Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3782/2021 25.08.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Vüqar Şahbaz oğlunun sədrliyi, Kərimli Elvin Şəkur oğlunun katibliyi, İddiaçı Xanhüseyn qızının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Xanhüseyn qızının Cavabdeh qarşı “əlavə alimentin tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Xanhüseyn qızının Cavabdeh qarşı “aliment məbləğinin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 28.08.2020-ci il təvəllüdlü X3 3 yaşına çatanadək ona maddi cəhətdən kömək etmək məqsədi ilə hər ay 100 manat sabit pul məbləğində alimentin tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 08.08.2019-cu il tarixdə rəsmi nikaha daxil olmuş və birgə nikahdan 28.08.2020-ci il təvəllüdlü X5 dünyaya gəlmişdir. Cavabdehlə ailə münasibətlərinə son qomuş və nikahları Binəqədi Rayon Məhkəməsinin 2(001)-1252/2021 saylı, 03.05.2021-ci il tarixli qətnaməsi ilə pozulmaqla uşağı X3 onun yanında saxlanması və uşağın saxlanması üçün 19.11.2020-ci il tarixdən başlayaraq, cavabdehdən hər ay 170 manat məbləğində alimentin onun xeyrinə tutulması qət edilmişdir. Lakin uşağı körpə olduğundan və özü hazırda heç yerdə işləmədiyindən uşağın saxlanması üçün maddi cəhətdən çətinlik çəkir. Məhkəmə iclasında İddiaçı Xanhüseyn qızının nümayəndəsi X4 iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı Xahüseyn qızı xx.xx.1995-ci ildə doğulmuşdur. İş materiallarında olan AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.1993-cü ildə doğulmuşdur. İş materiallarında olan doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, tərəflərin birgə nikahdan 28.08.2020-ci il təvəllüdlü X5 doğulmuşdur. İş materiallarına əlavə olunmuş Binəqədi Rayon Məhkəməsinin 03.05.2021-ci il tarixli 2(001)-1252/2021 saylı qətnaməsindən görünür ki, tərəflər arasında bağlanmış nikahın pozulması, 28.08.2020-ci il təvəllüdlü X5 anası İddiaçı Xahüseyn qızının yanında saxlanması və 28.08.2020-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 170 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı Xanhüseyn qızına ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 84.2.2-ci maddəsinə görə ər və arvad birbirinə maddi cəhətdən kömək göstərilməsindən imtina etdikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvadın buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malik şəxslər sırasında olduğu qeyd edilmişdir. Həmçinin bu Məcəllənin 85.1.1-ci maddəsində də hamiləlik dövründə və ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində keçmiş arvadnikah pozulduqdan sonra məhkəmə qaydasında buna zəruri vəsaitə malik olan keçmiş ərdən (arvaddan) aliment ödəməyi tələb etmək hüququnun olduöu qeyd edilmişdir. Sadalanan qanunvericliyin tələblərindən göründüyü kimi buna zəruri vəsaitə malik olan keçmiş ərdən (arvaddan) aliment ödəməyi tələb etmək hüququ müəyyən edilmişdir. Bununla belə hazırki tələbdən və iş üzrə müəyyən edilmiş hallardan görünür ki, iddiaçı tərəfin Cavabdeh sadalanan qanunvericliyin tələb etdiyi qaydada zəruri vəsaitə malik olması ilə bağlı məhkəməyə sübut təqdim edə bilməmişdir. Məhkəmə qeyd edilənləri və uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcu olduğuna dair konstitusion hüquqi tələbləri, Binəqədi Rayon Məhkəməsinin qüvvədə olan qətnaməsini, tərəflərin mövcud maddi vəziyyətini və hüquqi rejimini, uşağın maddi cəhətdən saxlanmasının valideynlər tərəfindən təmin edilməsi imkanının mümkünlüyünü nəzərə almaqla hesab edir ki, iddia tələbi əsassızdır. X1 3 yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 100 (bir yüz) manat əlavə aliment tutulması barədə iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 234-cü maddəsinə müvafiq olaraq şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Xanhüseyn qızının Cavabdeh qarşı “əlavə alimentin tutulması” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Vüqar Quliyev
Məhkəmə qərarları › İş №2(005)-3782/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3782/2021
25.08.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver