Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3761/2021 13.10.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əmirxanova Kəmalə Fərman qızının sədrliyi, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçı vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehdan onun xeyrinə 7935 manat və 94622 ABŞ dolları ödəniş gününün məzənnəsinə uyğun məbləğdə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdehi 2012-ci il tarixdən tanıyır. Şəmkir şəhərində yerləşən ona məxsus olan “Şəmkir Electronics” mağazasına kompyuter avadanlıqları satmışdır. 2018-ci ildə cavabdehə bildirmişdir ki, bankdan kredit götürmək istəyir, cavabdeh isə qarşılığında qohumunun “AF Holding” şirkətlər qrupunun rəhbəri olduğunu və bankdan kredit almağına köməklik göstərəcəyini bildirmişdir. Bu məqsədlə cavabdeh ondan 2018-ci ilin yanvar ayında kredit almaq üçün lazımlı sənədləri və 500 manat pulu almışdır. Cavabdeh söz vermişdir ki, İqtisadi İnkişaf Nazirliyindən ona bank vasitəsi ilə kredit pul ayrıldacaq. Həmçinin cavabdeh demişdir ki, şirkət müdürü olan qohumuna məişət avadanlıqları lazımdır və həmin məişət avadanlıqlarını onun mağazasından almaq istəyir. Bu səbəbdən o 07.02.2018-ci ildə bir ədədi 335 manat dəyərində “Çinar SM 111” markalı 140 ədəd soyuducu almışdır. Növbəti gün ondan bir ədədi 240 ABŞ dolları olan 70 ədəd “İndesit” markalı 6 kiloqramlıq paltaryuyan maşın almışdır. 14.02.2018-ci il tarixdə bir ədədi 228 ABŞ dolları olmaqla “Zanussi ZVSG 710 İV” markalı 40 ədəd paltaryuyan və həmin qiymətə olan “Electrilux EMS 1064 NAU” markalı 30 ədəd paltaryuyan, bir ədəd 255 ABŞ dolları olan “Zanussi 09 HP” markalı 50 ədəd kondisioner, bir ədədi 285 ABŞ dolları olan “Zanussi 12 HP” markalı 40 ədəd kondisioner almışdır. Həmin məişət avadanlıqlarını cavabdehin qeyd etdiyi saxlanc yerinə mədaxil qəbzləri ilə göndərmişdir. Cavabdeh 15.02.2018-ci il tarixdə malların dəyərini ödəyəcəyini vəd etmişdir. Lakin bu vədə əməl etməmişdir. Sonrada onunla əlaqə yaratmağa calışsa da, müsbət nəticə verməmişdir. Bu söhbətdən sonra 06.03.2018-ci il tarixdə bir ədədi 178 ABŞ dolları olan 140 ədəd “Vestel 132” markalı televizoru mədaxil qəbzi ilə qeyd olunan saxlanc yerinə göndərimişdir. Cavabdeh aldığı malların dəyərindən 06.03.2018-ci il tarixdə 17000 manat, 16.03.2018-ci il tarixdə 30000 manat pul vermişdir. Lakin qalan məbləği ödəməmiş, bununlada hazırda 7935 manat və 94622 ABŞ dolları borcu yaranmışdır. İddiaçı vəkili Vəkil2 məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək, tələbin təmin edilməsini xahiş etdi. Cavabdehə baxılacaq işin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq heç bir üzrlü səbəb təqdim etmədən mülki iş üzrə təyin edilən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Mülki işin materiallarında olan 10 may 2019-cu il tarixli cinayət işinin icraatına xitam verilməsi barədə qərarın mətnindən müəyyən olunur ki, Şamaxı Rayon Məhkəməsinin 27 fevral 2017-ci il tarixli qərarından Cavabdeh fərdi sahibkar kimi sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq məişət texnikasının satışı ilə məşğuldur.Tərəflər arasında nisyə alqı-satqı müqaviləsi mövcud omuşdur. Həmin müqavilə üzrə götürülmüş malların bir qisminin dəyəri ödənilmişdir. Hazırda da malların dəyəri hissə-hissə ödənilməkdədir. 07.02.2018-ci il tarixdə Cavabdeh satış adı ilə İddiaçı götürdüyü malların bir qisminin satılaraq İddiaçı qısa zaman ərzində, 06.03.2018-ci il tarixdə 17000 manat, 16.03.2018-ci il tarixdə 30000 manat pul ödəməsi bir daha onu göstərir ki, mallar satıldıqca onların dəyəri qaytarılır. Yəni alqısatqı üzrə mülki münasibətlər zəminində tərəflərin münasibətləri davam edir. İş materiallarında olan 14 fevral 2018-ci il tarixli 10 saylı müqavilədən və qaiməfakturadan müəyyən olunur ki, Məmmədov X1 Vaqif Eduard oğlunun şəxsində "xxxx" MMC-dən bir ədədinin dəyəri 387.6 manat olan 40 ədəd Paltaryuyan maşın Zanussi ZWSG 7101V, birədədinin dəyəri 387.6 manat olan “Electrolux EMS 1064 NAU” markalı 30 ədəd paltaryuyan, bir ədədinin dəyəri 431.80 manat olan “Zanussi 09 HP” markalı 50 ədəd kondisioner, bir ədədinin dəyəri 482.80 manat olan “Zanussi 12 HP” markalı 40 ədəd kondisioner almışdır. Malların cəmi dəyəri 68034 manat təşkil edir. İş materiallarında olan 08 fevral 2018-ci il tarixli 03 saylı müqavilədən və 01 saylı protokoldan müəyyən olunur ki, İddiaçı "xxxx" QSC-dən bir ədədinin dəyəri 345.76 manat olan 70 ədəd “İndesit” markalı 6 kiloqramlıq paltaryuyan maşın almışdır. Malların cəmi dəyəri 28559.78 manat təşkil edir. İş materiallarında olan 07 fevral 2018-ci il tarixli müqavilədən və qaimə-fakturadan müəyyən olunur ki, İddiaçı "xxxx" ASC-dən bir ədədi 335 manat dəyərində “Çinar SM 111” markalı 140 ədəd soyuducu almışdır. Malların cəmi dəyəri 46900 manat təşkil edir. İş materiallarında olan 15 yanvar 2018-ci il tarixli nisyə alqı-satqı müqaviləsindən müəyyən olunur ki, “satıcı” İddiaçı cəmi dəyəri 28559.78 manat 70 ədəd “İndesit” markalı 6 kiloqramlıq paltaryuyan maşın, cəmi dəyəri 27160 manat olan 70 ədəd Zanussi markalı paltaryuyan, cəmi dəyəri 46900 manat olan “Çinar SM 111” markalı 140 ədəd soyuducu, cəmi dəyəri 21600 manat olan 50 ədəd “Elektrolux” markalı kondisioner və cəmi dəyəri 19320 manat olan 40 ədəd Zanussi markalı kondisioneri “alıcı” Cavabdeh satmışdır. Mülki işin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, 7935 manat və 94622 ABŞ dolları dəyərində mallar iddiaçı tərəfindən nisyə alqı-satqı müqavilələri bağlanaraq götürülmüş və cavabdehə təhvil verilmişdir, lakin malların dəyəri iddiaçıya ödənilmədiyindən onun müxtəlif hüquqi və fiziki şəxslər qarşısında pul öhdəlikləri yaranmış və beləliklə ona ziyan dəymişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 385.2-ci maddəsinə görə, öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 386.2-ci maddəsinə görə, bu Məcəllənin 385-ci maddəsində nəzərdə tutulmuş öhdəliklər müqavilənin hazırlanması əsasında da əmələ gələ bilər. Həmin Məcəllənin 386.3-ci maddəsinə görə, danışıqların iştirakçısı digər iştirakçının təqsirli hərəkəti nəticəsində bağlanmayan müqavilənin bağlanması üçün çəkdiyi xərclərin əvəzini ödəməyi digər iştirakçıdan tələb edə bilər. Həmin Məcəllənin 387.1-ci maddəsinə görə, öhdəlikdə onun tərəflərindən hər biri kreditor və ya borclu kimi bir şəxs və ya eyni zamanda bir neçə şəxs iştirak edə bilər. Öhdəlikdə borclunun tərəfində iştirak edən şəxslərdən birinə qarşı kreditorun tələblərinin etibarsızlığı, eləcə də bu cür şəxsə qarşı tələb üzrə iddia müddətinin keçməsi özlüyündə kreditorun belə şəxslərin qalanlarına qarşı tələblərinə toxunmur. Həmin Məcəllənin 387.2-ci maddəsinə görə, əgər müqavilə üzrə tərəflərdən hər biri digər tərəfin xeyrinə vəzifə daşıyırsa, o, digər tərəfin xeyrinə etməli olduqları barəsində həmin tərəfin borclusu və eyni zamanda ondan tələb etməyə hüququ çatanlar barəsində onun kreditoru sayılır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 443.2-ci maddəsinə görə, zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Həmin Məcəllənin 21.1-ci maddəsinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 560.1-ci maddəsinə görə, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2. -ci maddəsinə görə, hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Məhkəmə hesab edir ki, iş materialları ilə cavabdehin iddiaçıdan götürülmüş malların dəyərinin iddiaçıya ödəmədiyinə görə ona öz hərəkətləri ilə ziyan vurduğu təsdiq edildiyindən, iddia tələbi təmin edilməli, Cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, əsas borcunu müqavilədə razılaşdırıldığı kimi iddiaçıya ödəməlidir. Göründüyü kimi, cavabdeh əşyanı alaraq, müəyyən olunmuş vaxtda və həcmdə ödəmək öhdəliyi götürsə də, üzərinə düşən öhdəlikləri lazımınca və vaxtında icra etməmiş, bu səbəbdən iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmış və 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən məhkəmə hesab edir ki, ödənilmiş 30 manat dövlət rüsumunu cavabdehə aid edilməlidir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdehdan onun xeyrinə 7935 manat və 94622 ABŞ dolları ödəniş gününün məzənnəsinə uyğun məbləğdə və ödənilmiş 30 manat dövlət rüsumu İddiaçı xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehdan onun xeyrinə 7935 manat və 94622 ABŞ dolları ödəniş gününün məzənnəsinə uyğun məbləğdə və 30 manat dövlət rüsumu İddiaçı xeyrinə tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova
Məhkəmə qərarları › İş №2(005)-3761/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3761/2021
13.10.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver