəz edilmiş və 354.2-ci maddəsinə “Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasın məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər” redaksiyası verilmişdir. Yuxarıda qeyd olunduğu kimi, MM-nin 354.2-ci maddəsinə əsasən, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Bu isə onu nəzərdə tutur ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığını mübahisə etmək hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Göründüyü kimi qeyd olunan müddət hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətlərinə aid deyil, kəsici müddətlərə aiddir. Bununla bağlı iddia müddətinin tətbiqi ilə bağlı ərizənin verilməsinə zərurət də yoxdur. Qanunvericliyə edilmiş dəyişikliklərdən müəyyən edilir ki, həmin müddətlər iddia müddəti kimi nəzərdə tutulmamış və iddia müddəti kimi nəzərdə tutulmadığından həmin müddətlərin tətbiq edilməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsi ilə müəyyən edilmiş mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında deyil, məhkəmə tərəfindən müəyyən edildiyi halda məhkəmənin özü tərəfindən tətbiq edilməlidir. Göstərilənlərə əsasən, məhkəmə bildirir ki, qarşılıqlı iddia üzrə iddiaçı mübahisələndirdiyi tərəflər arasında bağlanmış müqavilə üzrə hüquqlarının ehtimal olunan pozulmasından məlumatlı olmuş, o, əqdin etibarsız olması ilə bağlı tələblərini qanunla müəyyən edilmiş müddətdə məhkəmədə mübahisələndirməmişdir. Bu baxımdan məhkəmə iddia tələbinə münasibətdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354-cü maddəsinin tələblərini nəzərə alaraq aşağıdakıları qeyd edir. Mülki Məcəllənin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Həmin Məcəllənin 354.2-ci maddəsinə görə, bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Mülki Məcəllənin 375.2-ci maddəsinə görə, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Mülki Məcəllənin 354-cü maddəsi yalnız etibarsız əqdlərin məhkəmədə mübahisələndirilməsi müddətini özündə ehtiva etdiyindən, həmin müddət iddia müddəti kimi qiymətləndirilə bilməz və belə olan halda həmin Məcəllənin 375.2-ci maddəsinin tələbinə müvafiq olaraq iddia müddətinin tətbiqi barədə ərizənin verilib-verilməməsi qanunun həmin normasının hazırkı işə tətbiqi üçün əhəmiyyət kəsb etmir. Bununla yanaşı, Mülki Məcəllənin 354-cü maddəsinin əqdlərin etibarsızlığını müəyyən edən 14-cü fəsildə, iddia müddətinin isə həmin Məcəllənin 18-ci fəslində nəzərdə tutulması Məcəllənin 354-cü maddəsinin xüsusi norma olaraq iddia müddətinin tətbiqi ilə bağlı olmadığına dəlalət edir. Qanunvericiliyin bu norması onu nəzərdə tutur ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Belə ki, kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquq xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. İddia müddəti və kəsici müddət arasındakı əsas fərqlər aşağıdakılardan ibarətdir: - iddia müddəti tələb hüququ üçün xarakterikdir, lakin ondan bəzi istisnaları mövcuddur. Məsələn, Mülki Məcəllənin 477.0.4-cü maddəsinə görə, əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Kəsici müddət isə əqdi mübahisələndirmək hüququna və iddialara aiddir; - iddia müddətinin keçməsi tələb hüququnun özünün deyil, bu hüququn səlahiyyətli orqan vasitəsi ilə məcburi qaydada həyata keçirilməsi imkanının xitamına səbəb olur. Bu hal Mülki Məcəllənin 375.2 və 383-cü maddələrində öz əksini tapmışdır. Kəsici müddətlər isə hüququn özünün xitamı ilə nəticələnir; - iddia müddəti cavabdehin verdiyi ərizə əsasında tətbiq edilir (Mülki Məcəllənin 375.2ci maddəsi). Kəsici müddət isə məhkəmənin öz təşəbbüsü ilə nəzərə alınır; - iddia müddəti dayandırıla (Mülki Məcəllənin 379-cu maddəsi), kəsilə (Mülki Məcəllənin 380-ci maddəsi) və müəyyən hallarda bərpa edilə (Mülki Məcəllənin 382-ci maddəsi) bilər. Kəsici müddətlər isə qanunda birbaşa nəzərdə tutulan hallar istisna olmaqla, dayandırıla və kəsilə bilməz. Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 377.1-ci maddəsinin tətbiqi ilə bağlı formalaşdırdığı hüquqi mövqeyə görə, qanunverici əmlak və qeyri-əmlak hüquqlarının pozulmasına dair iddia hüququna tətbiq edilən iddia müddətinin axımının başlanmasını şəxsin hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu günlə şərtləndirmişdir. Şəxsin öz əmlak və ya qeyri-əmlak hüququnun pozulduğunu bildiyi hal elə hüquqi faktdır ki, onu bilmək şəxsdən asılı olmur. O, müəyyən müddət keçdikdən sonra bu hüquqi fakt barədə hər hansı mənbədən xəbər tutur və hüququnun pozulduğunu bilir. Qanun iddia müddətinin axımının başlanmasını obyektiv anla deyil, subyektiv anla əlaqələndirir. Məhz bu andan maddi mənada iddia hüququ əmələ gəlir. Maddi mənada iddia hüququ dedikdə, mülki hüquqların məcburi həyata keçirilməsi imkanı başa düşülür və bu imkan müəyyən müddətlə məhdudlaşır. (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 may 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 12 mart 2020-ci il tarixli qərarı) Məhkəmə onu da qeyd edir ki, iddia müddətindən fərqli olaraq kəsici müddətlər qanunda birbaşa nəzərdə tutulan hallar istisna olmaqla, dayandırıla və kəsilə bilməz. Belə olan təqdirdə məhkəmə qeyd edir ki, qarşılıqlı iddia üzrə iddiaçı mübahisəli müqavilədən məlumatlı olmaması inandıcı deyil. Cavabdeh MMC-nin müqavilə bağlanan zaman direktoru olmuş M.Cəfərovun ölümündən sonra sözügedən müqavilə üzrə öhdəliklərin icrası ilə bağlı dəfərlərlə Cavabdeh MMC-yə müraciətləri olsa da həmin müqaviləni yalnız 23.12.2021-ci il tarixdə məhkəmə müstəvisində iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mübahisələndirmişdir. Məhkəmə qarşılıqlı iddia tələbi üzrə müqavilənin ləğvi ilə bağlı aşağıdakıları qeyd edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 20-ci fəslində müqavilələrin ləğvinin əsasları müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2-ci maddəsinə əsasən isə tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 421.3-cü maddəsində isə göstərilir ki, müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. 422.1-ci maddəsinə əsasən tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur. 422.2-ci maddəsinə görə isə əgər tərəflər müqavilənin əhəmiyyətli dərəcədə dəyişmiş şəraitə uyğunlaşdırılması və ya ləğv edilməsi barədə razılığa gəlməsələr, eyni zamanda aşağıdakı şərtlər olduqda müqavilə maraqlı tərəfin tələbi ilə məhkəmə tərəfindən ləğv edilə bilər, 422.4-cü maddədə nəzərdə tutulan əsaslar olduqda isə dəyişdirilə bilər. Məhkəmə qeyd edir ki, qanunvericiliyin tələbindən göründüyü kimi, müqavilənin ləğv edilməsi, bir qayda olaraq, tərəflərin razılaşması ilə mümkündür. Belə bir razılaşma olmadıqda, müqavilə adətən kontragentlərdən birinin müqavilənin şərtlərini əhəmiyyətli dərəcədə pozması səbəbindən məhkəmə qaydasında ləğv edilir. Hazırki işdə isə ilkin iddia üzrə iddiaçıların, yəni müqavilə üzrə Alıcılar tərəfindən müqavilənin şərtlərini əhəmiyyətli dərəcədə pozması bir halı müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, qeyd olunan müqavilənin ləğv edilməsi baxımından qanuni əsaslar müəyyən edilməmiş, iddiaçının tələbini əsaslandırdığı hallar cavabdeh tərəfin istinad etdiyi hallarla və təqdim etdiyi sübutlarla təkzib olunmuşdur. Bununla bağlı məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Göründüyü kimi qarşılıqlı iddia üzrə iddiaçılar müqavilənin həm ləğvini, həm də etibarsızlığı eyni anda mübahisələndirməklə iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmayan iddia tələbi ilə məhkəməyə müraciət etmişlər. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının müqavilənin ləğvi ilə bağlı irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmır. Bu səbəbdən iddia tələbi müqavilənin ləğv edilməsi hissəsində də əsassızdır və həmin hissədə də təmin edilməməlidir. Beləliklə məhkəmə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, ilkin iddia tələbi təmin edilməli, Cavabdeh MMC ilə Bakı şəhəri F.Bayramov küçəsi 1156 ünvanında olan yaşayış binalarının sakinləri X8 və digər 50 nəfər arasında bağlanmış, həmin ünvanda inşa edilən 1 saylı yaşayış binasının 2-ci mərtəbəsində yerləşən 700 kv.m qeyri yaşayış sahəsinin alqı-satqısını ehtiva edən, 02.06.2015-ci il tarixli, 414 saylı alqı-satqı müqaviləsi üzrə alıcıların satıcıya borcu olmaması barədə maliyyə arayışının və sözügedən qeyri-yaşayış sahəsinin plan-cizgisinin verilməsini öhdəliyi Cavabdeh MMC-nin üzərinə qoyulmalı, qarşılıqlı iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə ilkin iddia üzrə ödənilmiş dövlət rüsumunun və qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumunun belə tələb olmadığına görə iddiaçıların özünə aid edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia təmin edilsin. Cavabdeh MMC ilə Bakı şəhəri F.Bayramov küçəsi 1156 ünvanında olan yaşayış binalarının sakinləri X8 və digər 50 nəfər arasında bağlanmış, həmin ünvanda inşa edilən 1 saylı yaşayış binasının 2-ci mərtəbəsində yerləşən 700 kv.m qeyri- yaşayış sahəsinin alqı-satqısını ehtiva edən, 02.06.2015-ci il tarixli, 414 saylı alqı-satqı müqaviləsi üzrə alıcıların satıcıya borcu olmaması barədə maliyyə arayışının və sözügedən qeyri-yaşayış sahəsinin plan-cizgisinin verilməsini öhdəliyi Cavabdeh MMC-nin üzərinə qoyulsun. Qarşılıqlı iddia tələbi təmin edilməsin. İlkin və qarşılıqlı iddia ərizələri üzrə ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Solmaz Ədilova
Məhkəmə qərarları › İş №2(005)-375/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-375/2022
19.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver