Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-376/2021 15.09.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Vüqar Şahbaz oğlunun sədrliyi Məhkəmə iclas katibi Cəfərova Rufanə Xıdır qızının katibliyi ilə, İddiaçı Əlibəndə oğlunun, onun nümayəndəsi X4, Cavabdeh iştirakı ilə, İddiaçı Əlibəndə oğlunun cavabdehlər Cavabdeh qarşı “dəymiş maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Əlibəndə oğlunun cavabdehlər Cavabdeh qarşı “dəymiş maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona dəyən maddi zərərin – 1994 manat maddi zərər, qiymətləndirmə aktının tərtibi üçün ödənilmiş 100 manat, verilən iddia ilə əlaqədar ödədiyi 30 manat olmaqla, cəmi 2124 manat pulun tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, «X12» markalı **-DG-*** dövlət qeydiyyat nömrəli avtomaşın onun mülkiyyətindədir. X6 19.02.2019-cu il tarixdə saat 14:50-də etibarnamə əsasında idarə etdiyi «X12» markalı **-DG-*** dövlot qeydiyyat nömrəli avtomaşınla svetoforun qırmızı işığında gözləyərkən, Cavabdeh idarə etdiyi VAZ 21214 markalı ** KK *** dövlət qeydiyyat nişanlı avtomaşınla gələrək maşının sol arxa hissəsi ilə toqquşmuşdur. Nəticədə, o, Azərbaycan Respublikasının İXM-nin 327.2. maddəsində nozərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinmiş və haqqında inzibati tənbeh tədbiri görülmüşdür. Yol-nəqliyyat hadisəsi zamanı ona maddi ziyan dəymişdir. Sığorta şirkətinin verdiyi kiçik məbləğlə razılaşmadığından, X6 «Vurulmuş maddi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmənin 06.09.2019-cu il tarixli saylı qətnaməsi ilə iddianın sığorta şirkətinə qarşı yönəldilməli olmasını əsas gətirərək, iddia tələbini təmin etməmişdir. Qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti ilə Bakı şəhər Apellyasiya Məhkəməsinə şikayət etmişdir. Məhkəmənin 26.11.2019-cu il tarixli 2(103)-13787/2019 saylı qətnaməsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə qətnaməsi ləğv edilmiş, apellyasiya şikayəti qismən təmin edilmiş, iddianın sığorta şirkətinə qarşı yönəldilməli olması ilə razılaşmadıqlarını və əsas mülkiyyətçi tərəfindən eyni iddia tələbi ilə məhkəməyə müraciət edilməsi izah edilmişdir. "xxxx" MMC-nin avtoeksperti Əlövsət Rəhimov «X12» markalı **-DG-*** dövlot qeydiyyat nömrəli avtomaşına baxış keçirmiş, 25.04.2019-cu il tarixli Qiymətləndirmə Aktı tərtib etmiş və sıradan çıxmış ehtiyat hissələrinin adları, qiymətləri və ümumi məbləği, təmir ilə bir yerdə-ümumilikdə ona 1994 manat ziyan dəyməsini müəyyənləşdirmişdir. Əvvəlki məhkəmə iclaslarında İddiaçı Əlibəndə oğlu, onun nümayəndəsi X7 iddia tələbinin təmin edilməsini xahiş etdi. İddiaçı Əlibəndə oğlu məhkəməyə ərizə ünvanlayaraq bildirmişdir ki, iddia tələbini müdafiə edir və işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddiaya etiraz edərək, iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında: 03.09.2019-cu il tarixli DİN-in BPQMİ-nin MAPS şöbəsinin arayışından görünür ki, Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. 25.04.2019-cu il tarixli Toyota Bakı Mərkəzinin qiymətləndirmə aktından görünür ki, «X12» markalı **-DG-*** dövlət qeydiyyat nömrəli avtomaşına dəymiş zərərin endirimli qiymətlə ümumi həcmi 1794,60 manat təşkil edir. 25.04.2019-cu il tarixli Toyota Bakı Mərkəzinin hesab-fakturasından görünür ki, İddiaçı Əlibəndə oğlu «X12» markalı **-DG-*** dövlət qeydiyyat nömrəli avtomaşına dəymiş ziyanı qiymətləndirilməsi üçün 100 manat məbləğində ödəniş etmişdir. 19.02.2019-cu il tarixli İXP ******* nömrəli X11 Protokoldan görünür ki, Cavabdeh idarə etdiyi «VAZ 21214» markalı **-KK-*** dövlət qeydiyyat nömrəli avtomaşın İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. AC 820097 nömrəli X2 Şəhadətnaməsinin surətindən görünür ki, «VAZ 21214» markalı **-KK-*** dövlət qeydiyyat nömrəli avtomaşın Cavabdeh mülkiyyətindədir. 18.03.2019-cu il tarixli 063943 nömrəli sığorta aktından görünür ki, 14.03.2019-cu il tarixdə nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi zamanı «X12» markalı **-DG-*** dövlət qeydiyyat nömrəli avtomaşına dəymiş ziyanın ümumi məbləği 250 manat təşkil edir. Atəşgah Sığortanın sifarişi ilə müstəqil ekspert tərəfindən icra olunmuş Qüsur aktından görünür ki, «X12» markalı **-DG-*** dövlət qeydiyyat nömrəli avtomaşına dəyən zərbə arxa tərəfdən dəymişdir. Zərbə nəticəsində avtomobilin arxa buferi və qazan deformasiyaya uğramış və təmirə yararlıdır. Avtomobilin tam sökülüb yığılmasına təmir və rənglənməsinə sərf olunan işlərin dəyəri cəmi 245 manat təşkil edir. 31.03.2021-ci il tarixli, 9/876 nömrəli ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilı, "xxxx" ASC-nin təqdim etdiyi qüsur aktında məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2013-cü il buraxılışlı «X12» markalı **-DG-*** dövlət qeydiyyat nömrəli avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 484 manat müəyyən edilir. Nəzəri hesablama yolu ilə, "xxxx" MMC-nin 25.04..2019-cu il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2013-cü il tarixli «X12» markalı **-DG-*** dövlət qeydiyyat nömrəli avtomobilin təmir-bərpa xərci, ehtiyyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 1626 manat müəyyən edilir. 27.03.2019-cu il tarixli, 2993 nömrəli ödəniş tapşırığına əlavədən görünür ki, X1 hesabına 250 manat köçürülmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrənin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, “hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunun bu normasının tətbiqi üçün 3 zəruri şərt mövcud olmalıdır. Birincisi mülki hüquq pozuntusu olmalıdır, ikincisi şəxsiyyətə və ya əmlaka zərər vurulmalıdır, üçüncüsü mülki hüquq pozuntusu ilə zərər arasında səbəbli əlaqə mövcud olmalıdır. İş materiallarından göründüyü kimi, hazırkı mübahisənin yaranmasına səbəb olan mülki hüquq pozuntusu ilə iddiaçının mənzilinə zərər dəyməsi arasında səbəbli əlaqə vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1108.2. Yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. 1108.3. Yüksək təhlükə mənbələrinin sahibləri bu mənbələrin qarşılıqlı təsiri (nəqliyyat vasitələrinin toqquşması və i.a.) nəticəsində üçüncü şəxslərə dəymiş zərər üçün bu Məcəllənin 1108.1-ci maddəsində nəzərdə tutulan əsaslar üzrə birgə məsuliyyət daşıyırlar. Yüksək təhlükə mənbələrinin qarşılıqlı təsiri nəticəsində onların sahiblərinə dəymiş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1115-ci maddəsinə görə isə, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbinin hüquqi əsası, yəni mülki qanunvericiliyin mülki hüquq pozuntusu nəticəsində dəymiş ziyanın ödənilməsinə dair müddəalarının dispozisiya şərtlərinin mövcudluğu sübuta yetirildiyindən iş materiallarını əsas götürülməklə iddia qismən təmin edilməlidir. İş materiallarından müəyyən olunur ki, iddiaçıya dəymiş ziyanı qarşılamaq Cavabdeh üzərinə düşür. Belə ki, yol-nəqliyyat hadisəsi baş verən zaman sürücü Cavabdeh İddiaçı Əlibəndə oğluna məxsus avtomobilə ziyan vurmuşdur. İddiaçı Əlibəndə oğlu özünə məxsus avtomobilinə dəymiş ziyanı sığortadan almaq istəmiş, lakin "xxxx" ASC-nin ödədiyi məbləğlə razılaşmamış və real dəymiş ziyanı müəyyən etmək üçün "xxxx" MMCyə müraciət edərək, avtomobilinə dair qüsur aktı almışdır. "xxxx" MMC-nin qüsur aktına əsasən avtəmobilə dəymiş ziyanı endirimli qiymətlə 1794,60 manat təşkil etmiş, lakin "xxxx" ASC-nin avtomobilə dəymiş ziyanı qiymətləndirilməsində cəmi 250 manat, daha sonra 245 manat dəyərləndirilmişdir. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, "xxxx" MMC-nin və "xxxx" ASC-nin avtomobilə dəymiş ziyanın hesablanmasında fərq olduğundan, həmçinin ekspert rəyini nəzərə alaraq, rəydə qeyd olunan 484 manat və 1620 manat dəymiş ziyanın təxmini xərclərini toplayaraq orta ağlabatan məbləğ müəyyən ediləməlidir. Yəni ki, 484 manat + 1620 manat = 2104 manat / 2 = 1052 manat. Həmçinin iş materiallarından görünür ki, "xxxx" ASC tərəfindən X1 hesabına 250 manat köçürülmüşdür. Bu səbəbdən həmin məbləği 1052 manatdan çıxılmalı (1052 – 250 = 802) 802 manat hissədə iddia təmin edilməlidir. Bundan başqa iddia ərizəsində qeyd edilən avtomaşına dəymiş ziyanı qiymətləndirilməsi üçün iddiaçı tərəfindən ödənilən 100 manat məbləğ ilə bağlı məhkəmə iddianın həmin hissədə əsaslı olduğundan təmin edilməsini məqbul hesab edir. Mülki prosessual qanunvericiliyin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi, maddə 14.2, 77.1 və 88 maddələri). İddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin tələbinə görə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın 127-ci maddəsinin Vİİ hissəsinə görə isə məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Bu prinsip Azərbaycan Respublikası MPM-nin 9-cu maddəsində də nəzərdə tutulmuşdur. Həmin maddəyə görə ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Krçmarın Çex Respublikasına qarşı” işi üzrə 03 mart 2000-ci il tarixli qərarında qeyd etmişdir ki, ədalətli araşdırma anlayışını daha da genişləndirən elementlərdən biri olan tərəflərin bərabərliyi prinsipi hər tərəfə, onu qarşı tərəfə nisbətən əhəmiyyətli dərəcədə əlverişsiz şəraitdə qoymayan şəkildə öz işini təqdim etmək imkanının verilməsini tələb edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Yakovlev Rusiya Federasiyasına qarşı işdə” qeyd etmişdir ki, Konvensiya nəzəri və ya xəyali hüquqların deyil, praktiki və səmərəli hüquqların təmininə yönəlmişdir. Məhkəmədə çəkişmə prinsipi prosessual funksiyaların ciddi olaraq fərqləndirilməsində, tərəflərin prosessual bərabərliyində və məhkəmənin tərəflərə münasibətdə müstəqil vəziyyətində təzahür edir. Çəkişmə və tərəflərin bərabərliyi prinsipi tərəflərə bərabər prosessual imkanların verilməsini nəzərdə tutmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh tərəfindən iddiaçıya məxsus «X12» markalı **-DG-*** dövlət qeydiyyat nömrəli avtomaşına dəymiş maddi zərərin əvəzi olaraq 802 manat dəymiş ziyan və 100 manat avtomobilə dəymiş ziyanın qiymətləndirilməsi olmaqla, cəmi 902 manat məbləğinin və iddianın təmin olunmuş hissəsinə mütanasib olaraq, 13 manat dövlət rüsumu Cavabdeh alınaraq iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cu maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri Cavabdeh tutularaq, 100 (bir yüz) manat məbləğində pul Az.MEM, VÖEN **********, AZ41NABZ********************, X3, KOD 210005, VÖEN **********, müxbir hesab AZ34CTRE********************, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh tərəfindən «X12» markalı **-DG-*** dövlət qeydiyyat nömrəli avtomaşına dəymiş maddi zərərin əvəzi olaraq 802 manat dəymiş ziyan və 100 manat avtomobilə dəymiş ziyanın qiymətləndirilməsi olmaqla, cəmi 902 (doqquz yüz iki) manat pul məbləği və iddianın təmin olunmuş hissəsinə mütanasib olaraq 13 (on üç) manat dövlət rüsumu Cavabdeh İddiaçı Əlibəndə oğlunun xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri Cavabdeh tutularaq, 100 (yüz) manat məbləğində pul Az.MEM, VÖEN **********, AZ41NABZ********************, X3, KOD 210005, VÖEN **********, müxbir hesab AZ34CTRE********************, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilməlidir. Qətnamədən, rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Vüqar Quliyev
Məhkəmə qərarları › İş №2(005)-376/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-376/2021
15.09.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver