Məhkəmə qərarları › İş №2(005)-380/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-380/2025

10.04.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-380/2025 10.04.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Məmmədova Təhminə Nizami qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “X10” MMC-yə qarşı “maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 5.000 manatın və 70 manat dövlət rüsumunun, 5.070 manatın tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh “X10” MMC-nin Cavabdeh ilə əvəz edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı 2023-cü ilin iyun ayında İnstagram sosial şəbəkəsində Elçin adlı diş həkiminin öz səhifəsində implant dişlərin düzəldilməsi barədə elan dərc etməsini görmüşdür. Dişlərində narahatlıq olduğuna görə Cavabdeh özünün elanda dərc etdiyi (050 680-00-45) mobil nömrəyə zəng etmişdir. Bundan sonra iddiaçı Elçinin çalışdığı tibb müəssisəsinə gəlmişdir. Cavabdeh iddiaçıdan 4 implant diş üçün hər biri 350 manat olmaqla, 1.400 manat, 14 zirkon dişlərə görə isə 2.100 manat pul tələb etmişdir. Həmçinin Cavabdeh guya əlavə diş qoyacağı adı ilə ondan 700 manat pul almışdır. Ümumilikdə Cavabdeh ondan 4.200 manat pul almışdır. Bu barədə Cavabdeh qəbzlə qeyd edilən məbləği özü təsdiq etmişdir. Lakin Cavabdeh tərəfindən qoyulan dişlər keyfiyyətsiz olmuş, qoyulan dişləri bərkidən bağlayıcılar mədəsinə getmişdir. Cavabdeh ağzında olan sağlam dişləri çəkdiyinə görə ağzı dişsiz qalmışdır. O, dəfələrlə Cavabdeh müraciət etmiş, dişlərinin düzəldilməsini, düzəldə bilmədiyi halda ona ödədiyi pulları qaytarmasını tələb etmişdir. Pulunu tələb etdiyi üçün Cavabdeh onu və anasını söyübtəhqir edir. Həmçinin anası X1 İşlər Nazirliyinin 102 qaynar xəttinə və Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinə müraciət etmişdir. Sumqayıt şəhər Pİ-nin 1-ci PB-nin xx.xx.2024-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar qəbul edilmiş və iddiaçıya mülki qaydada məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. Həmçinin bildirir ki, hal-hazırda Cavabdeh günahı üzündən ağzı dişsiz qalmışdır. Dişlərinin müalicəsi üçün 400 manatdan artıq dərmanlara pul sərf etmişdir. Həmçinin Cavabdeh işlədiyi tibb müəsissəsinə 1 il ərzində gedib-gəlmək üçün yol pulu olaraq 400 manat pul xərcləmişdir. Ümumilikdə cavabdehin günahı üzündən ona 5.000 manat maddi ziyan dəymişdir. Qeyd edir ki, hal-hazırda Tağıyev X2 X7 işləyir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verib və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada Cavabdeh xəbərdar olunsa da, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, digər cavabdehlər məhkəmə iclasına üzrsüz səbəblərdən gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Əvvəlki məhkəmə iclasında Cavabdeh məhkəmə tərəfindən sual-cavab zamanı bildirmişdir ki, İddiaçı tərəfindən ona 5.000 manat deyil, 3.500 manat məbləğində ödəniş edilmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyərək, onların izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Sumqayıt ŞPİ-nin 1-ci PB-nin xx.xx.2024-cü il tarixli qərarın təsviri hissəsində göstərilənlərə əsasən X3 müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X8” X11 xx.xx.2025-ci il tarixli məktubuna əlavə edilmiş 1160/KEŞ nömrəli ekspert rəyindən görünür ki, 1986-cı il təvəllüdlü İddiaçı göstərilmiş stomatoji tibbi xidmətlə əlaqədar mütləq şəkildə tibbi sənədlər tərtib edilməli olduğu halda heç bir sənəd tərtib edilməmişdir. Bu səbəbdən ona hansı diaqnozun təyin edilməsi barədə fikir söylənilməsi mümkün olmadı. İddiaçı mütəxəssis müayinəsi zamanı hazırda onda implantların protokol qaydasında qoyulmadığı əng və çənədə olan implantlarda sümük rezorbsiyasının olduğu müəyyən edilmişdir. Həmçinin sağda bir implantın tam rezorbsiya olunduğu, selikli qişa altında sərbəst olduğu qeyd olunur ki, bu da xaric edilməyə göstərişdir. Qeyd olunanlarla əlaqədar hazırda xəstənin çənədə və əngdə yenidən dental implantasiya qoyulmasına ehtiyac vardır. İddiaçı göstərilmiş qüsurlu stomatoji tibbi xidmət səhiyyə sistemində qüvvədə olan, Səhiyyə Nazirliyi tərəfindən xx.xx.2012-ci il tarixli 70 saylı əmrlə təsdiq edilmiş “Tibb müəssisələrində çalışan tibb, əczaçılıq və digər ixtisaslar üzrə işçilərin nümunəvi vəzifə təlimatları”nın 24.1 bəndinin (“ona həvalə olunmuş vəzifə öhdəliklərini vaxtında və keyfiyyətli icra etməməsi”) tələblərinin pozulması kimi qiymətləndirilir. Buna məsul şəxs həkim-stomatoloq Cavabdehdir. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, 2023-cü ildə İddiaçı dişlərinin müalicəsi üçün cavabdeh həkim-stomatoloq Cavabdeh müraciət etmişdir. Hazırda iddiaçı tərəfindən cavabdehə göstərdiyi stomatoji tibbi xidmətin dəyəri kimi ödədiyini iddia etdiyi 5.000 manat ödənişin ondan tutulmasını xahiş edir. Cavabdeh isə məhkəmə iclasında iddiaçı tərəfindən ona 5.000 manat deyil, 3.500 manat məbləğində pul vəsaitinin ödənildiyini etiraf etmişdir. Cavabdeh həmçinin iddiaçıya tətbiq edilən müalicənin düzgün olduğunu, iddiaçının lazımi gigiyenik qaydalara riayət etmədiyi üçün dişlərində olunan müalicənin uğurlu olmadığını bildirmişdir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya” Birliyi qarşısında Cavabdeh tərəfindən İddiaçı dişlərində hansı diaqnoz əsasında müalicə aparılması, aparılmış müalicənin diaqnoza uyğun olubolmaması və düzgün seçilib-seçilməməsinin və s. kimi halların müəyyən edilməsi barədə suallar qoyulmuş və Birlik tərəfindən verilmiş ekspert rəyi ilə müəyyən edilmişdir ki, İddiaçı mütəxəssis müayinəsi zamanı hazırda onda implantların protokol qaydasında qoyulmadığı əng və çənədə olan implantlarda sümük rezorbsiyasının olduğu müəyyən edilmişdir. Həmçinin sağda bir implantın tam rezorbsiya olunduğu, selikli qişa altında sərbəst olduğu qeyd olunur ki, bu da xaric edilməyə göstərişdir. Qeyd olunanlarla əlaqədar hazırda xəstənin çənədə və əngdə yenidən dental implantasiya qoyulmasına ehtiyac vardır. İddiaçı göstərilmiş qüsurlu stomatoji tibbi xidmət səhiyyə sistemində qüvvədə olan, Səhiyyə Nazirliyi tərəfindən xx.xx.2012-ci il tarixli 70 saylı əmrlə təsdiq edilmiş “Tibb müəssisələrində çalışan tibb, əczaçılıq və digər ixtisaslar üzrə işçilərin nümunəvi vəzifə təlimatları”nın 24.1 bəndinin (“ona həvalə olunmuş vəzifə öhdəliklərini vaxtında və keyfiyyətli icra etməməsi”) tələblərinin pozulması kimi qiymətləndirilir. Buna məsul şəxs həkim-stomatoloq Cavabdehdir. Məhkəmə qeyd edir ki, iddia tələbi üzrə mübahisələndirilən hallar verilmiş ekspert rəyi, həmçinin tərəflərin məhkəmə iclası zamanı verdiyi izahatlarla qismən sübuta yetmişdir. Azərbaycan Respublikası Mülkü Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətin və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfüzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlildir. 1112-ci maddəsinə əsasən tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir. 1117-ci maddəsinə əsasən müqavilə öhdəliklərinin icrası zamanı, habelə hərbi qulluq, polisdə qulluq vəzifələrinin və digər müvafiq vəzifələrin icrası zamanı fiziki şəxsin həyatına və ya sağlamlığına vurulmuş zərərin əvəzi, əgər qanunda və ya müqavilədə daha yüksək məsuliyyət ölçüsü nəzərdə tutulmayıbsa, bu Məcəllənin bu fəslində nəzərdə tutulmuş qaydalar üzrə ödənilir. 1118.1-ci maddəsinə əsasən fiziki şəxsə xəsarət yetirilərkən və ya onun sağlamlığı başqa şəkildə pozularkən zərərçəkənin malik olduğu, yaxud yəqin ki, malik ola biləcəyi və itirdiyi qazancın (gəlirin), habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclərin, o cümlədən müalicəyə, əlavə qidalanmaya, dava-dərman alınmasına, protezləşdirməyə, başqasının qulluğuna, sanatoriya-kurort müalicəsinə, xüsusi nəqliyyat vasitələri əldə edilməsinə, başqa peşəyə hazırlanmaya çəkdiyi xərclərinin əvəzi ödənilir, bu şərtlə ki, zərərçəkənin həmin yardım və qulluq növlərinə möhtac olduğu və bunları pulsuz almaq hüququnun olmadığı müəyyənləşdirilsin. İstinad olunan maddələrin mənasına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Məhkəmə bildirir ki, cavabdeh tərəfindən iddiaçının dişlərində aparılmış müalicənin qüsurlu olması iş üzrə verilmiş ekspert rəyi ilə öz təsdiqini tapır. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı tərəfindən cavabdehə dişlərinin müalicəsi ilə bağlı cəmi 5.000 manat pul ödənişinin verilməsi isə öz təsdiqini qismən tapır. Belə ki, iddiaçı cavabdehə məhz 5.000 manat pul vəsaitini hər hansı işin mötəbər dəlili ilə sübuta yetirə bilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçıya göstərilən tibbi xidmətlərin qüsurlu olması öz təsdiqini tapdığından və məhkəmə, qüsurlu xidmətə görə iddiaçının sağlamlığına dəymiş ziyanın cavabdehin etiraf etdiyi həcmdə olması barədə qənaətə gəldiyindən, iddia qismən təmin edilərək, cavabdehdən 3.500 manat məbləğində pul vəsaiti şəklində maddi zərər tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin iddianın 620 manat məbləğində vəkil xərcinin və etibarnamənin təsdiqi üçün ödənilmiş 17,25 manat cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. MPM-nin 115.0.6-cı maddəsinə əsasən, vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Məhkəmə həmçinin hesab edir ki, iddia qismən təmin edildiyindən, işə baxılması ilə bağlı xərclərə daxil olan və iddiaçı tərəfindən ödənilmiş 70 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh qüsurlu xidmətə görə dəymiş maddi zərərin əvəzi 3.500 manat və ödənilmiş 70 manat dövlət rüsumu İddiaçı xeyrinə tutulsun. İddia tələbləri qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar