Məhkəmə qərarları › İş №2(005)-3790/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3790/2023

23.11.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3790/2023 23.11.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Ramin Nizaməddin oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Cəfərov Davud Rauf oğlunun katibliyi, İddiaçı X3 nümayəndəsi (atası) X9, Cavabdeh nümayəndəsi (atası) X4 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı aliment məbləğinin artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı aliment məbləğinin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2009-cu il təvəllüdlü X5, xx.xx.2011-ci il təvəllüdlü X10 və xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdeh X1 hər ay hər uşağa görə 220 manat olmaqla, cəmi 660 manat sabit pul məbləğində aliment tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırmışdır ki, o, Cavabdeh qarşı nikahın pozulması və aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, nikahın pozulması, uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər uşaq üçün 170 manat alimentin tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cəlilabad Rayon Məhkəməsinin 2(073)-1372/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, nikah pozulmuş, tərəflərin birgə nikahlarından doğulmuş uşaqların onun yanında qalmaları müəyyən edilmiş, uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay hər uşağa görə 90 manat olmaqla, cəmi 270 manat sabit pul məbləğində aliment tutularaq ona verilməsi qət edilmişdir. Artıq həmin məbləğdə müəyyən edilmiş aliment hazırkı iqtisadi durumla bağlı infiliyasıyaya münasibətdə həddən artıq azlıq təşkil edir və uşaqların gündəlik təlabatını ödəmir. Cavabdeh məhkəməyə dəftərxana vasitəsilə etiraz təqdim edərək bildirmişdir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırdığı vaxtdan məhkəmə olan tarixə kimi 3 uşaq ilə birlikdə evdə onunla birgə yaşamış və onun qazancı ilə dolanmış, uşaqlarının gündəlik tələbatını ödəmişdir. Məhkəmədən 1 gün sonra 05 noyabrda iddiaçı uşaqları da götürüb Bakı şəhərinə getmişdir. 2020-ci ilin noyabr ayının axırlarında öyrənmişdir ki, uşaqlar başsız qalmış, iddiaçı onlara baxmır, gündüzlər harasa gedir, qapını bağlayır, uşaqlar içəridə qalıb ağlayırlar. Böyük çətinliklə Bakı şəhərində uşaqlarının qaldığı evi tapmışdır. Onları səsləmiş, ağlaya-ağlaya “ata bizi qurtar, apar evə, qapı bağlıdır çölə çıxa bilmirik” demişlər. Qonşular iddiaçının uşaqlara qarşı kobud rəftarından danışmışlar. Qonşuların birində evin açarı olmuş, qapını açmış və 2 oğlu (Məşi və Dönməz) boynuna sarılmışlar, ilk sözləri bu olmuşdur ki, “bizi apar evimizə, acımızdan ölürük”. Uşaqları Cəlilabad rayonunun Alar kəndində yerləşən evinə gətirmişdir. Böyük oğlu Məhəmmədin harada olmasını Məşi və Dönməz bilməmişlər, sonra oğlanları hər ikisi əvvəllər oxuduqları Alar kənd orta məktəbində təhsilini davam etdirmişlər. xx.xx.2022-ci il tarixdə Məşi gecə vaxtı birdən-birə yoxa çıxmış, öyrənmişdir ki, anası Aida onunla gizli şəkıldə telefonla danışırmış və həmin gecə gizli gəlib Məşini aparmış, Dönməz isə qalmışdır. Göründüyü kimi məhkəmə qətnaməsindən sonra 2 uşağı (Məşi və Dönməz) təxminən 20 gün onsuz yaşamış və yenidən qeyd etdiyi kimi 2 il onunla birgə yaşamışlar. xx.xx.2021-ci il tarixdə 2-ci dəfə məhkəmə olmuş, məhkəmə tərəfindən 2 uşaq (Məşi və Dönməzin) onun yanında qalması barədə işə baxarkən geniş araşdırmalar aparılmışdır. Qətnaməyə əsasən Məşi və Dönməz onun himayəsində qalmışlar. Bundan sonra, yəni xx.xx.2023-cü il tarixdə iddiaçının iddiası əsasında (uşaqların alınıb ona verilməsi barədə) yenidən məhkəmə iclası keçirilmiş, Məhəmməd əvvəldən iddiaçının yanında qaldığından və digər oğlu Məşi xx.xx.2022-ci il tarixdən anasına qoşulub getdiyindən, həmin uşaqlar iddiaçının, sonuncu oğlu Dönməz isə onun yanında qalması barədə qətnamə qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən X3 nümayəndəsi (atası) X14 iddia tələbinin mahiyyətinə uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi (atası) X7 iddianı qəbul etməyərək, təmin edilməməsini xahiş etdi. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verib hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cəlilabad Rayon Məhkəməsinin 2(073)-1372/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinin surətindən görünür ki, tərəflər arasında bağlanmış nikahın pozulması, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2009-cu il təvəllüdlü X5, xx.xx.2011-ci il təvəllüdlü X10 və xx.xx.2012-ci il təvəllüdlü X2 İddiaçı yanında qalması və xx.xx.2020-ci il tarixdən başlayaraq Cavabdeh uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşaq üçün 90 manat olmaqla, cəmi 270 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməsi qət edilmişdir; AZ-İİ seriyalı, 626468 nömrəli Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahından xx.xx.2009-cu il təvəllüdlü X5 doğulmuşdur; AZ-İİ seriyalı, 638931 nömrəli Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahından xx.xx.2011-ci il təvəllüdlü X10 doğulmuşdur; AZ-İİ seriyalı, 984342 nömrəli Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahından xx.xx.2012-ci il təvəllüdlü X6 doğulmuşdur; İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixdə keçirilmiş ilkin mediasiya sessiyasında iştirak etməmişdir. 50 manat məbləğində mediasiya xərci İddiaçı tərəfindən ödənilmişdir; Epikrizin surətindən görünür ki, Cavabdeh tuberkulyoz diaqnozu qoyulmuşdur; Cəlilabad Rayon Məhkəməsinin 2(073)-110/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh qarşı uşaq tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməsi qət edilmişdir; AZ-İ seriyalı, 447066 nömrəli Nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflər arasında bağlanmış nikaha xx.xx.2020-ci il tarixdə xitam verilmişdir; Alar kənd 1 nömrəli tam orta məktəbinin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, X6 xx.xx.2018-ci ildə məktəbin 1-ci sinfinə qəbul olmuş və hazırda məktəbin 6-cı sinifində təhsil alır; Cəlilabad Rayon Məhkəməsinin 1(073)-140/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmündən görünür ki, Cavabdeh Cəlilabad Rayon Məhkəməsinin 2(073)-1372/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələbərini yerinə yetirmədiyinə görə Azərbaycan Respublikasının CM-nin 306.1-ci maddəsi ilə təqsirli bilinib 1 il 10 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edildi ki, Cəlilabad Rayon Məhkəməsinin 2(073)-1372/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə xx.xx.2020-ci il tarixdən başlayaraq Cavabdeh xx.xx.2009-cu il təvəllüdlü X5, xx.xx.2011-ci il təvəllüdlü X10 və xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşaq üçün 90 manat olmaqla, cəmi 270 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməsi qət edilmişdir. xx.xx.2012-ci il təvəllüdlü X6 hazırda cavabdehin himayəsindədir. Eyni zamanda işin materiallarından və işdə iştirak edən şəxslərin izahatlarından məhkəmə iclasında aydın oldu ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra Cavabdeh ailə və ya maddi vəziyyətində yaxşılığa doğru hər hansı bir dəyişiklik olmamış, İddiaçı alimentin miqdarının artırılmasına əsas olan cavabdehin gəlirləri və ya başqa qazanclarına dair hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Bundan başqa məhkəmə qeyd edir ki, hazırda xx.xx.2012-ci il təvəllüdlü X6 cavabdehin, birgə nikahdan doğulmuş digər uşaqlar isə iddiaçının himayəsindədir. Uşaqların saxlanılması isə hər iki valideynin borcudur. Göründüyü kimi iddiaçının himayəsində iki, cavabdehin himayəsində bir uşaq var. Lakin qeyd edilməlidir ki, cavabdeh tuberkulyoz xəstəsidir, bundan başqa cavabdeh yığılmış aliment borcunu ödəyə bilmədiyi üçün Azərbaycan Respublikasının CM-nin 306.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il 10 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Məhkəmə hesab edir ki, yetkinlik yaşına çatmayan uşaqların saxlanılması üçün aliment tutulması barədə tələbinin təmin edilməsi cavabdehin üzərinə icrası mümkün olmayan öhdəliyin qoyulması ilə nəticələnə bilər. “Mahmudov Rusiyaya qarşı iş üzrə” 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirilərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) Prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§68). Lakin, bu halda iddiaçı cavabdehin qeyd olunan məbləğdə alimenti ödəmək iqtidarında olmasını sübuta yetirə bilmədi, bunun əksi olaraq məhkəmə tərəfindən müəyyən olundu ki, cavabdeh tuberkulyoz xəstəsidir və məhkəmənin hökmü ilə azadlığın məhdudlaşdırılması cəzasına məhkun edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən valideynlərin uşaqların barəsində bərabər hüquq və vəzifələri vardır. Uşaq qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi hüquqlarının təmin etdirilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 55.1-ci maddəsinə əsasən uşaq öz valideynlərindən və ailənin digər üzvlərindən bu Məcəllənin beşinci bölməsində müəyyən olunmuş qaydada və miqdarda vəsait almaq hüququna malikdir. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda, uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəfindən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Göründüyü kimi ailə qanunvericiliyi qanunda nəzərdə tutulmuş hallarda aliment ödəyən şəxsə təyin olunmuş aliment məbləğinin dəyişdirilməsi imkanlarını nəzərdə tutmuşdur. Belə ki, aliment ödəyən şəxsin, eləcə də məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa bu hal alimentin miqdarının dəyişdirilməsi üçün əsasdır. Bu barədə məhkəməyə mötəbər sübutlar təqdim olunmalıdır. Hazırkı iddia tələblərində göstərilən hallar qətnamə ilə müəyyən edilmiş alimentin artırılması üçün əsas hesab edilə bilməz. Məhkəmə tərəflərin maddi və ailə vəziyyətlərini, eləcə də işin konkret hallarını əsas götürərək hesab edir ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra cavabdehin ailə və ya maddi vəziyyətində dəyişiklik baş vermədiyindən, bunun əksi olaraq ağır xəstəliyə tutulduğundan və məhkəmə hökmü ilə barəsində azadılığın məhdudlaşdırılması növündə cəza təyin edildiyindən, iddia tələbi əsassızdır, buna görə də iddia rədd edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən, mediasiya prosesi zamanı çəkilmiş xərc iddiaçıya aid edilməli və iddia həmin hissədə də təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır; 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 124-cü və 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı aliment məbləğinin artırılması tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən bir ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar