Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-382/2022 07.02.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əmirxanova Kəmalə Fərman qızının sədrliyi, Əliyeva Nurlana Sahib qızının katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Vəkil və müstəqil tələb irəli sürməyən üçüncü şəxs “Azər-Türk BankASC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində “Azər-Türk Bank ASC cəlb edilməklə) qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab olunması və pozulmuş mülkiyyət hüquqlarının bərpa edilərək əmlakın qanuni sahibliyə qaytarılması tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab olunması və pozulmuş mülkiyyət hüquqlarının bərpa edilərək əmlakın qanuni sahibliyə qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestr xidmətinin Abşeron rayon Ərazi İdarəsinin ********* Qeydiyyat nömrəli 28.06.2007-ci il tarixli **********07 X4 əsasən Abşeron rayonu, Saray qəsəbəsində 1.869306 ha torpaq sahəsinin satılmasına dair Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış 14.09.2009-cu il tarixli AN-10194769 daşınmaz əmlakın alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, pozulmuş hüququnun bərpa edilərək torpaq sahəsinin və üzərində yerləşən tikililərin onun mülkiyyətinə qaytarılması və mülkiyyət hüququnun bərpası üçün üçüncü şəxslərə verilmiş Çıxarışların ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestr xidmətinin Abşeron rayon Ərazi İdarəsinin ********* Qeydiyyat nömrəli 28.06.2007-ci il tarixli **********07 X4 əsasən onun Abşeron rayonu, Saray qəsəbəsində 1.869306 ha torpaq sahəsi və üzərində tikililəri var. Həmin torpaq sahəsini vaxtilə icarəyə vermək istəyirdi. 2009-cu ildə tanışı Cavabdeh1 həmin torpaq sahəsinə gəlib baxaraq burada təsərrüfat yaradıb işləmək istədiyini və bunun müqavilində ona hər ay icarə haqqı verəcəyini bildirdi. Aralarında şifahi formada razılığa gəldikdən bir müddət sonra hazırki iş üzrə cavabdehlərdən biri Cavabdeh1 təsərrüfatdan istifadə zamanı kommunal xidmətlərlə və sair işlər üçün hər dəfə onu narahat etməməkdən ötəri notarial qaydada etibarnamənin alınmasına ehtiyacının olduğunu bildirmişdir. Elşadın təsərrüfatı normal idarə etdiyini görüb inanaraq razılaşıb notariat kontorunda ona etibarnamə vermişdir. Bu yaxınlarda ona məlum olmuşdur ki, Cavabdeh1 həmin torpaq sahəsini və üzərində olan tikililəri ondan xəbərsiz olaraq həyat yoldaşı Cavabdeh2 satmışdır. Cavabdeh1 əmlakının satılması barədə etibarnamə verməmişdir. Cavabdehlərin bu hərəkətləri onun mülkiyyət hüquqlarının kobud pozuntusudur. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və məhkəmədən iddia ərizəsinin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs “Azər-Türk BankASCnin nümayəndəsi Nümayəndə bildirmişdir ki, iddia əsassızdır və həmçinin iddia qaldırmaq üçün iddia müddəti ötürülmüşdür. Odur ki, iddianın rədd olunmasını xahiş etmişdir. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin səlahiyyətli nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə mülki işin materiallarını tədqiq edib, işdə iştirak edən tərəflərin nümayəndələrinin izahatlarını və çıxışlarını dinləyib, onların təqdim etdiyi sübutları araşdırıb, hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan; 29.04.2010-cu il tarixli Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Abşeron Ərazi İdarəsinin Torpaq sahəsinin planı və ölçüsü sənədinin surətindən görünür ki, Abşeron rayonu, Saray qəsəbəsində 1.869306 ha torpaq sahəsinin hüquqi sahibi Cavabdeh2 qeyd olunmuş və qeydiyyata almaq üçün: Abşeron rayon 2 saylı DNK, 14.09.2009-cu il tarixli 4Ə-04-742 nömrəli Alqı-satqı müqaviləsi, DƏDRX Abşeron rayon ərazi idarəsi, 28.06.2007-ci il tarixli ********* nömrəli Daşınmaz əmlakın dövlət reyestrindən çıxarış sənədləri əsas olmuşdur. 14.09.2009-cu il tarixli, AN-İ ******* saylı Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı İddiaçı əvəzinə Cavabdeh1 alıcı Cavabdeh2 Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 1.869306 ha torpaq sahəsini 120000 manat satmışdır. İddiaçı tərəfindən təqdim olunmuş etibarnamənin çıxarışının fotoşəkilindən görünür ki, 12.09.2009-cu il tarixdə Muradlı X3 Elşad Qara oğluna “Daşınmaz əmlak (torpaq sahələrindən başqa)” dair etibarnamə vermişdir. Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 ilə Cavabdeh2 02.09.1981-ci il tarixdə nikah bağlamışlar. AZE ******** seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh2 ünvan 1 ünvanında qeydiyyatdadır. AZE 09172481 seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh1 ünvan 1 ünvanında qeydiyyatdadır. ünvan 2 tarixli qətnaməsinin surətindən görünür ki, cavabdeh P.H.D Məhdud Məsuliyyətli Cəmiyyətindən “Azər-Türk Bank ASC-nin xeyrinə cəmi 1221159,65 ABŞ dolları məbləğində pulun tutulması, tutulacağ məbləğin cavabdeh X2 məxsus Abşeron rayonu, Saray qəsəbəsində mülkiyyətində olan 1.8693 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 15047 kv.m olan əmlak kompleksi kimi müəssisəyə torpaq sahəsi ilə birlikdə yönəldilməsi qət edilmişdir. “İpoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair” müqavilənin surətindən görünür ki, X2 məxsus Abşeron rayonu, Saray qəsəbəsində mülkiyyətində olan 1.8693 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 15047 kv.m olan əmlak kompleksi kimi müəssisəyə torpaq sahəsi ilə birlikdə ipoteka saxlayan “Azər-Türk Bank ASC tərəfindən ******* manat məbləğə əldə edilmişdir. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, X2 məxsus Abşeron rayonu, Saray qəsəbəsində mülkiyyətində olan 1.8693 ha torpaq sahəsi və onun üzərində yerləşən (ümumi sahəsi 15047 kv.m) Əmlak kompleksi kimi müəssisə “Azər-Türk Bank ASC-nin xeyrinə hüquq yüklü edilmiş və 20.08.2016-cı il tarixdə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Saray qəsəbəsində mülkiyyətində olan 1.8693 ha torpaq sahəsi və onun üzərində yerləşən (ümumi sahəsi 15047 kv.m) Əmlak kompleksi kimi müəssisə X1 adına 03.12.2013-cü il tarixdə qeydiyyata alınmışdır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Abşeron rayonu, Saray qəsəbəsində 1.869306 ha torpaq sahəsi iddiaçının mülkiyyətində olmuş, həmin torpaq sahəsinə dair iddiaçı Cavabdeh1 etibarnamə vermiş və sonuncu 14.09.2009-cu il tarixdə digər Cavabdeh2 ilə qeyd olunan torpaq sahəsinə dair alqı-satqı müqaviləsi bağlamışdır. Hazırda iddiaçı alqı-satqı müqaviləsindən xəbəri olmadığını və həmçinin cavabdehə etibarnaməni qeyd olunan əmlakı satmaq üçün vermədiyini iddia edir və alqısatqı müqaviləsini, müqavilədən törənən sənədlərin ləğvini tələb edir. İlk növbədə məhkəmə müstəqil tələb irəli sürməyən üçüncü şəxs “Azər-Türk Bank ASC-nin nümayəndəsinin iddia müddəti tətbiq etməklə iddianın rədd olunaması tələbinə münasibət bildirərək qeyd edir ki, iddiaçı tərəfindən ehtimal olunan hüquqlarının pozulması barədə bildiyi və ya bilməli olduğu vaxt müəyyən edilmədiyindən, həmçinin iddiaçının daha əvvəl, yəni iddia müddətini tətbiq etmək üçün yetərli hesab olunan müddətdən əvvəl məlumatı olması barədə sübut təqdim edilməmişdir. Məhkəmə iddia tələbinə dair münasibətdə qeyd edir ki, iddiaçı tərəfindən sübut təqdim edilməmiş, həmçinin cavabdeh tərəfindən həmin fakt etiraf olunmamışdır. Belə ki, iddiaçı tərəfindən cavabdehə verilən etibarnamə təqdim edilməmiş, həmçinin ehtimal olunan etibarnamə alqı-satqı üçün verilmədiyinə dair sübut təqdim etməmişdir. Belə ki, mülki prosessual qanunvericiliyin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur İddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi qanunvericiliyin tələblərinin dizpozisiya şərtləri ilə uzlaşmır. Odur ki, əsassız olduğundan iddia rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə mülki iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı, müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində “Azər-Türk Bank ASC cəlb edilməklə alqı-satqı müqaviləsinin etibarsız hesab olunması və pozulmuş mülkiyyət hüquqlarının bərpa edilərək əmlakın qanuni sahibliyə qaytarılması tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova
Məhkəmə qərarları › İş №2(005)-382/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-382/2022
07.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver