Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-377/2025 25.11.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Hüseynli Umuxanım Cavid qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında məhkəmənin binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC-dən 45.071 manat pul vəsaitinin, 60 manat hüquqi yardım üçün ödənilmiş vəsaitin və 225,21 manat dövlət rüsumunun əvəzinin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2013-cü il tarixli 16974 nömrəli müqaviləyə əsasən aralarında "xxxx" Sənaye Tikinti İnvestisiya Korporasiyası ASC (bundan sonra: cavabdeh) ünvan 1 ünvanında yerləşən 2 saylı binanın 1-ci blokunun sahəsi 110,57 kv.metr olan 3 otaqdan ibarət 108 saylı mənzili iddiaçıya müqavilə ilə müəyyən edilmiş qaydada 598,88 manat olmaqla cavabdehə ödəməyi öhdəliyinə götürmüşdür. Maddi durumunda yaranmış sıxıntı nəticədə cavabdehlə bağlanmış müqavilənin birtərəfli ləğv edilməsinə səbəb olmuşdur, daha dəqiq desə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(008)-637/2015 saylı qətnaməsi ilə cavabdehlə aralarında bağlanmış müqavilənin ləğv edilməsi və tərəfindən mənzilin boşadılması qət edilmişdir. Baxmayaraq ki, qətnamə 2015-ci ildə qəbul edilmişdir, 2022-ci ilədək iddiaçı ailəsi ilə birlikdə ünvan 2 ünvanında yerləşən 2 saylı binanın 1-ci blokunun sahəsi 110,57 kv.metr olan 3 otaqdan ibarət 108 saylı mənzildə yaşamağa davam etmişdir. Bildiyi qədərilə 2022-ci ildə mənzil başqasına satılmışdır. Bundan sonra onların oranı tərk etməsi tələb edilmişdir. Buna baxmayaraq mənzil satıldıqdan sonra belə mənzilə ödədiyi ilkin ödəniş, eyni zamanda aylıq ödənişlər geri qaytarılmamışdır. Belə ki, Cavabdehlə aralarındakı müqavilənin 2.3-cü maddəsinə əsasən alıcı məbləğin 1 aylıq ödənişi miqdarında ilkin ödəniş ödəyir. Müqavilənin 2.2-ci maddəsinə əsasən mənzilin qiyməti kimi ödəniləcək ümumi məbləğin hər ay üçün müəyyənləşdirilmiş məbləği olan 598,88 manat pulu hər ayın 26-dək ödəyəcək. Ümumilikdə cavabdehə 16.846 manat ödəniş edilmişdir. Eyni zamanda ünvan 2 ünvanında yerləşən 2 saylı binanın 1-ci blokunun sahəsi 110,57 kv.metr olan 3 otaqdan ibarət 108 saylı mənzil tərəfindən əsaslı təmir edilmişdir. Mənzil cavabdeh tərəfindən tam təmirsiz verilmişdir. Müqavilə əsasında istifadəsində olan mənzilin təmiri üçün 28.225,40 manat pul xərclənmişdir. Təmirə sərf olunmuş pul vəsaitini iddia ərizəsində qrafikdə açıqlamasını təqdim edir. Həmin müqavilənin 3.1.1.8-ci maddəsinə əsasən müqavilə alıcının təşəbbüsü ilə ləğv edildiyi hallarda alıcı tərəfindən ödənilmiş məbləğin 30 faizinə bərabər olan hissəsini və ilkin ödənişi alıcıya qaytarmamaq, alıcı tərəfindən ödənilmiş məbləğin qalıq hissəninin isə mənzil yalnız başqa şəxsə satıldıqdan sonra hissə-hissə alıcıya qaytarmaq satıcının hüququdur. Sözügedən maddədən də göründüyü kimi, ev satıldıqdan sonra cavabdeh sözügedən vəsaiti iddiaçıya qaytarmalı idi, bununla belə cavabdeh nə onlara ödədikləri məbləği, nə də ki təmirə xərclədiyi məbləği iddiaçıya qaytarmamışdır. Bununla belə, Bakı şəhəri Sabunçu rayon məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(008)-637/2015 saylı qətnaməsi ilə cavabdehlə aralarında bağlanmış müqavilənin ləğv edilməsi və tərəfindən mənzilin boşadılması qət edilmişdir. Belə olan halda isə cavabdeh əsassız olaraq varlanmışdır. İddiaçı nümayəndəsi və vəkili Vəkil xx.xx.2025-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC-dən 45.071 manat pul vəsaitinin, 1060 manat hüquqi yardım üçün ödənilmiş vəsaitin, 500 manat ekspertiza üçün ödənilmiş pulun və 225,21 manat dövlət rüsumunun əvəzinin tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddianı müdafiə edərək, izahatında iddianın dəlillərinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh "xxxx" ASC məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə, iş materiallarına əlavə olunmuş sənədlərin məhkəmə iclasında tədqiqi zamanı aşağıdakıları müəyyən etmişdir. Belə ki, iş materiallarında olan xx.xx.2013-cü il tarixli 16974 saylı mənzilin alqı-satqı müqaviləsindən görünür ki, satıcı "xxxx" ASC ünvan 3, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi, 2 saylı binanın, 1 blok, 11 mərtəbə, 108 saylı mənzilini alıcı İddiaçı satmışdır. Mənzilin dəyəri 86865,6 manat məbləğində müəyyən olunmuş və alıcı hər ay 598,88 manat olmaqla, həmin məblği 120 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. İs materiallarında olan arayışdan görünür ki, alıcı İddiaçı ünvan 3, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi, 2 saylı binanın, 1 blok, 11 mərtəbə, 108 saylı mənzili bron etmək üçün 200 manat ödəmişdir. Hal-hazırda mənzil üzrə ödəniş etməklə müqavilə bağladığı üçün, ödənilmiş 200 manat bron haqqı **********00108 kodlu hesab üçün həqiqi hesab olunmuşdur. İş materiallarında olan "xxxx" ASC -nin Mənzil Təhvil Kommisiyasının sədri Elşən Fətəliyev, "xxxx" ASC-nin Mənzil Təhvil Kommisiyasının üzvü İradə Ovçiyeva, "xxxx" ASCnin Mənzil Təhvil Kommisiyasının üzvü Şahin Mahmudov tərəfindən imzalanaraq tərtib edilmiş xx.xx.2013-cü il tarixli aktdan görünür ki, "xxxx" ASC-nin ünvan 3, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi, 2 saylı binanın, 1 blok, 11 mərtəbə, 108 saylı inşa etdiyi mənzili 16974 saylı xx.xx.2013-cü il tarixli müqavilənin 3.1.2.3 maddəsinə uyğun olaraq təhvil vermiş alıcı İddiaçı isə təhvil almışdır. Tərəflərin bir-birinə qarşı binanın və mənzilin inşa olunmasına dair heç bir pretenziyası mövcud deyil və buna görədə bu aktı imza edirlər. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2015-ci tarixli 2(103)- 5002/2015 saylı qətnaməsindən görünür ki, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 23 yanvar 2015-ci il tarixli 2(008)-637/2015 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 23 yanvar 2015-ci il tarixli 2(008)-637/2015 saylı qətnaməsi ilə iddia təmin edilmiş, "xxxx" ASC ilə İddiaçı arasında Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi 2595-ci məhəllədə yerləşən 2 saylı binanın 1-ci blokunun sahəsi 110,57 kv.metr olan 3 otaqdan ibarət 108 saylı mənzilinə dair bağlanmış 16974 saylı xx.xx.2013-cü il tarixli müqavilə ləğv edilmiş, Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi 2595-ci məhəllədə yerləşən 2 saylı binanın 1-ci blokunun sahəsi 110,57 kv.metr olan 3 otaqdan ibarət 108 saylı mənzilin boşaldılması və mənzilin "xxxx" ASC-nə təhvil verilməsi, İddiaçı ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat alınaraq "xxxx" ASC-nin xeyrinə ödənilməsi qət olunmuşdur. İş materiallarında olan xx.xx.2013-cü il tarixli, xx.xx.2013-cü il tarixli 3 ədəd, xx.xx.2013-cü il tarixli, xx.xx.2014-cü il tarixli qəbzlərdən görünür ki, İddiaçı tərəfindən ümumilikdə cəmi 16.846,64 manat "xxxx" ASC-nə pul vəsaiti ödənilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli qəbzin surətindən görünür ki, İddiaçı “X1” MMC-nə 500 manat ekspertiza üzrə xidmət ödənişi etmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli qəbzlərin surətindən görünür ki, Həsənov X2 Səidə Akif qızına cəmi 1.060 manat hüquqi yardım üçün ödəniş etmişdir. İş materiallarında olan “X1” MMC-nin xx.xx.2025-ci il tarixli 154 saylı mütəxəssis rəyindən görünür ki, ünvan 3 ünvanında yerləşən 2 saylı binanın 1-ci blokunun sahəsi 110,57 kv.metr olan 3 otaqlı 108 saylı mənzilində yerinə yetirilmiş tikinti-təmir və quraşdırma işlərinin, 2013-cü ildə mövcud olmuş bazar qiymətlərinə uyğun olaraq, ümumi təqribi dəyəri 26003 manat, köhnəlmə faizi (23,2%) nəzərə alınmaqla təqribən 19970 manat, köhnəlmə faizi (6,5%) nəzərə alınmaqla təqribən 24313 manat məbləğində müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar—iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilmısini tənzimləyən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsi müəyyən edir ki, Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Mülki prosessual qanunvericiliyə görə sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir. Cavabdehin nümayəndəsi təyin edilmiş məhkəmə iclaslarında iştirak etməmiş, iddianı qəbul etməsi və ya iddiaya etiraz etməsi barədə məhkəməyə hər hansı yazılı münasibət bildirməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; 157.6-cı maddəsinə əsasən istər vicdanlı sahib, istərsə də vicdansız sahib öz növbəsində əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər; 157.7-ci maddəsinə əsasən vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər; 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir; 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır; 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin; 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir; 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: həmin Məcəllənin 1092.1.1-ci maddəsinə əsasən bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; həmin Məcəllənin 1092.2-ci maddəsinə əsasən əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir; 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. 1094-cü maddəsinə əsasən əsassız varlanmış şəxsin heç bir hüquqi əsas olmadan əldə etdiyi əşyaya çəkilən xərclərin qaytarılması bu Məcəllənin 157.6-cı və 157.7-ci maddələri ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə İddiaçı arasında bağlanmış xx.xx.2013-cü il tarixli 16974 saylı mənzilin alqı-satqı müqaviləsinə əsasən satıcı "xxxx" Açıq Səhmdar Cəmiyyəti ünvan 3, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi, 2 saylı binanın, 1 blok, 11 mərtəbə, 108 saylı mənzilini alıcı İddiaçı satmağı, alıcı isə bu müqavilə ilə nəzərdə tutulmuş qaydada tərəflər arasında razılaşdırılmış şərtlər daxilində aldığı mənzilin dəyərini (qiymətini) satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Mənzilin dəyəri (qiyməti) tərəflərin razılığı ilə 86865,6 manat məbləğində müəyyən olunmuş və alıcı mənzilin qiymətini hər ay 598,88 manat məbləğində ödəniş etməklə 120 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2013-cü il tarixdə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin sədri Elşən Fətəliyev, Mənzil Komissiyasının üzvü İradə Ovçiyeva və Şahin Mahmudovun iştirakları ilə tərtib edilmiş akta əsasən, ünvan 2 ünvanında yerləşən 2 saylı binanın 1-ci blokunun sahəsi 110,57 kv.metr olan 3 otaqdan ibarət 108 saylı mənzili İddiaçı təhvil verilmişdir. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 23 yanvar 2015-ci il tarixli 2(008)- 637/2015 saylı qətnaməsinə əsasən İddiaçı mənzilin dəyərini ödəməyə dair öhdəliklərini icra etmədiyi üçün tərəflər arasında bağlanmış müqacilə ləğv edilmiş və mənzil "xxxx" ASC-nə təhvil verilməsi qət edilmişdir. İddiaçı bildirir ki, o, ailəsi ilə birlikdə mənzildə 2022ci ilədək yaşamışdır. Daha sonra məhkəmə qərarı icra edilmiş və o, mənzildən çıxmış, sonradan ona məlum olmuşdur ki, cavabdeh ASC mənzili başqa bir şəxsə satsa da, lakin onun tərəfindən ödənilmiş ödənişləri, həmçinin mənzilin təmirinə çəkdiyi xərcləri ona geri ödəməmişdir. Tərəflər arasında bağlanmış müqavilənin 3.1.1.8-ci maddəsinə əsasən müqavilə alıcının təşəbbüsü ilə ləğv edildiyi hallarda alıcı tərəfindən ödənilmiş məbləğin 30 faizinə bərabər olan hissəsini və ilkin ödənişi alıcıya qaytarmamaq, alıcı tərəfindən ödənilmiş məbləğin qalıq hissəninin isə mənzil yalnız başqa şəxsə satıldıqdan sonra hissə-hissə alıcıya qaytarmaq satıcının hüququdur. Lakin məhkəmə hesab edir ki, qeyd edilən məzmununda öz əksini tapan mənzili digər şəxsə satdıqdan sonra ödənilmiş məbləğin 30 faizinə bərabər olan hissəsini və ilkin ödənişi alıcıya qaytarmamaq, alıcı tərəfindən ödənilmiş məbləğin qalıq hissəninin isə mənzil yalnız başqa şəxsə satıldıqdan sonra hissə-hissə alıcıya qaytarmaq satıcının hüququdur müddəası mənzil sahibi olmaq, mənzil almaq istəyində olan bir şəxsin vəziyyətini həmin mənzilin ödənişlərini edə bilmədikdə kifayət qədər ağırlaşdıran müddəadır. Hazırkı bazar iqtisadiyyatı şəraitində mənzil almaq, sonradan isə onun ödənişlərini vaxtlı-vaxtında edə bilmək əvvəlcədən proqnozlaşdırılan bir hal deyildir. İşin halları ilə müəyyən edilir ki, iddiaçı mənzili almış və ödənişlərin bir qismini, yəni 16.846,64 manatını həyata keçirmişdir. Belə olan halda onun mənzilin ödənişlərini qəsdən etməməsi onun mənzildən məhrum olacağı ehtimalı ilə uyğun gəlmir. Cavabdehin mənzilin ödənişlərinin iddiaçı tərəfindən ödənilməməsi halında ödənilmiş məbləğlərin 30 faizini və üstəlik ilkin ödənişi tam şəkildə özündə saxlamaq hüququ iddiaçının mənzildən məhrum olması ilə yanaşı ona iqtisadi cəhətdən güclü zərbə vurur. Bunların nəticəsində isə cavabdeh həm mənzili geri alıb, yenidən satmaqla gəlir əldə edir, həm də iddiaçının ödənişlərinin kifayət qədər böyük hissəsini özündə saxlamaqla əsassız varlanır. Nəzərə almaq lazımdır ki, mənzil həm də iddiaçı tərəfindən təmir edilmişdir. Məhkəmə həmçinin qeyd edir ki, müqavilənin 3.1.1.8-ci bəndinə istinadən onu da qeyd edir ki, bu bənd müqavilənin yalnız alıcı, yəni İddiaçı təşəbbüsü ilə ləğv edildiyi hallara şamil edilir. Lakin preyudisial əhəmiyyətə malik məhkəmə aktlarından (Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 23 yanvar 2015-ci il tarixli 2(008)-637/2015 saylı qətnaməsi, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2015-ci tarixli 2(103)-5002/2015 saylı qətnaməsi) göründüyü kimi, müqavilənin ləğvinin təşəbbüskarı alıcı deyil, satıcı "xxxx" ASC olmuşdur. Bu səbəbdən pulun tutulması ilə bağlı hər hansı qeyd-şərtlər (ilkin ödənişin qaytarılmaması və sair) tətbiq edilə bilməz. Məhkəmə tərəflər arasında mövcud olmuş məhkəmə mübahisəsinə və bu mübahisə əsasında qəbul edilmiş məhkəmə qərarlarına istinadən ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 mart 2004-cü il tarixli qərarının izahına görə, qanunverici məhkəmənin icraatında olan mülki iş üzrə yalnız qanuni qüvvəyə minmiş məhkəmə hökmünün, qərarının, qətnaməsinin, qərardadının preyudisial əhəmiyyəti olduğunu göstərmişdir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Q.Məmmədova və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2015-ci il tarixli Qərarına istinadən qeyd edir ki, preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Göründüyü kimi qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyən edilmişdir ki, xx.xx.2013-cü il tarixli 16974 saylı mənzilin alqı-satqı müqaviləsi üzrə ümumilikdə 16.846,64 manat məbləğində pul ödənilmişdir. İddiaçı hazırda həmin mənzildə yaşamır, cavabdeh tərəfindən mübahisələndirilmir ki, mənzil hələ də satılmayıb. Həmçinin tərəflər arasında bağlanmış müqavilə ləğv edilmiş və mənzilin İddiaçı tərəfindən boşaldılaraq "xxxx" ASC-yə təhvil verilməsi qət edilmişdir. Belə olan halda iddiaçı ödənilmiş məbləği tələb etməkdə haqlı olmuşdur. Məhkəmə işin hallarına və yuxarıda qeyd edilən mövqeyinə əsasən belə hesab edir ki, iddiaçı tərəfindən alqı-satqı müqaviləsi üzrə ödənilmiş 16864,64 manat pul cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə iddia tələbinin mənzilin təmirinə çəkilmiş 28.225 manat pulun cavabdehdən xeyrinə tutulması ilə bağlı aşğıdakıları qeyd edir. Məhkəmə qeyd edir ki, cavabdeh "xxxx" ASC hər hansı hüquqi əsas olmadan həmin mənzilin təmirinə sərf edilmiş vəsaitdən (artıq mənzilin dəyərini artıran bir amil olaraq) faydalanacaq və bu hal da cavabdehin əsassız varlanması kimi qiymətləndirilməlidir. Eyni zamanda iddiaçı xx.xx.2013-cü il tarixli 16974 saylı mənzilin alqı-satqı müqaviləsinə əsaslanaraq və onun müqavilə üzrə müəyyən edilmiş dəyərini ödəmək niyyətində olaraq, həmin mənzildə yaşamaq məqsədi ilə onu təmir etmiş və bunun üçün vəsait sərf etmişdir və hazırda da təmirə çəkilmiş xərclərin əvəzini tələb edir ki, məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı mənzili “X3 Korporasiyası” ASC ilə aralarında hər hansı müqavilə bağlamaqla və "xxxx" ASC-nin sifarişi əsasında və məhz "xxxx" ASC üçün təmir etməmişdir, mənzil “X3 Korporasiyası” ASC-yə təhvil verildikdən sonra cəmiyyət həmin mənzilin hər hansı digər alıcıya satılması üçün tam hüquqlu olacaqdır və bu zaman mənzilin qiyməti müəyyən edilərkən təbii ki, onun təmirli olması da nəzərə alınacaq və həmin münasibətlərdən “X3 Korporasiyası” ASC faydalanacaqdır. İddiaçı bildirir ki, 2013-cü ildən 2022-ci ilə qədər mənzili təmir edərək, ünvan 2 ünvanında yerləşən 2 saylı binanın 1-ci blokunun sahəsi 110,57 kv.metr olan 3 otaqdan ibarət 108 saylı mənzilində yaşamışdır. Məhkəmə hesab edir ki, bu hissədə iddia tələbinə qiymət verilən zaman mənzilin iddiaçı tərəfindən istifadə olunması nəticəsində köhnəlmə faizi nəzərə alınmalıdır. Buna görə də məhkəmə köhnəlmə nəzərə alınmaqla mənzilin təmirinə sərf olunmuş məbləğin 19970 manat olmaqla, cavabdehdən iddiaçının xeyrinə tutulması qənaətini əsaslı və qanuni hesab edir. Belə ki, “X1” MMC-nin xx.xx.2025-ci il tarixli 154 saylı mütəxəssis rəyinə əsasən ünvan 3 ünvanında yerləşən 2 saylı binanın 1-ci blokunun sahəsi 110,57 kv.metr olan 3 otaqlı 108 saylı mənzilində yerinə yetirilmiş tikinti-təmir və quraşdırma işlərinin, 2013-cü ildə mövcud olmuş bazar qiymətlərinə uyğun olaraq, ümumi təqribi dəyəri 26.003 manat, köhnəlmə faizi (23,2%) nəzərə alınmaqla təqribən 19.970 manat, köhnəlmə faizi (6,5%) nəzərə alınmaqla təqribən 24313 manat məbləğində müəyyən edilmişdir. Ekspert rəyinin əsaslandırma hissəsindən müəyyən edilir ki, ekspert bu nəticələrə gələrkən, mənzilin həm 2013-2015 (müqavilə ləğv olunan tarixə) illərində istifadəsi nəticəsində köhnəlmə faizi tətbiq etməklə təqribi dəyərini 24313 manat, həm də 2013-2022 illər ərzində istifadəsi nəticəsində köhnəlmə faizi tətbiq etməklə təqribi dəyərini 19970 manat müəyyən etmişdir. Beləliklə, məhkəmə hazırki mübahisəli məsələ belə qənaətə gəlir ki, mənzilin təmirinə çəkilmiş xərclərin dəyərini, 2013-2022-ci illər ərzində iddiaçı tərəfindən mənzildən istifadə olunması nəticəsində köhnəlməsi nəzərə alınmaqla, cəmi 19970 manat olmaqla müəyyən edilməli və həmin məbləğ cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Qeyd olunmalıdır ki, Mülki Məcəllənin 157.7-ci maddəsinin tələbinə görə vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. Beləliklə məhkəmə belə qənaətə gəlir ki, cavabdeh "xxxx" ASC hər hansı hüquqi əsas olmadan təmirin dəyəri qismində əldə etmiş 19970 manat məbləğində xeyiri İddiaçı qaytarmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş məhkəmə xərclərinə daxil olan dövlət rüsumunun 200,5 manat hissəsi, 500 manat ekspertiza xərci, iddiaçının hüquqi yardım üçün ödədiyi 1060 manat cavabdehdən tutularaq, iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" ASC-dən 16864,64 manat məbləğində pul vəsaiti, 19970 manat təmirə çəkilmiş xərclərin əvəzi, dövlət rüsumuna görə ödənilmiş məbləğin 200,5 manat hissəsi, ekspertiza xərcinə görə ödənilmiş 500 manat və hüquqi yardıma görə ödənilmiş 1060 manat tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia tələbləri qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova
Məhkəmə qərarları › İş №2(005)-377/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-377/2025
25.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver